Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə91/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   87   88   89   90   91   92   93   94   ...   194
Məliləduz tikmə növü «örtmə» texniki üsulu ilə icra olunurdu.
225
 Məlilə tikmədə güləbətin 
saplar bir-birinin yanına paralel, həm də çox sıx bəndləməklə qabarıq görkəm alırdı. Naxışların 
parça üzərində bir qədər qabarıq çıxması üçün bir neçə qatdan ibarət yoğun sapdan, hətta 
qaytandan da istifadə edirdilər.
226
 Keçmişdə güləbətin tikmə texnikasının bu növü daha çox 
haşiyə bəzəklərində tətbiq edilirdi.  
Güləbətin tikmədə işlənən qızılı və gümüşü tellər ya xalis halda, ya da iplik və ya ipək sapa 
sarınmaqla istifadə olunurdu. Keçmişdə Azərbaycanın bir sıra  şəhərlərində  ağlabənd  ustalar 
çalışırdı. Onlar paltara vurulan başlıca bəzək vasitələri (bafta, hərəmi, qaragöz, çapara, şəms, 
şahpəsənd, sərmə və s.) hazırlamaqla yanaşı, həm də qızıl və gümüş teli çəkib ondan tikmə üçün 
«güləbətin» sapı istehsal edirdilər. Güləbətin sapa tələbatın çox olması ilə əlaqədar olaraq, bəzən 
bu işlə xüsusi olaraq, «sırmakeş» adlanan peşəkar simkeşlər məşğul olurdu. Onlar metal tellərin 
zəruri elastikliyini əldə etmək üçün yüksək  əyarlı gümüşdən istifadə edirdilər. Qızılı  rəngli 
güləbətin tel hasil etmək üçün çox vaxt gümüş tellər xüsusi olaraq hazırlanmış «qızıl suyu»na 
salınıb boyanırdı. 
Güləbətin tikmələrin parlaqlığını  nəzərə çarpdırmaq məqsədilə, bir qayda olaraq, tünd 
yerlikli qalın parçadan (məxmər və ya mahuddan) istifadə olunurdu. 
«Örtmə» üsulu ilə tikmə texnikası təkcə güləbətin sapla deyil, yoğun əyrilmiş və müxtəlif 
rənglərə boyadılmış keci sap və ya yun iplə  də icra olunurdu. Xüsusilə, mürəkkəb bəzək-nəqş 
kompozisiyasına malik olan «örtmə» tikmələrdə buna daha çox təsadüf edilirdi. 
Birüzlü tikiş texnikası ilə icra olunan güləbətin örtmədən (məliləduz, nağda) fərqli olaraq, 
müxtəlif rənglərə boyadılmış adi saplarla icra olunan «örtmə» tikmələr həm birüzlü, həm də 
ikiüzlü tikilə bilirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin