Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə70/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   66   67   68   69   70   71   72   73   ...   298
 
 
58 
daxilində aydınlaşdırıla bilir.  
Müasir dil dərsləri nitq və linqvistik bacarıqların qarşılıqlı əlaqədə formalaşmasını nə-
zərdə tutur. Ona görə də nitqin fəaliyyət növləri, xüsusilə oxu və yazı ilə bağlı qabiliyyətlərin 
yaradılıb inkişaf etdirilməsi nəzəri məlumatları özündə əks etdirən dil qaydaları ilə möhkəm 
əlaqədə verilməlidir. Əgər təlim fəaliyyətində bu əlaqə düzgün qurulmasa, yenə də linqvistik 
məlumatlar  yaddaşa  köçürülən  gərəksiz  təlim  yükü  olaraq  qalacaqdır.  Odur  ki,  dil  material-
larının bir sistem daxilində mətn  üzərində iş  vasitəsilə aşılanması mühüm tələb kimi  qoyul-
malıdır. Keçən əsrin 70-ci illərində bu istiqamətdə müəyyən addımlar atılmışdı. Belə ki, rus 
dilinin tədrisi metodikasında morfologiyanın sintaktik əsasda tədrisi bir tələb kimi qoyulmuş 
və  səmərəli  nəticələr  verdiyi  sübuta  yetirilmişdi  (9).  Lakin  zaman  göstərdi  ki,  təkcə  mor-
fologiya deyil, dilin bütün bölmələri sintaktik əsasda tədris edilməlidir (3). Bunun üçün Azər-
baycan dili  dərslərində  qavranılması  asan və  az vaxt  aparan kiçik mətn  nümunələri üzərində 
işlərə  geniş  yer  verilməlidir.  Bu  mətn  nümunələri  dərsliklərdə  mövzular  və  çalışmalar  şək-
lində işlənilə bilər. Mövcud dərsliklərin təhlili göstərir ki, müxtəlif səpkili mövzu mətnləri ol-
duqca  geniş  həcmə  malik  olmaqdan  əlavə,  dil  qaydaları  ilə  zəif  əlaqədə  tərtib  olunmuşdur. 
Aydındır  ki,  geniş  həcmə  malik  olan  bu  tipli  mətnlərin  məzmun  və  struktur  baxımından 
mənimsənilməsində müəyyən çətinliklər yaranır. Bundan əlavə, mətn üzərində dinləyib-anla-
ma, danışma, oxu və yazı işi müxtəlif dərs saatlarında nəzərdə tutulduğundan gözlənilən nəti-
cələr  əldə edilə bilinmir. Həmçinin dil qaydaları təsviri, nəqli və bəzən də mühakimə xarak-
terli bu mətnlərlə zəif əlaqələnir.  
Bu  obyektiv  səbəblərə  baxmayaraq,  qabaqcıl  təcrübə  göstərir  ki,  dil  qaydaları  mətn 
nümunələri  üzərində  iş  prosesində  mənimsədildikdə  alt  standartlardan  irəli  gələn  təlim 
nəticələrinə nail olmaq mümkündür. Bu zaman mətni təşkil edən abzaslar (sintaktik bütövlər), 
onlar arasında məna və qrammatik əlaqə yaradan vasitələr (bağlayıcılar, modal sözlər və s.), 
abzasların təşkil olunduğu sadə və mürəkkəb cümlələr, cümlələrin tərkib elementləri: cümlə 
üzvləri,  əlavələr,  bağlayıcı  vasitələr,  sözlər,  söz  birləşmələri,  sözlərin  isə  məna  növləri,  səs 
tərkibi kompleks şəkildə təhlilə cəlb edilir. Şagirdin tamı təşkil edən sadə elementləri bir-biri 
ilə qarşılıqlı əlaqədə görməsi onun məntiqi və tənqidi təfəkkürünü inkişafına da yardım edir. 
Elmi  dünyagörüşün  bir  komponenti  olan  linqvistik  təfəkkürün  formalaşması  mədəni  nitq 
qabiliyyətlərinin inkişafı ilə paralel şəkildə yerinə yetirilmiş olur. 
Mətn üzərində işin müsbət cəhətlərindən biri də budur ki, dərsin maraqlı və şagirdlərin 
düşüncə  fəallığı  ilə  keçirilməsi  üçün  müəllimə  geniş  seçim  etməyə,  rəngarəng  təlim  üsulla-
rından yararlanmağa imkanlar açır. Mətn üzərində iş həm diaqnostik, həm formativ, həm də 
summativ qiymətləndirmənin səmərəli təşkilində da səmərəli vasitə kimi çıxış edir. İndili hal-
da şagirdlərin istər yazı və oxu qabiliyyətlərinin, istərsə də linqivistik bilik və bacarıqlarının 
real mənzərəsinin müəyyənləşdirilməsi məqsədi ilə daha optimal vasitə tətbiq etmək mümkün 
deyil. 
Beləliklə, deyilənləri bu şəkildə ümumiləşdirmək olar: 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin