90
olaraq, Lənkəran-Astara bölgəsində yayılmışdır.
Təkəlduz tikmə. XIX əsrdə Azərbaycanın ənənəvi bədii tikmələri arasında
təkəlduz tikmə
növü xüsusi yer tuturdu. Təkəlduz tikmələrdə nəbati və ya
həndəsi motivli nəqş-bəzək
nümunələri müxtəlif rəngli sapların köməyi ilə parça üzərində ardıcıl olaraq, mühit xətti üzrə
davam etdirilən ilməvari ilgəklər vasitəsilə salınırdı. Təkəlduz tikmələrdə ən çox təsadüf edilən
həndəsi formalı nəqş-bəzək elementləri arasında xırda dairəciklər,
halqalar, üçbucaq, dördbucaq,
paxlava, beş, altı və səkkiz guşəli ulduz, sınıq, düz, yaxud dalğavari xətlər mühüm yer tuturdu.
Təkəlduz ustalarının istifadə etdiyi nəbati nəqşlər arasında müxtəlif gül: qızılgül, nərgiz, qərənfil,
lalə, süsən, zanbaq, bənövşə və çiçəklər nar, heyva,
alça çiçəyi, sünbül, yarpaq, habelə quş
bülbül, tovuz quşu, göyərçin, tutuquşu, turac, hophop, şanapipik, qırqovul, qumru, kəklik,
sağsağan rəsmləri mühüm yer tuturdu.
Bəzən bu tip tikmələrdə ceyran, cüyür, at, əfsanəvi əjdaha
təsvirlərinə də təsadüf olunurdu. Nadir hallarda bir sıra məişət əşyaları (gülabdan, kuzə, ətirqabı,
surmədan daraq, qayçı və s.) tikmə rəsmlərinə çevrilirdi. Bir sözlə, qədim və orta əsrlərdə dəbdə
olmuş ənənəvi nəqş nümunələri həvəslə təkrarlanırdı. Təkəlduz ustaları arabir astral səciyyəli
bəzək nümunələrinə (günəş, ay, ulduz) də müraciət edirdilər.
Basmaqəlib
üsulunda olduğu kimi, təkəlduz tikmələrin də bəzək-nəqş ünsürləri
haşiyə,
köbək (göl) və
ara bəzəyi olmaqla, bir-birindən seçilib fərqlənirdi.
Tikmə prosesində əvvəlcə haşiyə bəzəkləri üzrə naxışın əsas mühit xətləri işlənir, daha
sonra isə ara boşluqları doldurulurdu.
Təkəlduz ustaları
qasnaq (sağanaq, kargah) və
qarmaq (qüllab) olmaqla iki sadə əmək
alətidən istifadə edirdilər. Hər hansı bir məmulat və ya parça üzərinə naxış salmaq üçün əvvəlcə
parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir kiçik dövrəli qasnağı kip otuzdururdular.
Sonra parçanın üzərinə müvafiq naxışın konturları salınırdı. Bunun üçün
tikiş iynəsi ilə deşilmiş
kağız əndazəni üstünə qoyub təbaşir tozu ilə naxışın rəddini məmulat və ya parça üzərinə
köçürürdülər. Bu əməliyyat qurtardıqdan sonra usta sol əli ilə qasnağın altında qarmağı, sağ əli
ilə onun üstündə bəzək sapını tuturdu. Sonra sapı qarmağa ilişdirib, parçanın altına çəkməklə
ilmə salırdı.
Beləliklə, qüllab vasitəsi ilə əmələ gətirilən zəncirvari ilmə cərgələri davam
etdirilərək məmulat üzərində rəddi salınmış bəzək motivinə müvafiq naxış kompozisiyası
yaradılırdı.
223
Təkəlduz tikmə növü ilə ən çox
divar çəkiləri (dekorativ süzəni),
taxça pərdəsi, örtük,
süfrə, mütəkkə və
balınc (nazbalınc)
üzü, yəhərüstü (zimpuş) bəzədilirdi.
Adətən, təkəlduz bəzəkləri «gəzmə» və «doldurma» olmaqla,
iki texniki üsul ilə icra
edilirdi. Mürəkkəb naxışlı bəzək motivinin tələbindən asılı olaraq, bəzən bu üsullar birgə tətbiq
olunurdu.
Təkəlduz tikmə üçün «yerlik» məqsədi ilə birrəng (yekrəng) məxmər, qanovuz, darayi və
s. kimi yerli ipək parçalardan istifadə edilirdi. Tikmə sapı, əsasən, ipək, ən çox isə kecidən
hazırlanırdı.
Bundan əlavə, bəzən «yalınqat» əyrilmiş yun ipdən də tikmə sapı kimi istifadə
edilirdi.
Bir qayda olaraq, tikmə sapı naxış kompozisiyasının rəng uyarından asılı olaraq,
əvvəlcədən müvafiq rənglərə boyanırdı. Boyaq (rəngab) üçün, əsasən, bitki mənşəli (nəbati)
boyaqlara üstünlük verilirdi. Nəbati boyaqlar solmadıqları kimi, həm də rəng ayrıntılarının
parlaqlığı və şəffaf olmaları ilə seçilirdi. Xalçaçılıq sənətində olduğu kimi, tikmə ustaları da yerli
və kənardan gətirilmə nəbati boyaqların xüsusiyyətlərinə və onlardan
rəngab əldə etmə
qaydalarına, habelə ümumən boyama texnologiyasına dərindən bələd idilər.
Dostları ilə paylaş: