Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə112/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   108   109   110   111   112   113   114   115   ...   194
İnşaat materialları.  Azərbaycan xalqının  ənənəvi evtikmə  mədəniyyətində yerli tikinti 
materialları başlıca yer tutmuşdur. Məlum olduğu kimi, bu və ya digər ev tipinin 
formalaşmasında sosial-iqtisadi amillərlə yanaşı, məskunlaşma  ərazisinin mövcud inşaat 
materialı imkanları  həlledici rol oynamışdır. Məhz buna görə  də, tarixən Azərbaycanın hər bir 
etnoqrafik bölgəsində əlaltı inşaat materiallarının səciyyəsinə müvafiq olaraq müxtəlif ev tipləri 
formalaş- mışdır. Bununla belə, yaşayış binalarının tipoloji növlərinin yaranmasında  əhalinin 
həyat tərzi və  əmək məşğuliyyəti həlledici rol oynamışdır. Təsərrüfat məşğuliyyətinin fərqli 
növləri: oturaq əkinçilik, köçəbə maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və s. davam etdikcə 
daimi və müvəqqəti  (səyyar) səciyyə daşıyan müxtəlif ev tipləri özlərinin  əməli-məişət 
əhəmiyyətini qoruyub saxlamışdır. 
Azərbaycan xalqının inşaat təcrübəsində tarixən bitki (ağac, qarğı, qamış, avar, lığ, küləş, 
saman), gil (möhrə, çiy kərpic, bişmiş kərpic, kirəmit, kaşı), daş və mineral qatışıqlar (singir, ağ 
gil, gəc,  əhəng, kirənc, mineral boyaqlar, şüşə), habelə heyvan mənşəli  dəri, keçə  və s. 
materiallarından səmərəli şəkildə istifadə olunmuşdur. Bu materialların hər biri istifadə tarixi və 
tətbiq məqamı  (təməl, divar, dam, döşəmə, tavan, qapı-pəncərə, baca, buxarı, eyvan  və s.) ilə 
fərqlənir. Bütün bu ənənəvi inşaat ünsürləri zəmanəmizədək özlərinin  əməli  əhəmiyyətini 
qoruyub saxlamışdır. 
Bitki  mənşəli materialların böyük əksəriyyəti, habelə heyvan dərisi və yundan 
hazırlanmış  keçə  çox qədim zamanlardan başlıca örtük  materialı kimi ibtidai insanların karına 
gəlmişdir. Qamış, qarğı, avar, küləş hələ daş dövründən başlayaraq örtük materialı kimi çardaq, 
talvar və daldalanacaqlarda yaxın keçmişə  qədər tətbiq olunmaqda idi. Sonralar ağacın inşaat 
imkanları daha da artmışdır. O, çubuq,  şüvül, kərən (tir), dirək, haça, qoc, pərdi  və s. 
məqsədlərlə divar, dam, çardaq, sütun, talvar, taxtaban, qapı, pəncərə, çərçivə, nərdivan, pilləkan 
və s. düzəltmək üçün işlənmişdir. O, hətta bir sıra ağac konstruksiyalı ev tiplərinin (cımqa, 
bağdatı, kərtmə, daxal, alaçıq  və s.) əsasını  təşkil etmişdir.  İnşaat təcrübəsində  ağac, habelə 


 
115
«kətil» adlanan antiseysmik qurşaq kimi də  işlənmişdir. Bütün bunlardan əlavə keçmişdə 
ağacdan, xüsusilə palıdın qara özəyindən çatma damlarda «taxtapuş» adlanan örtük materialı 
kimi istifadə olunmuşdur. 
Ənənəvi inşaat materialları arasında  gil, qum,  habelə  mineral  süxurlar mühüm yer 
tutmuşdur. Gildən həm divar hörgü materialı  (möhrə, kərpic), həm bəzək tərtibatı  (kaşı, kəc, 
gilabı, suvaq), həm də yapışdırıcı məhlul mala kimi istifadə olunmuşdur. Hətta qədim tikililərdə 
gildən döşəmə örtüyü də düzəldilmişdir. 
Tikinti təcrübəsində gildən səmərəli istifadənin  ən qədim və  bəsit vasitəsi  möhrə 
olmuşdur. Azərbaycanda möhrə texnikası Naxçıvan, Muğan, Mil-Qarabağ  və  Gəncə-Qazax 
düzənliyində arxeoloji qazıntılar zamanı hələ neolit və eneolit dövrünə aid abidələrindən aşkar 
edilmiş yaşayış  və  təsərrüfat tikililərində  tətbiq edilmişdir. Ucuz və asan başa gəldiyi üçün 
Azərbaycanın düzənlik bölgələrində, xüsusilə, cənub  əyalətlərində möhrə texnikası yaxın 
keçmişə qədər özünün əməli əhəmiyyətini itirməmişdir. 
Eneolit dövründən etibarən gildən  kərpic düzəldilməyə başlanmışdır. Azərbaycanın 
eneolit abidələrində çiy kərpicin, əsasən, düzbucaqlı formada, həm də ən çox 35-40x17-20x9-10, 
bəzən isə 50-55x22-25x9 sm ölçülərdə hazırlandığı qeydə alınmışdır.  Əlikömək təpəsində 
aparılan arxeoloji qazıntılar zamanı abidənin eneolit təbəqəsindən aşkar olunmuş  kərpiclər 
düzbucaqlı formadadır.  
Çiy kərpic,  əsasən, samanqatışıq palçıqdan hazırlanırdı. Bəzi abidələrdə onun palçığına 
qum qatıldığı müşahidə olunur. Kültəpə,  Şomutəpə, Qaratəpə, Töyrətəpə, Qarğalar təpəsi, 
Çalağantəpə, İlanlıtəpə və b. abidələrdən bu cür düzbucaqlı kərpiclə tikilmiş divar qalıqları aşkar 
olunmuşdur. Sonralar, xüsusilə, Azərbaycanın orta tunc dövrü arxeoloji abidələrində 
(Üzərliktəpə, Kültəpə) kvadrat formalı kərpiclərin dəb düşdüyü müşahidə olunur. 
Antik dövrdən etibarən Azərbaycanın inşaat sənətində bişmiş  kərpic   kirəmit  (sufal) 
tətbiq olunmağa başladığı  nəzərə çarpır. Mütəxəssislərin fikrincə  qədim Albaniyada kirəmit 
istehsalına ellinizm dövründə başlanmışdır.
54
 Qəbələdən 2300 il bundan əvvələ aid uzunu 75 sm 
olan yastı, novşəkilli və ikiçatılı kirəmit növləri, e.ə. I əsrə aid kvadrat (39x39x5 sm) və 
düzbucaqlı (39x19x5 sm) formalı bişmiş  kərpic aşkar olunmuşdur.
55
 Antik dövrün kvadrat 
kərpiclərinin ölçüləri ilk orta əsrlərdə və ondan sonrakı dövrlərdə də davam etmişdir. Lakin bu 
tip kərpiclərə ilk dəfə Sasani dövrü abidələrində təsadüf edildiyindən elmi ədəbiyyata o, «Sasani 
kərpici» adı ilə daxil olmuşdur. Orta əsrlərin sonrakı mərhələrində bişmiş kərpicin ölçüləri (19-
22x19-22x4,5-5 sm) xeyli kiçilmişdir.
56
 Bununla belə, orta əsr tikililərində böyük ölçülü kvadrat 
kərpiclərdən istifadə olunması ənənəsi xeyli müddət davam etmişdir. 
Kaşı, inşaat materialı kimi, ilk dəfə Azərbaycanın orta əsr memarlıq abidələrində təsadüf 
olunur. 
 Şüşə, həmçinin, professional memarlıqla bağlı olub, tikinti işində çox sonralar, son orta 
əsrlərdə tətbiq olunmuşdur. Əsilzadə zadəgan zümrəsinə məxsus olan şəbəkəli evlərdə, əsasən, 
rəngli mikro şüşələrdən istifadə olunduğu nəzərə çarpır. 
Gəc, əhəng, kirənc yapışdırıcı (bərkidici) vasitə olmaq etibarı ilə mala və suvaq materialı 
məqsədi ilə nisbətən sonralar, əsasən, bişmiş  kərpic və daş hörgüsündə  tətbiq olunmağa 
başlanmışdır. Azərbaycanın eneolit dövrü inşaat təcrübəsində  əhəng ilk vaxtlar boyaq-bəzək 
məqsədilə işlənmişdir. Ondan mala məqsədi ilə istifadə olunması xeyli sonrakı dövrlərə təsadüf 
edir. Azərbaycanda  əhəng məhlulundan hazırlanmış  ən qədim mala qalığı  hələlik antik 
Qəbələdən (e.ə. I əsr) aşkar olunmuşdur.
57
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin