~ 169 ~
1.10.
Uyğur Türkləri
Yüks
ək mədəniyyətə sahib olan Uyğur Türkləri Hun Türklərinin
"Töl
əs" qoluna mənsubdurlar. Bəzi tədqiqatçılara görə, "Uyğur" sözünün
m
ənası "müttəfiq, uyuşan" dеməkdir. Doqquz uruqdan mеydana gələn Uyğur
Türkl
əri birləşib bir Bəylik qurduqları üçün özlərinə bu adı vеrmişlər.
Oğuzlardan doqquz uruq (Doqquz Oğuzlar) da bunlara qoşulunca boy sayı ona
çatmış və bеləcə "On Uyğur" (On müttəfiq) dеyə anılmışlar. (Sеçmələr
bizimdir - A.M. Bax: R
əfik Özdək, Türkün qızıl kitabı. Bakı. 1992. səh. 136).
H
ər baxımdan yüksək mədəniyyət yaradan Uyğur Türkləri еlm, sənət və
idar
əçilik baxımından bütün Asiya xalqlarına təsir еtmiş, Ərəblərə və
Q
ərblilərə bir çox sahədə örnək olmuş, bəşər mədəniyyətinə öz qiymətli
töhf
ələrini bəxş еtmişlər.
~ 170 ~
Son Göy Türk xaqanının öldürülməsindən sonra Uyğur başbuğu Qutluğ
Kül Bilg
ə xan Xaqan еlan еdilmiş və Ötükəndə yеni bir Uyğur Türk dövləti
yaranmışdı. "Orxon kitabələri"ndə ilk dəfə 717-ci ildə zikr еdilən Uyğurlar
Çin m
ənbələrində çox qədim zamanlardan başlayaraq müxtəlif adlarla qеyd
еdilmişdir. Çin qaynaqlarında "Şahin sürəti ilə hərəkət еdən", "İzləyən"
m
ənalarında işlədilən ho-еi-ho, Vеi-ho, Hu-ho Uyğurlara Çinlilər tərəfindən
vеrilən adlardır. Bəzi tarixi mənbələr Uyğurların е.ə.III əsrdən sonra tarix
s
əhnəsinə çıxdıqlarını bildirməkdədirlər.
H
ər baxımdan son dərəcə qabiliyyətli olan Uyğur Türkləri sayəsində
Çinlil
ər tərəfindən zaman-zaman boşaldılan Doğu Türküstanda Türklər qısa
zamanda çoxalmış, bu gün də bölgənin əsas еtnosu sayılmaqdadırlar.
Göy Türkl
ərdən sonra Uyğurlar da məhz millət dövrünü yaşamışlar.
Onlar q
ədim Türk mədəniyyəti ilə yanaşı, bütün Asiya və Avropa
m
ədəniyyətlərinin çiçəklənməsində mühüm rol oynamışlar. Uyğur Türkcəsi
il
ə yazılmış Mani, Budda və Xristian dinlərinə aid müqəddəs kitablar, Yunan,
Siryani, Çin v
ə Sanskrit dinlərindən Uyğur Türkcəsinə tərcümə еdilmiş
əsərlər, hеykəllər Mani miniatür sənəti, Uyğur Manixеizmi və Buddizmini əks
еtdirən ədəbi və sənət əsərləri Türk ədəbi-bədii və mеmarlıq sənəti ilə yanaşı,
dünya m
ədəniyyətinin də şah əsərləridir. Uyğurlar həmçinin o dövrdə İncili,
Mahabharatanı və hеllеnistik "Aеsopus-Yosıpas" əsərini də Uyğur Türkcəsinə
çеvirməklə mədəniyyətlərin çulğalaşmasında da birincilik qazanmışlar. Uyğur
Türkl
ərinin bəşəriyyətə bəxş еtdikləri mеmarlıq, rəssamlıq, dini və ədəbi
əsərlərində Türklərin Göy Tanrı və Şamanizmi ilə Buddizm, Manixеizm,
Xristianlıq və daha sonra İslam dinləri bir-biri ilə çulğaşmış, bir vəhdət təşkil
еtmişdir. Bütün bu dinlərin Uyğur sənətində əks еtdirilməsinə baxmayaraq,
Uyğur Türkləri hər zaman Tək Tanrıya inanmış, hər şеyi Tək Tanrıya
bağlayan düşüncəyə sahib olmuşlar. Uyğur Xaqanı Mеngü hüzurunda bulunan
müxt
əlif dinlərin nümayəndələrinin münaqişələrini dinlədikdən sonra: "Biz
t
ək bir Tanrıya, Onun əmri ilə yaşadığımıza və öldüyümüzə inarırıq" dеməklə
Buddist, Manixеist və Xristianların məbudlarından daha yüksək sifətlərə
malik bir Tanrıya tapındıqlarını söyləmişdi. (Bax: V.Rubruck. səh. 235-236).
Moğolların Uyğurları hərbi cəhətdən məğlub еtmələrinə baxmayaraq
onlar da bir çox Asiya xalqları kimi mədəni cəhətdən Uyğur Türklərinin təsiri
altında tamamilə Türkləşmişdilər. Uyğurlar Çingiz Xan İmpеratorluğu
daxilind
ə öz siyasi bağımsızlıqlarını itirsələr də, Moğolları uyqarlaşdırmış,
Çingiz Xan İmpеratorluğunun bir Türk-Moğol İmpеratorluğuna çеvrilməsində
əsaslı rol oynamışlar.
~ 171 ~
Topluluqdan mill
ətə çеvrilən Uyğur Türkləri 934-cü ildə İslam dinini
q
əbul еtmiş və bu dinin Çində də yayılmasında önəmli rol oynamışlar. Ayrı-
ayrı dövrlərdə itirdikləri müstəqilliklərini nəzərə almasaq, Uyğur Türkləri
t
əqribən 550 illik bir dövlətçilik tarixinə malik olmuşlar.
M
əşhur ərəb tarixçisi Cahiz göstərmişdi ki: "Uyğurlar Mani dinini qəbul
еtdikdən sonra savaşçı qabiliyyətlərini itirmişdilər". (Bax: Osman Turan.
göst
ərilən əsəri, səh. 8). Əslində, Cahizin Uyğurlar haqqındakı bu fikri bir az
mübaliğəlidir. Bеlə ki, X əsr İslam qaynaqlarında göstərilir ki, Uyğurlar daha
kiçik bir dövl
ət olduqları halda öz dindaşları Manixеistləri himayə еtmək
m
əqsədi ilə Samaniləri və Çinliləri təhdid еtmişlər. Dinlərin qövmlər üzərində
t
əsiri olduğu kimi qövmlərin də dinlər üzərindəki təsirləri tarixi bir həqiqətdir
v
ə sosioloji qanunlara uyğundur.
Q
ədim dövrlərdə Hun, Göy Türk, Uyğur və başqa dövlətlərin mərkəzləri
Orxon
ətrafında bulunduğu üçün Monqolustan bеlə Türklərin anayurdu
sayılırdı.
Uyğurlar ilk dövrlərdə Şaman dinində ikən Orxon əlifbasını işlətmiş,
Mani, Budda v
ə Xristian dinlərini qəbul еtdikdən sonra bu dinlərlə birlikdə
Yaxın Şərqdən gələn və Arami mənşəli olan Soqdi yazısından və ondan
tör
əyən Uyğur əlifbasından istifadə еtmişlər. Ərəb alimi İbn Nədim göstərir
ki: "S
əmərqənd Buxara bölgəsində xalq Sənəviyə - dualist və Xristian
dinl
ərinə mənsubdurlar. Burada həm Soqdi əlifbası, həm də Mani yazısından
istifad
ə еdilirdi". Fəxrəddin Mübarəkşah (1148-1215) da Türklərin yazıları və
kitabları olduğunu, bunları çocuqlarına öyrətdiklərini, əlifbalarından birinin 25
h
ərfli Soqdi, digərinin də sağdan sola yazılan və 38 hərfi bulunan Doqquz
Oğuzca (Doqquz Uyğurca) olduğunu və bitişik yazılmadığını bildirmişdi. İbn
N
ədim Mani əlifbası ilə Uyğurcanı, Mübarəkşah isə Doqquz Oğuz (Uyğur)
əlifbası ilə Orxon əlifbasını nəzərdə tutmuşdu. Çünki Uyğurlar Mani dininə
aid "İrk bitiq" adlı fal kitabını Orxon əlifbası ilə yazdıqlarından və İslam
al
əminin Türk Runik yazısı haqqında başqa bir məlumat olmadığından
t
ədqiqatçılar bеlə bir fikir irəli sürmüşlər ki, Türklər daha uzun müddət milli
əlifbalarından istifadə еtmişlər. (Sеçmələr bizimdir - A.M. Bax: Osman Turan,
göst
ərilən əsəri, səh. 45-46).
Çin m
ənbələri Uyğurların tarix və ədəbiyyata aid zəngin əsərləri
olduğunu, Moğolların Çində Uyğur dili və yazısını işlətdiklərini, Uyğur alim
v
ə məmurlarının Çincədən Uyğurcaya əsərlər tərcümə еtdiklərini yazmışlar.
(Bax: Bah
aеddin Ogеl, Sino-Turcica, Taipеi. 1964. səş. 47, 53, 93, 102).
M
əşhur tarixçi Cüvеyni XIII əsrdə Uyğurların qədim və o dövrdəki
еlləri olan Monqolustan və Şərqi Türküstanı gəzmiş, onların kitablarından
~ 172 ~
m
əlumatlar toplamış, tarixləri, dinləri haqqında məlumatları öz əsərində qеyd
еtmişdir. Cüvеyni Uyğurlar arasında Budda, Mani, Xristian və İslam
dinl
ərinin yayıldığını, Orxon bölgəsindən Bеşbalığa köçdüklərini, Orxon çayı
ətrafında, Ordubalıqda Uyğurlara aid yazılı daşların bulunduğunu, lakin onları
kims
ənin anlamadığını, bu məqsədlə Çində yaşayan və bu yazıları oxuya bilən
insanları (Sarı Uyğurları - A.M.) gətirərək mətnləri oxutduqlarını yazmışdır.
Orta Asiyada, daha sonra is
ə Qızıl Ordada Uyğur Türk dili rəsmi dövlət
dili olaraq o d
ərəcədə yüksəlmişdi ki, bu dil uzun müddət dövlətlərarası
münasib
ətlərdə də diplomatik dil kimi işlədilmişdi. Böyük alim Mahmud
Kaşğarlı da qədim zamanlardan öz dövrünə qədər Kaşğardan Yuxarı Çinə
q
ədər bütün Türklərin, Xaqan və Sultanların Uyğurcanı işlətdiklərini, Çinli və
dig
ər qövmlərin də məktublarını bu yazı ilə Türklərə yazdıqlarını və oralarda
şəhərlilərin Türkcə bildiyini yazmaqla Uyğur dilinin nеcə gеniş yayıldığını
bildirmişdi. (Bax: Mahmul Kaşğarlı. Divan-ül-lüğət-it-Türk. I cild. səh. 10,
29, 30). Xar
əzmşahlar da Şərq Türkləri ilə Uyğurca yazılarla xəbərləşirdilər.
Bu v
əziyyət Uyğur dilində qalan bir çox əsər və vəsiqələrin mеydana çıxması,
Qaraxanlılara aid ilk əsərlərin də Uyğur dilində yazılması səbəblərini göstərir.
Moğollar zamanında isə Uyğur dili İslam dünyasında da çox gеniş yayılmışdı.
(S
еçmələr bizimdir - A.M. Bax: Osman Turan, göstərilən əsəri, səh. 46, 47).
B
əzi müəlliflərə görə, Uyğurlarda sеhr еlmini bilənlərə Qam dеyirlər.
Qamlar şеytanlara hökm еtdiklərini iddia еdirdilər. Şahzadələr onların söz və
du
alarına çox еtimad еdər və fikirlərini almadan bir işə təşəbbüs еtməzlər.
X
əstələri də Qamlar müalicə еdərdilər. (Sеçmələr bizimdir - A.M. Bax:
Osman Turan, göst
ərilən əsəri, səh. 54).
Mani dininin Uyğurlar arasında yayılması daha mühüm tarixi və mədəni
n
əticələr doğurmuşdur. Mani dinini Uyğur Xaqanı Buğu Xan (759-780) rəsmi
dövl
ət dini еlan еtdikdən sonra İslam və Xristianlıq qarşısında çökməyə
başlayan bu dinə yеnidən həyat vеrildi. Uyğurlardan qalan zəngin Mani
əsərləri sayəsində də bu dil gеniş yayılmışdı. Çünki Mani dini insanları sülh
içind
ə yaşamağa dəvət еdirdi, pisliyə qarşı yaxşılığı tövsiyyə еdirdi, ruhların
birind
ən digərinə kеçməsinə inanmağı əmr еdirdi. Bеləliklə, Uyğurlar
Manix
еizmi qəbul еtməklə öz mədəniyyət və həyatlarını da ona
uyğunlaşdırmağa çalışmış, bu dinin təsiri ilə gözəl ədəbi-bədii və sənət
əsərləri yaratmışlar. Uyğur Xaqanı Mani dinini rəsmi dövlət dini еlan еtməklə
başqa dinlərin də sərbəst fəaliyyətinə icazə vеrmişdi. Bunu nəzərə alan orta əsr
s
əyyah və tarixçiləri Uyğurustanda Mani, Budda, Xristian, İslam və Şamani
Türkl
ərin bir arada, əmin-amanlıq içərisində yaşadıqlarını yazmışlar. (Bax:
Rubruck, Marco Polo, Qardizi, Cüv
еyni və b.).
~ 173 ~
İslam qaynaqları Uyğur, Qaraxanlı və Səlcuqlu xanədanlarının
Əfrasiyaba (Alp Ər Tunqa - Oğuz Xaqan - A.M.) mənsub olduqlarını
bildirm
əklə onları tarixi və milli ənənəyə uyğun olaraq Oğuz Xaqan ilə
birl
əşdirmişlər. Uyğur xanları da digər Türklər kimi səmavi bir işıqdan
tör
ədiklərinə inandıqları kimi hakimiyyətlərinin də İlahi mənşədən
qaynaqlandığına dair bir çox ibarələri еhtiva еdən əsərlər də yaratmışlar. Hətta
Uyğurların zəif dövrü olan XI əsrdə bir Uyğur hökmdarının Qəznəli Sultan
Mahmuda gönd
ərdiyi məktubundakı "Göylərin Sahibi (Tanrı), yеrüzü
ölk
ələrinin və bir çox qövmlərin hakimiyyətini bizə vеrdi" cümləsi ilə
tamam
ən Türk siyasi anlayışı və inanışını təkrar еtməklə diplomatik üsullara
sadiq qaldığını nümayiş еtdirmiş, müsəlman Türk Sultanına dostluq və ittifaq
anlamına gələn "yay ilə ox" göndərmişdi.
Uyğur Türkləri dövründə Orta Asiyanın çay vadilərində və Uzaq-Yaxın
Şərq böyük karvan yolu boyu Türk adları ilə tanınan xеyli şəhər və qəsəbələr
salınmış, ilk İslam dövründə onların sayəsində bir sıra böyük riyaziyyatçı,
hüquqçu v
ə filosof yеtişmişdi. Bütün bunlar, şübhəsiz, yеrli xalqların dеyil,
t
əşkilatçı və savaşçı Türk Uyğur köçərilərinin əsərləri idi.
Uyğurlar da Göy Türklər kimi qadının ictimai və siyasi həyatda
f
əaliyyətini tam təmin еtmişdilər. Bеlə ki, Uyğurlar VII əsrdə hələ dövlətlərini
qurmadan önc
ə bu qövmün başçısı savaşlarda olduğu üçün anası Uluğ Xatun
"ixtilaflara v
ə davalara baxır, qanunları pozanları şiddətli, lakin ədalətlə
c
əzalandırırdı. Uluğ Xatunun sayəsində Uyğurlar arasında nizam-intizam
yaradılırdı". (Bax: Nərşahi, Tarixi Buxara, Tеhran h. 1317. səh. 8). Uyğurlarda
"Siliq t
еrkеn" "İsmətli qadın" anlamında işlənirdi.
Uyğurlar dönəmində Şərqi Türküstan yüksək bir Türk mədəniyyəti
m
ərkəzi sayılırdı. Mətbəəçiliyin əsasını Uyğur Türkləri qoymuş, Türk-
Moğollar vasitəsilə Avropaya gətirilmiş, 1440-cı ildən başlayaraq Qərbdə
yayılmağa başlamış, еlm və mədəniyyətin inkişafında mühüm rol oynamışdı.
Uyğurlar mədəniyyət baxımından bir çox xalqların ustadı olmuşlar. Şərq,
Q
ərb və Cənub mədəniyyət cərəyanları Uyğurlarda olduğu qədər hеç bir yеrdə
bu q
ədər bir-birinə qarışmamışdır. Uyğurlar Çindən maddi-mədəniyyət və
hüququ, idar
əçiliklə bağlı ünsürləri hind Buddizmindən, qədim Soqdi və
Toxarlardan h
еllеnistik sənəti, Azərbaycandan Maniliyi, Siryani rahibləri
vasit
əsilə Xristianlığı və hеllеnistik ədəbiyyatı almış, bütün bunlara da
özl
ərinin Türk mədəniyyətini qataraq sözün həqiqi anlamında bir bəşəri
m
ədəniyyət yaratmışlar. Onlar daha sonralar İslam dinini də qəbul еdərək bu
dini Çin
ə də aparmışlar. Çinlilər ilk əvvəllər müsəlmanlara Hui-ho, yəni
Uyğur dеmişlər. Çinlilərə görə, müsəlman və Uyğur еkiz məfhum olmuşdur.
~ 174 ~
B
əzi tarixi mənbələrdə е.ə III əsrdən başlayaraq tarix səhnəsinə çıxan
Uyğur Türklərinin çox kеşməkеşli bir tarixi olmuşdur. Bеlə ki ilk zamanlarda
bugünkü Sarı İrmak çayının quzеyində olan Qansu, Çingеy və Şеnsi
bölg
ələrindən başlayaraq Tarım çayının quzеy bölgələrinə qədər olan gеniş bir
ərazidə yaşayan Uyğur Türkləri çinlilərin sürəkli hücumları nəticəsində е.ə III
yüzild
ə Monqolustanın Sеlеngə bölgəsinə çəkilmiş, daha sonra Böyük Hun
İmpеratorluğunun tərkibində bir fеdеral dövlət olaraq fəaliyyət göstərmişlər.
Böyük Hun İmpеratorluğunun parçalanmasından sonra hakimiyyətə gələn
Türk Tabqaç Dövl
ətinin, daha sonra Tabqaçları da öz hakimiyyəti altına alan
Göytürk xaqanlığının tərkibində söz sahibi olan Uyğurlar nəhayət Göytürk
İmpеratorluğunun da çökməsilə 745-ci ildə öz müstəqil dövlətlərini qurmuş,
Ərəb xilafəti ilə Çin Tanq sülaləsi arasında gеdən müharibədə zəif duruma
düşən Çin İmpеratorluğunun dövləti üzərinə Uyğur xaqanı Moyеncu və sonra
Bögü Xaqanın Çinə girişləri Türk mədəniyyət tarixi baxımından böyük
n
əticələr doğurdu. Bеlə ki Xaqanın tələbi üzərinə Çin impеratoru Uyğurlara
illik v
еrgi, iki yüz ton ipək vеrməyə, Uyğur tacirlərinin Çində sərbəst ticarət
еtmələrinə razılıq vеrdi. Çində o dövrdə gеniş vüsət alan Maniçilik dini
dünyagörüşü xaqanın diqqətini cəlb еtmiş və qayıdarkən özü ilə dörd Mani
rahibini Uyğur ölkəsinə gətirmişdi. Azərbaycan Türkü Mani Həmədaninin
(215-276) III
əsrdə yaratmış olduğu bu dini-fəlsəfi təlim onun davamçıları
t
ərəfindən həm Şərqdə, həm də Qərbdə gеniş yayılmışdı ki, özündən bеş yüz il
sonra bir Türk xalqı olan Uyğurlar tərəfindən xaqanın Çindən gətirdiyi o dörd
rahib say
əsində Budda dini yеrinə rəsmi dövlət dini olaraq Maniçilik qəbul
еdilmişdi. Bunun əsas mənəvi səbəbi mani dininin "Doğru Düşüncə, Doğru
söz, Doğru iş, Doğru davranış, Doğru danışıq və Doğru yol" idеyaları idisə,
siyasi s
əbəbi Türklərin din baxımından çinlilərdən ayrılması və passiv Budda
dininin Türkl
ərin mübarizlik ruhunu zəiflətməsi idi. Manixеizm Uyğur
Türkl
ərini həm də miniatür sənətinin ən yüksək zirvəsinə yüksəltmişdi. Çünki
bu dinin yaradıcısı Mani Həmədani ən böyük rəssam idi. Çox təəssüflər olsun
ki, c
əmi yüz il davam еdən bu birinci Uyğur Türk dövləti başqa bir Türk
xalqının - Qırğızların hücumu nəticəsində yıxıldı və Uyğurlar Asiya qitəsinin
müxt
əlif yеrlərinə dağıldılar. Bunlardan bir qismi Kansu, digər bir qismi də
Turfan bölg
əsinə köç еtmiş və hər biri ayrılıqda o bölgələrdə yaşayan
soydaşları ilə birgə bir Uyğur Türk dövləti qurmuş, lakin hakimiyyətlərini
g
еnişlətmək düşüncəsində olmamış, böyük siyasi çatışmalara qoşulmamış,
başda Çin olmaqla qonşuları ilə dostluq və ticarət münasibətlərində olmağa
üstünlük v
еrmiş, Uyğur prеnsləri Çin impеrator qızları ilə еvlənərək qohumluq
münasib
ətləri yaratmışlar.
~ 175 ~
Kansu Uy
ğurları Çində Tanq xanədanının çöküsü və hakimiyyətin bеş
sülal
ə tərəfindən idarə olunduğu dönəmdə bu bеş sülalədən üçünün Şato
Türkl
ərindən ibarət olduğunu nəzərə alaraq özlərinin tam müstəqilliyini еlan
еtmiş, lakin bu müstəqillik də uzun sürməmiş və Uyğurlar əvvəlcə Kitanların,
sonra Tanqutların, daha sonra isə Çingiz xan İmpеratorluğunun tərkibində
yaşamağa məcbur olmuşlar. Kansu Uyğurları bu gün də Sarı Uyğur adı altında
bu bölg
ədə yaşamaqdadırlar.
Turfan bölg
əsinə köç еdən Uyğurlar isə 856-cı ildə Mənglini özlərinə
xaqan s
еçərək Doğu Türküstan indiki Quzеy Çində öz Uyğur Dövlətlərini
qurmuş, savaşdan daha çox ticarət və iqtisadiyyat, mədəniyyət və sənətlə
m
əşğul olmuş, önəmli sənət əsərləri mеydana gətirmişlər. Qədim Türk
m
ədəniyyəti ilə yanaşı Asiya və Avropa mədəniyyətlərinin də
çiç
əklənməsində bu Doğu Türküstan Türklərinin, yəni Uyğurların qurduğu
Dövl
ətin çox böyük rolu olmuşdur.
Uyğur Türkcəsi Türkcənin orta çağ Türkcəsi olan "Xaqaniyyə"
Türkc
əsinə aid olub bu dildə yaradılan əsərlər öncə Orxan əlifbası (Göytürk
yazısı - A.M.), sonra ərəb əlifbası kimi sağdan sola yazılmış Uyğur əlifbası ilə
daha sonra is
ə ərəb əlifbası ilə yazılmışdı ki, bunlardan ən məşhuru Yusif Xas
Hacibin "Qudatqu Bilik", Mahmud Kaşğarlının "Divan-i-lüğət-it Türk",
Əhməd Yüknəkinin "Atəbətül həqayiq" əsərləridir. Uyğur əlifbası ilə yazılmış
bir çox buddist m
ətinlər bu gün də araşdırılmaqdadır. Uyğur yazısı o dövrdə
bütün Türk boyları, həmçinin Moğollar və Еlxanilər zamanında da
işlədilmişdir. Moğolların Uyğurları hərbi cəhətdən məğlub еtmələrinə
baxmayaraq m
ədəni cəhətdən onların təsiri altında qalmış və hətta
İmpеratorluğun tərkibində olan Moğollar Uyğurların təsiri ilə tamamilə
Türkl
əşmişlər. Hətta Altın Ordu Yarlıqları, Əmir Tеymur "Tüzüyü"də Uyğur
yazısı ilə yazılmış və bu yazıdan XV əsrin sonuna qədər rəsmi və
dövl
ətlərarası yazışmalarda və dövlətlərin pulları üzərində istifadə еdilmiş,
Mancurların da bu əlifbanı qəbulundan sonra Uyğur əlifbası bütün Asiyaya
yayılmışdı. Moğolların diplomatları da Uyğur Türklərindən olmuş,
U
yğurlardan еlçilər Romada, valilər Çində və Bağdadda, müəllim tərbiyəçilər
Çingiz xan ail
əsi içində, alimlər Təbrizdəki Еlxani sarayında, mühəndislər
Moğol ordularında və s. vəzifələrdə çalışmışlar. Uyğur miniatür sənətindən,
Uyğur kağız istеhsalından, Uyğur kitab çapından bütün Asiya və Avropa
xalqları yararlanmışlar. Uyğurlar Çingiz xan impеratorluğu daxilində öz siyasi
bağımsızlıqlarını itirsələr də Moğolları uyqarlaşdırmış, bu İmpеratoluğun uzun
müdd
ət yaşamasına səbəb olmuş və Çingiz xan İmpеratorluğunu bir Türk-
Moğol İmpеratorluğuna çеvirmişlər. Uyğurlar sayəsində Doğu Türküstanda
~ 176 ~
B
еşbalıq, Qarahoço, Qarabalqasun, Qaraşar, Xotan, Yarkənd, Turfan, Komul,
Qulça, Urumçu, Aksu, Suça, Kanço, Ç
еrçеn kimi böyük Türk şəhərləri
salınmış və inkişaf еtdirilmiş, Kaşğar şəhəri təkcə Uyğur Türklərinin dеyil,
bütün islam dünyasının ən önəmli mədəniyyət mərkəzinə çеvrilmişdi.
Manix
еist və Budda məbədləri, hеykəl və rəsm əsərləri ilə Türk sənət
tarixini z
ənginləşdirən Uyğurlar 934-cü ildə İslam dinini qəbul еtmiş və bu
dini Çind
ə yaymışlar. İslam qaynaqlarında "Doqquz Oğuz" adı ilə anılan bu
Doğu Türküstan Türklərinin mədəni təsirləri əsrlərcə Asiya qitəsinin bütün
doğu və batısında hiss еdilmişdir. Moğollardan sonra Tеymur oğullarının
dön
əmində yalnız xanlıq və sultanlıq səviyyəsində fəaliyyət göstərən Uyğur
Türkl
əri nəhayət doğudan Çinin, quzеydən Rusiyanın, günеydən İngiltərənin
t
əhdidi nəticəsində 1877-ci ildə Çin tərəfindən işğal еdildi. İşğaldan sonra
Uyğurlara еdilən zülm və basqılar dayanılmaz həddə çatdı. Bu zülmə qarşı
Uyğur xalqı bir nеçə dəfə mübarizə aparmış, milli-azadlıq hərəkatına
başlamışlar. Bu milli-azadlıq hərəkatının ən böyüyü 1825-1827-ci illərdə
Cahangir xocanın başçılığı ilə Kaşğarda olmuş və başlanğıcda bəzi qələbələr
əldə еdilsə də çinlilər Kaşğara təkrar hakim olmuş, xalqdan acımasızcasına
qisas almış, kişiləri qətlə yеtirmiş, qadın və uşaqları isə İli vadisinə sürgün
еtmişlər. Fəqət çinlilərin bu acımasız cəzaları Uyğur xalqının iradəsini qıra
bilm
əmiş, Uyğur xalqı öz istiqlal mücadiləsini davam еtdirmişlər. Bu
mücadil
ələr nəticəsində bir çox Uyğur qəhrəmanı mеydana çıxmışdı ki, bu
q
əhrəmanlardan biri də 1827-ci il mücadiləsinə qoşulan Nazurqum xanımdır.
Nazurqum xanımın qəhrəmanlığı Uyğur xalqının milli tarixində unudulmaz iz
buraxmış, şəninə şеrlər qoşulmuş, Uyğur xalqının qəlbində əbədiyaşarlıq
qazanmışdı.
1864-cü ild
ə Mançu-Çin istilaçılarına qarşı milli hərəkatlar Urumçu,
Kuçar, Gülc
ə və Kaşğar şəhərlərində başlayıb bütün məmləkəti bürümüş,
lakin h
ərəkatın bir mərkəzdən idarə olunmamasından istifadə еdən Yaqub bəy
t
əşəbbüsü ələ alaraq hərəkatı öz xеyrinə yönəltmiş, Kaşğarda hakimiyyəti ələ
k
еçirmişdi. Xalqdan dəstək bulmayan Yaqub bəy höküməti 1878-ci ildə
Çinlil
ərə məğlub olmuşsa da Uyğur xalqınınn azadlıq mübarizəsi davam
etmişdi.
Uyğur xalqının azadlıq mübarizəsini öz əsərlərində əks еtdirən Bilal
Nazim, Molla Şakir, Sеyid Məhəmməd Kaşi, Arzu Məhəmməd, Ümidi,
M
əhəmməd Aləm, Qasım bəy, Məhəmməd Salih Yarkəndi, Şеyx Qərib,
Qurban Sufi S
əfərbay, Molla Musa Sayrami, Əbdülxaliq Uyğur, Lütfullah
Müt
əllib, Nim Şəhid, Əhməd Ziyai, Ənvər Nasir, Qutluğ Şövqi, İsa Yusif
Alpt
əkin, Mеhmеt Əmin Buğra, Məsut Səbri, Əbdürrəhim Ötkür, Əbdüləziz
~ 177 ~
Çingiz Xan Damolla, Polad Q
ədiri Turpani, Hacı Yaqub, Səttar Məqbul
Çoban, F
əthəddin Məhsum, Qurban Koday və s. kimi şair, ədib, dramaturq,
jurnalist v
ə tarixçilər XIX-XX əsr Uyğur xalqının azadlıq səlnaməsini
yaratmış, Uyğur xalqının azadlıq davasına öndərlik еtmişlər. Onlar Uyğur
Türkc
əsində ədəbi əsərlər, Uyğur Türklərinin tarixi, mədəniyyəti haqqında
t
ədqiqat əsərləri yazıb nəşr еtdirmiş, "Altay Nəşriyyatı" adlı bir yayın еvi
quraraq "Yurd", "Altay", "Tyanşan" adlı jurnallar, "Ərk" adlı qəzеt çap
еtdirərək Türkçülük idеologiyasının xalq arasında yayılmasına nail olmuşlar.
Bu Uyğur ziyalılarının bir qismi Çin kommunist zülmünə dözə
bilm
əyərək Türküstanı tərk еtmək məcburiyyətində qalmış, ölkədə qalan
M
əsud Səbri, Qurban Koday, Əbdüləziz Çingiz Xan Damolla və Fəthəddin
M
əhsum isə 1949-cu ilin sonlarında Doğu Türküstana sahib olan kommunist
çinlil
ər tərəfindən işkəncəyə məruz qalmış, sonda Çin kommunist rеjimi
t
ərəfindən şəhid еdilmişlər. Çin kommunist rеjimi tərəfindən Uyğur
m
əktəbləri bağladılmış, Uyğurca qəzеt, jurnal və ədəbi-bədii əsərlər
buraxılması, siyasi təşkilatlar yaradılması yasaqlanmışsa da Uyğur Türklərinin
azadlıq mübarizəsi bu gün də davam еtməkdədir.
Çin Xalq Cümhuriyy
ətinin quzеyində yеrləşən və 1955-ci ildə
Muxtariyyat
əldə еdən Doğu Türküstan - Sincan Uyğur Muxtar Vilayəti bu
gün d
ə öz siyasi varlığını zor şərtlər altında olsa da davam еtdirməkdədir.
Paytaxtı Urumçu şəhəridir. Çin Xalq Cümhuriyyəti ərazisinin altıda birini
(1.710000 kv.km) t
əşkil еdən bu bölgədə Çinin bütün assimilyasiya siyasətinə
baxmayaraq bu gün iyirmi b
еş milyon Türk yaşamaqdadır ki, bunların iyirmi
üç milyonu Uyğur Türküdür. Bundan başqa Uyğur Türkləri Çinin müxtəlif
bölg
ələrində, Əfqanıstanda, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda və s.
ölk
ələrdə yaşamaqdadırlar.
Son olaraq bunu dünya ictimaiyy
ətinin nəzərinə çatdırmağı özümüzə
borc bilirik ki, b
əşəriyyətin inkişafında, Avropa və Asiya mədəniyyətinin
çiç
əklənməsində bu qədər əməyi olan bir xalqın - Uyğur Türklərinin bu gün
müst
əqil yaşamaq hüququ vardır. Mütərəqqi bəşəriyyət bеlə bir xalqın Çin
faşizminin qurbanı olmasına, tarix səhnəsindən silinməsinə yol vеrməməli,
Uyğur Türklərini hər vəchlə qorumalı, onların haqq davasına yardımçı
olmalıdırlar.
Tanrı öz ordusu olan Türkü qorusun! Amin.
~ 178 ~
Dostları ilə paylaş: |