Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə117/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   113   114   115   116   117   118   119   120   ...   194
Dirrik evi. Buraya un, taxıl, fırçın, sac, küpləmə ördək, küpləmə  əzgil, küpləmə armud, 
asma ördək, çörək, ağartı  məhsulları, mətbəx ləvazimatı, təsərrüfat alətləri yığılırdı. Yaşayış 
məqsədilə istifadədən çıxmış köhnə qazma və ya kümə (daxma) çox vaxt «dirrik evi» kimi 
işlənirdi. 
Təndirxana. Keçmişdə  kənd  əhalisinin hamısı,  şəhər  əhalisinin isə bir qismi çörəyi özü 
bişirirdi. Bu səbəbdən də, hər bir ailədə müxtəlif növ çörəkbişirmə vasitələrinə təsadüf edilirdi. 
Bunların arasında təndir və sac daha kütləvi səciyyə daşımışdır.Təndiri yağmurdan qorumaq 
üçün onun üzərində, adətən, talvar tikirdilər. Yanğın ehtimalına qarşı, bir qayda olaraq, 
təndirxananı həyətin samanlıq, ot tayası yerləşən mal məhləsinin əks qütbündə tikirdilər.  
Meyvəçiliklə  məşğul olan kəndli həyətlərində «çörək təndiri»ndən  əlavə, bir neçə  ədəd 
«meyvə  təndiri» də düzəldilirdi. Meyvə qurudulan təndir çörək təndirindən xeyli böyük 
qurulurdu. 
Təndirxananı 4 ədəd haça (basdırma) üzərində tikirdilər. Haçaların başına bir cüt yoğun 
pərdi atandan sonra onların üzərinə nazik pərdilər düzüb üstünü «laş» və ya «carcı» adlanan şax-
şüvəl ilə örtür, ən nəhayət axırda onun yastı damını torpaqlayırdılar. Təndirxanada təndirdən 
əlavə xörək və ya sac çörəyi bişirmək üçün açıq ocaq da qurulurdu. Yay mövsümündə, adətən, 
xörəyi açıq ocaqda hazırlayır, yaxud çay qaynadırdılar. Şəhər həyətlərində təndirxananın talvarı 
«zabaq» adlanan yarmaça ilə örtülüb üzəri torpaqlanandan sonra həm də suvanırdı.  Şəhər 
təndirxanalarının damı bəzən çardalla örtülür, döşəməsi vaxtaşırı suvanıb xususi gil ilə şirlənirdi. 
Quraqlıq  (altıaçıq). Həyətin «eşik» səmtində azuqə ehtiyatı,  əmək alətləri, nəqliyyat 
vasitələri və s. saxlamaq üçün «tağban», «tağtaban» və ya «altıaçıq» adlanan xüsusi talvar 
(çardaq) tikilirdi. Burada, həmçinin, nəhrə çalxalanır, yun didilir, ip əyrilir, yer hanası qurulurdu. 
Çox vaxt kəndi, god, ağac anbar (saqan), meyvə və taxıl səbətləri də burada saxlanılırdı.  
Anbar (taxıl səbəti, taxta anbar, saqan). Əksər hallarda yaşayış evinin alt mərtəbəsində
otaqlardan biri anbar məqsədilə ayrılırdı. Bəzən isə  həyətin bir tərəfində ayrıca anbar tikilir, 
orada taxıl, un, süd, meyvə, bostan məhsulları saxlanılırdı. İstifadə məqsədlərindən asılı olaraq 
ərzaq anbarı təsərrüfat alətləri saxlanılan quraqlıqdan fərqlənirdi. 
Əmək aləti və məişət vasitələri saxlanılan anbar çox vaxt yaşayış evindən bir qədər aralıda 
tikilirdi.   
Ərzaq anbarı çubuq, gil, kötük və taxta olmaqla, dörd növdə düzəldilirdi. Hörmə anbar ən 
çox cır fındıq çubuğundan hazırlanırdı. Bunun üçün əvvəlcə bir cüt palıd yarmacası üzərində 


 
122
anbarın oturacağı qurulurdu. Bunun sayəsində onun yerini dəyişdirmək mümkün olurdu. 
Yarmaçaların üzərinə  10  sm  qalınlığında ağac mıx ilə 3 ədəd palıd zabagı    bərkidilirdi. 
Zabaqların kənarı «kankeş» adlanan rəndə ilə  rəndələnib bir-birinə kip otuzdurulurdu. Sonra 
oturacağın kənarı boyunca bir-birindən 10-15 sm aralı olmaqla, deşiklər açıb oraya fındıq 
çubuqları keçirirdilər. Anbarın ortası xaşal olsun deyə, deşiklər bir qədər çölə doğru maili 
vəziyyətdə bərkidilirdi. Nisbətən  yoğun olan qabırğa çubuqlarının araları nazik fındıq şüvülləri 
ilə hörülür, yarıya çatanda anbarın ağzı tədricən yığılıb daraldılırdı. Anbarın başı açılmasın deyə, 
bir cüt çubuğu bir-birinə dolayandan sonra qabırğa çubuqlarının belinə fırladırdılar. Sonra anbar 
sarı torpaqdan tutulmuş samanqatışıq palçıq mala ilə suvanırdı. Suvağa, adətən, sünbül qılçığı və 
ya saman püfəsi qatırdılar. Suvaq quruyandan sonra «singir» adlanan ağ gillə anbarı şirləyirdilər. 
Yerli  əhalinin nəzərincə, singirdən hazırlanmış  ağ  şir bərəkət rəmzi sayılaraq «pak» hesab 
edilirdi. 
Hörmə anbara çəltikdən başqa digər dənli bitkilərin hamısı, o cümlədən, un yığılırdı. Qalın 
yığıldıqda hərarət nəticəsində qıcqırma verdiyindən çəltiyi anbara və ya başqa dərin qaba tökmək 
olmurdu. Məlum olduğu kimi, çəltik payızda yığıldığından kifayət qədər qurumayıb nəm qalırdı. 
Azərbaycanın  əksər bölgələrində geniş yayılmış taxta anbar Şəki-Zaqatala bölgəsində 
«saqan» adı ilə tanınırdı. 
Taxta anbar (saqan), bir qayda olaraq, tam verməyən qovaq, söyüd və ya qarağacdan 
hazırlanmış əldəyonulma taxtalardan düzəldilirdi. Onun uzunu 2-3 m, eni 1 m, dərinliyi 1,2-1,5 
m-ə çatırdı. Üstü düz olub baca ilə tamamlanan taxta anbardan fərqli olaraq, saqana açılıb-
örtülən maili qapaq düzəldilirdi. Saqanın taxtaları onun dayaqlarına  əvvəllər çiv vasitəsi ilə 
deşib-keçirtmə üsulu ilə, sonralar isə papaqlı mismarla bərkidilirdi. Saqandan fərqli olaraq taxta 
anbarın aşağı hissəsində siyirmə qapağa malik «dənlik» düzəldilirdi. 
God    tipoloji cəhətdən anbarın xüsusi növü olub meşə qovağının gövdəsinin kökə yaxın 
hissəsindən içaçan xüsusi isgənə ilə yonulub düzəldilirdi. Godun bir başına qovaq, palıd və ya 
narrat ağacından yonulmuş taxta qapaq vurulurdu. Onun ağzına, həmçinin, taxta qapaq 
düzəldilirdi. Ərzaq məhsullarını daha yaxşı saxladığından tumluq buğda, mərci, noxud və s. çox 
vaxt godda saxlanılırdı. Godun aşağı hissəsində  dəni çıxartmaq üçün qapaqlı «dənlik» 
düzəldirdilər. 
Kəndi mal peyini qatılmış gildən hazırlanırdı. Onu hissə-hissə, hər dəfə bir qarış 
hündürlüyündə hörüb qaldırırdılar. Bir qayda olaraq, kəndini qadınlar düzəldirdi. Onun 
hündürlüyü orta boylu adama boy verə biləcək qədər olurdu. Ölçüsündən (böyük-kiçikliyindən) 
asılı olaraq, kəndinin diametri 60-70 sm-dən 1m-ə qədr olurdu. Kəndi düzbucaqlı (oval) və girdə 
olmaqla iki formada hazırlanırdı. Əksər hallarda o, təndirsayağı girdə düzəldilirdi. Kəndinin ağzı 
dibinə nisbətən bir qədər daralırdı. Onun divarı 7-8 sm qalınlığında olurdu. Bu məqsədlə kül 
səpilmiş sahədə mal peyini qatılmış gil kütləsini «bad» və ya «zobalaq» adlanan loğana halına 
salandan sonra  onları bir-birinin üzərinə yapışdırırdılar.  
Bir qayda olaraq, kəndi nəm tutmayan quraq yerdə düzəldilirdi. Kəndi hissə-hissə 
hazırlanıb başa çatandan sonra bir ay müddətində öz dəmində qurudulurdu. Kəndi tamam 
quruyandan sonra onun içəri və çöl üzü, əvvəlcə narın saman qatılmış sarı gil ilə, sonra isə ağ gil 
(singir) ilə şirlənirdi. Bununla da, mal peyini qatışığı hazırlanmış kəndi paklanmış olur və onda 
bərəkət rəmzi sayılan taxıl, yarma, un saxlanılırdı. Kəndidə, adətən, buğda, arpa və darıdan 
əlavə, həm də noxud, mərci, un saxlayırdılar. Un kəndisi hər il şirlənirdi. 
Keçmişdə  hər bir kəndli ailəsi müəyyən qədər ev quşları: toyuq, hindquşu, qaz, ördək 
saxlayırdı. Buna münasib də fərdi həyətlərdə «hin» adlanan kiçik damça düzəldilirdi. 
«Alma». Alma-armudu uzun müddət salamat saxlamaq üçün, adətən, həyətin «eşiyə» 
bitişik sahəsində xüsusi meyvə çalası düzəldilirdi. Meyvəni həmin çalaya yığıb üzərini hərarət 
verməyən qıjı ilə örtür və üstünü torpaqlayırdılar. El arasında,xüsusilə, bağçılığın inkişaf etdiyi 
bölgələrdə bu «alma» adlanırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin