Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə85/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   81   82   83   84   85   86   87   88   ...   194
      
Ağlabənd məmulatı 
Azərbaycanda ənənəvi  bəzək vasitələri tarixən ləl-cəvahiratla süslənmiş zinət istehsalı ilə 
yanaşı güləbətin, keci sap, ip, yaxud iplik vasitəsi ilə hazırlanmış  ağlabənd  məmulatı 
istiqamətində inkişaf etmişdir. 
Ağlabənd məmulatının zəngin tipoloji növləri  bafta,  şərid (qaragöz, çapara), zəncirə, 
sərmə (sirma),  şahpəsənd, qaragöz, qotaz,  bağ  və s. yaranmışdır. Bunların hər birinin özünə 
məxsus istehsal texnologiyası təşəkkül tapdığı kimi, ənənəvi tətbiq sahələri də yaranmışdır. 
Bafta. Əsasən, güləbətin sapla bafta dəzgahında, peşəkar baftaçı ustalar tərəfindən j enli 
və ensiz («dar bafta») olmaqla iki cür toxunmuşdur. 
Güləbətin, bir qayda olaraq, qızıl və gümüşdən çəkilmiş metal tellərin ipək sapa 
sarınması yolu ilə hazırlanırdı. Keçmişdə Azərbaycanın bir sıra  şəhərlərində (Təbriz,  Şamaxı) 
«sirmakeş» adlanan peşəkar güləbətin ustaları  fəaliyyət göstərirdilər. Onların hazırladıqları 
güləbətin sapı satın alıb bafta toxuyur, yaxud güləbətin tikmələrdə işlədirdilər.  
Bafta güləbətin sapla toxunduqda qızılı və ya gümüşü rəngdə düşürdü. Onu ağ, çəhrayı, 
narıncı, qırmızı, al qırmızı rəngli ipək (keci) sapla da toxumaq olurdu. 
Bafta başlıca olaraq, qadın üst geyimlərinin, həm də bayır-bayramlıq libasının 
bəzədilməsində istifadə olunmuşdur.Bafta bəzək vasitəsi olmaqdan əlavə, həm də əməli məqsəd 
daşıyırdı. Adətən, onu arxalıq tipli üst geyimlərinin yaxasına,  ətəyinə, yan çapıqlarının 
kənarlarına bəndləməklə  əl tikişlərinin üstünü örtüb görünməz edir və yaraşıqlı hala salırdılar. 
Bundan  əlavə, kübar qadınların tumanının  ətəyinə enli baftadan «ətəklik», çutqunun önünə 
tutmaq üçün «qabaqlıq» düzəldirdilər. 
Çapara.  Baftanın ipək (keci) sapla toxunmuş  bəsit növü «çapara» adlanır və üst 
geyimlərinin bəzədilməsində bafta əvəzinə    işlədilirdi. Kiçik ölçülü hananı xatırladan çapara 
dəzgahında toxunan bu bəzək növü qara rəngli sapla həndəsi səciyyəli nəqş nümunələri 
(çoxbucaqlı, dördbucaqlı, paxlava və s.) ilə bəzədildikdə «qaragöz» adlanırdı. 
Dağlıq  Şirvanda o, çapara dəzgahından  əlavə, içərisi samanla doldurulmuş  dağar  və 
toppuzu xatırladan xırda ağac çiliklər vasitəsi ilə də toxunurdu.  


 
88

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin