Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə69/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   65   66   67   68   69   70   71   72   ...   298
 
 
57 
yələrində, həm ayrı-ayrı siniflər üzrə gözlənilən nəticələr sırasında, həm də “Dinləyib-anlama 
və  danışma”, “Oxu”, “Yazı” və “Dil  qaydaları” məzmun xətlərində    getmiş  əsas  və  alt stan-
dartların tərkibində mühüm komponent kimi verilmişdir (12, 6-34). Söz və cümlə ilə müqa-
yisədə  fikrin  tam,  dolğun  ifadəsində,  məna  və  qrammatik  əlaqədə  verilməsində  mətn  daha 
əhəmiyyətli  dil  vahididir.  Prof.  Q.Kazımov  mətnin  cümlə  ilə  müqayisədə  kəsb  etdiyi  xüsu-
siyyətləri  belə  ümumiləşdirir:  “Ünsiyyətin  əsas  vahidi  olan  cümlə  bitmiş  fikir  ifadə  etsə  də, 
onun  ifadə  etdiyi  fikir  bitkinliyi  nisbi  xarakter  daşıyır.  Cümlə  onu  əhatə  edən  cümlələr 
birliyində,  mətn  struktur-semantik  xüsusiyyətlərini  tam  şəkildə  üzə  çıxara  bilir.  Cümlələrin 
müəyyən  fikir  ətrafında  əlaqəli  birliyi  mətnin  yaranmasına  səbəb  olur”  (4,  433).  Cümlə  ilə 
müqayisədə  mətnin  daha  önəmli  dil  vahidi  olması  fikri  O.İ.  Moskalskaya  tərəfindən  xüsusi 
qeyd edilir və belə bir qənaətə gəlinir: “Mətn sintaktik səviyyədə ən yüksək vahiddir” (8, 9). 
Mətn nitq fəaliyyəti bağlı olub yazılı və şifahi formalarda əksini tapır. İ.R. Qalperinin 
fikrincə, müxtəlif tipli leksik, qrammatik, məntiqi üslubi əlaqədə olan mətn məqsədyönlü və 
prakmatik ustanovkaya malikdir (5, s.18). Müəllimin yaradıcılıq laboratoriyasının dərinliklə-
rinə varıb ən qabaqcıl təcrübəni ümumiləşdirən Y.L. Lvova bu fikirləri bir az da konkretləşdi-
rərək yazır ki, mətndə dilin funksional imkanları, onun sintaksisinin qanunauyğunluqları real-
laşır (7, 45).  
Buradan  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  mətnin  linqvistik  xüsusiyyətləri  onun  dil 
materialı kimi təlim prosesinə geniş şəkildə cəlb edilməsinə metodik əsas yaradır. Rus meto-
distlərindən  Y.N.  Antomaşkina  (1),  L.A.  Besmenova  (2),  H.A.  İppolitova  (6),  E.N.  Osipova 
(10) və başqalarının son  dövrdə apardıqları tədqiqatlar məhz mətn üzərində işlə bağlıdır. Bu 
tədqiqatlarda  mətn  ayrı-ayrı  bacarıqların  aşılanması  baxımından  araşdırılsa  da,  dilin  bütün 
strukturunu  əks  etdirən  məsələlər  ümumilikdə  əhatə  olunmamışdır.  Ona  görə  də  dil  dərs-
lərində  mətn  nümunələrindən  istifadənin  nitq  və  linqvistik  bacarıqların  formalaşmasındakı 
rolu bir sistem halında tam öyrənilməmişdir.  
Şəxsiyyətyönlü təhsil mühitinin yaradılması fənlərin məzmununda, onun təşkili forma-
larında öz əksini tapmaqdadır. Bu innovasion baxış Azərbaycan dili təliminin kökündən də-
yişməsinə, yeni prinsiplər əsasında işlənilməsinə gətirib çıxardı. Əgər ənənəvi təlim mühitin-
də  dilin  fonetikası,  leksikası,  morfoloji  və  sintaktik  quruluşuna  dair  biliklərin  şagirdlərə  aşı-
lanması bu fənnin qarşısında qoyulmuş başlıca vəzifələrdən sayılırdısa, indiki halda ünsiyyət 
bacarıqlarının aşılanması önə çəkilir. Bunun üçün isə şagirdlər dil qaydaları ilə möhkəmlən-
dirilən mədəni nitq vərdişlərinə və məntiqi düşüncə qabiliyyətlərinə yiyələnməlidirlər. Ünsiy-
yət uyğun nitq şəraitində fikir və mülahizələrin aydın, dəqiq və məqsədyönlü ifadəsi ilə qurula 
bilir. İrəlidə söylənildiyi kimi, fikir və mülahizələr mətn formasında verilir. Ona görə də ayrı-
ayrı  sözlər  və  cümlələr  üzərində  qurulmuş  ənənəvi  dil  dərsləri  lazımi  nəticələrin  əldə  olun-
masına  imkan  yaratmırdı.  Odur  ki,  şagirdlərin  mətnlə  işləmək  bacarığının  formalaşması  bu 
neqativ məqamların aradan qaldırılmasında mühüm vasitə rolunu oynamış olur. 
Təhlil  göstərir  ki,  şagird  dil  dərslərində,  ilk  növbədə,  söz,  cümlə  və  mətnlə  işləmək 
vərdişləri qazanmalıdır.  Sözün səs  və hərf tərkibi  fonetik, məna xüsusiyyətləri  leksik,  qram-
matik  xüsusiyyətləri  isə  morfoloji  biliklər  vasitəsilə  izah  olunur.  Cümlənin  quruluşunu,  onu 
təşkil  edən  dil  vahidləri:  söz  və    söz  birləşmələri  arasındakı  məna  və  qrammatik  əlaqəni  isə 
sintaksisə dair biliklər vasitəsilə qazanmaq olur. Lakin linqvistik bilik və bacarıqlar özlüyündə 
mədəni nitq vərdişlərinin formalaşmasını təmin edə bilmir, çünki söz və cümlələr mətn daxi-
lində müqayisəli şəkildə təqdim edilmir. Sözün kəsb etdiyi mənalar: çoxmənalılığı, omonim-
liyi,  sinonimliyi,  antonimliyi  yalnız  mətn  daxilində  müəyyənləşdirilə  bildiyi  kimi,  cümlənin 
də  mahiyyəti,  məna  əlaqələri,  quruluşu  məhz  cümlələr  birliyindən  təşkil  olunmuş  mətn 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin