Tuncun kəşfi ilə bəşəriyyət tarixində yeni mədəni-tarixi mərhələ başlanmışdır. Tunc
alətlərin istehsalı Azərbaycanın oturaq əkinçi-maldar tayfalarının tarixi təkamülündə əhəmiyyətli
rol oynamışdır. Bu irəliləyiş yaşayış məskənlərinin səciyyəsinə də öz təsirini göstərmişdir.
İlk tunc dövründə əkinçi-maldar tayfalara məxsus Kür-Araz mədəniyyətitəşəkkül tapmış-
dır. Bu mədəniyyətin Azərbaycan ərazisində başlıca məskənləri Göytəpə, Yanıqtəpə, Kültəpə,
Mingəçevir, Babadərviş, Günəştəpə, Qaraköpəktəpə, Mişarçay, Dairə, Sərkərtəpə, Qəflətəpə ol-
muşdur. Arxeoloji qazıntılar zamanı bu abidələrdən dairəvi və düzbucaqlı formada, hörgülü bina
qalıqları, ocaq yerləri, tunc əmək aləti və s. əşyalar tapılmışdır.
Azərbaycan ərazisində orta tunc dövrünə aid Üzərliktəpə, I və II Kültəpə, Qaraköpəktəpə
yaşayış yerləri aşkar olunmuşdur. Bu mədəniyyət əkinçi-maldar tayfaların yeni təsərrüfat forma-
larına (yarımköçəri maldarlıq) keçmələri ilə səciyyələnir. Bol çəmənliklərdən ibarət geniş ot-
laqlara malik olan dağlıq ərazilərin məskunlaşılması yarımköçəri maldarlıq təsərrüfatının yaran-
masına, ayrı-ayrı tayfaların əlində heyvan sürülərinin toplanmasına, tayfa üzvləri arasında əmlak
bərabərsizliyinin meydana çıxmasına səbəb olmuşdur. Bu sərvətlərin qorunması zərurəti yaşayış
məskənlərinin möhkəmləndirilməsinə tələbatı artırmışdı. Bütün bu amillər öz növbəsində,
yaşayış məskənlərinin yeni tipoloji növlərinin yaranması ilə nəticələnmişdir.
Siklop tikililərdən ibarət möhkəmləndirilmiş istehkamlıyaşayış yerləri ilk dəfə məhz bu
dövrdə yaranmağa başlamışdır.
9
Tunc dövrünün son mərhələsinə aid Azərbaycan ərazisində Xocalı, Gədəbəy, Mingəçevir,
Naxçıvan, Qazax rayonu ərazilərində çoxlu yaşayış məskəni aşkar edilmişdir.