hallarının azaldılmasıdır.
larının artırılmasıdır.
http://www.amu.edu.az
30 yanvar 2016-cı il
İsveç KİV-lərində
bu
ölkədə və Danimarkada
insanların Zika virusuna
ilk dəfə yoluxması halları-
nın aşkar olunması haq-
qında məlumat yer alıb.
Ekspertlər qeyd edirlər ki,
İsveç vətəndaşının yolux-
ması ağır deyil və onun
müalicəsinə artıq başlanı-
lıb.
Danimarkada
da
test
keçiriləndən sonra həmin viru-
sa yoluxma halı aşkar olunub.
Xəstənin adı açıqlanmır, lakin Orxus
şəhərindəki hospitalda müalicə aldı-
ğı bildirilir. Bundan əvvəl həmin şəxs
Zika virusunun geniş yayıldığı Latın
Amerikasında olub.
Alimlər qeyd edirlər ki, Zika vi-
rusu yüksək hərarətə, konyunktivitə,
başda və oynaqlarda ağrılara, iltiha-
bi proseslərə, bəzi hallarda isə ürək
bulanması, mədə pozulmasına və
ağrısına səbəb olur.
Virusun daşıyıcısı “Aedes aegy-
pti” ağcaqanaddır. Məlumat var ki,
hamiləlik dövründə virusa yolux-
ma uşaqda mikrosefaliyaya səbəb
olur. Bu xəstəlik kəllə ölçüsünün
xeyli azalması, əqli gerilik və başqa
əlamətlərlə müşayiət olunur.
Qeyd edək ki, xəstəlik bundan
əvvəl Asiya, Afrika, Cənubi və Şimali
Amerika, Sakit okean regionlarında
qeydə alınıb. Hazırda Latın Ameri-
kası ölkələrinin hökumətləri virusun
yayılmasının qarşısını almaq üçün
mübarizəyə başlayıb.
Avstraliyada 12 adi təcili
yardım maşınını əvəz edə
bilən təcili yardım avtobu-
su yaradılıb.
AZƏRTAC health-ua.
org saytına istinadla xəbər
verir ki, Adelaida ştatında-
kı (Avstraliya) Royyal Hos-
pital klinikasının həkimləri
dünyada ilk “təcili yardım
avtobusu”nun xidmətlə-
rindən istifadə edirlər.
Bu qeyri-adi yeniliyin
təqdimat mərasimində Adelaidanın
yüzlərlə sakini, habelə Avstraliyanın
səhiyyə naziri Cek Snellinq iştirak
edib.
Uzunluğu 15 metrə yaxın
olan avtobus xüsusi avadanlıq-
la təchiz edilib. Burada eyni vaxtda
12 pasiyentə (6 nəfər əyləşə bilən
və daha 6 nəfər uzanıqlı vəziyyətdə
xəstəyə) tibbi yardım göstərmək
mümkündür. Avtobusun içərisində
iki həkim və tibbi heyətin üçüncü
üzvü – həm feldşer, həm də sürü-
cü vəzifəsini yerinə yetirən şəxs
üçün yerlər nəzərdə tutulub. Müasir
tibbi texnika ilə təchiz edilmiş bu
nəhəng təcili yardım maşınında de-
fibrillyatorlar və mobil USM (ultrasəs
müayinəsi) aparatları quraşdırılıb.
Bu
avtobus
eyni
vaxt-
da zərər çəkmiş çoxsaylı insan-
lara təxirəsalınmaz tibbi yardım
göstərilməsi hallarında: ağır yol-
nəqliyyat
hadisələri,
texnogen
qəzalar, o cümlədən kol-koslu və al-
çaq ağacların çox olduğu ərazilərdə
yanğınlar zamanı tətbiq edilmək
üçün nəzərdə tutulur. Avstraliyada
tez-tez baş verən bu cür yanğınlar
insan üçün çox təhlükəlidir.
Royyal Hospital klinikasının
həkimlərinin sözlərinə görə, mü-
hüm idman matçları, konsertlər və
minlərlə tamaşaçı cəlb edə bilən
digər kütləvi tədbirlər keçirilən
günlərdə bu qeyr-adi avtobus stadi-
onların və idman saraylarının yaxın-
lığında növbə çəkəcək.
Dostları ilə paylaş: