Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə237/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   233   234   235   236   237   238   239   240   ...   298
 
 
169 
siyanı  azaltmaq  və  onların  bir-biri  ilə  qarşılıqlı  əlaqə  bacarıqlarının  inkişaf  etdirilməsi,  nitq 
aktivliyi,  anlama,  diqqətin  inkişafı,  ümümi  və  kiçik  motorikanın  inkişafı,  hərəkət  koordina-
siyası, oyun, bacarıq və səriştəliliyin inkişafıdır. 
Adaptasiya  dövründə  tərbiyəçi  uşaqlara  inkişafetdirici  funksiyaları  həyata  keçirən 
fəaliyyət növləri təklif edir. 
-qum və su ilə oyun (uşaqlara, müxtəlif həcmli qablar, qaşıqlar, qıflar, süzgəclər verir. 
Uşaq suyu bir qabdan başqasına süzür, oraya kürəciklər, balıqlar atır); 
-əllərlə monoton hərəkətlər (piramidaların və ya həlqələrin çubuğa keçirilməsi); 
-əlin sıxılması (uşağa rezin oyuncaqlar verir ki, onu sıxsın, səsini çıxarsın); 
-flomastrla, markerlə, boya ilə şəkil çəkmək; 
-sakit musiqiyə qulaq asmaq; 
-gülüş terapiya ilə məşğul olmaq. 
Araşdırmalardan belə aydın olur ki, inkişafetdirici təlimin əsas komponentlərindən biri 
də  qrup  otağında  emosional  xoş  atmosferin,  şəraitin  yaradılmasıdır.  İnkişafetdirici  mühitin 
yaradılmasında aşağıda göstərilən  psixoloji tələblərin nəzərə alınması məqsədəuyğundur: 
-mühit  müasir,  erqonomikanın  bütün  tələblərinə  cavab  verən,  uşaq  fəaliyyəti  üçün 
rahat olmalıdır; 
-uşaq fəaliyyətinin  inkişafında  yeni,  perspektivli səviyyəyə  nail olmanı  təmin etməli-
dir; 
-mühitin  baza  komponentləri,  uşaq  və  böyüklərin  fəaliyyətlərinin  makro  və  mikro-
mühitləri ilə mütənasib və miqyasca uyğun olmalıdır; 
-uşağın  aktual,  yaxın  gələcək  və  perspektiv  inkişafının,  konkret  fəaliyyət  növlərinin 
əşyavi  əsasının  amplifikasiyası  əsasında  yaradıcı  bacarıqların  inkişafının  tələbatlarını  təmin 
etməlidir; 
-uşaq bağçasındakı uşaqların yaş xüsusiyyətlərini nəzərə almalıdır. 
Məlumdur ki, hər bir uşağın, onun hissi qavramasının, təfəkkürünün, zehninin, özünü-
dərkin, ünsiyyət bacarığının, dünyagörüşünün inkişaf etməsinə səbəb olan bir sıra oyuncaqları 
olur. Müşahidələr göstərir ki, valideynlərin uşağının sevimli oyuncağını, evdə yemək zamanı 
istifadə etdiyi sevimli boşqab və qaşığını bağçaya gətirməsi onu ev şəraitinə yaxınlaşdırır. Bü-
tün  bunlar  uşağın  həyatında  ona  hisslərini  ifadə  etməyi,  ətrafdakılarla  ünsiyyət  qurmağı  və 
özünü dərk etməyi öyrədən mühit rolunu oynayır.   
Təcrübə  göstərir  ki,  uşaqların  və  onların  valideynlərinin  şəkilləri  olan  fotoalbomun 
qrup otağına gətirilməsi daha yaxşı nəticələrə səbəb olur. Uşaq istədiyi vaxt sevimli valideyn-
lərini, əzizlərini görə bilir və  darıxmır. 
Adaptasiyanın uğurlu keçməsi davranış reaksiyası və adaptasiya dövrünün müddətində 
əks olunur. Davranış adaptasiyasının dörd əsas faktorunu qeyd etmək olar: emosional vəziy-
yət, kommunikativlik, gündüz yuxusu, iştah. 
Uşağın adaptasiya olmasının ilkin əlamətləri: 
-yaxşı iştah; 
-sakit yuxu; 
-başqa uşaqlarla həvəslə ünsiyyət qurmaq; 
-tərbiyəçinin istənilən cümləsinə adekvat reaksiya; 
-normal emosional vəziyyət. 
Təcrübə  göstərir  ki,  uşaqların  məktəbəqədər  təhsil  muəssisələrinə  tam  uyğunlaşması 
uçün aşağıdakı məsələlərə  diqqət yetirilməsi zəruridir: 
1.  Uşaqların  məktəbəqədər  təhsil  müəssisəsinə  psixoloji  uyğunlaşması  prosesinin 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin