147 dirməyə, cəmiyyət və mədəniyyət barədə müzakirələrdə fikir mübadiləsi aparmağa əlverişli
zəmin yaradır.
Bu gün tarix müəllimliyi ixtisasına yiyələnən gələcək mütəxəssislər seçmə fənn yolu
ilə həm də iqtisadi nəzəriyyənin əsaslarını, pul-kredit və sosial-investisiya siyasətini, öz ölkə-
sində və ondan xaricdə baş verən iqtisadi hadisələri bilmək və təhlil etmək üçün real imkan-
lar əldə edirlər. Tarix müəllimi üçün ən vacib məsələlərdən biri Azərbaycan Respublikasının
hüquq sistemi və qanunvericiliyinin əsaslarını, hüquq-mühafizə və digər hüquqi tətbiq qanun-
larını, tərbiyəvi-etik normalarını bilməsi, peşə fəaliyyətinə dair normativ və hüquqi sənədlərin
tərtibini və onlardan istifadə etməyi bacarması, pozulmuş hüquqların bərpa yollarını dərk
etməsidir. Bu məsələləri də seçmə fənlərin tədrisi prosesində dərindən mənimsəmək müm-
kündür.
Tarix müəllimliyi ixtisası üzrə ali təhsilini başa vurmuş məzun-bakalavrda peşə hazır-
lığı fənləri üzrə aşağıdakı bilik və bacarıqların olması (zəruri minimum tələblər kimi) vacib
sayılır:
— Mahiyyət, forma, tarixi biliklərin funksiyasında vətən tarixinin rolunu və yerini,
tarixi mənbələrin dərk edilməsini və təsnifatını, müasir mərhələyə qədərki və ən yeni dövrdə
vətən tarixşünaslığının, ümumi və fərdi cəhətləri, tarix elminin nəzəriyyəsini və metodologi-
yasını bilməsi;
— Azərbaycan tarixinin dünya tarixinin ayrılmaz bir hissəsi, Azərbaycanın tarixi
ərazilərinin ən qədim dövrdən türk etnoslarının vətəni olduğunu, Azərbaycan xalqının etno-
genezini, dövlətçilik tarixinin başlıca mərhələlərini, Azərbaycan ərazisində dövlətlərin yaran-
masının etnokultur və sosial-siyasi proseslərini anlaması;
— Xristianlığın, İslamın və digər dinlərin yayılması məsələlərini izah etməyi
bacarması;
— XIX yüzilliyin əvvəllərindən XX əsrin əvvəllərinə qədər olan dövrdə Azərbaycan
tarixinin elmə çevrilməsini, A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilə elmi tarixşünaslığın
əsasının qoyulmasını bilməsi;
— Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətini, milli dövlətçilik tarixində yeri və
rolu,yaranması, fəaliyyəti və süqutunun səbəblərini izah etməyi bacarması;
— Sovet imperiyasının mövcud olduğu dövrdə Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizəsini, imperiyanın süqutundan sonra dövlət müstəqilliyinin bərpasını və onun
möhkəmləndirilməsi uğrunda mübarizəni bilməsi və əsaslandırmağı bacarması;
— Ümumdünya tarixinin başlanğıcı olan qədim dünya tarixini, Qədim Şərqin Qərb
dünyasına təsirini, Şərq ölkələrində dövlətin daha tez meydana gəlməsini bilməsi; hər bir
mədəniyyəti yaradan xalqın yaşayış məskənləri, təsərrüfat həyatı, yaratdığı dövlətləri, bu
xalqların bir-biri ilə mədəni və iqtisadi əlaqələrini öyrənməsi və bu məsələlərlə bağlı tədqiqat
aparmağı bacarması;
— tarix elmləri sırasında arxeologiyanın, etnologiyanın, tarixə köməkçi digər fənlərin
rolunu və yerini bilməsi və s.
Təcrübə göstərir ki, təlim prosesində təkcə nəyin öyrənilməsi deyil, həm də necə öyrə-
nilməsi məsələsinə də diqqət yetirilməlidir. Problemin bu cəhətinə diqqət yetirilməsi tələbələ-
rin yaradıcılıq qabiliyyətlərinin, təşəbbüskarlığının, fəallığının, dərketmə imkanlarının inkişa-
fına və beləliklə, müasir tələblərə cavab verən şəxsiyyətin formalaşmasına təsir göstərir.
Mühazirə və seminar dərslərində interaktiv təlim metodlarından(tədqiqatçılıq, debat, müzakirə
və s.) istifadə tələbələrin bilik və bacarıqlarının daha da dərinləşməsi, onların səriştəli müəl-
lim kadrları kimi hazırlanması imkanlarını genişləndirir. Tələbələr daha çox müstəqil araş-