Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə239/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   235   236   237   238   239   240   241   242   ...   298
 
 
171 
ması, əşyalarla  fəaliyyətinin  inkişafı uşaqların adaptasiya dövrünün xarakterini müəyyənləş-
dirən  mühüm  amillərdir.  Adaptasiya  dövrünün  yüngül  keçməsi  üçün  tərbiyəçilər  tərəfindən 
xüsusi şəraitin  yaradılması  məqsədəuyğundur. 
 İnkişafetdirici  təlimin  komponentlərinin  həyata  keçirilməsi  adaptasiya  dövrünün  nis-
bətən yüngül keçməsinə şərait yaradır. Düzgün planlaşdırılmış iş tərbiyəçiyə yeni qəbul olun-
muş uşaqlarla bacarıqla işləməyə imkan yaradır. Bu iş  məsuliyyət, peşəkarlıq və yaradıcı ya-
naşma tələb edir. 
Planın cədvəl şəklində yazılması, planda günlər, həftələr, ayın tarixi və ayların göstə-
rilməsi məqsədəuyğundur. Planlaşdırma aşağıdakı   istiqamətlər üzrə  aparılır. 
1. Oyun prosesində  qarşılıqlı əlaqələr. 
2. Oynayırıq və qururuq. 
3. Emosional qayğı formalaşdırırıq. 
4. Uşağın inkişafı. 
Adaptasiya dövründə azyaşlılarla frontal məşğələlər aparılmır, işin fərdi formasına üs-
tünlük  verilir.  Kiçik  qruplarla  da  iş  mümkündür  (3-4  uşaq).  Hətta  belə  azsaylı  qruplarda  da 
uşaqlar birlikdə oynamırlar. Onlar tərəfdaşları kimi yaxınlıqda oynayır, özlərinə oyun yoldaşı 
kimi  yaşıdını  deyil,  böyükləri  seçirlər.  Bir  gün  ərzində  müxtəlif  iş  üsulları  planlaşdırmaq 
mümkündür. 
1. Oyun prosesində  qarşılıqlı əlaqələri planlaşdırarkən tərbiyəçi müxtəlif növ oyunlar 
seçir: 1) süjetli; 2) su ilə oyun; 3) qum ilə oyun; 4) didaktik oyuncaqlarla oyun; 5) əyləncəli 
oyunlar. 
2.  “Oynayırıq  -  qururuq”  istiqamətində  uşaqların  plastmas  və  taxta  konstruktorlarla, 
həmçinin yumşaq modullarla fəaliyyəti əks olunur. 
3.“Emosional qayğı formalaşdırırıq” bölməsində aşağıdakıları qeyd etmək olar: 1) şeir 
söylənməsi; 2) nağıl danışılması; 3) mahnı oxunması; 4) musiqi dinlənməsi; 5) oyuncaq, şəkil, 
kitablara baxma; 6) təbiət obyektinin müşahidəsi; 7) uşaqlar üçün şəkil şəkmək. 
4.“Uşağın  inkişafı”  bölməsini  planlaşdırarkən  tərbiyəçi  aşağıdakıları  seçir:  1)  oyun 
tapşırıqları; 2) hərəkətli oyunlar; 3) musiqili oyunlar. 
İnkişafetdirici təlim prosesində xalqın poetik sözlərindən istifadə olunmasına da geniş 
yer  verilməsi    məqsədəuyğun  hesab  edilir.  Uşağa  yönəldilmiş  poetik  xalq  sözü  emosional 
rahatlıq uyğunluğunu proqramlaşdırır ki, bu da adaptasiya dövründə vacib şərtlərdən biridir. 
Lakin biz uşağa lazım olan bilikləri  əldə etməyə kömək edirik. Bu biliklər öz gücünə inam, 
istilik, məhəbbət, ətraf aləmi sevinclə qəbul edə bilmə bacarığı verir. Yalnız uşaqların dili ilə 
danışa  bilmək  lazımdır.  Ən  başlıcası  uşaq  qəlbində  poetik  obrazların  səsləndirilməsidir. 
Bundan  hər  gün  istifadə  edilməsi  uşağın    sağlam,  şən  əhval-ruhiyyədə  olmasına,  onu  əhatə 
edən ətraf aləmi məmnuniyyətlə dərk etməsinə gətirib çıxarır. 
Bağçaya uyğunlaşma prosesinin maksimum ağrısız ötüşməsi üçün adaptasiya proble-
minin həllinə kompleks yanaşmaq lazımdır. Bunun üçün birinci növbədə  tərbiyəçilər ailələrlə 
sıx əlaqə saxlayıb,  ailələrə gedərək  uşaqların öz evləri və bağça mühiti arasındakı  fərqə uy-
ğunlaşmasına kömək etmək kimi mühüm vəzifəni yerinə yetirə bilərlər. Tərbiyəçilərin həm də 
bağçada  keçirilən müxtəlif tədbirlərə valideynləri cəlb etməsi vacib və lazımdır.  

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin