Həyət qapısı. Hər tərəfdən çəpər, hasar və ya barı ilə dövrələnmiş fərdi həyətlərin xarici
mühitlə əlaqəsi müxtəlif növ keçid və qapılar vasitəsilə həll edilmişdir.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan kəndlərində həyətə giriş hər bir ailənin
iqtisadi tavanasından və təsərrüfat məşğuliyyətindən asılı olaraq, tək və ya qoşalaylı darvaza, yaxud çubuq, qarğı, qamış və s. kimi yüngül materiallardan hörülmüş çitəməqapıvasitəsilə həll
olmuşdur. Keçmişdə varlı həyətlərində darvaza daha geniş yaylmışdı. Belə qapılar el arasında
«alaqapı» da adlanır.
Həyətə daxil olub çıxarkən hər dəfə darvazanın ağır taylarını açıb örtməmək üçün əksər
hallarda onun yanında, bəzən də darvaza laylarının birində adam keçə biləcək balaca qapı
qoyulurdu. Buna el arasında «ara qapı», yaxud «əl qapısı» deyilirdi. Əl qapısı, həmçinin, həyətin
bir bölməsindən digərinə keçmək və yaxud qonşu həyətə gediş-gəliş yaratmaq məqsədilə də
qoyulurdu.
Darvazalar, əsasən, həyətə nəqliyyat vasitələrinin (araba, yüklü at, dəvə və s.) sərbəst
daxil ola biləcəyi qədər geniş və hündür düzəldilirdi. Əkinçilik, bağçılıq və maldarlıqla məşğul
olan kəndli ailələrinin əksəriyyətinin həyətinə giriş geniş darvaza vasitəsilə mümkün olurdu.
Ağac darvazalar «dabanlı» və «asma» olmaqla iki cür düzəldilirdi. Bunların arasında
həngamə vasitəsi ilə çərçivə tayının midbarından asılan darvazalar xüsusi yer tuturdu.
Darvazaların daha mürəkkəb quruluşa malik olub varlı həyətləri üçün səciyyəvi idi. Bu
darvazalar həyət hasarının münasib yerində quraşdırılmış dördkünc formalı, ikimərtəbəli tikilini
xatırladırdı. Darvazanın bürclü alt mərtəbəsi qoşaqapı, üst mərtəbəsi isə iki tərəfə, bəzən isə dörd
tərəfə pəncərə açırımı olan tək otaqdan ibarət düzəldilirdi. Üst mərtəbəyə divariçi daş və ya ağac
pilləkənlə qalxılırdı. Köşklü darvazalırn damı dördsinəli və yanxanalı çardaqdan ibarət olurdu.
Çardağa, adətən, taxta və ya divariçi hörmə pilləkən qalxırdı. Köşklü darvazaların ikinci
mərtəbəsindəki otaq qaraulxana vəzifəsi daşıyırdı.
Şirvanın bəzi kəndlərində (Göylər, Çağan, Quşçu, Sündü, Çuxanlı və s.) darvaza sütunları
ağacdan deyil, yonma daşdan hörülüb ucaldılırdı. Daş sütunlu darvazalar daha çox varlı həyətləri
üçün səciyyəvi idi.
Şəhərlərdə həyət qapıları kənd darvazalarından bir qədər kiçik, lakin ikilaylı olurdu.
Adətən, bu qapıların bir və ya hər iki tərəfində oturmaq üçün daş, yaxud kərpicdən xüsusi
«kürsü» hörülürdü.
Həyət qapılarının bayır üzündən, adətən, «taqqılbab» adlanan qapıdöyən və minik atını
bağlamaqdan ötrü midbar (dəmir halqa) asılırdı. Sifarişlə yerli dəmirçilərə düzəltdirilmiş
yaraşıqlı dəmir «taqqılbablar» əməli vəzifə daşımaqdan əlavə, eyni zamanda qapının bədii
tərtibatını tamamlayırdı. Buna görə də keçmişdə yerli dəmir ustaları tərəfindən hazırlanan
taqqılbabların incə zövqlə işlənmiş çox müxtəlif formalarına təsadüf edilirdi. Şimal-Şərqi
Azərbaycanda alaqapıların bir qisminin üzərində taxtadan kəsilmiş simvolik günəş təsviri
bərkitmək dəb halını almışdır.
Darvazanı arxadan bağlamaq üçün onun laylarının orta bərabərində «kilid» adlanan
qarmaqlı ağac siyirmə və ya halqa-cəftə düzəldilirdi. Bundan əlavə, həyət qapıları arxadan divariçi
«siyirtmə», yaxud ağac ling vasitəsilə də bağlanırdı.
Qoşa laylı darvazalardan fərqli olaraq, alaqapı çox vaxt tək laylı düzəldilirdi. Darvaza
kimi, alaqapı da həyətyanı hasarda ayrıca, bəzən də ikimərtəbəli yaşayış evinin tərkib hissəsi
kimi onun altında düzəldilirdi. Etnoqrafik materiallar göstərir ki, yaşayış binasından ayrıca, onun
yanında qurulmuş alaqapılar daha geniş yayılmışdı.
Alaqapıların üstü çox vaxt «yastı», bəzən də «tağ» şəklində düzəldilirdi. Tağlıalaqapılar
həm bədii tərtibatı, həm də memarlıq görkəmi etibarı ilə diqqəti daha çox cəlb edirdi. Keçmişdə
əsilzadə varlı ailələrin həyətində çatma tağlı alaqapılar daha geniş yayılmışdı. Bu tip alaqapıların
cinahları, adətən, kərpic və ya daş hörgülü sütun şəklində qurulurdu.