Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə104/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   100   101   102   103   104   105   106   107   ...   194
Məskən formaları. Evlərin və  fərdi həyətlərin yerləşmə  vəziyyətinə görə  məskənlərin 
«cərgəsiz» (dağınıq-  pərakəndə,  kom, kom-sıx, sıx-pilləvari, tala-yığım, dairəvi) və «cərgəvi» 
(küçə sistemli) olmaqla müxtəlif formaları təşəkkül tapmışdır. 
Şəhər və kənd tipli yaşayış məskənləri sosial-iqtisadi inkişaf baxımından da bir-birindən 
fərqlənmişdir. Belə ki, kəndlərin sosial-iqtisadi topoqrafiyasına yaşayış massivindən başqa, 
əhalinin təsərrüfat məşğuliyyəti ilə bağlı «hənd» sahəsi də daxil idi.  
Məskənlərin daxili quruluşu. Böyük təkamül yolu keçmiş yaşayış məskənlərinin daxili 
quruluşuna məhəllə, camaat meydanı (mərəkə), gingə yeri, came və məhəllə məscidləri, karvan-
sara, bazar meydanı, rastabazar, çaras, qəbiristanlıq və s. daxil idi. 
Keçmiş  şəhər və  kənd icmalarının  sosial tərkibi hakim zümrələrdən (xan, bəy, hampa, 
mülkədar, tiyuldar, qolçomaq, maaf, ruhani), zəhmətkeş sosial qruplardan (rəiyyət, rəncbər, əkər, 
tərəkəmə, nökər, qaravaş, sənətkar) və tüccar təbəqəsindən (tacir, arşınmalçı, bafayçı, çərçi, 
sövdəgar, çarvadar) ibarət idi. Bundan başqa, kənd icmalarına mütəmadi olaraq mülkiyyət 
hüququ olmayan «qoşma», «qoraba» və ya «əncümən» adları ilə bəlli olan gəlmə əhali də qoşu-
lurdu. Onların xeyli hissəsi kənd icmasının «nökər» və «qaravaş» adlanan xidmətçi sosial qru-
punu əmələ gətirirdi. 
Yuxarıda qeyd olunan sosial zümrə  və qruplar, əsasən, qatışıq halda, bəzən isə ayrıca 
məskunlaşmaqla, yaşayış  məskəninin bu və ya digər  məhəlləsini  əmələ  gətirirdilər. Xüsusilə 
sənət-peşə  yığcam halda, birgə  məskunlaşırdılar. Belə halda şəhərin həmin məhəlləsi onların 
peşə adını daşıyırdı. 
Yaşayış məskənlərinin sosial topoqrafiyasında başlıca yeri məhəllələr tuturdu. Bir qayda 
olaraq,  şəhər və  kənd məhəllələri  böyük  (patriarxal) ailə icmasından («külfət», «xizan», «qo-
hum-əqrəba» və s.) və kiçik fərdi ailələrdən ibarət olurdu. 
Kənd məhəllələri əksər hallarda qan qohumlarından ibarət olub monogen səciyyə daşıy-
ırdı. Patronimik ailələrin böyüyüb bölünməsi nəticəsində məhəllələrin tərkibi tədricən yeni ailə 
vahidləri hesabına artıb sıxlaşırdı. Məskənin mövcud yaşayış sahəsinin məhdudluğu üzündən 
bəzən təzə yaranan ailə vahidləri və onların təsərrüfatları köhnə məhəlləyə sığışa bilməyib ondan 
kənara, ən çox isə yaxın qışlaqlara köçürdü. Zaman keçdikcə bunlar özləri də böyüyüb artır və 
müstəqil inzibati-təsərrüfat vahidinə, başqa sözlə, ayrıca xırda kəndə çevrilirdi. Belə kəndlər el 
arasında «para», yaxud «törəmə» kənd hesab olunurdu. Beləliklə, eyni bir patronim kökdən 
əmələ gələn icmalar çox böyük məskunlaşma arealını təşkil edirdi. Sabiq Qazax mahalında Kür-
boyu kəndlərinin böyük əksəriyyəti çayın sol sahilində yerləşən Qarayazı düzündəki qışlaqlarda 
xeyli «törəmə» kənd əmələ gətirmişdir. 
Azərbaycan etnoqrafik gerçəkliyi qan qohumluğu  əsasında təşəkkül tapmış patronim 
icmaların böyük, orta və kiçik (bala) olmaqla üç növünü zəmanəmizə çatdırmışdır. 
Böyük patronimlər Azərbaycanın müxtəlif bölgələrində «tirə», «el», «oymaq», «toxum», 
«əqrəba», «qəriyə», «tabun», «əqvam», «qövm» və s. istilahlarla adlanırdı.  
Orta patronimlər «tayfa», «övladı», «ata uşağı», «oğulları», «suban» terminləri ilə tan-


 
106
ınırdı. Bəzi etnoqrafik bölgələrdə tayfa böyük, əqrəba isə kiçik, yaxud orta patronim vahid hesab 
olunurdu.  
Kiçik patronimlər «nəsil», «uşağı», «köbək», «gil», «lər» (lar), «nebi» və s. istilahlarla 
ifadə edilən qohum qruplardan ibarət idi. Bu səbəbdən də yaşayış məskənlərinin məhəllə ərazi-
bölgüləri (coğa, com, comalaq, dingə, məhəllə, bölgə və s.) çox vaxt patronimik bölmələr (tirə, el, 
oymaq, toxum, əqrəba) ilə uyğun gəlmir, ondan böyük və yaxud kiçik olurdu. Bəzi hallarda isə 
məhəllə-ərazi bölgüləri patronimik vahid (oba, oymaq, təbəh, köbək) ilə tam üst-üstə düşürdü. 
Məsələn, indiki Kürdəmir rayonunun Sorsor və Alıcanlı kəndində «oba» həm patronimik vahid, 
həm də məhəlləni bildirən ərazi bölgüsü sayılırdı. Sabiq Zərdab icmasına daxil olan Yarməmməd 
bağı  nəsli və  ərazi bölgüsünü bildirən müxtəlif oymaqlara, Abbasxanlı  kəndi isə  təbəhlərə 
bölünürdü. Etnoqrafik müşahidələrdən bəlli olduğu kimi, yuxarıda sadalanan terminlər sinonim 
deyildilər. Onların bəziləri məhəllədən xeyli böyük olub bir neçə patronim qrupu əhatə edirdi. 
Bəzən isə  məhəllə patronim vahidə mütabiq gəlmirdi. Məsələn, Kürdəmir icması bir sıra co-
ğalara, onların hər biri isə, öz növbəsində, məhəllələrə bölünürdü. Bundan fərqli olaraq, Növcü 
kəndi iki coğadan ibarət olmuşdur: onların hər birisi isə bir neçə  dəngəyə, bunlar da, öz 
növbəsində, məhəllələrə bölünmüşdü. Yaxud, Muradxan icması comalara, onlar isə  dəngələrə 
bölünmüşdü. 
Şirvan düzündəki bir sıra kənd icmalarında (məsələn, Növcü, Şilyan, Çaxırlı) dəngə həm 
də bir neçə məhəlləni əhatə edirdi. 
Şirvanın Qaraqoyunlu, Topçu, Göylər icmasında isə  dəngə  məhəllə ilə eyniləşirdi, yəni 
kəndin hər dəngəsi bir məhəllədən ibarət idi. Şıxməzid icmasında isə tamam bunların  əksinə 
olaraq, dəngə məhəllədən xeyli kiçik idi. Başqa sözlə desək, burada məhəllə dəngələrə ayrılırdı. 
Etnoqrafik materiallar göstərir ki, Şirvanda kənd icmasının  ən böyük və  qədim sosial 
bölgüləri «coğa» və «com» olmuşdur. Muğan kəndlərində isə  ən böyük sosial struktur vahidi 
«tirə» idi. Bu bölmələrdə ailə nüfuzunun sayı artıb böyüdükcə onlar torpaq sahəsi  əldə etmək 
məqsədilə tirədən ayrılıb yeni məhəllə  əmələ  gətirirdilər. Beləliklə, zaman keçdikcə yeni 
dəngələr, daha sonra isə onun tərki- bində yeni məhəllələr yaranırdı. 
«Oba», «binə», «qışlaq», «qazma» və digər sosial struktur vahidləri maldarlıq təsərrüfatı 
ilə bağlı olub, elat icmalarının daxili bölmələrini bildirirdi. Bu təsisatlar çox vaxt monogen 
səciyyə daşıyır və patronim adlarla ifadə olunurdu. Digər tərəfdən «oymaq» və «təbəh» bölgüləri 
patronim səciyyə daşımaqla, yarımköçəri elat icmalarına məxsus qan qohumluğu münasibətlərini 
də bildirirdi. Şirvan düzündəki Yarməmməd bağı vahid elat icması olub müxtəlif oymaqlara 
bölünürdü. Abbasxanlı kəndinin isə hər məhəlləsi bir təbəhdən ibarət idi. Həm də təbəhlər biri - 
digərindən o qədər aralıda yerləşirdi ki, onların hər biri ayrıca coğa, com və ya obanı xatırladırdı. 
Bu sayaq elat icmalarının bir qismi zaman keçdikcə böyüyüb müstəqil kəndə çevrilmişdi. 
Bəzi coğalar isə yaşayış  məskəninin daxili bölgüsü olaraq qalmış  və onun böyüyüb 
genişlənməsini təmin etmişdir. 
Bir qayda olaraq, yaşayış məskənlərində məhəllələr çox vaxt patronim adlar daşımışdır. 
Bu isə yenə  də monogen səciyyəli yaşayış  məskəni daxilində vaxtilə çox güclü olmuş, lakin 
zaman keçdikcə zəifləyib unudulmuş qan qohumluğu əlaqələrini əks etdirirdi. 
Bəzən məhəllə ya özünün coğrafi vəziyyətinə (Yuxarı baş, Aşağı baş, Orta dəngə, Aşağı 
məhəllə, Çökək məhəllə, Çuxur məhəllə  və  s.),  ya  məhəllənin  əsasını  təşkil edənlərin peşə 
mənsubiyyəti (Misgərlər, Dabbaqlar, Dəmirçilər, Kömürçülər, Çarvadarlar məhəlləsi)  ilə ad-
landırılır, yaxud köçüb tərk etdikləri köhnə  məskənin (Gəncəli, Ağdaşlı, Kolanılı, Sarablı, 
Qəbələli, Ərdəbilli və s.) adını daşıyırdı. Tayfa adlarını (şahsevənlər, padarlar, udulu, göyçəli və 
s.) daşıyan məhəllələr də az deyildi. 
Səciyyəvi haldır ki, böyük yaşayış arealı təşkil edən çoxsakinli iri kənd icmaları başlıca 
olaraq, Azərbaycanın düzənlik rayonlarında təşəkkül tapmışdır.  İndiki Ağsu rayonunun Növcü 
kəndi üç para kənddən, keçmiş Kürdəmir icması 12, Zərdab icması isə 18 para kənddən ibarət 
olmuşdur. H.Zərdabinin yazdığına görə, keçən əsrin 50-ci illərində Zərdab 600 evli bir kənddən 
ibarət idi. Suvarma suyunun çatışmaması üzündən kənd  əhalisi  əkinçiliklə intensiv məşğul ola 
bilmirdi. Onlar taxıl  əkini üçün hər il daşqın sularının çəkilməsini gözləyirdilər. Ona görə  də 
Zərdablıların başlıca məşğuliyyəti ipəkçilik idi. Kür çayı boyunca 10 verst məsafədə onların tut 


 
107
bağları var idi. İldə bir dəfə, yaz gələndə ipək qurdu bəsləmək üçün onlar öz tumcarlıqlarına 
köçüb orada küm tikir və barama yetişdirirdilər. Bu iş başa çatandan sonra geri dönüb, yenidən 
evlərinə qayıdırdılar. Lakin XIX əsrin ortalarında zərdablıların təsərrüfat həyatında dəyişiklik 
yarandı. Çar hökuməti Kür çayında balıq ovunu məhdudlaşdırdı. Bu hal zərdablıları öz bağlarına 
köçməyə, həmin sahələri ağac və kolluqdan təmizləyib, ipəkçiliklə yanaşı, əkinçiliklə də məşğul 
olmağa vadar etdi. Əkin sahələrini suvarma suyu ilə  təmin etmək üçün sonralar Kür çayı 
üzərində çarx və nasos stansiyaları qurulmağa başlanmışdır.  Əkinçilik müntəzəm qulluq tələb 
etdiyindən zərdablılar əkin sahələrini tərk edib geri qayıtmayır və bu yerlərdə məskunlaşıb yeni 
kəndlər salırdılar.
19
 
Köhnə  kənddən qopub ayrılmış bu 18 para kənd Zərdabla birlikdə vahid kənd icması 
təşkil edirdi. Göründüyü kimi, «törəmə» kəndlərin yaranması prosesində sosial-iqtisadi amillər, 
təsərrüfat məşğuliyyətində yaranan dəyişiklik həlledici rol oynamışdır. 
Ənənə olaraq törəmə kəndlər «bala», «kiçik», «düz», «aşağı», «yuxarı», «dağ», «dərə», 
«orta», «ikinci», «yeni» «təzə», «köhnə», «əski», «para» və s. sözlər qoşmaq yolu ilə çıxdıqları 
ilkin  əsli kənddən fərqləndirilirdi. Bəzən isə  əski (köhnə) kəndlərin ondan qopub ayrılmış 
patronimlərə «para» kəlməsi qoşulmaqla (Əskipara, Üçpara, Beşpara, Altıpara, Doqquzpara və 
s.) ifadə olunurdu. Bu halda icmanın tərkib hissələrini  əmələ  gətirən patronım qrupların sayı, 
yaxud onların təzə və ya köhnə olması müəyyənləşirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin