Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


MƏTBƏX MƏDƏNİYYƏTİ:  YEMƏKLƏR VƏ İÇKİLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə25/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   21   22   23   24   25   26   27   28   ...   194
Nəfəsli musiqi alətləri tipoloji zənginliyə malik olub, sümsü, tütək, zurna (züy), ney, nay, 
kərənay, balaban (bülban),  tulum,  ərgənun, seypur, nəfir,  şahnəfir, mizmar, musiqar və s. ilə 
təmsil edilmişdir.  
Bunların arasında materialının bəsit (qarğı) olmasına və asan əldə edilməsinə görə sümsü, 
tütək və ney daha kütləvi səciyyə daşımışdır. Bu alətləri icad edənlər də, onları səsləndirənlər də 
sadə əmək adamları olmuşlar. Elə bu səbəbdən də el arasında tütəyə çox vaxt «çoban tütəyi» də 
deyilir.  
Tütək – Sümsü kimi, tütək də qarğıdan düzəldilmişdir. Sümsüdən azca böyük olan 
(uzunluğu 30-35 sm) tütəyin üfürülən ucuna ağacdan yonulmuş nazik «dilçək» keçirilir və bunun 
sayəsində hava axınının fasiləsizliyi və qənaətlə sərf olunması təmin edilir.  
Tütəyin üzərində 7, altında 1 deşik açılır və bunları barmaqla qapayıb açmaqla, ondan 
çıxan səsin ucalığı, ahəstəliyi və məlahəti tənzimlənir. Hazırda tütək təkcə qarğıdan deyil, ağac 
və misdən də düzəldilir. 
Balaban - çox qədim zamanlardan Azərbaycanda geniş yayılmışdır. Fərdi üfləmə musiqi 
aləti olmaq etibarilə o, həm sazəndə dəstəsinin tərkibində müşayiətçi (dəmkeş), həm də müstəqil 
çalğı aləti kimi istifadə olunmaqdadır.  
Əsasən, toy-düyün və digər el şənliklərində istifadə olunan balaban tut və ya ərik ağacından 
tütəksayağı lülə formasında düzəldilməklə, üzərində 8, altında bir ədəd deşik açılır. Üfürülmüş 
hava axınını  tənzimləmək üçün onun başına qarğı qabığından yonulub düzəldilmiş  müştük 
taxılır. Müştüyün dilçəkləri yastı hala salındığından el arasında ona «yastı balaban» da deyilir. 
Musiqi avazının kökünü dəyişdirmək üçün müştüyün ortasına mütəhərrik  xərək keçirilir. Orta 
əsrlərdə balaban Yaxın Şərq ölkələrində «bülban» adı ilə geniş yayılmışdır.
29
 
Ney - qarğı, ağac və ya bürüncdən lülə formasında düzəldilməklə, uzunluğu 60-70 sm-ə 
çatır. Onun üzərində 3-dən 6-ya qədər girdə deşik açılır. Bu deşiklərin qapanıb açılması ilə səs 
təranələrinin müxtəlif ucalıqda çıxması təmin olunur.  
Nəfəsli musiqi alətlərinin bu tipoloji növlərinin hər üçü həm forma və quruluş etibarilə
həm də çalğı-səsləndirilmə  tərzinə görə bir-birinə çox yaxın olub təklikdə  səsləndirilə bilir. 
Onların hər birinin köməyi xudmani çalğı  məclisini yola vermək, musiqisevərlərin könlünü 
oxşamaq olurdu. 
Nay - Tipoloji cəhətdən, xüsusilə çalğı  tərzinə görə, neyə çox yaxın olan nəfəsli musiqi 
alətlərindən biri olmaq etibarilə nay çox gur, uca-zil səsi ilə seçilmişdir. Nayın lüləsinə bərk hava 
axını üfürməklə, çox uca, həm də gur səs havacatı  əldə olunmuşdur. Elə bu səbəbdən də, onu 
əmin-amanlıq, toy-düyün məclislərində  səsləndirmək olmurdu. Güclü hava axını nayın lülə 
boşluğunda gur və uca səs titrəyişi əmələ gətirərək, təranəni zilə ucaldırdı. Elə bu səbəbdən də o
hərbi çalğıçılar dəstəsi üçün səciyyəvi musiqi aləti sayılmışdır.
30
 
Nayın harayı köçəbə

 türk tayfaları arasında tarixən səfərbəredici siqnal, köç və ya yürüş 
üçün xəbərdarlıq işarəsi rolunu oynamışdır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin