Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə37/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   33   34   35   36   37   38   39   40   ...   298
 
 
33 
bizə bir daha tanıdır” (3, 88). 
Əlbəttə, N.Əbdülrəhmanlının "Könül elçisi" ilə E.Hüseynbəylinin "On üçüncü həvari-
141-ci Don Juan" romanları eyni mövzuya həsr olunmasına rəğmən, hadisələrə baxış bucaq-
larında fərqlilik vardır 
E.Hüseynbəyli də romanı yazmaq üçün bəzi mənbələrə baş vurmuş, onun doğulduğu 
İsfahana  və  səfirlik  işçisi  kimi  fəaliyyət  göstərdiyi  İspaniyaya  getmiş  və  müşahidələr  apar-
mışdı. Ona görə də yazıçı əsərini "roman-ekskurs" adlandırmışdır. Başqa sözlə, E.Hüseynbəy-
linin romanında bədii təxəyyül tarixi təfəkkürü üstələmişdir. İkinci tərəfdən, yazıçı Oruc bəy 
Bayatı Avropada ad çıxarmış "Don Juan" adı və xarakteri ilə götürmüş və N.Əbdülrəhman-
lıdan  fərqli  olaraq,  Avropa  libasında  təqdim  etmişdir.  Yazıçı  1599-1602-ci  illərdə  Səfəvi 
nümayəndə  heyətinin  tərkibində  Rusiya,  Almaniya,  Çexiya,  İtaliya,  Fransa,  Portuqaliya  və 
nəhayət  İspaniyanı  gəzib  dolaşaraq  xristianlığı  qəbul  etməsi  önə  çəkilmişdir.  Romanın  ana 
xəttini Oruc bəy Bayatın Kamandorun arvadı ilə eşq macərası yaşaması və bunun da məhvinə 
səbəb  olması  təşkil  edir.  Yazıçı  romanda  Şərq-Qərb  qarşılaşdırmasını  da  aparır  ki,  bu  da 
mövzunun  özünün  təbiətindən  irəli  gəlir:  "Şərqlilər  qızılı  altlarına  yığıb  saxlayanda,  qara 
torpağa basdıranda, qərblilər onu silaha xərcləyirdilər. Silah güc deməkdir" (1, 123). 
E.Hüseynbəyli  də  öz  romanında  Oruc  bəy  Bayatın  öz  dinini  dəyişərək  xristianlığı 
qəbul  etməsini  Şah  Abbasın  ona  "nəyin  bahasına  olursa-olsun,  İspaniyada  qalıb  vətəninin 
şərəfli tarixini yaymağı tapşırmışdı" (2, 332). Tapşırığı ən gizlin missiya ilə əlaqələndirir və 
şahın bu tapşırığını həyata keçirmək üçün bilərəkdən çox ağır yol seçərək dinini dəyişdiyini 
vurğulayır: "Öz missiyasını həyata keçirmək üçün müvəqqti də olsa xristianlığı qəbul etmək 
lazımıydı. Şiəlik buna imkan verirdi, bu məzhəbin tərəfdarı ən ali və vacib məqamlarda təqiy-
yə  saxlaya,  yəni  başqa  dini  qəbul  edə  bilərdi.  Amma  o,  "təqiyyə  sözünü  dilinə  gətirməmə-
liydi" (2, 162). 
E.Hüseynbəylinin "On üçüncü həvari-141-ci Don Juan" romanı da ədəbi tənqid tərə-
findən qiymətləndirilmiş, onun mövzu və problematikası ilə bağlı fikirlər söylənmişdir. Tən-
qidçi Könül İbrahimqızı romanı yüksək qiymətləndirərkən yazıçının hadisəni, obraz və xarak-
terləri müfəssəl, təfərrüatınacan təsvir etdiyini önə çəkərək yazır: "Elçin Hüseynbəyli əsərində 
Oruc bəylə yanaşı, bir çox tarixi və uydurma xarakterlər yaradıb. Romanda Məhəmməd, Qay-
de və bu kimi obrazlarla yanaşı, Əliqulu, Hüseynəli bəy, Bünyad bəy, III Filip,  I Şah Abbas 
kimi tarixi şəxsiyyətlərin xarakterləri də öz əksini tapıb" (5, 184). 
E.Hüseynbəyli  Səfəvi  dövrünə  aid  tarixi  materialları  başqa  bir  romanında  -"Şah 
Abbas"da da istifadə etmiş və ilk dəfə bu mövzuda tarixi roman yazmışdır. Yazıçı "Şah Ab-
bas" romanında tarixi reallığa uyğun olaraq Şah Abbasa aid edilən bəzi   məsələlərdən də yan 
keçməmişdir.  Onun  “qadın  düşkünü  olması",  "xristian  qadınlarla  evlənmək  hesabına  Aralıq 
dənizi  hövzəsini  və  Ərəbistanın  itirilməsi”,  eləcə  də  Avropaya  yazdığı  məktublarında 
“Xristian  dövlətləri  arasında  ixtilaflar  Səfəvi  dövlətini  sarsıdır”  -  sözlərini  işlətməsi,   öz 
ölkəsində  xristian  kilsələri    tikməyə  icazə  verməsi,  xristian  missionerlərinə  İranda  sərbəst 
fəaliyyət  yaradacağını  vəd  verməsi  (“Xaçpərəstlər  harda  istəsələr,  torpaq  almaqda,  ev 
tikməkdə, alver etməkdə sərbəstdirlər”) və s. müəllifin üstündən keçə bilmədiyi həqiqətlərdir. 
Bununla  belə,  yazıçı  indiyədək  olan  tarixi  obrazına  yeni  əlavələr  də  edir.  Yazıçı  Şah  Abbas 
haqqında olan təsəvvürü tamamilə dəyişməyə, haqqında söylənilən böhtanları  bu romanı  ilə 
"alt-üst" etməyə çalışır. Bunun üçün "qəddar, zalım" kimi ad çıxaran  Şah Abbası başqa mil-
lətlərin mühakiməsindən daha çox, özünün yaratdığı dialoqlardakı yazıçı mühakiməsinə verir, 
onu ittiham edir. Əsərin sonluğu isə maraqlı nəticə ilə tamamlanır; özü ilə Şah Abbas arasında 
olan  mühakimənin  sonunda  Şah  Abbasın  günahsızlığı  sübut  olunur  və  bugünkü 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin