100
miş,
saxsı qab istehsalı, bəsit
toxuculuq məşğulliyəti yaranmış, cilalı daş
baltalar meydana çıx-
mışdır.
Əkinçilik və maldarlıq məşğuliyyətinin yaranması ilə bağlı olaraq, Neolit dövründə
oturaq məişət tərzi getdikcə güclənirdi. Beləliklə, süni tikililərdən ibarət daimi yaşayış
məskənləri –
kənd tipli məskənlərin ilk prototipi yaranırdı. Bunlar patriarxal qəbilə
məskənlərindən ibarət idi. Süni tikililərdən ibarət ilk qəbilə məskənlərinin
meydana gəlməsi
məhz Neolit dövrünə təsadüf edir. Azərbaycanda Neolit məskənləri Qobustan, Gillikdağ, Xanlar
düşərgəsi, Damcılı, Yanıqtəpə və Həsənlinin alt təbəqəsində aşkar olunmuşdur.
6
Azərbaycan qəbilələrinin sosial-iqtisadi həyatında baş verən mütərəqqi irəliləyişlər
əhalinin təsərrüfat məşğuliyyəti və məişət tərzində ciddi dəyişikliklərin yaranmasına gətirib çıx-
armışdır. İstehsal təsərrüfatının, xüsusilə əkinçilik və maldarlığın yaranması ilə əlaqədar
olaraq
oturaq məişət həyatının bərqərar olması
daimi məskənlərin
meydana gəlməsini labüd etmiş, onun
iqtisadi əsasını təşkil etmişdir.
Azərbaycanda
Eneolit dövrünün oturaq yaşayış məskənləri, əsasən, Urmiya gölü
ətrafında, Naxçıvan ərazisində (Kültəpə), Mil-Muğan (Kamiltəpə, Əlikömək təpəsi) və Gəncə-
Qazax düzənliyində (Şomutəpə, Töyrətəpə,
Qarğalar təpəsi, Cinni təpə, Babadərviş) aşkar
edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Eneolit dövründə
Azərbaycanın əkinçi-maldar tayfaları daha
çox düzənlik ərazilərdə, başlıca olaraq, Kür çayından
cənubda yığcam halda məskunlaşmışlar. Erkən
əkinçi məskənlərinin yaranması üçün o zaman
bu ərazilər olduqca əlverişli təbii şəraitə malik olmuşdur. E.ə. VI minilliyin II yarısından IV
minilliyin ortalarınadək bu yerlər başdan-başa «yaşayış təpələri»ndən ibarət Eneolit məskənləri
ilə örtülmüşdür. Oturaq həyat tərzinin möhkəmlənməsi ilə əlaqədar olaraq,
bəzi məskənlər iri
yaşayış məntəqələrinə çevrilmişdir. E.ə. IV minilliyin ortalarında Azərbaycan düzənliklərində
təbiətin dəyişməsi, xüsusilə quraqlıq başlaması ilə əlaqədar olaraq, qədim əkinçi məskənləri tərk
edilərək burada həyat dayanmışdır.
7
Lakin bir müddət keçəndən sonra,
düzənliklərdə iqlim
şəraiti dəyişib məskunlaşma üçün əlverişli hala düşmüşdür.
Azərbaycanın Eneolit məskənlərində iki inşaat-memarlıq üslubu –
düzbucaqlı və
dairəvi
plana malik kərpic hörgülü tikililər təşəkkül tapmışdır. Yastı damlı, düzbucaqlı evlərə malik
məskənlər daha çox Urmiya ətrafı üçün, ikinci tip kəndlər isə Kür vadisi, xüsusilə, onun orta ax-
ını ətrafındakı ərazilər üçün səciyyəvi olmuşdur.
8
Dostları ilə paylaş: