Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə18/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   14   15   16   17   18   19   20   21   ...   298
 
 
17 
Heydər Əliyevin nitqində şərt bildirən “əgər” bağlayıcısı bir cümlədə iki dəfə tək-
rarlanaraq cümlənin semantik tutumunu gücləndirir: “Əgər dünya həqiqətən beynəlxalq 
hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları  real şəkildə qorunursa onda 
heç kim Azərbaycanının bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır” (3, IV c., 112). 
İştirak bildirən “həm”, “həm də” bağlayıcıları “ona görə də” səbəb bildirən bağ-
layıcılarla tez-tez birgə təsadüf edir: “Hər bir insan gərək öz məsuliyyətini hiss etsin. Bü-
tün  bunlar  Nazirlər  Kabinetinin  həm  səlahiyyətinə  aid  olan  məsələlərdir,  həm  də  onun 
üzərinə düşən vəzifələrdir, həm də onun məsuliyyətini təşkil edən amillərdir. Ona görə də 
hamı  bütün  bunları  bilməli,  işləri  bu  tələblərə  müvafiq  surətdə  aparmalıdır”  (3,  III  c., 
204). 
“Əgər” şərt bağlayıcısı ilə başlayan cümlələrin ardınca “ona görə də” səbəb bildi-
rən bağlayıcısının köməyilə auditoriya şərt irəli sürülmüş cümlənin izhını böyük natiqin 
dilindən eşidir: “Əgər islahatlar bizi çox hissəsi dağılmış aqrar bölmənin daha da dağıl-
masına doğru aparsa, onda dərin quyunun dibinə düşmüş olarıq. Ona görə də bu islahat-
ların  aparılmasında  mühafizəkarlığa  qətiyyən  yol  vermək  olmaz,  eyni  zamanda  islahat 
şüarları altında aqrar bölmədə əldə olan potensialımızın dağılmasına da yol vermək ol-
maz” (3, III c., 33). 
Şifahi nitqdə az işlənən “və” bağlayıcısı Heydər Əliyevin nitqində lazımi səviyyədə 
işlənməklə  yanaşı,  hətta  nitqə  bir  ekspressivlik  də  verə  bilir.  “Və”  bağlayıcısı  Heydər 
Əliyevin sırf siyasi çıxışlarında daha çox yer alır: “Tatarıstan prezidentinin Azərbaycana 
səfəri, imzalanmış saziş, dünən  bu gün keçirilmiş görüşlər, söhbətlər həyatımızda yeni 
hadisədir.  Bu  hadisə  həm  Rusiyada,  həm  də  Azərbaycanda  baş  verən  demokratik  dəyi-
şikliklərlə bağlıdır  xalqlarımızın daha çox ünsiyyət saxlamasına  onların əlaqələrinin 
möhkəmlənməsinə kömək edir” (VIII c., 65).  İki yerdə “və” bağlayıcısı “həm” və “həm 
də”  iştirak  bağlayıcıları  ilə  harmoniya  təşkil  edir,  nitqin  auditoriyaya  çatdırılmasında, 
yüksək ekspressivlik qazanmasında natiqə kömək edir. 
“Və” bağlayıcı ilə cümlə demək, cümlə yazmaq bir vaxtlar qadağan olmasa da az  
işlənirdi. Heydər Əliyevin dilində “və” bağlayıcısı yeni bir fikrin başlanmasına start verir: 
“Əlbəttə, satmaq da lazımdır, ancaq onları satıb Azərbaycan üçün istənilən qədər valyu-
ta əldə etmək lazımdır.  mən heç də təsadüfi demədim ki, bilmirəm nə üçün onun az 
miqdarı satışa gedir, valyutaya satışa gedir, əksəriyyəti daxili tələbata gedir” (3, VII c., 
139). 
Bu bağlayıcı canlı danışıq dilimizdə az istifadə olunsa da, yazılı nitqdə çox işlədi-
lir. Amma Heydər Əliyev dilində bu bağlayıcı eyni bir cümlədə həm həmcins üzvlər, həm 
də tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında birləşdirmə - bitişdirmə funksiya-
sı daşıyır: “Biz Məhəmməd Füzulinin 500 illiyini bir yerdə qeyd etdik  ümumi əxlaqi  
mənəvi  dəyərlərimizə  sadiq  olduğumuzu,  mənşəyimizə,  tarixi  köklərimizə  sadiqliyimizi, 
gözəl ənənələrimizə sadiqliyimizi bir daha bildirdik” (3, VIII c., 68). 
İki zidd təsəvvürü birləşdirmək anlamında olan “amma” bağlayıcısı böyük natiqin 
nitqində  fəlsəfi  düşüncələrin  auditoriya  ilə  bölüşdürülməsində  daha  çox  istifadə  olunur: 
“İnsanlar  bir-birindən  çox  fərqlidir.  Dünyada  eyni  xasiyyətə  malik  iki  insan  tapmaq 
çətindir. Bu təbiidir. Biz təbiətə qarşı heç bir zor işlədə bilmərik. Təbiətin yaratdığı təbii 
qanunlar  heç  kəsin  istəyindən,  yaxud  səyindən  asılı  olmayaraq  işləyir.  Amma  bu  təbii 
qanunlar içərisində də bir olmaq, daha da sıx olmaq, bir-birinə dayaq olmaq, əl uzatmaq 
üçün imkanlar çoxdur ” (3,VII c., 18). 
Böyük  natiqin  nitqində  inkarlıq  bildirən  “nə”,  “nə  də”  bağlayıcıları  ciddi  siyasi-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin