Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə115/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   111   112   113   114   115   116   117   118   ...   194
Zirzəmili evlər, əsasən, şəhər və şəhər tipli qəsəbələr üçün səciyyəli olmuşdur. Bir qayda 
olaraq imarət tipli daş evlər zirzəmili tikilirdi. Bu halda zirzəmi təsərrüfat məqsədi ilə, ən çox isə 
anbar kimi istifadə olunurdu. 
Xalq yaşayış evləri, habelə dam örtüyünün formasına (yastı, balıqbeli, günbəzli, 
damdabaca, çatma damlı) və örtük materialına (torpaq, qamış, lığpuş, taxtapuş, sufal (kirəmit), 
tənəkə) görə də bir-birindən fərqlənirdi. 
Yaşayış evinin tipindən asılı olaraq, onların memarlıq ünsürləri (bünövrə, divar, döşəmə, 
dam, eyvan, başmaqçıxan, pilləkan və s.), inşaat texnikası, işıqlandırma və qızdırılma sistemləri 
bir-birindən seçilirdi.  
Ənənəvi yaşayış evləri, habelə otaqların düzülüş qaydasına (kəllə-baş,  əndərun-birun, 
dəhlizli, tövlə-səki, alt-üst, balaxanılı, ləməli və s.) görə də fərqlənirdi. 
Evlərin tipi onun məişət bölmələrinə (yataq, yemək, qonaq otağı, mətbəx, dəhliz, eyvan, 
seyvan, küləfirəngi, pilləkan qəfəsəsi, ləm  və s.) əsaslı  təsir göstərmişdir. Bir sıra zəruri divar 
açrımları  və evin daxili sahmanını  tənzimləyən məişət ünsürləri (camaxatan, taxça, dolab, 
çıraqdan, sərdan, rəf, yük yeri, çarpayı, taxt,  habelə döşəməyə salınmış  həsir, keçə, nəməd, 
xalça-palaz, dör-döşəyi, nimdər, püştü, mütəkkə)  ənənəvi ev tipləri ilə üzvi surətdə bağlı 
olmuşdur.. 
Ənənəvi ev tiplərinin bir qismində ocaq evin ortasında, baca onun damında, qapı-pəncərə 
cənub və ya cənub-şərq səmtindəki divarda yerləşirdi. 
İnşaat texnikasının təkmilləşməsi və buxarının meydana gəlməsi nəticəsində orta ocağın 
ənənəvi mövqeyi dəyişmişdir. Bununla əlaqədar olaraq, həm də qaradam (xaçkəran), damdabaca 
evlərə xas orta baca  tədricən özünün əməli  əhəmiyyətini itirib aradan çıxmışdır. Bəzi ev 
tiplərində (qaradam, damdabaca, alaçıq və b.) isə orta baca özünün funksional əhəmiyyətini uzun 
müddət qoruyub saxlaya bilmişdir. Mədəni-texniki tərəqqi artdıqca buxarının müxtəlif tipoloji 
növləri (yanlama, asma, küncbasma, divariçi) yaranmış və onların bədii tərtibatı təkmilləşmişdir. 
İnşaat təcrübəsinin təkmilləşməsi, yeni tikinti materiallarının (yonma daş, bişmiş kərpic, 
sufal, əhəng, gəc, kirənc, singir və b.) tətbiqi nəticəsində yoxsul icma üzvlərinə məxsus bəsit ev 
tipləri ilə yanaşı, «imarət» adlanan varlı evləri və qəsrlər meydana gəlmişdir. Orta əsr Abşeron 
qəsrləri, bir sıra feodal şəhərlərində hələ də qalmaqda olan bəy, xan evləri və saray kompleksləri 
buna parlaq nümunədir. 
Azərbaycanda antik şəhərlərin yaranması  ikimərtəbəli,  yaxud  kürsülü  (səkili)  evlərin 
artmasına təkan vermişdir. Yonma daş və ya bişmiş kərpicdən tikilən iki, yaxud çoxotaqlı, geniş 
pəncərəli  şəhər evlərində buxarı, taxça, dolab, camaxadan, yük yeri, rəf kimi bir sıra zəruri 
məişət ünsürlərinin peyda olması  mənzilin daxili sahmanında xoşagəlimli səliqə yaradılmasına 
imkan vermişdir. Azərbaycanın şəhər və kənlərində kirənc mala ilə hörülmüş bu sayaq evlərin 
müxtəlif nümünələri son zamanlaradək qalmaqda idi. 
Feodalizm dövründə şəhərlərdə evtikmə təcrübəsi daha da təkmilləşməklə, kənd evlərinə 
də  təsir göstərmişdir. Bu evlərdə  mətbəx, anbar, təndirxana, balaxana və s. təsərrüfat-məişət 
ünsürləri tədricən arakəsmə divarla digər otaqlarından ayrılmağa başlamışdır.  
Birmərtəbəli evlərdə məişət və təsərrüfat tikililəri çox vaxt yaşayış binası kompleksindən 
kənarda inşa edilirdi. İkimərtəbəli binalarda isə, adətən, evin alt mərtəbəsində  dükan  və ya 
emalatxana, yaxud tövlə yerləşir, üst mərtəbədəki otaqlar yaşayış məqsədilə istifadə olunurdu. 


 
119
Orta  əsrlərdə Azərbaycan  şəhərlərində feodal sarayları  və  əyanlara məxsus imarət  tipli 
yaşayış binaları geniş yayılmışdı. Xalq memarlıq  ənənələrindən bəhrələnən saray tipli binalar, 
adətən, peşəkar bənna və memarların köməyi ilə inşa olunurdu. Azərbaycanda bu tip binaların 
tikintisi daş  kərpic memarlığı olmaqla, iki istiqamətdə inkişaf etmişdir.  
Şirvan-Abşeron memarlıq mərkəzi daş tikililəri ilə səciyyələnirdi. Aran, Təbriz, Marağa 
və Naxçıvan inşaat mərkəzləri isə kərpic memarlığı ilə diqqəti cəlb edirdi. Hər iki halda saray 
kompleksinin memarlıq görkəminə, onun daxili və zahiri tərtibatına xüsusi diqqət yetirilirdi. Orta 
əsrlərdə imarət tipli kərpic binaların divar hörgüsündə kaşı üzlüklərdən istifadə olunduğu nəzərə 
çarpır. 
Feodalizm dövrünə xas olan səksəkəli, sərt həyat tərzinin tələblərinə uyğun yeni ev 
tiplərindən biri də qəsr olmuşdur. Qəsrlər, adətən, müdafiə üçün əlverişli ərazilərdə tikilməklə, 
özlərinin uca və möhtəşəm müdafiə divarları ilə diqqəti cəlb edirdi. Qəsrlərin ətrafında çox vaxt 
xəndək qazılır, bənd atılır, bürclü qala divarları  çəkilirdi. Qəsrlər təkcə yaşayış  məqsədi 
güdməyib, həm də zaman keçdikcə  tədricən dini, ictimai, təsərrüfat tikililəri və müdafiə 
qurğuları ilə tamamlanaraq mürəkkəb memarlıq kompleksinə çevrilmişdir. Orta əsrlərdə 
Azərbaycanda bir sıra qəsrlər: Bayıl qəsri (XIII əsr), Mərdəkan qəsri (XIII əsr), Ramana qəsri 
(XIV  əsr) tikilmişdir. Son orta əsrlərdə artileriyanın inkişafı ilə  əlaqədar qəsr tipli tikililər 
özünün müdafiə  əhəmiyyətini itirmiş, onun bir sıra memarlıq elementləri (bürc, mazğallı qala 
divarları) dekorativ bəzək ünsürünə çevrilmişdir. Sonralar müdafiə qəsrləri şəhər və şəhərətrafı 
möhtəşəm saray kompleksləri ilə əvəz olunmuşdur. 
Planlaşdırma baxımından feodal şəhərlərində yaşayış evlərinin müxtəlif tipləri 
yaranmışdır. Bunların arasında islam dininin naməhrəmlik tələblərinə uyğun olan əndərun-birun 
tipli evlər xüsusi yer tuturdu. Belə evlərdə «qonaq otağı» və «məişət» bölmələri dal-qabaq 
olmaqla, iki cərgədə planlaşdırılırdı. 
Son orta əsrlərdə Azərbaycan  şəhərlərində  şəbəkəli  ev nümunələrinin  geniş yayılması 
əlamətdar hala çevrilmişdir. Hakim zümrələr bu tip evlərin biri-birindən yaraşıqlı, mükəmməl 
nümunələrini tikdirir, sanki, bu sahədə bir-biri ilə  bəhsə girirdilər.  Şəki xan sarayı, 
Şəkixanovların evi, Qarabağda Pənahəli xanın sarayı,  Əsədbəy və Xan qızı Xurşid banu 
Natəvanın evləri xalq memarlarının yüksək bədii düşüncə və inşaat ustalığından soraq verir. 
XIX  əsrin sonları  və XX əsrin  əvvəllərindən başlayaraq ölkədə yaranan mədəni-texniki 
tərəqqi ilə  əlaqədar olaraq, əhalinin sosial-məişət  şəraitində baş verən irəliləyişlər  ənənəvi ev 
tiplərində bir sıra yeni elementlərin (ləmə, balaxana, tənəbi, eyvan, seyvan, aynabənd, külafirəngi, 
mətbəx, dəhliz və b.) yaranmasına, beləliklə  də yaşayış binasının kompleks halına düşməsinə 
səbəb olmuşdur. 
Azərbaycanda kapitalizmin inkişafı ilə  əlaqədar olaraq, ev tikintisi sahəsində  əlverişli 
inşaat bazası yaranmışdır.  Şəhər və  qəsəbələrin  ətrafında daş karxanaları, kərpic zavodları, 
kirənc,  əhəng, gəc, sement istehsalı müəssisələri yaranmış, dəmir yolu və su nəqliyyatının 
inkişafı sayəsində ağac materialı təchizatı kökündən dəyişmişdi. Kapitalist cəmiyyətinin müxtəlif 
sinfi təbəqə  və sosial zümrələrinə, xüsusilə burjua – mülkədarlara (qolçomaqlara), fəhlə  və 
kəndlilərə məxsus evlər təkcə memarlıq-plan quruluşuna və bəzək tərtibatına görə deyil, habelə 
daxili sahmanına, avadanlığına, abadlığına, yaraşıqlı və işıqlı olmasına görə bir-birindən kəskin 
surətdə  fərqlənirdi. Kapitalist münasibətlərinin daha da dərinləşməsi və sosial təbəqələşmənin 
güclənməsi yaşayış evlərinin, ümumi mənzərəsinə möhtəşəmlik bəxş etməklə yanaşı, yoxsulluq, 
səfalət də gətirmişdir. Evlərin təkcə memarlıq quruluşu deyil, onların daxili sahmanı, avadanlıq 
və  məişət müxəlləfatı da sosial təbəqələrin iqtisadi tavanasına uyğyn olaraq bir-birindən 
fərqlənirdi. 
XX  əsrin  əvvəllində Bakı  şəhərinin sürətlə böyüməsi və burada əhalinin artması ilə 
əlaqədar olaraq, kirayə yolu ilə gəlir əldə etmək məqsədi ilə fərdi həyətlərdə və satınalma yolla 
əldə olunmuş torpaq sahələrində müasir şəhər məişəti tələblərinə uyğun çoxmərtəbəli mülk evləri 
tikdirən sahibkarların sayı artmışdı. Digər tərəfdən, milyonlar səltənətinə çevrilmiş neft şəhəri 
olan Bakıda böyük sənaye sahibləri fəhlələr üçün ayrıca yaşayış qəsəbələri saldırır, «barak» tipli 
evlər tikdirməli olurdular. Normal məişət rahatlığından məhrum olan baraklardan ibarət bu sayaq 
qəsəbələr, adətən, neft mədənlərinin yaxınlığında, çox vaxt isə onların aralarındakı neft-qaz 


 
120
qoxulu namunasib iqlim şəraitinə malik olan sahələrdə salınırdı. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin