24 zıldığı dövrdən bu günə qədər "bu cür təhriflər" getdikcə çoxalmaqdadır. Bu təhrifləri araşdı-
rarkən əsas mübahisə yazıçı ilə tarixçi arasında düşür, mövqelərin kəsişməsi onları üz-üzə
gətirir.
Tarixi həqiqətlə bədii gerçəkliyin sintezi prosesinin vacibliyi ilk dəfə akademik Ziya
Bünyadov və Əbülfəz Rəhimovun birgə yazdığı "Tarixi həqiqətlər...Yoxsa təhriflər?!" məqa-
ləsində kompleks şəkildə araşdırılır. Əslində, bu məqaləyə qədər yazılan F.Kərimzadənin
"Xudafərin körpüsü" və "Çaldıran döyüşü", İ.Hüseynovun "Məhşər" və "İdeal", Ə.Cəfərza-
dənin "Bakı-1501", Əlisa Nicatın "Qızılbaşlar", Mahmud İsmayılovun "Xaqani", "İki od ara-
sında", C.Bərgüşadın "Siyrilmiş qılınc", Hüseyn İbrahimovun "Əsrin onda biri" və s. roman-
larında, N.Həsənzadənin "Atabəylər" pyesində tarixi mövzu və bədii gerçəklik problemi
bütün qabarıqlığı ilə üzə çıxmamışdı. Üstəlik, bu dövrlə bağlı məlumatlar, mənbə və məxəzlər
yazıçı və şairllər üçün də əlçatmaz hesab olunurdu. Çünki bu tarixi şəxsiyyətlər və hadisələrlə
bağlı yetərincə tarixi mənbələr mövcud deyildi.
Müəlliflərin fikrincə, orta əsr alimləri, sərkərdələrinin, şair və dövlət xadimlərinin hə-
yatından bəhs edən romanlarda tarixi faktların saxtalaşdırılmasına, təhrif olunmasına, yaxud
yanlış təsvirinə rast gəlmək mümkündür. Bu cür faktlar məqalədə geniş yer alır, lakin onu da
qeyd etmək lazımdır ki, yazılı mənbələrin hamısına da ucdantutma ehkam kimi baxmaq, onu
tarixi gerçəklik kimi qəbul etməyin çətin olduğunu tarixçilər də xəbərdarlıq edir: "Əlbəttə,
biz bilirik ki, Şah İsmayıl və Şah Təhmasib Şirvanı işğalı edərkən müxtəlif şəhər və qalalarda
saxlanılan kitabxanalar da qarət edilmişdir. Əldə olan tarixi məxəzlərin bir çoxu da Səfəvi ta-
rixçiləri tərəfindən, əlbəttə, onların nöqteyi-nəzərincə qələmə alınmışdır. Elə buna görə də
həmin məxəzlərə də ehkam kimi deyil, tənqidi yanaşmaq lazımdır. Eyni bir dövr və eyni bir
dövlət haqqında müxtəlif tarixçilər və həm də müxtəlif ölkələrin tarixçiləri əsər yaza bilərlər.
Əsl həqiqət isə həmin müxtəlif əsərlərin müqayisəsi nəticəsində ortaya çıxa bilər" (1, 164).
Tarixi romanlarda keçmişin təhrifi ilə bağlı məqalədə müəlliflər bəzən materialdan
çıxış etmir, nə üçün "filan fakta münasibət bildirməyib" kimi məzmunlu iradlar bildirirlər.
Məsələn, İ.Hüseynovun "Məhşər" romanında Teymurlənglə əlaqədar səhifələr də çoxluq təş-
kil edir. Ancaq yazıçı burada daha çox fatehin Şirvanşahla bağlı həyatını və buna uyğun mə-
sələləri bədii süjet xəttinə gətirir. Teymurləng 1387-1392-ci illərdə 17 dəfə Təbrizə hücum
etmişdir. Toxtamışın da 90 minlik ordu ilə Şirvandan keçərək Azərbaycanı talan edərək Təb-
rizə daxil olması (burada Sultan Əhməd Cəlairinin intiqam almaq məqsədi də var idi) tarix
kitablarında vardır. Bu dövr çox ziddiyyətli olduğu kimi, həm də müxtəlif tarixi hadisələrlə
zəngin idi. Tarixçilərin də yazıçılara əsas iradı məhz ondan ibarət idi: "Bu zaman ölkənin
cənubunu Sultan Əhməd Cəlairi, şimalını isə Şirvanşah Şeyx İbrahim idarə edirdi. Şirvanşah
gözəl diplomat, ağıllı, tədbirli bir hakim idi. Əhməd Cəlairi isə yaxşı şair olub elm və sənət
adamlarını, xüsusilə Əbdlqədir Marağayini himayə edib şeirlərində onu tərifləsə də, əyyaş, tə-
kəbbürlü və gələcəyi düşünməyən hökmdar idi. Bu qanlı-qadalı illər İsa Hüseynovun "Məh-
şər" romanında təəssüf ki, öz əksini lazımınca tapmamışdır. Əsərin əsas hissəsini hurufilərlə
əlaqədar səhifələr təşkil edir" (1, 167).
Fikrimizcə, burada müəlliflərin tarixi əsərə yanaşma metodologiyası özünü doğrult-
mur. Olsun ki, tarixi təhriflə müəllifin dediyi bəzi qüsurlarla razılaşmaq olar, ancaq bütöv-
lükdə yanaşmanın özü qüsurludur və müəlliflər yazıçıdan "nə üçün filan şeyi təsvir etmə-
misən" göstərişi özünü doğrultmur. Çünki yazıçı əvvəldə də deyildiyi kimi, hər hansı bir ha-
disəni və tarixi şəxsiyyəti seçərkən, yaxud təsvir edərkən tam sərbəstdir. Müəlliflər M.İsma-
yılovun "İki od arasında" romanı müəllifinə də oxşar iradı tuturlar. Teymurləngin Təbrizə iki
ay gec gəlmə səbəbiylə Toxtamışın Təbrizdə kişili, qadınlı, oğlanlı, qızlı hamısına 10 gün