Həyət hasarları. Tədqiq edilən dövrdə hər bir ailə öz həyət sahəsinin dövrəsini çəpər və
ya barı ilə hasarlayırdı. Azərbaycanda yerli xammal ehtiyatından, əhalinin məşğuliyyət növü və
məişət tərzindən asılı olaraq, hasarların müxtəlif növü (daşqura, möhrə, qala-barı, kol çəpər, tapan, qarğı (qamış) çitəmə, çubuq-hörmə, çax-çax, aradoldurma və s.) qeydə alınmışdır.
Dağ kəndlərində həyətlərin ətrafına çox vaxt çaydaşından hörülmüş alçaq barı çəkirdilər.
«Daşqura» adlanan belə barını bənna deyil, hər kəs özü hörürdü.
51
Qaratikan, böyürtkən
kolluqları bol olan dağətəyi, çayboyu yaşayış məskənlərində kəndli həyətlərinin dövrəsi, əsasən,
«kol» çəpərlə çəpərlənirdi. Ağac materialı bol olan meşəlik ərazilərdə «ağac» hasar, «çubuq-
hörmə» və ya «tərəcə» çəpər, «çax-çax» və s. geniş yayılmışdı.
Düzən (aran) kəndlərində həyətlərin ətrafını möhrə və ya çiy kərpicdən hörülmüş barı ilə
hasarlayırdılar. Alazan vadisi kəndlərində hörgülü barı «cəbir» adlanırdı.
52
Aran kəndlərində qamış əsas inşaat materialı olduğundan burada hasar düzəltmək üçün
qamış və qarğıdan geniş istifadə olunmuşdur. Bu məqsədlə təzə biçilmiş qamışdan əvvəlcə