Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə101/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   97   98   99   100   101   102   103   104   ...   194
Orta  əsrlərdə  Azərbaycanın feodal şəhərlərinin sayı daha da artmışdı. Bu şəhərlərin 
çoxu sənət və ticarət bazası əsasında yaranmışdı. Azərbaycanın ilk orta əsr şəhərlərinin bir qismi 
siyasi-inzibati mərkəz, böyük bir qismi isə ticarət və sənət mərkəzi kimi formalaşmışdı. 
Orta əsr şəhərləri, bir qayda olaraq, istehkam səciyyəsi daşıyan mazqallı qala divarları ilə 
əhatə olunurdu. Bakı,  Şabran, Xunan, Bərdə, Xalxal, Gəncə,  Şəmkir, Dərbənd və b. şəhərlər 
buna misaldır. 
İslam dininin yayılmasından sonra Azərbaycan şəhərləri qədim memarlıq xüsusiyyətlərini 
saxlamaqla yanaşı, ümumislam şəhərləri görkəmi kəsb etməyə başlayır. Qədim atəşgahların, 
məbəd və kilsələrin yerində  məscid və minarələr ucaldılır, mədrəsə, təkyə, xanəgahlar meydana 
gəlirdi. Bu dövrdə qala divarları ilə  əhatə olunmuş Azərbaycan  şəhərləri üç hissədən ibarət idi: 
İçqala  (narınqala),  Şəhristan  (əsilzadələrin yaşadığı hissə) və  rabat (sənətkarlıq və ticarət 
məhəllələri). 
XI-XII  əsr mənbələrində Azərbaycanda 70-dən çox şəhərin adı  çəkilir.
17
 Böyük 
şəhərlərdə 200-300 min əhali yaşayırdı.  Şamaxı  Şirvanşahlar, Təbriz, Naxçıvan Atabəylər, 
Gəncə Şəddadilər dövlətinin mərkəzi (paytaxtı) idi. 
Monqol yürüşlərinə  qədər Azərbaycanın cənub  əyalətlərində  Təbriz,  Ərdəbil, Xalxal, 


 
102
Marağa, Mərənd, Urmiya, Xoy, Salmas, Dəhhərqan, Zəncan, Mianə, Kağızkunan, Əhər, Sərab, 
Cabravan, Cənzək, Unar, Şiz, Bəz, Uşniya, Aran, Qazaka, Kiran, Şirvanda Şamaxı, Şabran, Şar-
van, Dərbənd, Bakı, Arranda Bərdə, Gəncə, Varsan, Beyləqan, Bərzənd,  Şəmkir, Naxçıvan, 
Qəbələ şəhərləri xüsusilə fərqlənirdi.
18
 
XIII əsrdə monqol istilaları nəticəsində Azərbaycan şəhərlərinin çoxu tənəzzülə uğrayır, 
şəhər  əhalisi xeyli azalır, köçəri təsərrüfat artmağa başlayır. Bu talançı hücumlar nəticəsində 
Azərbaycanın bir sıra orta əsr şəhərləri tamamilə süquta uğrayır. 
XIV əsrdən etibarən Azərbaycan şəhərləri yenidən dirçəlməyə başlayır. XV-XVI əsrlərdə 
Təbriz, Gəncə,  Ərəş,  Ərdəbil, Culfa, Bərdə, Bakı, Naxçıvan, Marağa, Dərbənd,  Şamaxı 
şəhərlərində əhali xeyli artmış, sənət və ticarət canlanmışdı. 
XVI  əsrin sonlarında başlanan ümumi iqtisadi böhranla əlaqədar Azərbaycan  şəhərləri 
yenidən tənəzzülə uğrayır. 
Xanlıqlar dövründə (XVIII əsrin ikinci yarısı) ölkədə hökm sürən pərakəndəlik və re-
gionçuluğun güclənməsi ilə əlaqədar şəhərlər arasında iqtisadi, siyasi, mədəni əlaqələr zəifləyir. 
Feodal çəkişmələri və yadelli basqınlar nəticəsində bir sıra şəhərlər tənəzzülə uğrayıb dağılır. 
XIX əsrdə Azərbaycanın şimal torpaqlarının Rusiyaya ilhaq edilməsindən sonra iqtisadi 
və ticarət əlaqələrinin güclənməsi nəticəsində burada şəhər həyatı yenidən canlanmağa başlayır. 
Xüsusilə kapitalist münasibətlərinin inkişafı  Şimali Azərbaycan  şəhərlərinin feodal sükunətini 
pozub onların iqtisadi həyatına  sənaye müəssisələrindən ibarət yeni istehsal ünsürləri daxil et-
mişdir.  Şəhərləri yağı hücumlarından qoruyan bürclü, mazqallı qala divarları özlərinin  əməli 
əhəmiyyətini itirmişdi. 
Bununla belə, Azərbaycan  əhalisinin az bir hissəsi kapitalist inkişafı yoluna düşmüş iri 
şəhərlərdə yaşayırdı. Bu dövrdə ölkənin şəhər həyatını hələ də köhnə feodal şəhərləri müəyyən 
edirdi. Sənaye istehsalı  və  sənaye müəssisələrindən məhrum olan, köhnə  sənət və ticarət 
məşğuliyyətinə malik olan xırda əyalət şəhərləri hələ də qalmaqda idi. 
Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı istehsalı ilə məşğul olmaqla, kənd və oba tipli 
məskənlərdə yaşamaqda davam edirdi. Bununla belə, XIX əsrin sonu və XX əsrin əvvəllərində 
Azərbaycan kəndlərinin çoxu natural təsərrüfat qapalılığından ayrılıb  əmtəə istehsalına ba-
şlamışdı. Ona görə də bu kəndlər əmtəə-pul münasibətlərinə qoşulmuş yeni yaşayış məskənləri 
idi. Bu məskənlərdə sosial təbəqələşmə dərinləşdikcə kənd icmaları daxilində qolçomaq və muz-
dur  təbəqələrinin sayı artır, icma torpaqlarının alınıb-satılması, qolçomaqlar tərəfindən onların 
zəbt edilməsi faktları çoxalırdı. Bütün bu proseslər köhə feodal kəndlərinin sosial quruluşuna və 
zahiri simasına, evlərin memarlıq görkəminə təsir göstərməmiş deyildi. 
Azərbaycan kəndində sosialist istehsal münasibətlərinin bərqərar olması, icma torpaqları 
üzərində dövlət mülkiyyətinin yaranması  və ictimai təsərrüfatların meydana gəlməsi nəticə 
etibarilə torpaqların sahibsizləşməsinə, özünün əsil becərənindən məhrum olmasına gətirib çıx-
armışdır. Sosialist ictimai mülkiyyətinə  əsaslanan  kolxoz  kəndləri  və  sovxoz  qəsəbələrinin 
sakinləri sabiq kənd icmalarından fərqli olaraq, torpaq mülkiyyətindən felən məhrum olmaqla, 
onun işçi qüvvəsinə, mülkiyyətsiz istehsalçısına çevrilmişdir. 
Bütün bunlara baxmayaraq, sosialist kəndinin böyük bir qisminin memarlıq tərkibi bir 
sıra yeni istehsal qurğuları və ictimai binalar (kolxoz və ya sovxoz idarəsi, kənd soveti, klub, ki-
tabxana, qiraətxana, məktəb, uşaq bağçası, dükan, feldşer, həkim-tibb məntəqəsi və s.) ilə 
zənginləşmişdir. 
Sovet hakimiyyəti illərində  kəndlərin simasını müəyyənləşdirən yaşayış evi və  fərdi 
kəndli həyətlərində ciddi dəyişiklik baş vermiş, yaraşıqlı, memarlıq görkəmi diqqəti cəlb edən 
müasir, yaşayış binaları inşa olunmuşdur. Bu baxımdan müasir Azərbaycan kəndi qabaqcıl kapi-
talist ölkələrinin kənd tipli yaşayış  məskənlərindən az fərqlənirdi. Başlıca fərq kəndli 
təsərrüfatlarının xarakterində, məskənlərin plan quruluşunda və abadlığında nəzərə çarpırdı. 
Azərbaycanda  ənənəvi yaşayış  məskənlərinin tarixən təşəkkül tapmış  əlahiddə bir qru-
punu mövsümi məskənlər təşkil etmişdir. Müvəqqəti səciyyə daşıyan mövsümi məskənlər tarixi 
inkişafın sonrakı  mərhələlərində, heyvandarlıq təsərrüfatının inkişaf edib xüsusi forma kəsb 
etməsi ilə  əlaqədar olaraq meydana gəlmişdir. Azərbaycanda onlar elat  məskənləri  (oba, binə, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin