33
Azərbaycan xalqı yaxından, fəal iştirak etmişdir. Bu yaxınlıq və doğmalıq müsəlman möhürü
daşıyan ümumi musiqi mədəniyyətinə xas olan çalğı alətlərinin oxşarlığında aydın izlənilir.
Bir sıra simli musiqi alətlərinin təkmilləşməsində və onların yeni tipoloji növlərinin
yaranmasında Azərbaycanın görkəmli musiqi xadimlərinin də sanballı əməyi olmuşdur. Bu
cəhətdən Azərbaycan musiqişünaslarından Səfiəddin Urməvinin, Əbdülqədir Marağinin,
Sadıqcan adı ilə məşhur olan görkəmli tarzən Mirzə Sadığın xüsusilə böyük xidmətləri olmuşdur.
Məsələn, böyük Azərbaycan musiqişünası Səfiəddin Urməvi (1230-1294) «muğni» və «nüzhə»
adlı çoxsimli musiqi alətlərini icad etmişdir.
27
Zahiri görünüşcə çəngə bənzəyən muğni 81 simə
malik olmuşdur.
28
Dostları ilə paylaş: