Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə26/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   22   23   24   25   26   27   28   29   ...   298
Redaksiyaya daxil olub: 06.04.2015 
 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
23 
Bədii nəsrdə tarixi hadisələrin inikasında 
bədii təxəyyül faktoru 
       
                                                         Bəxtiyar Əsgərov 
                                                           filologiya üzrə fəlsəfə doktoru 
                                                           Е-маил: ndn-2009@mail.ru 
Rəyçilər: f.ü.e.d., prof. B.Əhmədov 
                 f.ü.e..d., prof.M.Qasımlı 
 
Açar sözlər: roman, mənbə, tarix, sintez, gerçəklik, bədii təxəyyül  
Ключевые  слова:  роман,  источник,  история,  синтез,  действительность,  
художественный вмысль 
Key words: roman, the source, history, synthesis, the reality, artistic imagination 
 
 
XX əsrin 30-cu illərindən başlayan tarixə müraciət intensiv xarakter aldıqca yazıçı və 
tarix,  tarixin  bədii  inikası,  tarixi  düşüncə  vüsəti  məsələləri  diqqət  mərkəzində  olmuşdur. 
Tarixin  bədii  yaradıcılığın  mənbələrindən  birini  təşkil  etməsi  prosesindən  sonra  daha  kəskin 
və  aktual  şəkildə  qarşıda  duran  əsas  problemlərdən  biri  olur.  Tarixi  mövzuya  maraq  artdığı 
kimi,  tarixdən  yazılan  əsərlərə  də  oxucu  marağı  artmağa  başlayır.  Lakin  elə  bu  vaxtdan 
başlayaraq  əsərdə  tarixi  gerçəklik  və  bədii  təxəyyül  məsələsi  ilə  bağlı  bağlı  nəzəri  fikirdə 
yaranan mübahisələr bu gün də bu və ya başqa şəkildə davam edir. Əlbəttə, bu mübahisələrin 
məzmunu  zaman  keçdikcə  dəyişir  və  inkişaf  edir;  30-40-cı  illərdə  gerçəklik  və  bədii  təxəy-
yülün  sintezi  70-80-ci  illərin  nəzəri  pəncərəsindən,  yaxud  postmodernist  düşüncənin  tarixə 
baxışından fərqlənir. Biz burada Azərbaycan tarixi romanının müəyyən mərhələlərndə tarixi 
gerçəklik və bədii təxəyyül  probleminə nəzər  yetirəcək və onların qarşılıqlı münasibətlərinə 
ədəbiyyatşünaslığın mövqeyni təhlilə cəlb edəcəyik.  
Bədii əsərdə gerçəklik və bədii təxəyyül probleminə nəzər yetirərkən belə bir qənaəti 
xüsusi vurğulamaq lazım gəlir ki,  tarixi  romanda  yazıçının  əsas  məqsədi qələmə  aldığı  döv-
rün, hadisənin mahiyyətini təhrif etməməsi, eləcə də, aparıcı meyillərin əsas xüsusiyyətlərinə 
mümkün qədər əməl  etməsidir. Ancaq onu da  nəzərə almaq lazımdır ki,  hər hansı  bir tarixi 
mövzuda əsər yazarkən yazıçı həmin dövrün tarixi hadisələrini yaxşı öyrənməli, bilməli olsa 
da,  heç  zaman  hər  hansı  bir  tarixçinin  vəzifəsini  öz  öhdəsinə  götürmür.  Yazıçının  məqsədi 
tarixi təkrar etməkdən, tarixi xronoloji cəhətdən təsvir edərək onun surətini çıxarmaqdan daha 
çox,  tarixi  həqiqətləri  söyləmək,  tarixin  fəlsəfi,  etnoqrafik,  etnopsixoloji  dərkini  verməkdən 
ibarətdir.  
Göründüyü kimi, tarixi romana nəzəri yanaşma bir çox sualları ortaya çıxarır, eyni za-
manda belə bir həqiqəti ortaya qoyur ki, tarixin bədii düşüncəyə nüfuzu böyük olsa da, tarixi 
həqiqətlə bədii təxəyyülün sərhədlərini qarışdırmaq olmaz. Təəssüf ki, Azərbaycan ədəbiyyat-
şünaslığında hələ də tarixçi ilə yazıçının vəzifələri aydınlaşdırılmayıb. Tarixi mövzu nədir, ta-
rixçi  ilə  yazıçı  (yaxud  şair,  dramaturq!)  hansı  məqamda  birləşir,  hansı  məqamda  ayrılırlar. 
Azərbaycan ədəbiyyatşünaslığının tarixi romanlarla bağlı araşdırmaları bir şeyi ortaya çıxarır: 
ədəbi,  tarixi  əsərdə tarixin  "təhrifi" Azərbaycan tarixi  romanlarının  "Axilles dabanı" olduğu 
kimi, milli ədəbiyyatşünaslığımızın da ən zəif nöqtəsidir. 
İlk tarixi roman yarandıqdan sonra ədəbi əsərdə tarixin təhrif olunması ilə bağlı müx-
təlif məqalələr, rəylər yazılmışdır. Hətta burada yazıçı və tarixçi, yazıçı-yazıçı arasında gedən 
polemik müzakirələr də getmişdir. Bir məsələ aydındır ki, Azərbaycan tarixi romanlarının ya-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin