Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə102/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   98   99   100   101   102   103   104   105   ...   194
yataq, qışlaq və s.) formasında təzahür etmişdir. Bunlardan əlavə, Azərbaycanda, xüsusilə, Abşe-


 
103
ron yarımadasında mövsümi məskənlərin şəhərətrafı bağlar olmaqla xüsusi bir növü də təşəkkül 
tapmışdır. Bağ tipli məskənlərin yaranmasında təsərrüfat məşğuliyyətindən daha çox iqlim 
amilləri başlıca rol oynamışdır. Bir qayda olaraq, yay mövsümündə kapitalist Bakısının imkanlı 
ailələri Abşeron kəndləri yaxınlığındakı bağ evlərinə köçürdülər. Belə evlər geniş yaşayış mas-
sivini təşkil edirdi. Bu mənada Abşeronda bağ evlərinin salındığı yaşayış massivləri tipoloji 
cəhətdən müvəqqəti yaşayış  məskəni səciyyəsi daşıyırdı. Belə  məskən tipləri Böyük və Kiçik 
Qafqaz yaylalarında daha geniş yayılmışdı.  
İnsan məskənləri ilk növbədə  təbii-coğrafi  şəraitlə üzvi surətdə bağlı olsa da, zaman 
keçdikcə sosial-iqtisadi amillərin təsiri ilə inkişaf edərək, müəyyən tipoloji dəyişmələrə  məruz 
qalmışdır. Ona görə  də  hər bir məhəlli məskunlaşma bölgəsinin sosial-iqtisadi inkişaf 
səviyyəsindən asılı olaraq məskən növləri təşəkkül tapmışdır. 
Mövsümü məskənlərin tipik nümunəsi olan şəhərətrafı  bağ  kəndlərinə  köçmə  ənənəsi, 
Abşeron bölgəsində Sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Bu xüsusilə, Bakı əhalisi 
üçün daha çox səciyyəvi hal almışdır. Ənənə olaraq, yayda Bakının bürkülü havasından qorun-
maq üçün əhalinin xeyli qismi «bağ» adlanan dənizkənarı kəndlərə köçür və isti yay mövsümünü 
«bağ evləri»ndə keçirirdi. Havalar sərinləşib soyuqlar başlayanda bağ evlərinin sakinləri onu tərk 
edirdilər. Küləkdöyən balaxanıya malik bu mafraq divarlı evlər, daşqura barı ilə  əhatələnirdi. 
Meynə və meyvə bağlarının kölgəli şəraitində yaşayış üçün əlverişli olan sərinlik yaradırdı. Bağ 
mövsümü başa çatandan sonra əhali bağları tərk edib, şəhərə köçürdü. 
Müvəqqəti səciyyəli mövsümi məskənlərin Azərbaycanda geniş yayılmış növü maldar 
(köçəbə) elat əhalisinə  məxsus  poligen  səciyyəli  oba  və  binə  tipli məskənlər olmuşdur. Etno-
qrafik faktlardan göründüyü kimi, yüngül çubuq konstruksiyalı alaçıqlardan ibarət olan oba tipli 
elat məskənləri mövsümi səciyyə daşımışdır. Elat (köçəbə) əhalisi qışlaqlardan yaylaqlara doğru 
və əksinə hərəkət etdikcə yol boyunca yığma-sökmə inşaat ünsürlərinə malik alaçıqlar tikməklə 
köç düşərgələri  salırdı.  Yazdaq  və ya küzdək düşərgəsi kimi səciyyələndirilən bu müvəqqəti 
məskənlər köç yolları boyunca tədricən öz yerini dəyişirdi. Bundan fərqli olaraq, qışlaq tipli 
məskənlər sabit yaşayış evi (külfət qazması, gəmrə, aradoldurma, çubuq-çitəmə ev) və təsərrüfat 
tikililərinə (pəyə, mal gəmrəsi, qoyun qazması, banıstan, küz, samanlıq, anbar, quraqlıq, vana, 
kəriskə, təndirxana və s.) malik olurdu. 
Adları  çəkilən müvəqqəti səciyyəli məskən növləri köçəbə  məişət tərzi keçirən maldar 
elat  əhalisinə  məxsus olub, sonralar oturaqlaşma prosesinin güclənməsi nəticəsində onların 
əsasında bir sıra  törəmə  kəndlər yaranmışdır. Həm də törəmə  kəndlər bilavasitə  qışlaqlardakı 
binə, qazma, oba və ya yataqlar əsasında əmələ gəlirdi. Bunun səbəbi isə, hər şeydən öncə, qış-
laqlardakı təsərrüfat üçün yararlı daimi torpaq fonduna – əkin və hənd sahələrinə malik olması 
ilə izah edilir. 
Şəhər, qəsəbə  və  kəndlərdən ibarət olan daimi məskən tipləri  böyük təkamül yolu 
keçmişdir. Bu məskənlər ailə vahidlərinin sayına görə böyük, orta və  kiçik  olmaqla üç qrupa 
bölünürdü. Daimi məskənlər arasında say etibarilə 50-60 ailədən ibarət orta kəndlər çoxluq təşkil 
etmişdir. 
Coğrafi yerləşmə mövqeyinə görə,  əkinçi (rəncbər) və maldar əhaliyə  məxsus  dağ, 
dağətəyi (yayla) və aran (düzən, küdrü) kəndləri bir-birindən fərqlənmişdir. Coğrafi vəziyyətinə 
görə, kənd tipli məskənlərin sahilboyu (dəniz, çay, arx kənarı), yamac, meşəiçi (tala), dərəboyu, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin