20 Heydər Əliyevin nitqində müxtəlif növ bağlayıcılar bir-birinin ardınca nitqdə
rəvanlıq, ardıcıllıq, əlvanlıq yaradır: “Dünən axşam cənab prezident Kvasnevski ilə mən
əvvəlki bir çox yüzilliklər ərzində Polşa və Azərbaycan arasında iqtisadi əlaqələr, ticarət
əlaqələri olduğunu sübut edən faktları xatırladıq. Məsələn, dedik ki, orta əsrlərdə - XV
və XVI yüzilliklərdə Azərbaycandan Polşaya əl ilə toxunan gözəl Azərbaycan xalçaları,
pambıq, ipək, bir çox məhsullar göndərilirdi. Polşadan da Azərbaycana çoxlu məhsul
gətirilirdi. Bunlar iqtisadi, ticarət əlaqələrimizin dərin kökləri olduğuna sübutdur.
Lakin təəssüflər olsun ki, bizim zəmanəmizdə bu səviyyəyə hələ çatmamışıq,
halbuki indi Polşanın da, Azərbaycanın da imkanları bir neçə əsr əvvəl olduğundan daha
böyükdür. Buna görə də Polşaya səfərim zamanı mənim vəzifələrimdən biri Polşa ilə
Azərbaycan arasında iqtisadi münasibətlərin, ticarət münasibətlərinin inkişafına təkan
verməkdir” (XII c. s. 49) Böyük natiq “məsələn” aydınlaşdırmaq bağlayıcısı ilə Polşa-
Azərbaycan münasibətlərinin tarixinə auditoriya ilə birgə səyahət edir, bu səyahəti aydın
dəlillərlə izah edir. “Lakin” bağlayıcısı ilə XV və XVI əsrləri XX əsrlə qarşılaşdırır,
təəssüf modal sözü, “halbuki” şərt bağlayıcısı ilə qınaq hissi yaradır. “Buna görə də”
səbəb bağlayıcısı ilə Polşaya səfərinin məqsədini açıqlayır.
İnkarlıq bildirən “nə”, “nə də” bağlayıcıları auditoriyada nitqə yüksək məna
çalarları qazandırır. Elə bu inkar bağlayıcıları böyük natiqin dilində izahedicilik xüsu-
siyyəti qazanır: “Amma baxın, XXVI olimpiya oyunlarına bizim 21 nəfər nümayəndəmiz
gedir və onlar orada təmsil olunmaq, iştirak etmək hüququ alıblar. Dünyada yeganə hal-
dır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilməz” (3, VII c., 6). Auditoriya olimpiya oyunlarında
iştirak etməyin qaydalarını böyük natiqin dilindən eşidir.
İnkarlıq bildirən bağlayıcılarla söylənilən poetik ruhlu bir nitq auditoriyanı
riqqətə gətirir. İnkarlıq bildirən tabesizlik bağlayıcıları Heydər Əliyev dilində heç bir
şeydən – terrordan, çevrilişdən – qorxmamağa xidmət edir: “Mən bəzi adamlara de-
mişəm. Şəxsən mənim heç bir silahım yoxdur: nə topum, nə tapançam, nə də avtomatım
var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu
səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə,
güman edirəm ki, xalq məni müdafiə edəcəkdir. Ona görə də nə çevrilişdən qorxuram, nə mənə qarşı terror aktları hazırlayan qüvvələrdən qorxuram. Heç bir şeydən qorxmuram.
Demişəm və indi də deyirəm: həyatımın bundan sonrakı hissəsini xalqa bağışlamışam.
Xalq onu harada kəsərsə, orada da kəsiləcəkdir” (3, I c., 98-99).
“Əlbəttə” təsdiq modal sözü “ancaq” qarşılaşdırma bağlayıcısı ilə çulğalaşaraq
bitkin nitq yaradır. “Əlbəttə, Türkiyə kimi bir dövlətin, cümhuriyyətin qurulması, inki-
şafı bizim üçün böyük örnəkdir. Ancaq xalqımızın, ölkəmizin, dövlətimizin özünəməxsus
xüsusiyyətləri var. Biz dünya təcrübəsindən istifadə edirik və etməliyik. Ancaq öz milli,
mənəvi ənənələrimiz əsasında, xalqımızın, həyatımızın xüsusiyyətlərini nəzərə alaraq öz
dövlətimizi qururuq və quracağıq” (3, XIII c., 114).
Beləliklə, Heydər Əliyevin nitqində bağlayıcıların araşdırılması aşağıdakı fikirləri
söyləməyə imkan verir:
-Heydər Əliyevin nitqində tabesizlik və tabelilik bağlayıcıları bir-biriylə çulğalaşa-
raq harmoniya yarada, auditoriyanı öz cazibəsində saxlaya bilir;
— “Lakin”, “ancaq”, “amma” bağlayıcılarını eşidən auditoriya Heydər Əliyevin
nitqində yeni bir fikrin, yeni bir ideyanın ortaya qoyulacağını gözləyir;
— “Ancaq” qarşılaşma bildirən bağlayıcısı Heydər Əliyevin dilində fəlsəfi kateqo-