Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə114/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   110   111   112   113   114   115   116   117   ...   194
siklop, menhir, dolmen meydana gəlmişdir.
61
 
Tunc dövründə hörgü texnikası daha da təkmilləşməyə başlamışdır. Kəsici alətlərin 
meydana gəlməsi nəticəsində inşaat işində ağac materiallarından istifadə etmək imkanları xeyli 
artmışdır. Son tunc və  İlk dəmir dövründə bu proses daha intensiv şəkil almışdır. Bu işdə 
xüsusilə, poladın  əldə olunması  və ondan kəsici alətlər (balta, kərki, çapacaq, dəhrə) 
düzəldilməsi müstəsna rol oynamışdır. Məhz bunun nəticəsində e.ə. I minillikdən etibarən ağac 
və qamışdan tikilmiş ev tipləri (cımqa, kərtmə, cığ, çubuq-hörmə, daxal  və s.) əhalinin 
məişətində artmağa başlamışdır. 
İlk sinifli cəmiyyətin yaranması ərəfəsində tayfa ittifaqlarının meydana gəlməsi o dövrün 
sərt məişət tələblərinə uyğun yeni ev tiplərinin (qalaça, qəsr, siklop tikililər) geniş yayılmasını 


 
117
labüd etmişdi.  İnşaat texnikası sahəsində gözə çarpan ən mühüm irəliləyiş hörgülü  divarlara 
malik ev tiplərinin yaranması olmuşdur. 
Daş  və ya kərpic hörgülü evlərə keçid ümumən inşaat mədəniyyəti tarixində mühüm 
dönüş məqamlarından biri olub, yaşayış binasının boy (kəllə, arxa, ön) və arakəsmə divarlarının, 
beləliklə də, evlərin daxili yerləşgələrinin  meydana gəlməsi ilə nəticələnmişdir. Yaşayış evində 
qalın boy divarlarının peyda olması sonralar bir sıra divariçi məişət ünsürlərinin (buxarı, taxça, 
camaxatan, dolab, rəf, çıraqdan, qapı-pəncərə açrımları  və s.) yaranmasına imkan vermişdir. 
Ənənəvi divar açrımları  təkcə Azərbaycanda deyil, ümumən  Şərq ölkələri üçün də  səciyyəvi 
olub, evin daxili sahmanında səliqə, məişət rahatlığı yaranmasına xidmət edirdi. Bütün bunlardan 
əlavə, hörgülü divarların peyda olması  nəticəsində vaxtı ilə dirəklər üzərində qurulan dam və 
çardaq örtüklərinin konstruktiv quruluşunun dəyişməsinə  səbəb olmuşdur. Bununla da evlərin 
daxili fəzası çoxsaylı  ağac dirək və sütünlardan azad olmuşdur. Bu texniki irəliləyişlər nəticə 
etibarı ilə hörgülü evlərin memarlıq məziyyətlərinin artırılmasına şərait yaratmışdır. 
Hörgülü evlərin meydana gəlməsi həm də oturaq məişət həyatının və onunla bağlı 
təsərrüfat məşğuliyyətinin sabitləşdiyini göstərən mühüm əlamətlərdən biri idi. Azərbaycanda 
hələ neolit dövründən meydana gəlməyə başlayan və sonralar getdikcə daha da sabitləşib 
möhkəmlənən istehsal təsərrüfatı sabit ev tiplərinin və onların  ətrafında yardımçı  təsərrüfat 
tikililərinin yaranmasını labüd etmişdir. Bu irəliləyişlər nəticəsində neolit dövrünün sonu və 
eneolit dövründən etibarən yaşayış evləri yardımçı  təsərrüfat tikililəri ilə birlikdə kompleks 
səciyyəsi kəsb etməyə başlamışdır. Həmin dövrə aid arxeoloji abidələrdən xeyli yaşayış evi 
kompleksi aşkar olunmuşdur. Yaşayış və təsərrüfat tikililərinin vahid memarlıq planında həllinin 
sonrakı gedişi onların ikimərtəbəli tikilməsini labüd etmişdir. Bu halda mərtəbələr arasında 
əlaqənin müxtəlif variantlarda həll edildiyi nəzərə çarpır. 
Çubuq  konstruksiyalı, dəri və ya keçə örtüklü mövsümi  evlər,  əsasən, köçəri və 
yarımköçəri maldarlığın inkişafı nəticəsində meydana çıxmışdır. Xüsusilə qoyunçuluğun inkişafı 
keçə istehsalına geniş imkan yaratmışdı. Yaylaq və  qışlaqlar arasında mütəmadi surətdə 
hərəkətdə olan köçəbə maldarların səyyar məişət tərzi üçün çubuq konstruksiyalı evlər daha 
münasib (yüngül, asan və tez başa gələn) yaşayış evi olduğundan onlardan sonralar da 
istifadədən düşməmiş, daha da təkmilləşmişdir. Beləliklə quruluş və forma etibarı ilə onların bir-
birindən fərqlənən müxtəlif tipoloji növləri:  alaçıq, dəyə, muxur, qara keçə, çadır  və s. 
yaranmışdır. 
Alaçıq tipli səyyar evlərlə yanaşı, elat qışlaqlarında  qazma, çovustan, pəyəbaşı (tövlə-
səki),  kümə, daxma, daxal, tapan, qom  və digər adlarla bəlli olan bəsit ev tipləri də  təşəkkül 
tapmışdır. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrində elat yaşayış evlərinin bu və ya digər 
nümunəsi yaxın zamanlaradək qalmaqda idi. 
İbtidai icma quruluşunun son mərhələsində qəbilə icmaları və patriarxal ailələrə məxsus 
olan qaradam (xaçkəran) və qazma tipli böyük külfət evləri tədricən fərdi ailələrin yaşadığı kiçik 
və təkotaqlı evlərlə əvəz olunmağa başlanmışdır. Qəbilə quruluşunun dağılması ərəfəsində əmlak 
bərabərsizliyinin artması  və siniflərin meydana gəlməsinə  səbəb olan sosial təbəqələşmənin 
güclənməsi qədim ev tiplərinin inkişafında mühüm rol oynamışdır. Qəbilə başçılarına və icma 
aristokratiyasına məxsus mükəmməl konstruksiyalı hörgülü evlər plan quruluşuna və inşaat 
texnikasına görə icmanın digər üzvlərinin yaşadığı  bəsit konstruksiyalı arxaik ev tiplərindən 
seçilirdi. 
Sinifli cəmiyyətin yaranması  ərəfəsində Azərbaycanın maldar və  əkinçi tayfalarına 
məxsus qaradam tipli mürəkkəb memarlıq quruluşuna malik külfət evləri hələ də qalmaqda idi. 
Patriarxal böyük ailələr üçün səciyyəvi olan qaradamların böyük tutumu onların qalmasını labüd 
edən mühüm amillərdən idi. Patriarxal böyük ailələr qaldıqca qaradamlar da qalmaqda davam 
edirdi. 
Məhsuldar qüvvələrin sonrakı inkişafı  nəticəsində inşaat texnikasının təkmilləşməsi 
sayəsində yerüstü  evlərin müxtəlif tipləri: daxal, tatı, tövlə-səki, hambalalı, qoclu, dirəkbarı, 
kərtmə, cımqa,  şirvani, salyani, damda-baca, günbəzli ev  və başqa adlarla bəlli olan yaşayış 
binalarının bir-birindən fərqli müxtəlif tipoloji növləri yaranmışdır. Digər tərəfdən maldar 
əhaliyə məxsus səyyar evlərin çoxu özlərinin əməli əhəmiyyətini saxlamışdı. 


 
118
Ənənəvi ev tipləri  qapı, pəncərə, orta ocaq, baca, buxarı,  habelə bir sıra zəruri məişət 
ünsürlərinə  (taxça, yük yeri, camaxatan, dolab, rəf  və s.) malik olmaq baxımından fərqli 
xüsusiyyət kəsb edirdi. 
İnşaat texnikasının sonrakı  təkamülü nəticəsində hörgülü evlərin  zirzəmili, kürsülü, 
yerüstü, dəkkəlüstü, təkotaqlı, dəhlizli, eyvanlı, bir və ikimərtəbəli, küləfirəngili  və s. olmaqla, 
çoxsaylı tipoloji növləri yaranmışdır. Bəzən yaşayış evləri təsərrüfat tikililəri ilə vahid inşaat 
kompleksi təşkil edirdi. 
 Çoxotaqlı evlər  əksər hallarda yan-yana üfüqi, bəzən isə  şaquli vəziyyətdə alt-üst 
mərtəbəli olmaqla, iki cür quruluşda planlaşdırılırdı.  İkimərtəbəli evin üst mərtəbəsi, adətən, 
yaşayış, alt mərtəbəsi isə  məişət və  təsərrüfat (anbar, tövlə, təndirxana, mətbəx və s.) 
məqsədlərlə istifadə olunurdu. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin