Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə90/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   86   87   88   89   90   91   92   93   ...   194
 
Güləbətin tikmə üsulu XIX əsrdə Şamaxı, Şuşa, qismən də Naxçıvan şəhərində xüsusilə 
geniş inkişaf etmişdir. XIX əsrdə güləbətin tikmə, həmçinin, Gəncə,  Şəki və  Lənkəran 
şəhərlərində də yayılmışdır. Lakin orta əsrlərdə onun klassik vətəni Şamaxı və Təbriz şəhərləri 
olmuşdur. 
Güləbətin tikmə «hamar» və «qabarıq» olmaqla, iki cür hazırlanırdı. «Zəminduz» adlanan 
hamar tikmə texnikası ilə  məmulatı  bəzəmək üçün, adətən, «kargah» (dəzgah) adlanan 
düzbucaqlı formaya malik ağac çərçivə və ulduzlu tikiş iynəsindən istifadə olunurdu. «Yerlik» 
parça materialı kimi, başlıca olaraq, sıx toxunuşlu, yekrəng parçalardan, ən çox isə  qırmızı, 
qəhvəyi, bənövşəyi, mavi və ya yaşıl rəngli məxmər işlədilirdi. Bundan əlavə, müxtəlif rəngli
zərif toxunuşlu mahud, habelə tirmə və atlaz, hətta tumac zəminduz tikmə texnikası üçün yerlik 
ola bilirdi. 
Zəminduz tikmə növünü hazırlamaq üçün əvvəlcə parçanı tarım vəziyyətdə kargaha çəkir
sonra onun üzərinə kağızdan kəsilmiş lazımi naxış motivinə malik əndazə qoyur və adi sapla 
onları kökləyib bir-birinə  bənd edirdilər. Sonra qızılı  və ya gümüşü rəngli güləbətin sapla 
kökləmə tikişə paralel surətdə bəxyələmə texnikası ilə nəqş motivini doldururdular. 
Güləbətin tikmənin bu texniki üsulu ilə ən çox qadın üst libası, baş geyimləri, ev məişət 
müxəlləfatı, hətta at yəhərinin bəzək ləvazimatı (zinpuş, çul) tikilib bəzədilirdi. Keçmişdə nişanlı 
qızların cehiz tədarükü içərisində güləbətin tikməli  şəxsi məişət  əşyalarının olması adət halını 
almışdı. Nişanlı qızın cer-cehizləri arasında bu sayaq tikmə nümunələrinin olması həm də gəlinin 
əl qabiliyyətinin göstəricisi sayılırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin