25 yox, daha çox işgəncə və əziyyət verəcəyini ehtimal edir və müəllifə "Mənbələrdə Toxtamışın
Azərbaycanda, xüsusilə Təbrizdəki zülmləri barədə istənilən qədər məlumat olduğu halda,
nədənsə, müəllif bunlardan yan keçmişdir" (1, 167) eyni iradı bildirərək yazıçının hansı
hadisəni, faktı təsvir etmək hüququnu onun əlindən almağa çalışırlar.
Müasir oxucu üçün XIV yüzilin sonu-XV yüzilin əvvəlləri Azərbaycan həyatı, məişəti
və ictimai-siyasi hadisələri hələ açılmamışdır. Burada açılmamış sirlər, hadisələr çoxdur;
Cəlairilər, Şirvanşahıar, Qaraqoyunlular sülalələri tərəfindən idarə edilən Azərbaycan həyatı,
məişəti, düşüncəsi, etnoqrafiyası, etnopsixologiyası və s. oxucunun maraq dünyasını təşkil
edir. Yazıçının "Məhşər"də tarixi mövzuya üz tutmasının başlıca məqsədi Azərbaycan
tarixinin çox az işlənmiş bir mərhələsinin, hürufizm dünyagörüşünün dünyanın gücü sayılan
Teymurləngə qarşı mübarizəsini işıqlandırmaqdan ibarətdir. Əsərin əsas süjet xəttinin mər-
kəzində Xeyir və Şər qüvvələrinin üz-üzə gəlməsi durur ki, Xeyiri Azərbaycan şairi İmadəd-
din Nəsimi, Şəri isə dünyanın böyük bir hissəsini ələ keçirən Teymurləng təmsil edir. Tey-
murləng hakimiyyəti kimi, sufizm-hürufizm ideyalarının da az vaxtda geniş yayılması bu iki
qüvvəni önə çıxarır.
Şübhəsiz, İ.Hüseynovun ilk tarixi romanı kimi "Məhşər"də qüsurlar, tarixi uyğunsuz-
luqlar yox deyildir. Nəzərə alsaq ki, tarixi romanın yazıldığı dövrdə həm İ.Nəsimi və huru-
fizm, həm də Teymurlənglə bağlı geniş araşdırmalar aparılmamışdır. Üstəlik Teymurləng
haqqında müxtəlif mənbələrdə bir-birinə zidd məlumatlar da yox deyildir. Yazıçının bu mən-
bələrin hamısını oxuyub müəyyən bir qərara gəlməsinin özü də əsərin yazılmasında çətinlik
yaratmaya bilməzdi. Lakin məsələ heç bunda da deyil, məsələ ondadır ki, roman yazıldıqdan
dərhal sonra tarixçi Əbülfəz Rəhimov romanda nöqsanlar axtarmağa başladı və əsərin bədii
dəyərini tarixi səhvlərə görə verməyə çalışdı. Hətta tarixçi-alim romana o qədər tarixin gözü
ilə baxmışdır ki, özü də bu hərfi yanaşmanı gizlətməyərək yazmışdır: "Qarşımızda yenicə
oxuyub qurtardığımız böyük hürufi şair Nəsiminin həyat və fəaliyyətinə həsr edilmiş İsa
Hüseynovun "Məhşər" romanı və onun əhatə etdiyi dövrə aid onlarla tarixi mənbə və müasir
elmi-tədqiqat əsərləri vardır. Bu əlavə ədəbiyyatı qarşımıza ona görə gətirib qoymuşuq ki,
romanı oxuduqca rast gəldiyimiz bəzi tarixi yanılmaları, təhrifləri bir daha məxəzlər, elmi
tədqiqat əsərləri ilə yoxlayaq, müqayisə edək və onları imkanımız daxilində müəllifin nəzəri-
nə çatdıraq" (2, 138).
Tarixçinin hər hansı bir tarixi romanını oxuyub təhrifləri göstərməsi təbiidir, ancaq
onun Teymurləng tüzikləri, müxtəlif tarix kitablarını qarşısına qoyaraq səhvlər axtarması və
əsərə bu bucaq altından qiymət verməsi əsərə səhv yanaşmanın nəticəsidir. Çünki bədii əsərə
tarixin gözü ilə baxmaq, tarix dərsliklərində yazılanları tələb etmək tarixi romana səhv
metodoloji yanaşmadan irəli gəlir. Hətta tarixçinin əsəri "Nəsiminin həyat və fəaliyyətinə həsr
olunması" fikri kökündən yanlışdır. "Məhşər"i yalnız Nəsiminin həyat və fəaliyyətinə həsr
edilmiş əsər kimi qəbul etmək olmaz, nədən ki, romanda Nəsimi-hürufi-Nəimi-Teymurləng-
Şirvanşah İbrahim-Miranşah xəttləri paralel qollar olaraq çıxış edir. Baxmayaraq ki, məqalədə
Ə.Rəcəbovun əsərlə bağlı obyektiv təhlilləri də yox deyil. Tarixçi yazır ki, neçə illərdir, XVI
əsrin ortalarından başlayaraq XVI əsrin sonlarına qədər olan dövr haqqında dünyanın müxtəlif
kitabxanalarında saxlanılan tarixi, ədəbi mənbələri, bəzilərini çap və təhlil etməklə məşğuldur.
Söz yox ki, dövrün tədqiqatçısı kimi Ə.Rəhimovun tarix haqqında yürütdüyü fikirləri etibarlı
hesab etmək olar. Məsələn, Ə.Rəhimov yazıçının "Vaxtilə Çingiz xan nəvəsi Qazan xan
Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə Şirvanşaha müstəqil
ordu saxlamaq ixtiyarı verilmişdir" (3, 19) cümləsində doğru olaraq Qazan xanın Çingiz xanın
nəvəsi yox, nəticəsi olduğunu söyləməkdə (2, 138) tamamilə haqlıdır. Lakin "onun