Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə92/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   88   89   90   91   92   93   94   95   ...   194
Muncuqlu tikmə. XIX əsrdə Şuşa, Gəncə, Şamaxı, qismən də Bakı şəhərlərində geyim və 
xırda məişət  əşyaları çox vaxt muncuqlu  tikmə  texnikası ilə  bəzədilirdi. Muncuqlu tikmə 
məxmər, qanovuz, mahud, qismən də  kətan parçalar üzərində  işlənirdi. Bu məqsədlə 
«tozmuncuq» adlanan xırda  muncuqlar təkbətək, yaxud düzüm halında olmaqla, iki üsulla, həm 
də  cərgə ilə parça üzərinə  bənd edilirdi. İstənilən bir nəqşi parça və ya məmulat üzərinə 
köçürmək üçün ilk növbədə onun ümumi mühit xətti çəkilib hazırlanır, sonra qabaqcadan sapa 
düzülmüş müəyyən saylı muncuq düzümləri həmin xətlər üzrə lazımi yerə  bəndlənirdi. Bunun 
sayəsində müxtəlif rəngli xırda muncuqların sayını və mövqeyini dəiyşməklə məmulat üzərində 
lazımi nəqş əldə edilirdi. 


 
92
Kübar qadınların və yüksək mənsəbli kişilərin  əyin və baş geyimləri eyni üsulla ləl-
cavahiratla tikilib bəzədilirdi. 
Pilək  tikmə üsulundan, əsasən, buxarı, güzgü, taxça və  bəzi məişət örtüklərinin, habelə 
xırda əşyaların (pul kisəsi, yelpik, araqçın və s.) bəzədilməsində istifadə olunurdu. 
Pilək nazik, yastı və dairəvi formalı xırda əlvan metal lövhəciklərdən ibarət olub zərgər və 
ya gümüşbənd tərəfindən kəsilib hazırlanırdı. Pilək düzümləri vasitəsilə parça və ya məmulat 
üzərində, adətən, romb, üçbucaq, dairə şəklində müxtəlif həndəsi naxışlar əmələ gətirilirdi. Pilək 
məmulatı iki cür: ya başdan-başa naxış ünsürlərini parça üzərinə doldurmaqla, ya da onları 
yalnız bəzəyin mühit xətləri üzə düzüb bəndləməklə hazırlanırdı.
227
 
Tikmənin bu növü Gəncə, Şamaxı, Şəki və Naxçıvanda daha çox dəbdə olmuşdur.
228

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin