Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə36/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   32   33   34   35   36   37   38   39   ...   298
 
 
32 
Adama elə gəlir ki, bu hadisələri bir yox, iki nəfər bizə danışır. Bu parçalarda gah Oruc bəyin 
itmiş  əlyazmalarındakı  səfər  qeydləri,  gah  da  Nəriman  bəyin  bunlara  rəğmən  qələmə  aldığı 
geniş təfsilatlar növbə ilə bir-birini əvəz etməkdədir və sanki onlardan biri o birisinin sözünə 
qüvvət  verir. Burda  əsasən Oruc bəy də daxil olmaqla Səfəvi  səfarətinin  başına gələnlərdən 
söhbət  açılır.  Və  təbii  ki,  haqqında  danışdığımız  “böyük  sirr  qapısı”  gözlərimiz  qarşısında 
birdən-birə yox, yavaş-yavaş taybatay olur" (4, s. 85). 
N.Əbdülrəhmanlı  roman  boyu  Oruc  bəy  Bayatın  başına  gələn  hadisələri  və  onun 
"Gündəlik" qismində yazdığı əlyazmanı oxuyarkən onun vətəninə, torpağına və şahına nə qə-
dər bağlı olması ilə onun haqqında vətənində gəzən söz-söhbət ziddiyyət təşkil edir. Oruc bəy 
Bayatın uydurma şəxs olmadığı və tarixilə bağlılığı yazıçının bədii təxəyyülü ilə paralel təsvi-
ri əsərin canlılığını artırır. Oruc bəy Bayatın iki il ərzində gedib səfarətxanaya çıxması, başına 
gələn hadisələr onun gündəliyində yerli-yataqlı təsvir edilir. Ümumiyyətlə, Oruc bəy Bayatın 
gündəliyi ilə yazıçının təsvirləri istər sənədliliyi, istərsə də dili və məzmunu baxımından bir-
birini tamamlayır. Yazıçının Oruc bəy Bayatın gündəliyinə əsasən, öz sözləri ilə verdiyi mətn-
lə,  əlyazmasından  gətirdiyi  misallar  sənədliliyini  qoruyub  saxlayır:  "...Şəhərlərdən,  kəndlər-
dən keçirdik, qalaları, monastrları görürdüm, ürəyim Təbrizdən ötrü sızım-sızım sızıldayırdı, 
gözlərimin qabağına on beş il əvvəl osmanlıların Təbrizə basqını gəlirdi. Hicri 993-cü il ra-
mazan ayının 25-də (1585-ci il sentyabrın 20-də) Osman paşanın qoşunu şəhərin üstünə gəl-
miş,  Diyarbəkir  hakimi  Cığaloğlunun  atılan  Şatırban  küçəsiylə  Sahibabad  meydanına  doğru 
irəliləmişdi. O vaxt eşitmişdim, Pirqeyb xanla Hüseynqulu Soltanın qoşunu duruş gətirə bil-
məyib Sorxab dağına çəkiliblər. Qazi Kamran bəy Övhadiylə şeyxülislam Mövlana Məhəm-
məd  Əlinin  heyəti  paşanın  yanına  getsə  də,  şəhər  talandan,  qırğından  qurtula  bilmədi"  (1, 
217).  
Yazıçı Oruc bəy Bayatla elçi arasında olan münaqişəni onun öz dilindən verməklə (ya-
da salsaq ki, Oruc bəy bu yazını şaha vətəndə hesabat vermək üçün yazmışdır, onda çox şey 
aydın olar) oxucunu inandırmağa çalışmır, sadəcə aralarında olan münasibəti izah edir. Hətta 
bir görüşdə elçinin onu öldürmək fikrinə də düşdüyünü bildirir: "Elçi məni xaç suyuna çəkil-
məyimi boynuma almaq məcburiyyətində qoyub onu tərk eləməyə, ispan torpağıında qalmağa 
hazırlaşdığımı  başa  düşdü.  Məni  dilə  tutmağın  ona  nəsib  olmayacağını,  səfarətlə  getməyə 
razılaşmayacağımı  inanandan sonra təhqirə görə  qisas almağı,  mənim qətlimi təşkil eləməyi 
qərara aldı" (1, 351). 
Beləliklə,  yazıçı  Oruc  bəyin  xristianlığı  qəbul  etməsi  və  geriyə  dönməməsinin 
səbəbləri xeyli ciddi təsir bağışlayır; səfərə qədər, səfər zamanı və ondan sonra da oxucu Oruc 
bəyi millətini, dövlətini sevən bir şəxs kimi tanıyır. Hələ səfərinin başlanğıcında ikən o, Qars 
ermənisi  Hambarsum  Muşeqyana  (Həsənəli  bəyə)  və  avantüraçı  ser  Antoni  Şerliyə  qarşı 
mübarizə aparır. O, Səfəvi dövlətinin təbəəsi olan ermənilərin rus çarına onları himayə etmək 
barədə  yazdığı məktubun  İvana-İvan Qroznıya çatdırılmasının qarşısını almağa nail olur. Bu 
mübarizəsini  təkbaşına  aparan  Oruc  bəy  Bayat  yolda  gedərkən,  eləcə  də  Valyadoliddə, 
Madriddə,  Lissabonda  dəfələrlə  üzləşdiyi  təhlükəni  qaldıra  bilir.  Onun  Şah  Abbasın 
erməniləri,  farsları  himayə  etməsini  dilə  gətirməsi  də  böyük  cəsarət  istədiyi  kimi,  onun  geri 
dönməməsinin də səbəblərindən biri kimi mənalanır. Əslində, yalnız Oruc bəyin deyil, digər 
səfarətxana  işçilərinin  də  xristianlığı  qəbul  edib  orda  qalmalarının  əsaslı  səbəbi  vardı.  Onlar 
hətta qəbul etməsəydilər belə, geri qayıdarkən cəzalanmalıydılar. Bu heyətdən yalnız bir nəfər 
- Qulamın qayıtmasından sonra cəza alması da bunu deməyə əsas verir. Romanın əhəmiyytini 
qeyd edən ədəbiyyatşünas S.Bəşirov yazır: "Məncə romanın daha bir dəyərli cəhətini unutmaq 
olmaz. "Könül elçisi..." romanı orta əsrlər Azərbaycan mədəniyyətinin görkəmli xadimlərini 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin