Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə34/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   30   31   32   33   34   35   36   37   ...   298
Redaksiyaya daxil olub: 03.06.2015 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
30 
Bir tarixi gerçəkliyə iki yazıçının münasibəti 
 
   Esmira Rəhimova 
                                                 AMEA-nın  Nizami adına Ədəbiyyat İnstitutu,  
fəlsəfə doktoru proqramı üzrə doktorant 
                                                        Е-маил: rehimova.esmira@mail.ru 
 
Rəyçilər: f.ü.e.d., prof. B.Əhmədov 
                f.ü.f.d., dos. B.Əsgərov 
 
Açar sözlər: tarix, şəxsiyyət, roman, ədəbi tənqid 
Ключевые слова: история, личност, роман, литературная критика 
Key words: history, the identity, the novel, literary criticism 
 
Müstəqillik dövründə tarixi hadisə və şəxsiyyətlərə müraciət əvvəlkindən fərqli olaraq 
bir qədər intensiv xarakter almışdır. Yeni mərhələdə həm də  yalnız üzdə olan hadisə və şəx-
siyyətlərə  deyil, milli  tariximizin  az tanınan,  yaxud tarixi  şəxsiyyət  hesab olunmayan nüma-
yəndələrinə  də  müraciətlər  edilmişdir.  Belə  müraciətlərdən  biri  İspaniyada  Don  Juan  adı  ilə 
məşhur  olan  Oruc  bəy  Bayatın  həyatı  və  taleyi  olmuşdur.  N.Əbdülrəhmanlının  "Könül  elçi-
si...", E.Hüseynbəylinin "On üçüncü həvari-141-ci Don Juan" romanları, demək olar ki, eyni 
mövzuya həsr edilmiş əsərlərinin yazılış tarixi də bir-birinə  yaxındır. Romanın yazılış tarixi 
də fərqlidir; N.Əbdülrəhmanlının "Könül elçisi..." 2006-cı ildə (2004-cü ildən fraqmentlərinin 
də  yazıldığını  nəzərə  almaq  lazımdır),  bir  il  sonra  isə  E.Hüseynbəylinin  romanı  dərc  edil-
mişdir.  Onu  da  qeyd  edək  ki,  N.Əbdülrəhmanlının  romanı  eyni  adla  türk  dilinə,  E.Hüseyn-
bəylinin romanı isə "Qaraçuxa" imzası ilə rus dilində də nəşr edilmişdir ("Şaqi kamandora ili 
141-y  Don Juan",  Bakı,  2013). Hər iki romanın  bu qədər  yaxın  məsafədə  yazılması  təsadüf, 
yoxsa zərurətdənmi irəli gəlmişdir? Bu da aydındır ki, hər iki yazıçının tarixə baxışından, ha-
disələri  fərqli  rakurslardan  təsvir  etməsində  müəyyən  fərqlər  olsa  da,  mövzu  eyniliyində 
müəyyən təsirlənmənin olduğu da deyilir. Ədəbi tənqid və nəzəri fikrin bu əsərlərin təhlili za-
manı onları müqayisə etmək cəhdləri də olmuşdur. Bir şey aydındır ki, onların bir-birindən tə-
sirlənmək ehtimalı azdır. Baxmayaraq ki, bu barədə ədəbi mühitdə bəzi söhbətlər də gəzmiş, 
buna işarələr də vurulmuşdu (6). Bu münasibətlərə yekun vuran tənqidçi, filologiya üzrə fəl-
səfə doktoru Sabir Bəşirov doğru qeyd edir ki: "Oruc bəy haqqındakı N.Əbdülrəhmanlının və 
E.Hüseynbəylinin  romanlarına  münasibət  ədəbi  fikrin,  tənqidin  mövqeyini  çox  aydın  gös-
tərdi" (3, 93). 
Eyni vaxtda yazılmış bu əsərlərə yazıçı marağı, hər şeydən öncə, Avropada Don Xuan 
Persia ləqəbi ilə tanınmış və məşhur olmuş Oruc bəy Bayatın həyatına, taleyinə marağın art-
masındadır. Həm də bu yaxınlara qədər Don Xuan (uzun müddət Avropada Don Juan adı ilə 
tanınmışdır) adı ilə məşhur olan bu şəxsiyyətin tarixi şəxsiyyət olması barədə bilgilər yox də-
rəcəsində idi. Lakin tarixçi-alim Oqtay Əfəndiyev və A.Fərzəliyevin ingiliscədən ruscaya tər-
cümə etdikləri araşdırma kitabından məlum olmuşdur ki, haqqında əfsanələr dolaşan, xristian-
lığı  qəbul  etməsilə  bağlı  söz-söhbət  gedən  yarıəfsanəvi,  yarıbədii  şəxsiyyət  Oruc  bəy  Bayat 
tarixi  şəxsiyyət  olmaqla  yanaşı,  onun  indiyədək  yaradılan  obrazı,  heç  də  real  həqiqəti  ifadə 
etmir. 
Doğrudur,  bu  romanların  baş  qəhrəmanı    Şah  İsmayıl  Xətai,  yaxud  Şah  Abbas  kimi 
hamı tərəfindən tanınan, birinci  dərəcəli tarixi  şəxsiyyətlərdən deyil, ancaq bədii  əsər mate-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin