Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə105/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   101   102   103   104   105   106   107   108   ...   194
 
Həyətlər 
Azərbaycanda özünəməxsus lokal xüsusiyyətləri ilə  səciyyələnən  ənənəvi yaşayış 
məskənlərinin bu və ya digər tipinin formalaşmasında təbii-coğrafi şəraitin (ərazinin topoqrafik 
quruluşu, inşaat materialı ehtiyatları) və sosial-iqtisadi amillərin (əhalinin təsərrüfat 
məşğuliyyəti, maddi və mədəni-texniki həyat səviyyəsi, xalq memarlıq ənənələri və s.) mühüm 
rolu oynamışdır. 
Məskənlərin sosial quruluşuna və  tərkib hissələrinin səciyyəsinə xüsusilə  əhalinin 
təsərrüfat məşğuliyyəti (əkinçilik, maldarlıq, ovçuluq, bağçılıq, baramaçılıq, vətəgə balıqçılığı, 
ticarət, nəqliyyat, sənətkarlıq, sənaye istehsalı  və s.) ciddi təsir göstərmişdir. Bu cəhətdən 
Azərbaycanın dağ, dağətəyi və düzən (aran) məskunlaşma ərazilərindəki şəhər və kəndlər fərdi 
həyətlərin səciyyəsinə görə bir-birindən xeyli dərəcədə  fərqlənirdi. Məskənlərin quruluşuna 
sosial-iqtisadi amillərin həlledici təsiri kənd və oba tipli məskənlərdə deyil, habelə şəhər və şəhər 
tipli qəsəbələrdə də aydın nəzərə çarpırdı. 
Fərdi yaşayış  və  təsərrüfat tikililərini, habelə bağ-dirrik sahəsini  əhatə edən fərdi 
həyətlər
20
 yaşayış  məskənlərinin daxili quruluşunda başlıca yer tutmuşdur.  Əslində oturaq 
əhaliyə məxsus olan məskənlər ətrafı möhrədaş və ya kərpiç barı, çəpər, yaxud aradoldurma 
hasarla dövrələnmiş qapalı, yaxud da açıq tipli həyətlərdən ibarət olmuşdur. 
Hər bir məskən növü özunə məxsus torpaq fonduna malik idi. XIX əsrin sonlarında Yeli-
zavetpol (indiki Gəncə) quberniyasında dövlət kəndlərində 58895 tüstü vahidi və ya həyət ol-
muşdur. Onların 944253 desyatin torpaq payı vardı. Başqa sözlə, hər həyətə orta hesabla 16,03 
desyatin torpaq sahəsi düşürdü. Bakı quberniyasının dövlət kəndlərində isə 70584 həyətin 
1103421 desyatin torpağı vardı. Burada hər bir tüstü vahidinə orta hesabla 15,63 desyatin torpaq 
payı düşürdü. Zaqatala dairəsində 14.573 həyətin 131.317 desyatin torpaq sahəsi vardı  və  hər 
ailəyə 9,01 desyatin torpaq payı düşürdü.
21
 
Azərbaycanın relyef şəraitindən,  əhalinin təsərrüfat məşğuliyyətindən və digər sosial-
iqtisadi amillərdən asılı olaraq, həyətyanı sahələr müxtəlif forma, ölçü, həcm və  tərkib 
hissələrinə malik olmuşdur.  Şəhər və  kənd həyətlərinin  əksəriyyəti düzbucaqlı formaya malik 
olsa da, bununla yanaşı, formasız, çoxkünclü, girintili-çıxıntılı mülklərə də rast gəlinirdi. 
Azərbaycanın aran və dağ  kəndlərindəki həyətlər  forma  və  tərkib etibarilə bir-birindən 
fərqlənirdi. Aran kəndlərində  məskunlaşma sahəsinin geniş olması üzündən həyətlər müəyyən 
forma kəsb etdiyi halda, dağ kəndlərində həyətlər darısqal olmaqdan əlavə, həm də yerin topo-
qrafik quruluşu ilə  əlaqədar olaraq, qeyri-müəyyən forma kəsb edirdi. Hətta torpaq sahəsinin 
qıtlığı üzündən sərt mailiyə malik olan dağ yamacında salınmış bəzi kəndlərdə həyət anlayışı öz 
mahiyyətini dəyişib alt cərgədəki qonşunun damı ilə əvəz olunurdu. 


 
108
Kəndli həyətləri nəinki forma cəhətdən, habelə  həcm  etibarilə  də bir-birindən seçilirdi. 
Belə ki, həyət sahibinin iqtisadi vəziyyətindən və təsərrüfat məişətinin səciyyəsindən asılı olaraq, 
onların ölçüləri müxtəlif idi. Varlı ailələrin təsərrüfatları böyük olduğundan onların həyətləri də 
geniş sahəni əhatə edirdi. 
Kəndli həyətləri təkcə ictimai təbəqələrin sosial-iqtisadi vəziyyətinə görə deyil, habelə 
məskunlaşma  ərazisinin təbii-coğrafi vəziyyətinə görə  də bir-birindən fərqlənirdi. Belə ki, dağ 
kəndlərinə nisbətən aran və dağətəyi məskənlərdə istifadəyə yararlı torpaq sahəsinin bolluğu 
həyətlərin nisbətən geniş sahəni əhatə etməsinə təsir göstərmişdir. Məsələn, Naxçıvan bölgəsinin 
düzən kəndlərində  əksər həyətlərin sahəsi 20x30 m və ya 40x80 m arasında idisə, dağ 
kəndlərində  fərdi həyətlərin sahəsi 10x20 m və 30x40 m hüdudlarına çatırdı. Dağ  kəndlərində 
bəzən 10x10 m həcmində olan kiçik həyətlərə də rast gəlinirdi.
22
 
Dağ kəndlərində həyətlərin kiçik həcmdə olması və ya həyətyanı sahənin tamam olma-
ması faktı təkcə Azərbaycan üçün deyil, həmçinin, Ümumqafqaz səciyyəsi daşımışdır.
23
 
Fərdi həyətlərin həcm etibarı ilə müxtəlif ölçülərdə olmasında  əhalinin təsərrüfat 
məşğuliyyəti də mühüm rol oynamışdır. Kənd əhalisinin əkinçi və maldar qruplarının həyətlərinə 
nisbətən kustar sənətkarların (misgər, dülgər, dabbaq, toxucu, dəmirçi və s.) həyəti xeyli kiçik 
olurdu. Məsələn, Girdiman və Pirsaat çaylarının yuxarı hövzəsini  əhatə edən Dağlıq  Şirvanın 
təbii şəraiti intensiv əkinçilik və maldarlıq üçün az əlverişli olduğundan, burada həyətyanı torpaq 
sahələri xeyli kiçik idi. Bu səbəbdən də, dağ  kəndlərinin  əhalisi yaşayış ehtiyaclarını  təmin 
etmək məqsədilə müxtəlif peşə  və  sənət növləri (şərbaflıq,  şaltoxuma, xalçaçılıq, misgərlik, 
zərgərlik, dəmirçilik, nalbəndlik, dabbaqlıq, sərraclıq, dülgərlik, xarratlıq, kömürbasma, daş-
yonma və s.) ilə məşğul olurdu.
24
 Abşeronda əhalinin yay fəslində dəniz sahili bağlara köçməsi 
ənənəsi buradakı həyətlərin kiçik həcmdə formalaş- masına öz təsirini göstərmişdir.
25
 
Əhalinin təsərrüfat məişəti nəinki həyətlərin həcminə, habelə onların  tərkibinə  də  təsir 
göstərmişdir. Bir qayda olaraq, suvarma suyu çatışmayan və maldarlıqla məşğul olan kəndli 
ailələrinin həyətində  əkin-dirrik sahəsi olmurdu. Belə  həyətlərdə  təsərrüfat-məişət bölməsi 
nisbətən geniş sahəni əhatə edirdi. Çünki maldarlıq təsərrüfatı tövlə, ağıl, pəyə, küz, göyəbaxan, 
samanlıq, quraqlıq, talvar və s. kimi  bir sıra təsərrüfat tikililərinin olmasını tələb edirdi.  
Kustar sənət istehsalına malik kəndlərdə həyətlərin tərkibində ayrıca istehsal bölməsinin 
olması labüd idi. Bu isə həmin həyətlərdə emalatxana və anbar tipli bir sıra yardımçı təsərrüfat 
tikililərinin inşa edilməsi zərurətindən irəli gəlirdi. Məlum olduğu kimi, fərdi həyət daxilində bu 
və ya digər peşə (sənət) növünə aid emalatxana, karxana, ticarət dükanı və s. tikililərin olması 
ustanın işini xeyli yüngülləşdirirdi. Belə halda usta iş prosesində istədiyi vaxt ailə üzvlərinin 
köməyindən istifadə edə bilir, istehsal alətləri və vasitələri həmişə ailənin nəzarəti altında olur, 
ustanın material axtarıb tapmasına vaxt imkanı yaranırdı. 
Baramaçılıqla məşğul olan kəndli həyətlərində isə «gərlik» və ya «tumcarlıq» adlanan 
bağ bölməsi nisbətən geniş sahəni tuturdu. 
Əkinçilik və bağçılıqla məşğul olan kəndli həyətləri geniş yaşıllıq bölməsi ilə seçilirdi.  
XIX  əsr və XX əsrin  əvvəllərində Azərbaycanın  əksər bölgələrində  kəndli həyətləri 
məişət-təsərrüfat və  əkin-ziraət bölməsinə malik idi. Həyətin məişət bölməsi etnoqrafik 
ədəbiyyatda çox vaxt «inşaat bölməsi», əkin-ziraət bölməsi isə «yaşıllıq» adlanırdı. 
Məişət bölməsinin tərkibinə yaşayış binası, təsərrüfat tikililəri və istehsal-məişət işlərinin 
icra edildiyi «eşik» daxil idi.
26
  
Fərdi həyətlərin məişət bölməsi sabit mövqeyə malik olmayıb, həyətin müxtəlif səmtini 
təşkil edirdi. Bu səbəbdən də həyətin ümumi plan quruluşunda yaşayış evi və təsərrüfat tikililəri 
yerləşmə vəziyyətinə görə müxtəlif səciyyə kəsb edirdi. 
 Çox vaxt yaşayış evi bilavasitə həyətin küçə səmtində yerləşirdi. Belə halda evin arxa və 
ya kəllə divarı küçəyə baxırdı. Bunun sayəsində, adətən, evin daxili fəzası küçənin tozlu ha-
vasından və  kənar, naməhrəm nəzərdən qorunurdu. Digər tərəfdən də, həyətyanı sahənin 
içərisində yerləşən təsərrüfat tikililəri ilə daxili əlaqə güclənirdi. 
 İkinci halda yaşayış binası  həyətyanı sahənin daxilində, təsərrüfat tikililəri (quraqlıq, 
altıaçıq, tövlə, pəyə, qəhəl və s.) isə bilavasitə həyətin küçə səmtində tikilirdi. 
 Üçüncü halda yaşayış evi təsərrüfat binaları ilə birlikdə eyni cərgədə, həyətin küçə 


 
109
səmtində yerləşməklə, onların arxası küçəyə baxırdı. Belə planlaşdırmada təsərrüfat binaları 
evdən aralı tikilir və ev ilə onların arasında «alaqapı» adlanan darvaza yerləşirdi.  
Bəzən isə təsərrüfat tikililəri evə bitişik olurdu. Belə halda evin yaxınlığında, həyət hasa-
rında  ayrıca darvaza qurulurdu. 
İkimərtəbəli yaşayış binasına malik həyətlərdə evin birinci mərtəbəsi təsərrüfat və mal 
tövləsi məqsədləri üçün ayrılır, ikinci mərtəbənin otaqları yaşayış-məişət məqsədilə istifadə ol-
unurdu. Belə olan təqdirdə ikinci mərtəbənin altında həyətə daxil olmaq üçün darvaza 
düzəldilirdi.
27
 Bu halda yaşayış və təsərrüfat binalarının arxa divarı eyni zamanda küçə barısını 
əvəz edirdi. Keçmişdə izafi tikinti xərclərinə yol verməmək məqsədilə bu təcrübədən geniş 
istifadə olunmuşdur. Həmin  ənənə indi də özünün əməli  əhəmiyyətini itirməmişdir. Bir qayda 
olaraq, belə  həyətlərdə evin səmti küçəyə deyil, həyətə baxırdı. Bu isə ailənin ev-məişət 
həyatının naməhrəm nəzərdən iraq olması, küçədə əmələ gələn tozlu havanın mənzilə yayılması-
nın qarşısını almaq və həyətyanı təsərrüfatla sıx əlaqə yaradılması saxlamaq məqsədi güdürdrü. 
Bəzi kəndlərdə evin məişət bölməsinin həyətin müxtəlif səmtini, o cümlədən onun 
mərkəzini təşkil etməsi hallarına da təsadüf edilirdi. 
Adətən, həyətdaxili bölmələr («tayalıq», «eşik», «ocaqlıq», «təndirxana» «bostan», «dir-
rik», «bağça» və s.) bir-birindən çəpər, tapan, çubuq-hörmə və s. kimi arakəsmələrlə təcrid ol-
unurdu. Həyətin bağ, bostan, tərəvəz əkini yerləşən yaşıllıq sahəsi çox vaxt «əkin-dirrik» və ya 
«ziraət» bölməsi adlanırdı. 
Kənd tipli məskənlərdə, adətən, həyətin məişət bölməsində ev heyvanlarının saxlanması 
üçün müvafiq yer ayrılır və arakəsmə vasitəsilə başqa bölmələrdən təcrid edilirdi. Həyətin bu 
hissəsi çox vaxt «mal məhləsi» də adlanırdı.
28
 Heyvanların saxlanması  və yemlənməsi ilə 
əlaqədar həmin bölmədə  pəyə, tövlə, vana, kərəskə, ağıl, küz, talvar, samanlıq  və s. tikilirdi. 
«Mal məhləsi», əsasən, həyətin giriş qapısı səmtində yerləşirdi. 
Həyətin məişət bölməsinin xeyli hissəsini tutan «eşik» çox vaxt bilavasitə yaşayış binası-
nın qarşısında yerləşməklə, əkin-ziraət bölməsi ilə eyvan arasında orta mövqe tuturdu. Eşikdən, 
həmçinin, isti mövsümdə «açıq mətbəx» kimi də istifadə olunurdu. Çox vaxt açıq yay mətbəxi 
ağac və ya meynə kölgəsində yerləşirdi. Təndir və açıq ocaq yay mətbəxinin  əsas ünsürlərini 
təşkil edirdi. 
Məişət bölməsində, həmçinin,  quraqlıq, altıaçıq, kümxana, kəndi, taxıl quyusu, anbar, 
god və s. yerləşirdi.  
Bağçılığın inkişaf etdiyi kəndlərdə çox vaxt əkin-ziraət bölməsi eyvana bitişik olduğun-
dan eşik evin həyət qapısına yaxın səmtdə yerləşirdi. Belə planlaşdırma həyətyanı torpaq 
sahəsindən qənaətlə istifadə etməyə imkan verirdi. 
Həyətlərin bağ-dirrik bölməsi  bağ, gərlik,  xiyaban, tumcar adlanmaqla müxtəlif növ 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin