Редаксийайа дахил олуб: 22.06.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
56
Мятн цзяриндя иш дил гайдаларынын синтактик ясасда
тядрисинин башлыъа васитяси кими
Aygün Zamanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Е-маил:
aygun_zaman@mail.ru
Ряйчиляр: пед.ц.ф.д., проф.А.Н.Аббасов
пед.ц.е.д., проф.И.Щ.Ъябрайылов
Açar sözlər: dil qaydaları, təlim fəaliyyəti, sintaktik əsas, bacarıq, ümumiləşdirmə,
tətbiqetmə
Ключевые слова: языковые средства, учебная деятельность, синтаксическая
основа, умения, обобщение, применение
Key words: language tools, training activities, syntactic basis, skills, generalization,
application
Azərbaycan dili dərslərində şagirdlərin mədəni nitq vərdişlərinə yiyələnməsi dilin da-
xili quruluşunu əks etdirən normaların mənimsənilməsi ilə birbaşa bağlıdır. Linqvistik mahiy-
yət kəsb edən həmin normalar dil qaydaları formasında verilir və ən zəruri məlumatları əhatə
edir. Bu məlumatların bilik və bacarıqlar şəklində formalaşması təlimin hansı vasitələrlə hə-
yata keçirilməsindən asılıdır ki, mətn üzərində iş belə səmərəli vasitələrdən sayılır.
Məqsəd şagirdlərin nitq mədəniyyətinin və linqvistik təfəkkürünün inkişafına nail ol-
maq üçün mətn nümunələri üzərində işin zəruriliyini metodik baxımdan əsaslandırmaqdır.
Müasir məktəb təcrübəsi bilik və bacarıqlar, təlimin məzmun və təşkili yolları arasında
çoxsaylı ziddiyyətlərlə müşahidə olunur. Bu da ilk növbədə onunla bağlıdır ki, fənn proqram-
larında fəaliyyətlər şəklində nəzərdə tutlmuş məzmun təlim prosesində şagirdləri idrak fəal-
lığına təhrik edən müvafiq üsul və vasitələrlə keçilmir. Azərbaycan dili təlimində də bu və ya
digər səviyyədə özünü büruzə verən bu ziddiyyət tədris prosesinin keyfiyyətinə olduqca mənfi
təsir göstərir. Bunun nəticəsidir ki, şagirdlər şüurlu, rəvan, ifadəli oxu bacarıqları ilə yanaşı,
rabitəli, məntiqi əlaqədə qurulmuş şifahi və yazılı nitq qabiliyyətləri nümayiş etdirməkdə çə-
tinlik çəkirlər. Fikrimizcə, mətn üzərində işin “Dil qaydaları” məzmun xəttİndə nəzərdə tutul-
muş fəaliyyət növləri ilə qarşılıqlı əlaqədə təşkili mövcud problemlərin aradan qaldırılmasın-
da mühüm rol oynaya bilər. Bunun üçün isə mətn seçimi və onun üzərində iş qaydaları
aydınlaşdırılmalıdır.
Mətni üslubi xüsusiyyətlərinə görə araşdıran rus dilçisi Q.Y. Solqanik doğru olaraq
belə bir fikrə gəlir: “Mətn mühüm linqvistik anlayışdır. Onda dil və nitq haqqında bütün
məlumatlar toplaşıb. Mətn gerçək ünsiyyət vahididir. Biz faktiki olaraq mətnlə yazır, mətnlə
danışırıq. Buna görə də mətnin öyrənilməsinin sübuta ehtiyacı yoxdur” (11, 8). Deməli, dil
vahidlərinin kompleks şəklində öyrənilməsi və müvafiq dil və nitq bacarıqlarının formalaş-
dırılması üçün mətn münbit təlim materialıdır və zəngin imkanlara malikdir. Təhlil göstərir ki,
ənənəvi metodikada söz və cümlə nümunələri əsas təlim materialı kimi çıxış edirdisə, Kuri-
kulum islahatının tələblərinə uyğun olaraq həyata keçirilən Azərbaycan dili dərslərində mətn
nümunələri bu funksiyanı öz üzərinə götürmüş olur. Buna görə də “Azərbaycan dil” fənn
kurikulumunda (proqramında) bütün məzmun xətlərində mətn aparıcı mövqedə dayanır.
Şagirdin onunla işləmək bacarığı həm təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviy-
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |