Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə94/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   90   91   92   93   94   95   96   97   ...   194
Qondarma  bəzək  üsulu Azərbaycanın ayrı-ayrı bölgələrində «oturtma» və ya «qurama» 
adlanırdı. Ən sadə və bəsit naxış növü olan qondarma texnikası çox qədim zamanlardan məlum 
idi. Daha çox köçəbə elat məişəti üçün səciyyəvi olan «qondarma» texniki üsulunun yaranma 
tarixi dekorativ tətbiqi sənətin ilk çağlarına gedib çıxır. Qədim insanların öz məişətlərini bəzəyib 
yaraşıqlı hala salmaq barədə ilk bəsit təsəvvürləri məhz qondarma bəzək texnikasının yaranma 
mərhələsindən başlanmışdır. Bunu arxeoloji qazıntılardan  əldə olunmuş yapma naxışlı saxsı 
məmulatları da təsdiq edir.  
Orta  əsrlərdə varlı zümrələrə, xüsusilə, hökmdar və  bəyzadələrə  məxsus çadır və alaçıq 
örtükləri «qondarma»(«oturtma») texniki üsulu ilə  bəzədilmişdir. .XYII əsrdə Azərbaycanda 
olmuş əcnəbi səyyahlar (A.Oleari, İ.Streys) yol qeydlərində bu barədə heyranlıqla bəhs etmişlər.  
Qondarma (oturtma, qurama) üsulu ilə «pitik» adlanan xırda doğranmış, həndəsi və ya 
nəbati nəqş formasına malik materialları (keçə, dəri, parça, yun, pambıq) müəyyən qaydada 
məmulat üzərinə oturdub bəndləyir və beləliklə də, lazımi görkəmə malik bəzək-nəqş motivi əldə 
edilirdi. Naxçıvan bölgəsində bu məqsədlə hətta oturtma materialı kimi, baramadan da istifadə 
olunduğu təsbit edilmişdir.
231
 
Bu bəzək üsulunda təsvir materialı əvvəlcədən müəyyən formada doğranıb hazırlanandan 
sonra nəqş kompozisiyasına müvafiq olaraq, məmulat üzərinə otuzdurulub (qondarılıb) ətrafları 
«basdırma» tikiş növü ilə bəndlənirdi. 
Qondarma nəqş ünsürlərinin qabarıq olması üçün çox vaxt pitiklərin altına pambıq, yun və 
ya barama qoyulur, sonra onların ətrafları «yerlik» üzərinə bənd edilirdi. 
XIX əsrdə bu texniki üsul ilə divar bəzəkləri (çəki), yük üzü, süfrə, tapança qabı, yəhəraltı 
və s. əşyalar bəzədilmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin