130
istiqamətini ipəkdən parça və yaylıq hazırlanması təşkil edir. İndi burada toxucu dəzgahlarının
sayı 200-ə qədər azaldığı halda, Cavad xanın dövründə onların miqdarı 375-ə çatırdı»
26
. Başqa
sözlə desək, Gəncə şəhərində toxucu dəzgahlarının sayı işğalın ilk vaxtlarındakından iki dəfə çox
idi. Daha sonra həmin mənbədə deyilir: Şəhərdə ipək karxanalarından əlavə, ağ və qırmızı bez
(şilə), habelə «cəlamayi» adlanan nazik pambıq parça istehsal edən 30 dəzgah vardı.
Ümumiyyətlə, şəhərin toxucu müəssisələrində hər il 10.000 ədəd parça, müxtəlif çeşidli 15.000
yaylıq, 2000 ədəd ağ, 200 tikə qırmızı rəngli bez (şilə), 400 ədəd cəlamayi hazırlanır. Dairədə
həmçinin, şalvar üçün parça, yundan çul, şal, palaz, xalça toxunurdu.
27
Həmin mənbədə, həmçinin, parça toxuculuğu işlərində şəhərin ətraf mahalları arasında ən
çox Samux sakinlərinin seçilib fərqləndiyi və onların əla
növ parçalar, xüsusilə ipəkqarışıq
parçalar və «cecim» adlanan pambıq parça hazırladıqları xəbər verilirdi.
28
XIX yüzillikdə ipəkçilik Azərbaycan əhalisinin mühüm məşğuliyyət növlərindən biri
olaraq qalırdı. O dövrdə Şəki əyaləti təkcə Azərbaycanda deyil, ümumən Zaqafqaziyada
ipəkçiliyin başlıca mərkəzi sayılırdı. Şəki şəhər əhalisinin iqtisadi həyatında ipəkçiliyin başlıca
yer tutması
şərbaflıq və onunla bağlı bir sıra köməkçi sənət sahələrinin-
boyaqçılıq, şəridçilik
(qaytançılıq)
təkəlduz tikmə və s.-nin geniş miqyas almasına səbəb olmuşdur. XIX yüzilliyin
ortalarında Şəkidə 14 minə yaxın ailə kümdarlıqla məşğul olurdu. Şəki kümdarları il ərzində 15
min puda qədər xam ipək hasil edirdilər. Bu bütün Zaqafqaziyada istehsal edilən ipəyin yarısına
bərabər idi. Şəki ipəyinin bir qismi ölkə hüdudlarından kənara ixrac edilir,
qalan hissəsi yerli
şərbafxanalara sərf olunurdu. Rusiya və Qərbi Avropanın fabrik məhsulları tərəfindən tənəzzülə
uğradılan kustar ipək parça toxuculuğundan fərqli olaraq, milli kaloritə malik ornamental bəzəkli
kəlağayı istehsalı Şəkidə uzun müddət davam etmişdir.
29
Bu dövrdə Azərbaycanın qərb bölgəsi əhalisinin əsas geyim materialları yerli ustalar
tərəfindən üfiqi toxucu dəzgahında kustar üsulla toxunmuş «qılıcı» şaldan, müxtəlif rəngli ipək
və pambıq parçalardan, həmçinin, aşılanmış gön və dəridən ibarət olmuşdur.
30
Muğan əhalisinin əsas geyim materiallarını əldətoxunma yun və pambıq parçalar təşkil
edirdi. Muğan qadınları cəhrə və əl iyində əyrilmiş ipdən yer hanasında şal toxuyardılar.
Muğanlılar ipək parçaları (tafta, darayı, qanovuz, atlaz və s.) satınalma yolla əldə edirdilər.
31
Şirvanda geyim materialları (dəri, gön, ipək, yun və s.) hər bir ailənin özündə hazırlanırdı.
Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, burada yun parça (şal) çox vaxt yer hanasında
deyil, xüsusi mütəhərrik şal dəzgahında toxunurdu. Hər bir ailə şal dəzgahında öz ehtiyacını
ödəməkdən əlavə, «bazar şalı» adlanan yun parça istehsal edirdi.
Şal bir
qayda olaraq, küzəm yundan toxunurdu. Göyçay qəzası kəndləri küzəmi Şirvan
düzündən yaylağa qalxan elatlardan, Şamaxı kəndliləri isə Qobustan tərəkəmələrindən satın
alırdılar. Şirvanda şal istehsalını zəruri edən amillərdən biri də burada küzəm ehtiyatının bolluğu
olmuşdur. Yun parça «yalınqat», «əmələ», «ikiqat» olmaqla, müxtəlif növlərdə toxunulurdu.
32
«İkiqat» toxunmuş şal sıx və zərif olub çox vaxt «dügürd» adlanırdı.
Bir qayda olaraq, xam şal isti suda «bişirilib» sıxlaşdırılırdı. Bu əməliyyat təpmə üsulu ilə
görüldüyündən şalın bu növünə el arasında «təpmə şal» deyilirdı. Bundan fərqli olaraq, yer
hanasında taxta «qılınc» vasitəsilə toxunmuş şal Azərbaycanın qərb bölgəsində «qılıcı şal» adı
ilə tanınırdı. Bundan əlavə, keçmişdə şal parça dəvə yunundan da toxunur və «dügürd» adlanırdı.
Şal başlıca olaraq kişi üst geyimlərinin (çuxa, bürmə, başlıq, şalvar, dolaq və s.)
hazırlanmasına sərf edilirdi.
Parça toxumaq üçün təkcə qoyun yunu deyil, dəvə yunu və keçi qəzilindən də istifadə
edilirdi. Dəvə yunundan əla növ
mahud toxunurdu. Azərbaycanda mahud istehsalının mühüm
mərkəzlərindən biri Şirvan olmuşdur. Şamaxıda 1865-cı ildə hələ də 19 mahud karxanası
işləyirdi
33
.
Şirvanda yerli
ipək parça istehsalı xüsusilə geniş yayılmışdı. Burada ipək istehsalının
ev
peşəsi və
karxana toxuculuğu olmaqla, iki formasına təsadüf edilirdi. Şirvanda
karxana
şərbaflığının əsas mərkəzləri Şamaxı şəhəri, Basqal və Mücü kəndləri idi. Onlar xam ipəyi
Şamaxı kəndlərindən əlavə, Şəki, Qaraməryəm, Bığır, Vəndam, Qəbələ, İsmayıllı, Ordubad,
Kutaisi və Səmərqənddən gətirirdilər.
34
131
Rusiyada ipək toxuculuğunun inkişafı ilə əlaqədar olaraq, Azərbaycanda xam ipək
hasilatının sürətlə art- ması nəzərə çarpır. XIX əsrin 30-cu illərində Zaqafqaziyada illik ipək
hasilatı 15.000 pud olduğu halda, həmin əsrin ortalarında onun miqdarı iki dəfəyə yaxın artaraq,
24-32 min puda çatmışdı.
35
Zaqafqaziyada istehsal olunan ipəyin əsas hissəsi diyarın başlıca ipəkçilik rayonları sayılan
Azərbaycan əyalətlərinin payına düşürdü. «Qafqaz» qəzetinin 1854-cü il saylarının birində
verilən
məlumata görə, Zaqafqaziya ipəyinin böyük hissəsini Şamaxı quberniyası, xüsusilə onun
üç qəzası: Şamaxı, Şuşa və Nuxa qəzaları verirdi.
36
Bu dövrdə bütün Zaqafqaziya ərazisindən
hasil edilən xam ipəyin yarıya qədəri, yəni 15.000 pudu təkcə Nuxa qəzasının payına düşürdü.
37
Azərbaycanın ənənəvi ipəkçilik təsərrüfatı XIX əsrin ikinci yarısına uğurla qədəm
qoymuşdu. 60-cı illərin əvvəllərində o, öz inkişafının ən yüksək mərhələsinə çatmışdı.
38
Bu
dövrdə ipəkçilik mərkəzinə çevrilmiş Nuxa (Şəki) şəhəri Rusiyanın cənubunda ən qızğın istehsal
fəaliyyətinə malik şəhərlərdən biri olmuşdu. Burada hər il 50.000 pud xam ipək emal edilirdi.
39
XIX əsrin sonlarında Azərbaycanın ipəkçilik təsərrüfatları yenə də özünün köhnə, ənənəvi
mərkəzlərində: Nuxa, Ərəş, Cəbrayıl, Cavanşir, Şuşa, Göyçay, Şamaxı, Quba, Naxçıvan
qəzalarında və Zaqatala dairəsində cəmləşmişdi.
40
XIX əsrdə Cənubi Azərbaycan şəhərlərində də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.
41
Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə bəsit əl
dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında
işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi.
42
XIX yüzilliyin sonlarına doğru Cənubi Azərbaycan- dan ixrac edilən əmtəə malları xeyli
azalmağa başlamışdı. Ən başlıcası isə pambıq, yun, barama, gön və s.
kimi məhsullar ölkədən
xaricə, əsasən, xammal şəklində aparılırdı.
43
Azərbaycanda parça istehsalı əvvəllər olduğu kimi, yenə də
boyaqçılıq sənəti ilə üzvi
surətdə bağlı olmuşdur. Yerli boyaqçılar təbii boyaq əldə etmək üçün, adətən, boyaq verən
bitkilərin kök, yarpaq, qabıq, oduncaq və meyvələrindən istifadə edirdilər. Bu işlə peşəkar boyaq
ustaları məşğul olurdular.
Dostları ilə paylaş: