Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə35/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   31   32   33   34   35   36   37   38   ...   298
 
 
31 
rialı  olaraq  heç  də  o  tarixi  şəxsiyyətlərdən  az  material  vermir.  Ona  görə  də,  bu  romanlarda 
tarix  bir  fon  olaraq  işlənilir,  burada  konkret  tarixi  hadisələrdən,  döyüşlərdən  bəlkə  də,  az 
söhbət  gedir,  əvəzində  isə  tarixin  bir  çox  qaranlıq  məqamlarına  aydınlıq  gətirir.  Əslində, 
N.Əbdülrəhmanlı  bu  əsərlə  tarixşünaslığın  çox  mühüm  bir  problemini  həll  eməyə  çalışır. 
Yazıçının  əsas  məqsədi  bu  səfirliyin  gördüyü  işlər,  yaxud  kefcil,  arvadbaz  birisi  haqqında 
deyil, onların xristianlığı qəbul etməsi, həm də tarixdə bir şorgöz adam kimi tanıdılan insan-
ların əsl kimliyini yaratmış olur. Bu mənada N.Əbdülrəhmanlının "Könül elçisi..." romanının 
strukturu mürəkkəb olduğu kimi, həm də dedektivari və dramatikdir. Doqquz fəsildən ibarət 
olan  romanın  əvvəlində  yazıçı  əsərin  yazılması  səbəbini    izah  edən  "Ön  söz  yerinə,  yaxud 
Dördüncü  kitabın  sirri"  müqəddiməsində  Don  Xuanın  dinini  dəyişməsinin  səbəblərini  araş-
dıran yazıçı oxucunu da bu mövzuya inandırmağa çalışır. Bəs nə üçün dördüncü kitab? Müəl-
lif bunu belə əsaslandırır ki, Oruc bəy Bayat İspaniyada dörd kitab yazmışdır. Bu kitablardan 
üçü  İspaniyada  basılmış,  bir  kitab  isə  Oruc  bəyin  başına  gələn  hadisələrdən  ibarət  olduğu 
üçün nəşr edilməsi uyğun görülməmişdi. Yazıçının fikrincə, məhz həmin kitabda Oruc bəyin 
başına gələnlər olmuşdur.  İspaniya krallığından  oğluna  yazdığı  bir məktub  da bunu deməyə 
əsas verirdi. Məktubda isə Oruc bəy oğlu Sultanəliyə onun haqqında gəzən şaiyələrə aydınlıq 
gətirərək  yazırdı  ki,  onun  və  səfərətxananın  digər  işçiləri  Əliqulu  bəyin,  Bünyad  bəyin  "di-
nimizdən,  imanımızdan"  döndüyü  barədə  məlumatdan  onları  üzdüyünü  yazır  və  buna  səbəb 
kimi göndərdiyi əlyamanı oxumağı məsləhət görür (1, 11). 
Romanın "Son söz yerinə" hissəsində isə Oruc bəy Bayatın oğlu Sultanəli bəyin Tiflis 
yaxınlığındakı  döyüşlərin  birində  həlak  olması  və  atasına  bir  məktub  yazması  təsvir  edilir. 
Burada gözünü atasının yoluna dikmiş oğulun gözləntiləri ifadə olunurdu. Yazıçı romanın so-
nuna simvolik məna verir; onun  yazdığı  son  məktubun  qoyulduğu tarixdə  (miladi 1625-ci il 
iyunun 29-u) məhz atası vəfat etmişdi. Həmin tarixdə Madriddə atası Oruc bəy Bayat vəfat et-
mişdi. Gürcüstanın Əlyazmalar İnstitutunda gərəksiz bir cızmaqara kimi saxlanılan bir əlyaz-
ma  isə  Tiflis  yaxınlığındakı  döyüşlərin  birində  həlak  olan  bir  döyüşçünün  cibindən  tapıldığı 
(həmin döyüşçü Oruc bəyin oğlu Sultanəli idi) qeyd olunmuşdu. Beləliklə, yazıçı hadisələrin 
tarixiliyini  və  təqdim  etdiyi  romanın  məhz  həmin  əlyazma  olduğunu  təsdiq  etmək  üçün 
qurduğu süjet xəttində tarixi passajlar da əsas yer tutur. Romanın strukturunda məhz müəllifin 
öz sözləri ilə yanaşı, Oruc bəy Bayatın olduğu deyilən əlyazma da aparıcı yerlərdən birini tu-
tur ki, müəllif həmin mətni xüsusi şriftlə verir. Maraqlıdır ki, yazıçı Oruc bəy Bayatın mətnini 
o dövrün dilinə uyğun şəkildə verdiyindən, oxucu buna inanır. Bu da müəllifin tarixi roman 
ustalığını bir daha üzə çıxarır. 
Osmanlı-Səfəvi  düşmənçiliyini  aradan  qaldırmaq  üçün  başqa  çarə,  vasitə  tapa 
bilməyən Şah Abbas Avropayla ittifaq qurmağa çalışır və bu məqsədlə də Avropanın xristian 
dövlətləri ilə ittifaq qurmağa üstünlük verir. Avropada müttəfiq axtarışına üstünlük verən Şah 
Abbas burada bir səfərətxana açmaq məqsədilə Oruc bəy Bayatın rəhbərliyi altında bir heyət 
göndərir.  Səfirliyin  baş  mirzəsi  Oruc  bəy  Bayat  isə  sonuncu  Avropa  ölkəsi  İspaniyada 
xristtianlığı  qəbul  etməklə  bu  ölkədə  qalmış  və  geriyə,  vətənə  dönməmişdir.  Onun  geriyə 
dönməməsi  müxtəlif  suallar  doğurur  və  bu  suallara  müəllif  özü  də  cavab  axtarır.  Əsər 
haqqında  çıxan  məqalələrdə,  dərhal  tənqidçilər  əsərin  başqa  ststusunu  da  eyniləşdirməyə 
çalışırdılar  və  bununla  da  bu  tarixi  şəxsiyyətin  obrazına  yeni  cizgilər  əlavə  etmiş  olur. 
S.Mehmanın yazdığı kimi: "Bundan sonra romanın şərti olaraq “ikinci hissə” adlandırdığımız  
və əsasən Oruc bəyin səfarət hekayəti başlayır. Qeyd edək ki, bu hissə həm məzmunca, həm 
də  həcmcə  o  biri  parçaların  hamısından  bir  necə  dəfə  böyükdür  və  burdakı  təfərrüatlar 
romanın başlıca qayəsini özündə əks etdirməklə yanaşı, həm də maraqlı bir üsluba malikdir. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin