Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri


Z.EMINOVA, Əsaslı kitabxananın direktoru



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   ...   8   9   10   11   12   13   14   15   16
Z.EMINOVA,

Əsaslı kitabxananın direktoru

G.QARAYEVA,

Elmi kitabişləmə və 

kataloqlaşdırma şöbəsinin müdiri

Müasir informasiya cəmiyyəti və elektron kitabxana



Dekabrın 11-də pediatriya  fakültəsinin VI kurs tələbələrinin 



ənənəvi istehsalat müşavirəsi keçirilib. Müşavirəyə sədrlik 

edən  fakültənin  dekanı,  dosent  Nəriman  Nağıyev  bildirib 

ki, VI kursda imtahan sessiyası yoxdur. May ayının axırına 

yaxın  dərslər  qurtaracaq,  dövlət  attestasiyası,  dövlət  im-

tahanları  başlayacaq.  O,  heç  bir  hazırlıq  kursu  keçmədən 

baza tibb təhsili diplomu ilə birbaşa praktiki səhiyyədə ça-

lışmağın mümkünlüyünü deyib. 

Bundan sonra fakültənin dekan müavini, professor Mehman Əliyev 

VI  kursda  cari  mənimsəmə  və  dərsə  davamiyyətin  vəziyyəti  barədə 

ətraflı məlumat verib, görülən tədbirlərə baxmayaraq  kafedralarda dərs 

buraxma hallarının çoxaldığını söyləyib. 50 saatdan artıq dərs buraxan 

tələbələrin adlarını çəkərək 5-6 nəfəri çıxmaqla bütün tələbələrin dərs 

buraxdıqlarını  qeyd  edib.  Dekanlığın  rəsmi  məktublarına  bəzi  kafed-

raların vaxtında cavab vermədiyini müşavirə iştirakçılarının diqqətinə 

çatdıran dekan müavini aparılan reydlərin, yoxlamaların nəticələrini də 

açıqlayıb.

Uşaq  yoluxucu  xəstəlikləri  kafedrasının  müdiri,  professor  Nərgiz 

Hüseynova,  II  uşaq  xəstəlikləri  kafedrasının  müdiri,  professor  Amal-

ya  Əyyubova,  neonatologiya  kafedrasının  müdiri,  professor  Səfixan 

Həsənov,  I  uşaq  xəstəlikləri  kafedrasının  dosenti  Sabir  Əmirəliyev 

müzakirə  olunan  problemlərin  obyektiv  və  subyektiv  səbəblərindən, 

eyni zamanda həlli yollarından danışıblar. 

Bu dəfəki ənənəvi istehsalat müşavirəsində, belə demək mümkünsə, 

“ənənə” pozulub. Əvvəlcə danışmaq istəməyən tələbələr bir anın içində 

sükutu  pozublar.  “Ən  yaxşı  müdafiə  hücumdur”  prinsipinə  söykənən 

450


c

 qrup tələbəsi Kamran Ələkbərzadə tələbələrin ünvanına yönəlmiş 

nöqsanların  səmtini  dəyişərək    müəllimləri  yaxşı  dərs  keçməməkdə, 

köhnə metodlarla işləməkdə günahlandırıb.

Tələbə  həmkarının  sözünə  qüvvət  verən  441

b

  qrup  tələbəsi  Günel 



Vəzirova da dərsə davamiyyətin aşağı olmasını dərslərin maraqsız ol-

ması  ilə  əlaqələndirib:  “Biz  bəzi  müəllimlərin  dərslərində  ona  görə 

otururuq ki, nəsə öyrənirik. Heç nə öyrətməyən müəllimlərin cansıxıcı 

dərslərində isə ona görə otururuq ki, bizə qayıb yazmasınlar”.   

Sonda fakültənin dekanı Nəriman Nağıyev səslənən tənqidlərin real-

lığı əks etdirdiyini vurğulayıb, lakin əsaslı-əsassız bəhanələr gətirərək 

tələbələrin  dərsdən  yayınmasına  da  haqq  qazandırmayıb.  Müşavirədə  

narahatlıq doğuran digər məsələlərlə bağlı  da fikir mübadiləsi aparılıb.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin