Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə76/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   72   73   74   75   76   77   78   79   ...   194
örkən, sicim, məfrəş, xurcun, çul, corab toxuyur, həllaclar keçə basırdı lar.
189
 
Xammal ehtiyatının bolluğu üzündən yun məmulatı toxuculuğu  Şamaxı  və Göyçay 
qəzalarında daha geniş yayılmışdır. Demək olar ki, hər bir kənddə  xalça,  gəbə, cecim, sumax, 
çuvalxurcun, mafraş toxunur, çatı, cidar hazırlanırdı.
190
 
XIX  əsrin 80-ci illərində müxtəlif çeşnili xalçaların  Şirvanın hər bir kənd və köçəbə 
icmasında toxunduğunu xəbər verən bir mənbədə bildirilirdi ki, çox nadir halda kənd evlərində 
xalça və digər məmulatlar toxumaq üçün hana olmazdı.
191
  Mənbənin yazdığına görə,  ən yaxşı 
xalçalar bölgənin Qarayazı, Zərdab, Mollakənd və Ərəbqədim kəndlərində toxunurdu.
192
 
Yun toxuculuğu Şirvana qonşu olan Ərəş mahalı və Şəki qəzasında da geniş yayılmışdı. 
Burada xalça, palaz, cecim, çulçuval, məfrəş, şal toxuculuğu ilə qadınlar məşğul olurdular. Ən 
yaxşı xalça və cecim Kürətrafı  kəndlərdə, xüsusilə, Eymur, Qarxun, Ağyazı, habelə Nuxa 
qəzasının Vardanlı  kəndində toxunurdu. Bu məmulatlar nisbətən aşağı keyfiyyətdə olub, çox 
vaxt hər bir ailənin daxili istehlakına sərf olunur, nadir hallarda satışa çıxarılırdı. 
193
  
Mənbələrdən bəlli olduğu kimi, yun məmulatı istehsalı XIX əsrin birinci yarısında 
Şəkinin qonşuluğunda olan Alazan vadisində nisbətən zəif inkişaf etmişdir. 1841-ci ilin 
məlumatına görə, Balakən dairəsi  əhalisi öz istehlakı üçün yundan keçə, xirsəkçuval, xurcun, 
corab, cecim hazırlayırdı.
194
 Lakin XIX əsrin ikinci yarısında bölgədə  vəziyyət dəyişmiş, 
Azərbaycanın digər qəzalarında olduğu kimi, Zaqatala dairəsində  də yun məmulatı istehsalı 
əhəmiyyətli dərəcədə genişlənmişdir.
195
 1900-cü ilə aid bir arxiv sənədində  hər il Zaqatala 
dairəsində 11250 pud yun hasil olunduğu, bunun 4250 pudunun xaricə ixrac edildiyi, 7000 
pudunun yerli əhali tərəfindən yun məmulatlarının (şal, cecim, xalça, palaz, keçə, yapıncı, 
çopoz) hazırlanmasına sərf olunduğu xəbər verilir.
196
 Burada yun cecimdən xurcun, heybə, ipək 
cecimdən isə yorğan üzü hazırlanarmış.
197
Digər tərəfdən dairədə keçə məmulatı (qəlib, yapıncı, 
çopoz) istehsalı,  başqa sözlə, həllaclıq sənəti geniş yayıldığından xalça-palaz toxuculuğu 
məhdud səciyyə daşımışdır. Bu fakt arxiv sənədlərində də öz əksini tapmışdır. 1900-cü ilə aid bir 
sənəddə bildirilirdi ki, Zaqatala dairəsində xalça-palaz istehsalı nisbətən məhdud səciyyə da-
şımış, bunun müqabilində xurcun, çuval, çul toxuculuğu daha geniş yayılmışdı.
198
 


 
82
Yundan müxtəlif toxuma məmulatlarının hazırlan- ması Qarabağ bölgəsində, xüsusilə 
onun düzənlik ərazilərində tarixən geniş intişar tapmışdır. Bölgənin dağ və dağətəyi kəndlərində 
qoyunçuluq təsərrüfatı  zəif inkişaf etdiyindən bu kəndlərin  əhalisi xammal baxımından korluq 
çəkirdi. Bunun müqabilində Mil-Qarabağ düzənliyinin oturaq və köçəbə  əhalisi bol yun 
ehtiyatına malik olduğundan burada müxtəlif növ yun məmulatı  (şal, mahud, xalça, palaz, 
mafraş, xurcun, çuval və s.) istehsalı geniş yayılmışdı.
199
 
Mənbənin yazdığına görə, yun məmulatlarının hazırlanması ilə bağlı bütün proseslər 
(yunun yuyulyb təmizlənməsi, daranması, əyrilməsi, bükdərilməsi, yumaqlan ması, kələflənməsi, 
boyanması  və s.) hər bir evdə qadınlar tərəfindən görülürdü. Yalnız bir sıra çətin  əldə edilən 
rənglər kənarda, küp boyaqxanalarında boyatdırılırdı.
200
  
Yun məmulatı istehsalı xüsusilə bölgənin Cəbrayıl qəzası  kəndlərində daha geniş 
yayılmışdır. Burada yundan ən çox xalça, palaz, mahud (şal), habelə  xurcun, mafraş, çuval, 
corab, cecim, örkən  toxunur, sicim hörülürdü.
201
 
Azərbaycanın  ənənəvi xalça-palaz məmulatı  bədii-texniki xüsusiyyətlərinə görə  xovlu 
(ilməli) və  xovsuz (ilməsiz) olmaqla iki tipoloji növdə hazırlanmışdır. Xovlu xalçalar, istehsal 
texnologiyası baxımından palaz məmulatından xeyli dərəcədə fərqlənmişdir. 
Palaz  məmulatı xovsuz olub, yalnız  əriş  və arğac iplərinin müəyyən qaydada 
çarpazlaşdırılıb bir-birilərinin arasından keçirilməsi yolu ilə toxunub hazırlanırdı. Xovlu 
xalçaların istehsalında bunlardan əlavə al-əlvan boyanmış «ilmə» ipindən də istifadə olunurdu. 
Nisbətən sadə toxuma texnikasına malik olan palaz tipli xalçalara çox geniş çeşiddə 
məmulat növləri: palaz, kilim (çiyi kilim), zili, vərni, sumax, şəddə, yəməni, xirsək, cecim, habelə 
heybə, xurcun, çuval, məfrəş, çul, ladı, duz torbası, çanta və s. ilə təmsil olunurdu. 
Məişət əhəmiyyətinə görə, ənənəvi xalçaçılıq sənətində palaz məmulatı toxuculuğu daha 
önəmli yer tutmuşdur. Çoxsaylı tipoloji növə malik olan palaz məmulatı az miqdarda xammal 
məsrəfi tələb etməkdən  əlavə, həm də tez toxunub başa gəldiyinə görə iqtisadi cəhətdən də 
sərfəli idi. Məlum olduğu kimi, xalçaya nisbətən palaz məmulatının  əriş düzümü seyrək olub 
ilməsiz, həm də bir qədər boş toxunurdu. Palaz məmulatı  həm də az boyaq məsrəfləri tələb 
edirdi.  
Toxuma texnikasına, bəzək-nəqş tərtibatına görə palaz məmulatı saya və güllü olmaqla 
iki tipoloji növdə toxunurdu. 
Saya palazlar, bir qayda olaraq, əriş  və arğacın bir-birinə  bəsit keçirtmə («çalkeçir») 
üsulu ilə toxunurdu. Adətən, ikiüzlü toxunan saya palazın arğac ipi əpiş düzümünün alt və üst 
taylarını təkbir qaydada çalkeçir etməklə toxunduğundan onun astar üzü də avand üzü kimi, eyni 
ilə hamar görkəm kəsb edirdi. İkiüzlü toxuma texnikası  əsasında hasilə  gələn saya palazlar el 
arasında «yer palazı» da adlanırdı.
202
 Çox vaxt o, döşəmə, yaxud taxt üzərinə salınırdı.  
Yer palazı tarixən  zolaqlı  və  zolaqsız  olmaqla, bəzək tərtibatı etibarı ilə iki növdə 
toxunmuşdur. Zolaqsız palazın həm  əriş, həm də arğac ipləri eyni rəngdə, yaxud oxşar rəng 
çalarında olurdu. Bundan fərqli olaraq, zolaqlı palazların əriş və ya arğacı müxtəlif rəngli iplərin 
hər dəfə müəyyən saydan sonra dəyişdirilib təkrarlanması yolu ilə toxunurdu. Zolaqlar bəzən 
yalnız əriş taylarının rəng görüntüsünü müəyyən saydan sonra əvəzləmək, yaxud arğacın rəngli 
iplərini dəyişdirmək yolu ilə  əldə olunurdu. Bunun sayəsində  əriş uzatması vasitəsilə salınan 
alabəzək zolaqlar palazın boyu uzunu, arğac iplərinin köməyi ilə əmələ gətirilən rəngli zolaqlar 
isə köndələn vəziyyətdə düşürdü. Cecim toxunuşlu palazların hamısı bu bəsit texniki üsulla 
hazırlanırdı. 
Azərbaycan kürdlərinin arasında geniş yayılmış  yəməni,  ikiüzlü toxuma texnikası ilə 
istehsal olunur və «çiyi kilim» adlanırdı. Adətən,  örkən toxuculuğunda da bu texniki üsuldan 
istifadə olunurdu. 
Bəzən palazın həm  ərişi, həm də arğacı müəyyən saydan sonra dəyişən rəngliiplərdən 
tərtiblənirdi. Zolaqların bu cür şahmatsayağı  kəsişməsi yolu ilə toxunan palaz növü «şəddə» 
adlanmışdır. Eyni rəngli  əriş  və arğac iplərinin miqdarını artırıb azaltmaqla şəddə xanələrinin 
ölçüləri dəyişdirilirdi.
203
  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin