Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə103/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   99   100   101   102   103   104   105   106   ...   194
vadi, küdrü və s. olmaqla müxtəlif tipoloji növləri yaranmışdır. 
Dağ kəndlərinin təsərrüfat həyatında tarixən maldarlıq məşğuliyyəti üstün yer tutmuşdur. 
Əsrlər boyu maldarlıq təsərrüfatının ekstensiv səciyyə daşıması üzündən bu kəndlərin əhalisinin 
bir qismi kənddən kənara, mövsümü iş dalınca miqrasiya etməli olmuşdur. Daxili miqrasiya, 
əsasən, dağ-aran istiqamətində baş verdiyindən dağ kəndlərinin «artıq» əhalisi qışlaqlarda daimi 
məskunlaşırdı. 
Təsərrüfat məişətinin səciyyəsindən asılı olaraq kənd tipli məskənlər əkinçi-rəncbər, elat 
və  vətəğə  kəndlərinə ayrılırdı. Bununla belə, Azərbaycanda qatışıq səciyyəli  əkinçi-maldar 
kəndlər bütün tarixi dövrlərdə üstünlük təşkil etmişdir. Qatışıq kəndlərin səciyyəvi bir 
xüsusiyyəti də törəmə məskən tipləri olan oba, binə, yataq, qışlaq əmələ gətirmələri olmuşdur. 
Zaman keçdikcə, əlverişli şərait yetişdikcə bu müvəqqəti, yaxud mövsümi məskənlərin bir çoxu 


 
104
daimi kəndlərə çevrilirdi. Quba bölgəsində dağ  kəndlərinin, xüsusilə  Şahdağ  ətrafındakı 
kəndlərin  əhalisi tarixən heyvan sürülərini qış otlaqlarında bəsləmək üçün Müşkür və  Şabran 
düzlərində «yataq» adlanan çoxsaylı  qışlaqlara malik idi. Sonralar bunların bir çoxu müstəqil 
kənd icmalarına çevrilmişdi. Alazan vadisindəki muğal, avar, ingiloy, saxurlara məxsus 
kəndlərdə  binə  təsərrüfat formasının geniş yayılması  nəticəsində  ətraf meşələrdə bir sıra 
«törəmə» kəndlərin salınmışdır.  
Yeni tip törəmə  məskənlər, habelə karvan yolları üzərindəki karvansaralar, XIX əsrin 
sonlarından isə poçt və  dəmir yolları üzərindəki dayanacaqlar, yaxud dənizboyu vətəgələr 
əsasında da yaranırdı. 
Beləliklə, Azərbaycanın  ənənəvi yaşayış  məskənlərinin təkamül yoluna nəzər saldıqda 
aydın olur ki, burada hər bir tarixi dövrün sosial-iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq aşağı-
dakı məskən tipləri formalaşmışdır: mağara düşərgələri, qayaarası yarıq və qayaaltı oyuqlardan 
ibarət  sığınacaqlar, açıq düşərgələr, qalalar, qalaçalar (siklop tikililəri), qəsrlər, kəndlər, elat 
obaları  (binə, yataq, sığırxana, qışlaq),  qəsəbə    şəhərlər.  Bütün bunlardan əlavə, Abşeronda 
«bağlar» adı ilə bəlli olan mövsümi məskən növləri də mövcud olmuşdur. 
Bunların bir qismi ibtidai icma quruluşunun ilk mərhələləri üçün səciyyəvi olub genetik 
cəhətdən monogen səciyyə daşımışdır. Məskunlaşmanın ilk mərhələsi üçün səciyyəvi olan təbii 
mağara, qayaaltı  sığınacaq və açıq düşərgələr hələ daimi yaşayış  məskəni səciyyəsi daşımırdı. 
Mövsümi səciyyə daşıyan bu məskənlərin sakinləri tez-tez dəyişə bilirdi. İbtidai insanların ilk 
məşğuliyyət növü olan yığıcılıq və ovçuluq təsərrüfatları mahiyyət etibarı ilə daimi 
məskunlaşmanı istisna edirdi. Bu və ya digər  ərazidə qida məhsulları tükəndikcə insanlar yeni 
«xam ovlaq sahələri» axtarmaq məcburiyyətində qalır və bu səbəbdən də yaşayış yerlərini tez-tez 
dəyişməli olurdular. Yığıcılıq və ovçuluq hakim mövqe tutduğu mənimsəmə təsərrüfatı dövründə 
ana ətrafında cəmləşmiş nəsli icmalardan ibarət qəbilə məskənləri yeganə məskən tipi olmuşdur. 
Süni tikililərdən ibarət oturaq tipli ilk daimi yaşayış məskəni olan qəbilə kəndləri istehsal 
təsərrüfatına keçilməsi ilə  əlaqədar olaraq, insanların  əkinçilik və maldarlıq üçün yararlı olan 
müəyyən torpaq sahələrinə bağlanması  nəticəsində meydana gəlmişdir. Arxeoloji qazıntılar 
nəticəsində Azərbaycan  ərazisində  aşkar neolit və eneolit məskənləri kiçik qəbilə 
məskənlərindən ibarət olub, qan qohumlarından ibarət monogen səciyyə daşımışdır. 
Nəsli icmanın zəifləməsi ilə  əlaqədar  patriarxal  qəbilə  məskənləri kimi təşəkkül tapan 
icma kəndləri tunc və ilk dəmir dövründə özlərinin monogen səciyyəsini hələ də saxlamışdılar. 
Bu tip məskənlər yenə  də qan qohumluğuna  əsaslanırdı. Lakin tunc dövründən etibarən 
sənətkarlığın inkişafı ilə  əlaqədar olaraq, ictimai əmək bölgüsünün dərinləşməsi, sənətkarlığın 
əkinçilik və maldarlıqdan ayrılması qonşuluq icmasının meydana gəlməsinə sosial-iqtisadi zəmin 
yaratmışdır. Qonşuluq prinsipi əsasında təşəkkül tapmış, yaxud tədricən özünün monogen 
səciyyəsini dəyişib poligen tərkibə malik məskənlərin meydana gəlməsində müxtəlif miqrasiya-
lar da mühüm rol oynamışdır. 
Sinifli cəmiyyətin və dövlətin yaranması ərəfəsində Azərbaycan ərazisində iri tayfa ittifaqları 
meydana çıxmışdı. Tayfalararası mübarizə 
və 
çəkişmələr yaşayış 
məskənlərinin 
möhkəmləndirilməsini, çətin keçidli yerlərdə salınmasını, təbii istehkamlardan məharətlə istifadə 
olunmasını tələb edirdi. Kiçik Qafqaz dağlarında aşkar olunmuş bir sıra qala və qalaçalar, siklop 
tikililəri məhz həmin tarixi şəraitin məhsulu idi. İlk sinifli cəmiyyət dövründə xarici təhlükə ami-
li sovuşmadığından, basqın və hücumlara məruz qalmaq təhlükəsi hələ də qalırdı. Belə şəraitdə 
şəhərlərin, o cümlədən mərkəz və paytaxt əhəmiyyətli  şəhərlərin  ətrafına istehkam səciyyəli 
«qala-barı» adlanan bürclü və mazqallı möhtəşəm müdafiə divarları  çəkilirdi. Məskənlərin 
istehkamlı qala divarları ilə əhatə olunması ənənəsi sonralar da, xüsusilə bütün orta əsrlər boyu 
davam etmişdir. 
Orta əsrlərdə Azərbaycanda məskunlaşmanın səciyyəsini təkcə qala divarları ilə əhatə ol-
unmuş feodal şəhərləri deyil,patriarxal məskənlər, başqa sözlə, qan qohumluğuna əsaslanan çox-
saylı monogen məskənlər və qonşuluq prinsipi əsasında təşkil olunmuş poligen kəndlər müəyyən 
edirdi. 
Feodalizm dövründə Azərbaycanın yaşayış  məskənlərinin ümumi kütləsində müvəqqəti 
səciyyə daşıyan oba tipli monogen məskənlər də xüsusi yer tuturdu. 


 
105
Azərbaycanın orta əsr sosial strukturunda zadəgan zümrəsinin sabitləşib möhkəmlənməsi 
ilə  əlaqədar olaraq, qəsr  tipli məskən növləri (Abşeron qəsrləri) meydana gəlmişdir. Bununla 
yanaşı, sənət və ticarətin inkişafı qəsəbə tipli feodal məskənləri və karvan yolları üzərində xırda 
karvansaralar yaranmışdır. Karvan yolları üzərində  qərar tutan və müsafirlərini tez-tez dəyişən 
yolkənarı karvansara- lar feodal məskənlərinin xüsusi bir növünü təşkil edirdi. 
Azərbaycanda kapitalist münasibətləri gec inkişaf etmiş və çox tezliklə sosialist istehsal 
münasibətləri ilə  əvəz olunmuşdur. Bununla belə, kapitalist münasibətləri Azərbaycanın köhnə 
feodal şəhərlərinə müəyyən qədər sənaye xarakteri verməyə müvəffəq olmuş, kəndlərin bir qis-
mini əmtəə dövriyyəsinə cəlb etməklə, onları sənət və ticarət mərkəzinə çevirmiş, liman, vətəgə 
qəsəbələrinin yaranmasına səbəb olmuşdur. Quberniya və qəza şəhərlərindən ibarət bir sıra inzi-
bati-mədəni mərkəzlərlə yanaşı,  əmtəə istehsalı yoluna qədəm qoymuş irili-xırdalı  kəndlər, 
dəmiryolu  boyunca salınmış dayanacaqlar Azərbaycanın başlıca kapitalist tipli yaşayış 
məskənləri sayılırdı. Sovet hakimiyyəti qurulandan sonra bu proses başqa bir məcrada davam 
etmiş, yeni kolxoz  kəndləri,  sovxoz  qəsəbələri,  sosialist  şəhərləri  (Sumqayıt, Daşkəsən, 
Mingəçevir, Əlibayramlı və b.) yaranmışdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin