83
hamısı birüzlü toxunurdu. İkincisi, arğac ipi əriş düzümünün bir tərəfindən digər kənarına
birbaşa ötürülən saya palazdan fərqli olaraq, güllü palaz toxuculuğunda
hər bir bəzək-nəqş
ünsürü ayrıca arğac ipi vasitəsilə əmələ gətirilirdi.
Azərbaycanda kilimin toxuma texnologiyası və nəqş-dəzək kompozisiyası baxımından
bir sıra tipoloji növləri təşəkkül tapmışdır. Kilim tipli məmulat növləri «mürəkkəb keçirtmə»,
«dolama», «ilgəkli dolama», «dərmə», «qıyıq» və s. olmaqla, müxtəlif texniki üsullarla
toxunurdu.
Mürəkkəb keçirtmə üsulu ilə toxunan birüzlü palazların geniş yayılmış tipoloji növləri
arasında
kilim, zili, vərni və
sumax mühüm yer tutmuşdur. Bununla yanaşı, Azərbaycannın bir
sıra bölgələrində məhdud məhəlli ərazilərdə yayılmış «xirsək», «kunt» və s. kimi yerli adlarla
tanınan birüzlü kilim nümunələrinə də təsadüf olunur.
Dolama, yaxud
dərmə texnikası ilə birüzlü toxunan kilimlərdə nəqş ünsürü ilməsayağı
rəngbərəng boyanmış xüsusi bəzək ipinin köməyi ilə əmələ gətirilirdi.
Nəqşin müvafiq
hissələrinin rəng uyarının tələbindən asılı olaraq, bəzək iplərinin sərbəst ucu, bir qayda olaraq,
məmulatın astar üzünə çıxarılırdı.
Mürəkkəb toxuma texnikası ilə hazırlanan güllü palazın əriş taylarını aralamaq üçün dal
ağacı əvəzinə, qısa
çiliklər
işlənirdi. Cərgə ilə çin-çin toxunan xalça
ilməsindən və ya birbaşa
ötürülən arğac keçirtmələrindən fərqli olaraq, güllü palazın bəzək ipləri əriş taylarının arasından
çilik vasitəsilə keçirilirdi.
Adətən, 2-3 nəfər tərəfindən müştərək toxunan kilim ən çox dərmə, yaxud dolama (o
cümlədən,
ilgəkli dolama) texnikası əsasında hazırlandığından onun bəzək ünsürləri xalçasayağı
birbaşa, çin-çin deyil, müstəqil surətdə bu və ya digər bəzək növü tamam oluncayadək ayrı-
ayrılıqda toxunurdu. Ona görə də kilim toxuyan qadınların hər biri
bilavasitə özünün öhdəsinə
düşən bəzək ünsürünü müstəqil surətdə, yançını gözləmədən toxuyub başa çatdırırdı. Bununla
belə, bəzək ipi ilə toxunan kilim istehsalında yeri gəldikcə birbaşa ötürülən arğac
keçirmələrindən də istifadə olunurdu.
Vərni. Toxuma texnologiyasına görə, digər kilim növlərindən nazik toxunması və yüngül
olması ilə fərqlənirdi..
Ona görə də, keçmişdə vərni pərdə, örtük, yük üzü, habelə alaçıq tipli
evlərdə «divar bəzəyi» kimi istifadə olunmuşdur. Bu cəhətdən vərni yun cecimi xatırladırdı.
Azərbaycanda vərninin başlıca istehsal mərkəzləri Qazax və Qarabağ bölgələri olmuşdur.
Sumax. Kilim qrupuna daxil olan ənənəvi xovsuz xalçaların tipoloji
növlərindən biri olub
«qıyıq» texniki üsulu ilə toxunmuşdur. Ornamental bəzək tərtibatına görə, xovlu xalçaları
xatırladırdı. Bəzək-nəqş ünsürləri xovlu xalçalarda olduğu kimi, orta «göl»də və onu dövrələyən
kənar haşiyədə (yeləndə) cəmləşirdi. Sumağın «göl» adlanan ara sahəsi müxtəlif formalı
(çoxbucaqlı, düzbucaqlı, kvadrat, paxlavaşəkilli), böyük və kiçik ölçülü xonçalardan ibarət
tərtiblənirdi. Göl xonçalarında stilizə edilmiş nəbati
motivlər və heyvanat, o cümlədən quş
təsvirləri üstün yer tuturdu.
Gölün ətrafını dövrələyən haşiyə «dolanqaç» adlanan S-vari bəzək ünsürlərindən ibarət
dar qurşaqla əhatə olunurdu.
Dostları ilə paylaş: