116
pəyəbaşı, tövlə-səki, qaradam) və yerüstü (
zirzəmili, səkili, kürsülü, dəkkəlüstü və mərtəbəli)
olmaqla müxtəlif tipoloji növləri formalaşmışdır.
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində əhalinin sosial-iqtisadi və mədəni-texniki
səviyyəsinin müxtəlif olması üzündən ənənəvi ev tiplərinin xeyli
qismi XIX əsrin sonu və XX
əsrin əvvəllərinədək gəlib çatmışdır.
Arxaik ev tiplərinin böyük qismi (
kühül, qazma, daxma, daxal, daşqura, koma, kolux və
s.) kənd, xüsusilə də elat
məişəti ilə üzvi surətdə bağlı olub
nəsli-qəbilə evləri kimi
sabitləşmişdır. Bunlardan əlavə köçəbə elat məişəti çubuq-çətən konstruksiyalı
alaçıq tipli ev
nümunələrini də mühafizə edib zəmanəmizə çatdırmışdır.
Kühül tipli evlər çox qədim dövrdə qazma texnikasının meydana gəlməsi nəticəsində
yaranmışdır. Böyük torpaq kütləsini çapıb kənara çıxarmaq üçün, ilk növbədə qazma
texnikasının, xüsusilə də əmək alətlərinin təkmilləşməsi tələb olunurdu.
Qədim tarixə malik olan
kühüllərin bəzi nümunələri özlərinin yaşayış və təsərrüfat əhəmiyyətini yaxın keçmişədək
saxlamışdır.
Mənşə etibarilə təbii mağaralardan törəmiş kühüllər öz forma və quruluşunu da elə
buradan götürmüşdür. Təbii maqara və suni kühüllərin tipoloji oxşarlığı da məhz buradan irəli
gəlmişdir. Zaman keçdikcə məişət və təsərrüfat ehtiyaclarına müvafiq olaraq kühüllərin quruluşu
daha da təkmilləşmişdir.
Azərbaycanda kühüllərdən ibarət süni tipli yaşayış və təsərrüfat
tikililəri Qobustan
yaylasında və Kiçik Qafqazda (Zəngəzur, Laçın, Minkənd, Qaladərəsi, Mişni) zəmanəmizə qədər
gəlib çatmışdır.
58
Qobustanda kühüllərin düzbucaqlı və girdə olmaqla iki forması qeydə
alınmışdır.
59
Oturaq həyata keçilməsi ilə əlaqədar olaraq ev tipləri daha da inkişaf edib təkmilləşmiş və
onların müxtəlif tipoloji növləri yaranmışdır. Tikinti işində yeni-yeni inşaat materiallarından
istifadə olunması evlərin yeni tiplərinin yaranması ilə nəticələnmişdir.
Neolit və Eneolit
dövründə yaşayış evlərində möhrə və daş
(çaydaşı, laydaşı, dənizdaşı, kötürdaş) ilə yanaşı, çiy
kərpic
tətbiq olunmağa başlanmışdır. Evlərin divarına içəridən və çöldən samanqatışıq palçıq
mala ilə suvaq çəkmək ənənəsi də məhz bu dövrdə meydana çıxmışdır. Azərbaycanda hörgülü
divarlara malik daş, möhrə, kərpic evlər hələ neolit dövründə meydana gəlsə də, onların
geniş
yayılması Eneolit dövrünə təsadüf edir.
Daimi səciyyə daşıyan hörgülü evlər istehsal təsərrüfatının yaranması ilə bağlı olub
patriarxal ailə icmalarına məxsus idi. Arxeoloji araşdırmalardan anlaşıldığı kimi, Eneolit
qəbilələri bir-birinin yanında planlaşdırılmış təkotaqlı, nadir hallarda isə ikibölməli evlərdə
yaşayırdılar. Qəbilələr tez-tez təcavüzə məruz qaldıqlarından ailə icmalarına məxsus evlərin və
təsərrüfat tikililərinin bir-birinin yanında və ya yaxınlığında tikilməsi ənənə halını almışdı.
Azərbaycan ərazisində Eneolit dövrünə aid aşkar olunmuş çoxtəbəqəli yaşayış yerləri
məhz bu
cür sıx məskunlaşmanın nəticəsində yaranmışdır. Kür və Araz çayları vadilərində məhz bu cür
dördkünc, yaxud dairəvi planda tikilmiş möhrə və ya kərpic evlər geniş yayılmışdır. Belə evlərin
ən tipik nümunələrinə Urmiya gölü ətrafında, Naxçıvan, Mil-Muğan, Qarabağ,
Gəncə-Qazax
abidələrində təsadüf olunur.
60
Tunc dövründə Azərbaycanın dağlıq rayonlarının təbii ehtiyatlarının təsərrüfat cəhətdən
mənimsənilməsi sayəsində bu ərazilərdə məskunlaşmanın xeyli sürətləndiyi nəzərə çarpır. Məhz
bunun nəticəsində maldar əhaliyə aid edilən
meqalit (yun. medas – böyük, litos – daş) tikililər:
Dostları ilə paylaş: