meyvə (alma, armud, xurma, gavalı, fındıq, şabalıd, üzüm və s.), tərəvəz (soğan, keşniş, reyhan,
şüyüd, turp, sarımsaq, badımcan, pomidor və s.) və bostan (yemiş, qarpız, xiyar və s.) bitkiləri
yetişdirilirdi.
Suvarma əkinçiliyinin intişar tapdığı çayboyu və arxboyu yaşayış məskənlərində
həyətlərin yaşıllıq bölməsi, adətən, meyvə bağından əlavə tərəvəz-bostan əkini sahəsini əhatə
edirdi. Bu ənənəyə indi də ciddi əməl olunmaqdadır. Bağ-bostan sahəsinə malik həyətlərdə
həmin bölmə çox vaxt ümumi həyətyanı torpaq sahəsi ilə birlikdə hasara alınırdı.
Təsərrüfat tikililərinin həyət daxilində mövqeyi həyətyanı sahənin bağçılıq və bostançılıq
üçün nə dərəcədə istifadə edilməsindən asılı idi. Başqa sözlə, həyət daxilində aşayış və təsərrüfat
tikililərinin sıx əlaqəsi relyeflə yanaşı, həm də əhalinin məşğuliyyəti ilə bağlı olmuşdur.
Aran (düzən) kəndlərində həyətlərin yaşıllıq bölməsində, həmçinin, bulanıq çay, arx su-
yunu durultmaq üçün qoşa vəziyyətdə torpaq hovuz («höyüt») düzəldilirdi.
Həyətdaxili bölmələr (məişət, əkin, eşik, ocaqlıq, mal məhləsi və s.) bir-birindən çox vaxt
arakəsmə vasitəsilə ayrılırdı. Bu hal başlıca olaraq, oturaq əkinçi və maldar kəndlər üçün
səciyyəvi olmuşdur. Elat obalarında, adətən, yaşıllıq, xüsusilə əkin-ziraət bölməsi olmur, məişət
bölməsi isə maldarlıq təsərrüfatı üçün nəzərdə tutulan tikililərlə məhdudlaşırdı. Bu tikililərin
çoxu (pəyə, ağıl, küz, göyəbaxan və s.), qışlaqda, arxac isə yaylaqda, həm də yaşayış evinin
(qazma, alaçıq və s.) bilavasitə qarşısında və ya ona bitişik inşa edilirdi. Həyə hüdudları o qədər
110
də bilinməyən qışlaq və yataqlarda çobanların yaşayış evləri elə səmtləşdirilirdi ki, onların qapı-
ları qoyun damlarına doğru yönəlirdi. Bunun sayəsində qoyunçuluq təsərrüfatı daim çobanın
nəzarət altında saxlanılırdı.
Qışlaq və yaylaqlarda hər bir obanın örüş-otlaq sahəsinin hüdudları qəti müəyyən ol-
unub, «otarası» və ya «oyuq» adlanan mərzlə bir-birindən ayrılırdı.
29
Bir sözlə, elat obalarında
yaşayış və təsərrüfat tikililərinin ətrafına hasar və ya çəpər çəkilmirdi. Belə halda onlar «açıq
həyət» tipi təşkil edirdi. Q.T.Qaraqaşlı Kiçik Qafqaz bölgəsində dağ kəndlərini müşahidə
nəticəsində, belə bir qənaətə gəlir ki, ayrım məskənlərinin inkişafının ilkin mərhələlərində, yəni
torpaq üzərində icma mülkiyyətinin hələ də mövcud olduğu dövrdə həyətlər hasara alınmırdı.
30
Bu səbəbdən də, hasarsız (çəpərsiz) həyət, bir qayda olaraq, «eşik» adlanırdı. Ümumiyyətlə,
keçmişdə Azərbaycanın dağ kəndlərində həyətlərin hasarla əhatə edilməsi hallarına az təsadüf
edilirdi.
Etnoqrafik materiallardan anlaşıldığı kimi, XIX əsr və XX əsrin əvvəllərində
Azərbaycanda poligen səciyyəli məskənlər üstünlük təşkil etmişdir. Belə kəndlər qan qohumu
olmayan ayrı-ayrı patronimik qruplara məxsus məhəllələrdən ibarət olmuşdur. Məlum olduğu
kimi, patronimiya böyük ailələrin bölünüb parçalanması nəticəsində yaranmış qan qohumların-
dan ibarət bir neçə böyük və kiçik ailədən təşəkkül tapırdı. Böyük ailədən ayrılıb müstəqil
təsərrüfat vahidinə çevriləndən sonra evli qardaşlar bir-birindən çox da uzaqlaşmır, özlərinin
keçmiş iqtisadi, ictimai və mənəvi əlaqələrini qoruyub saxlayırdılar.
31
Adətən, eyni patronimi-
yaya daxil olan qan qohumlarından ibarət ailə vahidləri əqrəba, nəsil, toxum, ata uşağı, külfət,
xizan, tabun, çilək və s. adlanırdı. Keçən əsrin ortalarında Zaqatala mahalında olmuş
A.F.Poserbski yazırdı ki, «hər bir toxum sanki bir ümumi ailədir».
32
Ayrımlar arasında uzun
müddət etnoqrafik müşahidələr aparmış Q.T.Qaraqaşlı ayrım qocalarının belə bir ifadəsini xatır-
ladırdı: «Bir məhlədə olanların hamısı bir çiləkdir, yəni bir kökdən, bir nəsildəndir».
33
Azərbaycan kəndlərində məhəllələr əksər hallarda patronimiyanın əsasını qoyan ilk
əcdadın adı ilə, bəzən də peşə, sənət əlaməti əsasında adlandırılırdı. Məsələn: Qazax rayonunun
Quşçu Ayrım kəndi 7 çiləkdən (Ellazlı, Cəbrayıllı, Qoğallı (Muradlı), Mahıclı, Cırdaxanlı,
Təbərli, Şahmuradlı)
34
, Şirvanda Zarat kəndi hər birində bir «atauşağı» olan 8 təbədən (Səmhəli,
Xıdırlı, Səmədli, Zamanlı, Arıqlar, Dadaşlı, İmaməlili, Zərbəlili), Çaylı kəndi 6 obadan (Qara-
ismayıllı, Niyazlı, Hacıməmmədli, Qəhirli, Qululu, Qasımlı)
35
, Muğandakı Muradbəyli kəndi 5
əqrəbadan (Daşdılı, Qaracalı, İbili, Mustafalı, Novruzlu) ibarət idi.
36
Şəki rayonunun Yuxarı
Köynük kəndində məhəllələrin adını bildirmək üçün patronimiyanın əsasını qoyan şəxsin adına
«uşağı» istilahı qoşulurdu. Burada Müdhəddin uşağı, Axund uşağı, Şahmurad uşağı məhəllələri
indi də mövcuddur.
37
Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İr-
zalı, Məşədiməmmədli) ibarət olmuşdur.
38
Abşeronun qədim kəndlərindən sayılan Əmircan
kəndində müxtəlif nəsil (Şərifli, Şıx Nəcəfli, İsfəndiyarlı, Bünyadlı, Həsənli, Tanrıverdili, Sulta-
nabadlı, Cozalılar, Muradlı, Tağılı, Şükür-Əlili, Telemxanlı, Davudbəyli və Dəmirqayalı) adını
daşıyan 14 məhəllə qeydə alınmışdır.
39
Ağcabədi rayonunun Hüsülü kəndi iki nəslin (Köçərilər,
Ağaməmmədli) məskunlaşması nəticəsində yaranmış, İmişli rayonunun Köpəktala kəndi isə üç
nəslə (Pənahlı, Talıbxanlı, Şəmmədli) mənsub idi.
40
Bu kəndlərdəki məhəllələr həmin nəsillərin
adını daşıyırdı.
Məlum olduğu kimi patronimiya üçün tarixən təsərrüfat birliyi səciyyəvi olmuşdur. Pa-
tronimiya üzvləri torpaq vergisi verməklə, torpaqdan və sudan, otlaq və çəmənliklərdən icma
qaydasında istifadə edirdilər. Onlar kənd təsərrüfatı və ev-məişət işlərində, icma
mükəlləfiyyətlərinin yerinə yetirilməsi, tikinti üçün ağac tədarükü, ev tikmək, taxıl səpini,
yığımı, döyümü, ot çalımı zamanı, suvarma arxlarının təmiri vaxtı və s. işlərdə bir-birinə yaxın-
dan, təmənnasız kömək edirdilər. Əkin-şum işlərində çox vaxt onlar öz xüsusi əmək alətlərini
birləşdirir, «kotan birliyi», «əvrəz», «ortaqlıq», «şəriklik» və s. adı ilə bəlli olan qarşılıqlı yardım
formalarından istifadə edirdilər.
P.N.Yoqodinski Bakı qəzasının Pirəkəşkül kəndindəki patronimik qrupların təsərrüfat
birliyi məsələsinə toxunaraq qeyd edir ki, bu kənddə icma torpağı kəndin dörd məhəlləsinə uy-
ğun olaraq dörd yerə bölünür.
41
D.L.Kistenev Lənkəran qəzasında icma torpağının ayrı-ayrı qo-
hum qruplar arasında bölündüyünü yazırdı.
42
Patronomiya üzvlərindən birinə bədbəxtlik,
111
xoşagəlməz hadisə üz verdikdə hamı buna şərik çıxır və onu sanki öz başına gəlmiş hadisə hesab
edirdi. Ailələrdən birinə maddi ziyan dəydikdə (məsələn, evi yanarkən, heyvanı itərkən və s.)
patronimiya üzvləri ona yardım edib mərhəmət göstərirdi.
43
Patronimiya üçün mənəvi-ideoloji birlik də səciyyəvi idi. Kəndin hər bir patronimik
məhəlləsinin «gimgə» adlanan öz yığıncaq, söz-söhbət yeri vardı. Hətta bəzən hər bir patronimi-
yanın özünün ayrıca etiqad və pərəstiş yeri-piri, ibadət yerləri, məscid və qəbiristanlıq sahəsi var
idi. Hazırda məhəllələrin sayı qədər pirləri və qəbiristanlıqları olan kəndlər hələ də qalmaqdadır.
Məsələn, Quba rayonunun Dərə Çiçi kəndinin sakinləri ölülərini öz kəndlərində deyil, Sırt Çiçi
qəbiristanlığında basdırırlar. Bu onu göstərir ki, Dərə Çiçi əhalisinin ilk məskəni Sırt Çiçi kəndi
olmuşdur.
44
Onlar öz yaşayış yerlərini dəyişsələr də, ideoloji birliklərini qoruyub saxlamışlar.
Patronimiyanın mənəvi birliyi özünü keçmişdə bütün Qafqaz regionunda geniş yayılmış
və «qisas» adı ilə bəlli olan qan intiqamı məsələsində də büruzə verirdi. Məlum olduğu kimi, pa-
tronimiya üzvlərinin bir-birinin mənafeyini qoruması («qanlılıq») keçmişdə bütün Qafqaz
xalqlarına xas olmuşdur. Bu adət, həmçinin, xalqımızın məişətində uzun müddət qalmışdır. Pa-
tronimiya daxilində anlaşılmazlıqlar baş verdikdə, adətən, nəslin ağsaqqalı bu mübahisələri yol-
una qoyurdu. Qanlılar ayrı-ayrı patronimiya üzvləri olduqda, bir qayda olaraq, onları hər iki pa-
tronimiya ağsaqqallarının iştirakı ilə barışdırırdılar. Bu cür barışıq məhlə və ya kəndin ümumi
camaat meydanında həll edilirdi.
Dostları ilə paylaş: |