19 keçirilən hər bir belə yubiley bizim həyatımızda çox böyük yeni hissiyyatlar doğurur, yeni
qüvvələr meydana gətirir” (3, XIII c., 109).
Bağlayıcılarla nitqə ekspressivlik verə bilmək Heydər Əliyev nitqinə xas olan bir
xüsusiyyətdir. Belə ki, böyük natiqdən “lakin”, “ancaq”, “amma” bağlayıcılarını eşidən
auditoriya bu bağlayıcılara qədər olan fikrin qarşılığını gözləyir. Auditoriya yeni bir
fikrin, yeni bir ideyanın ortaya qoyulacağını səbirsizliklə gözləyir: “Neft kəmərlərindən
biri Rusiya ərazisindən keçib onun Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisi
ilə Supsa limanına gedəcəkdir. Lakin Gürcüstan, Türkiyə əraziləri ilə Aralıq dənizinə,
Ceyhan limanına gedəcək böyük neft kəməri çəkmək də planlaşdırılır” (XII c., 38).
Novorossiysk və Supsa limanlarına gedəcək neft kəmərlərinə qarşılıqlı olaraq Ceyhan
limanı auditoriyaya açıqlanır. Heydər Əliyev nitqində qarşılaşma bağlayıcıları bir-birinin
ardınca gələrək nitqə xüsusi çalarlar qazandırır: “Azərbaycanda heç bir tarixi şəxsiyyətə
məqbərə yoxdur, ancaq şairə, yazıçıya var. Amma gəlin açıq danışaq, bu xalqı yaşadanlar
tək şairlər, yazıçılar olmayıblar. Azərbaycanın padşahları da, sərkərdələri də, xanları da
olubdur” (3, XIII c., 109). ”Ancaq” bağlayıcısı şair və yazıçıları digər tarixi şəxsiyyətlərlə
qarşılaşdırırsa ikinci halda amma bağlayıcısı xalqı yaşadanları şair və yazıçıları sərkərdə
və xanlarla qarşılaşdırır, nitqin dolğunluğunu və qavranılmasını təmin edir.
“Ancaq” qarşılaşma bildirən bağlayıcı Heydər Əliyevin dilində fəlsəfi kateqoriya-
ların dialektik ziddiyətini vermək məqamlarında işlədilir: “Biz bu gün, bu el bayramı gü-
nü Məhəmməd Füzulinin Azərbaycanın paytaxtı Bakıda, Füzuli meydanında ucaldılmış
heykəlinin önünə getdik, onun heykəlinin qarşısına güllər qoyduq. Ancaq Füzulinin özü-
nün yaratdığı mənəvi heykəl bizim hər birimizin qəlbindədir” (3, VIII c., 25). Əgər Füzu-
linin heykəli formadırsa onun qəlblərdə yaratdığı mənəvi heykəl isə məzmundur. “An-
caq” bağlayıcısı elə burada forma və məzmun arasında əlaqə yaradır, zidd təsəvvürləri
bir-birinə bağlayır.
“Ancaq” qarşılaşma bağlayıcısını təkrar etməklə məntiqi ardıcıllıqla bir nitq
yaratmaq böyük natiqlərə müyəssər ola bilir ki, biz bunu Heydər Əliyevin 1997-ci ildə 30
oktyabrda Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında müşahidə edə bilirik:
“Ancaq son dövrdə ümumiyyətlə dövlətin yazıçılar, şairlər üçün yaratdığı şərait artıq o
qədər qanuniləşmişdi ki, hamı hesab edirdi daim belə olacaq, belə də olmalıdır. Ancaq o
quruluş dağıldı, biz o sistemdən imtina etdik və buna da heç vaxt heyfsilənməməliyik.
Əksinə, ona görə sevinməliyik. Sevinməliyik ki, o quruluş, Sovet İttifaqı dağıldı. Sevin-
məliyik ki, əgər dağılmasaydı, biz dövlət müstəqilliyimizi əldə edə bilməzdik, bu mümkün
deyildi. Ancaq bir halda ki, biz onun dağılmasını istəyirdik və istəyirdik ki, milli azadlığa
çıxaq, müstəqil dövlət olaq, demək bunun əzab-əziyyətini də çəkməliyik. Başqa cür ola
da bilməz. Bu təbiidir. Ancaq tərəziyə qoyanda – hansı ağır gəlir, hansı yüngül gəlir, -
hamı bir səslə deyəcəkdir ki, bəli, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə döz-
məliyik. Ancaq bu çətinliklər daimi deyildir. Bunların da sonu var, bunlar müvəqqətidir.
Mən bu gün bunu bir daha deyirəm və hesab edirəm ki, biz bu çətinliklərdən keçib gedə-
cəyik. Ancaq bu şəraitdə də biz keçmiş ənənələrə istinad edərək, - yəni siz onlara vərdiş
etdiyinizə görə və biz də hesab edərək ki, doğrudan da gərək yazıçılar bu keçid döv-
ründən bir balaca yüngül keçsinlər, - əlbəttə ki, imkan dairəsində müəyyən qayğılar gös-
tərmək lazımdır” (3, XIII c., 111). “Ancaq” bağlayıcısı altı dəfə təkrarlanaraq Sovetlər
dövründən müstəqillik dövrünədək olan mərhələləri əvəzləyir. Qərarlaşmış sovet dövrü –
quruluşun dağılması – milli-azadlığa çıxmaq – müstəqillik yolunda əzab-əziyyətə dözmək
– çətinliklərin daimi olmaması – keçid dövrünü başa vurmaq.