«tapan» düzəldirdilər. Tapanın möhkəm olması üçün qamış qomlarının başını çəp vəziyyətdə
əyərək xüsusi qaydada bir-birinə keçirirdilər. Bu səbəbdən də çəpərin bu növü el arasında
«sındırma çəpər» adlanırdı.
53
Aran kəndlərində çəpər bəzən bitili qarğıdan da düzəldilirdi. Bu
məqsədlə yaz başı, hələ bitki oyanmamış qarğını kəsir və həyətin kənarı boyunca qazılmış
xəndəyin yumşaq torpaq örtüyü üzərinə köndələn vəziyyətdə uzadıb üstünü torpaqlayırdılar. Nəm
torpağa kök salmış qarğı buğumlarından tədricən pöhrələr göyərib qalxırdı. Köhnə çəpərin
arasından boy atan həmin budaqlar bir müddətdən sonra sıx çəpər halına düşürdü. El arasında
buna «bitili çəpər» deyilirdi. Bitili çəpərin başqa bir növü böyürtkan kolundan əmələ gəlirdi.
Şəhər həyətlərinin hasarı, əsasən, daş, möhrə, çiy və ya bişmiş kərpiclə hörülürdü.
Azərbaycanın şimal-qərb bölgəsində «cəbir» adlanan daş və ya kərpic hörgülü həyət barılarını
yağmurdan qorumaq məqsədilə, onların üstü qamış, küləş və ya kirəmitlə maili vəziyyətdə
örtülürdü. Həyət barılarının üstünə bəzən bişmiş kərpic düzülür, yaxud divarın üstü balıqbeli
formasına salınıb qalın suvanırdı.
Meşəiçi və meşəətrafı yaşayış məskənlərində geniş yayılmış «çubuq-hörmə» çəpərlərin
müxtəlif növü qeydə alınmışdır. Onların bəziləri tək və ya qoşa çubuqla çəpərəsayağı hörülürdü.
«Təpmə çəpər» adlanan qom çəpər eşmə çubuq qomları ilə hörüldüyündən çox yaraşıqlı
görünürdü.
Həyət hasarlarının bir növü də ağas zolalarından düzəldilən və «zobalağ» adlanan çax-
çax hasardan ibarət idi. Zobalağ hasar düzəltmək üçün 4-5 ədəd ağac zolası (diametri 9-12 sm)
həyətin kənarı boyunca bir-birindən müəyyən məsafədə aralı basdırılmış payalara sıyrım və ya
çubuqla sarınıb bağlanırdı. Azərbaycanın bir sıra bölgələrində bu cür hasar çox vaxt «çax-çax»
adlanırdı. Çax-çax hasarların başqa bir növü isə ağac zolalarını həyətin dövrəsi boyunca
basdırılmış yoğun dirəklərə dəlib keçirtmə üsulu ilə düzəldilirdi.
Kol çəpərlərin «payalı», «tirli», «xəndəkli» və s. olmaqla, müxtəlif növləri yaranmışdı.
Kol çəpər düzəltmək üçün həyətin dövrəsinə əvvəlcə bir ucu itmil ağac payalar basdırılır və
onlara qaratikan, böyürtkən basması, göyəm şaxı və s. taxılırdı. Sonra çəpərin bayır tərəfindən
113
xəndək qazılır və onun torpağı çəpərin dibinə tökülməklə möhkəmləndirilirdi.
Ağac budaqlarından düzəldilmiş tirli çəpər, əsasən, meşəiçi kəndlərdə geniş yayılmışdı.