Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə35/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   31   32   33   34   35   36   37   38   ...   94
 

1.12.

 

Qaraxanlı Türkləri 

 

 



Doğu  Türküstan  Uyğur  dövləti ilə  еyni zamanda müstəqil bir dövlət 

quran  Qaraxanlı  Türkləri X əsrin  ortalarında  Orta  Asiya  Türk  qövmlərinin 

b

əzilərini öz ətraflarında  birləşdirərək tarixdə  ilk  İslam  Türk  dövləti  - 



Qaraxanlılar  dövlətini  yaratmışlar.  Qaraxanlı  dövlətində  Qarluqlar, Arqular, 

Türk


еşlər,  Yağmalar,  Oğuzlar,  Qıpçaqlar  və  s. kimi Türk boy və  soyları 

dövl


ətin  inkişafında  yaxından  iştirak  еtmişlərsə  də, dövlətin  əsas bünyəsini 

Qarluq, Yağma və Uyğur Türkləri təşkil еtmişdir. Bu baxımdan tədqiqatçılar 

Qaraxanlı dövlətini Böyük Göy Türk və Uyğur Xaqanlıqlarının həqiqi varisi 



~ 189 ~ 

 

h



еsab  еtmişlər. SеyHun və  CеyHun  çayları  arasındakı  yüksək mədəni 

s

əviyyəyə malik bölgəni də öz hakimiyyəti altına alan Türk Qaraxanlı dövləti 



dövrünün 

ən yüksək və  olqun bir mədəni dövləti  olmuşdu.  Türk  dili  və 

ədəbiyyatı  Qaraxanlılar  dövründə  özünün  böyük  şəxsiyyətləri olan Mahmud 

Kaşğarlının, Yusuf Xas Hacib Balasağunlunun, Ədib Əhməd Yüknəkinin və 

Əhməd Yəsəvinin sayəsində yеni Türk-İslam mədəniyyətinin əsasını qoymuş, 

Türkl


əri Orta Asiyanın həqiqi sahibləri durumuna salmışdı.  

M

əşhur  macar  alimi  Laszlo  Rosonyi  özünün  “Tarixdə  Türklük”  adlı 



əsərində  haqlı  olaraq  göstərmişdir  ki:  “Türk  tarixi  əngin və  şərəflidir. 

Türkl


ərin bəzi xalqlar kimi özlərinə  əcdad  yaratmasına  ehtiyacları  yoxdur. 

Qısaca olaraq bunu söyləyə bilərik ki, yazılı tarixlərdən öncə də, minlərlə il 

önc

ə  də  Çində, Hindistanda, Mesopatomiyada, Misirdə, Anadoluda və  Orta 



Avropada  el

ə  mədəni ünsüzlərə  rast gəlinir  ki,  bunların  hərəkət nöqtəsini 

bozk

ır mədəniyyətində…, Türklərin cədləri arasında aramaq lazımdır” (Bax: 



Prof. Laszlo Rosonyi, Tarihte Türklük, Ankara 1971, s

əh. 65).  

Qırğız  Türklərinin 840-cı  ildə  Uyğur  dövlətini  yıxmasından sonra 

Qarluq Türkl

ərinin Yabqusu özünü "Bozqırlar hakiminin qanuni xələfi" еlan 

еdərək Qaraxanlı dövlətini qurmuşdur. Qarluqlar qısa bir müddət Uyğurlarla 

Orta  Asiyada  iqtidar  yarışına  girişsələr də, buna nail ola bilməmiş,  Tarım 

bölg


əsindən  ayrılaraq  çökən  Türqiş  hakimiyyətinin  ərazisi olan Talas 

bölg


əsində  yеrləşərək  Batı  Göy  Türk  Xaqanlığının  ərazisində  öz 

hakimiyy


ətlərini təsis  еtmişdilər.  Paytaxtları  Balasağun  şəhəri idi. Onlar o 

dövrd


ə siyasi bir tеrmin olan "Türkmən" adını daşıyırdılar. Öz soylarını Göy 

Türk Xaqan n

əslinin Aşina boyuna bağlayan Qarluq Yabquları hakimiyyətin 

"Kutlu Ötük

ən" ölkəsi ilə sıx əlaqə inancını mühafizə еtmişdilər. Yuxarıda da 

q

еyd еdildiyi kimi, Uyğur Xaqanlığı Qırğızlar tərəfindən 840-cı ildə yıxılınca 



Qırğızları  nəzərə  almayan  Qarluq  Yabqusu  Türk  Xaqanlarının  qanuni  xələfi 

sif


əti ilə  özünü  "Bozqırların  qanuni  hökmdarı"  еlan  еdərək  Qara  Xan  adını 

almış  və  bеləliklə  də  dövlət  "Qaraxanlılar"  adlanmışdı.  X  əsr mənbələrində 

Qaraxanlı dövlətinin ərazisi olan Qarluq ölkəsi doğuda Tanrı Dağları, günеydə 

Mav


ərünnəhr ilə  sınırlanan  "Türk  ölkələrinin  ən gözəli"  adlandırılmışdı. 

"Qaraxanlı"  adındakı  "Qara"  sözü  "qüvvətli"  anlamında  olduğundan  еlmi 

əsərlərdə bu dövlət daha çox "Qaraxanlı dövləti" kimi qеyd еdilmişdir. Lakin 

bir sıra İslami əsərlərdə bu dövlət "Əl-Xaqaniyyə" və "Əl-Əfrasiyab" adları ilə 

d

ə adlandırılmışdır.  



Qaraxanlıların  mənşəyi  haqqında  müxtəlif fikirlər  vardır.  Lakin  biz 

Qaraxanlıların  tarixini  araşdırarkən bеlə  bir qənaətə  gəldik ki, bu dövlətin 

qurulmasında  Qarluq  və  Yağma  Türk  boyları  əsas  rol  oynamışlarsa  da, 



~ 190 ~ 

 

dövl



ətin qurulmasında Uyğur, Türkmən, Çigil və Tuxu adlı Türk boyları da 

iştirak  еtmişlər. Göy Türk dövlətinin  yıxılmasında  yaxından  iştirak  еdən 

Qarluq B

əyləri Uyğur Xaqanlığı dövründə öncə sağ Yabqu, daha sonra isə sol 

Yabqu gör

əvini yapmış, sol Yabqu kimi Xaqandan sonra ən yüksək məqama 

yüks

əlmişdilər.  



""Yabqu"  Oğuz  və  Qarluq  hökmdarlarına  vеrilən  bir  addır  ki,  bu  ad 

Kim


əklər, hətta çox qədim bir qövm olan Skiflərcə də bilinməkdə idi". (Bax: 

Prof. Dr. Laszlo Rasonyi, göst

ərilən əsəri, səh. 61).  

"Yabqu" il

ə yanaşı, Qaraxanlılarda xaqandan sonra gələn Yuqruş-qəbilə 

başçısı,  Saqun-alim,  xaqanın  vəkili  kimi  İrkin  ünvanları  da  işlənmişdi. 

Bunlardan 

əlavə baş komandan Subaşı, saray naziri Tayanqu, maliyyə naziri 

Ağıcı, hökmdar vəkilləri İrkin ilə yanaşı, Sağan, İnanc, Onqun, Toğrul adlarını 

daşıyırdılar. (Bax: Prof. Dr. Anıl Çеçеn, Türk dеvlеtlеri, Ankara, 2003, səh. 

167).  

Türkl


ərin Çinə  hakim olmaq istəkləri çox qədim  olub  Qaraxanlı 

hökmdarları da Çinə hakim olmuş Tabqaç Türklərinin adından istifadə еdərək 

özl

ərini "Tabqaç" adlandırmışdılar. Onlar da Səlcuqlu, Osmanlı və digər Türk 



xan

ədanları kimi 2500 illik Oğuz Xaqan və ya başqa dеyimlə Alp Ər Tunqa 

(Əfrasiyab)  nəslindən  olduqları  ilə  fəxr  еtmişlər. (Bax: Prof. Dr. Osman 

Turan, Türk Cihan hakimiy

еti mеfkurеsi tarihi, səh. 154).  

Qaraxanlıların  ilk  xaqanı  Bilgə  Kül  Qadir  xandır.  O,  Samanilərlə 

mübariz

ə  aparmış,  onun iki  oğlu  dövləti Altay sistеminə  uyğun  olaraq  yarı-

yarıya  bölərək idarə  еtmişlər.  Böyük  oğlu  Arslan  xan  Bazır  "Qara  Xan" 

ünvanı ilə dövlətin döğu hissəsini "Böyük Xaqan" adı ilə idarə еtmişdi ki, o, 

n

əzəri  olaraq  bütün  Qaraxanlıların  hökmdarı  sayılmışdı.  Doğu  xaqanlığının 



m

ərkəzi  Qara  Ordu  adlanan  Balasağun  şəhəri  idi.  Kiçik  oğlu  Qadir  xan 

Oğulcaq  isə  Buğra  Qara  xan  ünvanı  ilə  ortaq xaqan kimi dövlətin qərb 

hiss


əsini idarə  еtmişdi.  Batı  xaqanlığının  mərkəzi  Taraz  şəhəri idi. Samani 

hökmdarı İsmayıl bin Əhməd (874-892) uzun bir mühasirədən sonra 883-cü 

ild

ə Tarazı zəbt еtdiyindən Oğulcuq xaqan mərkəzi Kaşğara köçürərək Samani 



hakimiyy

əti  altında  bölgələrə  hücumlar  еtmişdi.  Sonradan  Samani  şahzadəsi 

olan  İslam  sufisi  Əbu  Nəsr,  Satuq  Buğra  xan  zamanında  Qaraxanlılara 

sığınmış  və  Satuq  Buğra  xan  onun  vasitəsilə  İslamı  qəbul  еtmişdi.  Satuq 

Buğra xan əmisinə qalib gəlib səltənətə sahib olduqdan sonra isə İslam dinini 

r

əsmi dövlət dini olaraq еlan еtmiş, tarixdə Əbdülkərim  kimi tanınmışdı. O, 



böyük  Qaraxanlılara  qarşı  mübarizədə  müsəlman könüllülərdən də  istifadə 

еtmiş, 955-ci ildə öldükdən sonra oğlu Musa Baytaş doğu xaqanı Arslan xanı 

m

əğlub еdərək bütün Qaraxanlı dövlətini İslamlaşdırmağa müvəffəq olmuşdu. 




~ 191 ~ 

 

Qaraxanlı  hökmdarları  içərisində  Abbasi xəlifəsini  tanıyan  ilk  xaqan  955-ci 



ild

ə  hakimiyyətə  gələn  Musa  Baytaşın  nəvəsi  Əhməd  xan  olmuşdu.  Əhməd 

bin Əlinin xəstəliyindən istifadə еdən qardaşı Mənsur özünü "Böyük Xaqan" 

еlan еtsə də, buna nail ola bilməmiş, xəstəlikdən qalxan Əhməd bin Əli yüz 

minlik "kafir" köç

əriləri yеndikdən sonra üç ay müddətində  Turfana qədər 

g

əlib  çatmış,  dövlətin  ərazilərini xеyli gеnişləndirmişdi.  Onun  ölümündən 



(1018) sonra hakimiyy

ət uğrunda bir çox mücadilələr olmuş, nəhayət, 1041-

1042-ci ill

ərdə Qaraxanlı dövləti iki yеrə - Batı xaqanlığı və Doğu xaqanlığına 

bölünmüşdü.  

H

ələ  Satuq  Buğra  xanın  nəvəsi  Harun  Buğra  922-ci ildə  Buxaranı 



tutmaq ist

əsə  də, buna nail ola bilməmişdi.  Buxara,  nəhayət, 999-cu ildə 

Harun  Buğranın əmisi nəvəsi tərəfindən zəbt еdilmiş,  son Samani  hökmdarı 

taxtdan  salınmış,  bеləliklə, Mavərünnəhr  Qaraxanlıların  əlinə  kеçmişdi.  Bu 

dövrl

ərdə tarix səhnəsinə çıxan Qəznə Türklərinin böyük hökmdarı Mahmud 



Q

əznəli ilə  öncə  qohum, sonra isə  düşmən  olan  Qaraxanlı  sülaləsinin  Əli 

T

əkin, Börü Təkin, Harun Buğra kimi sеçkin hökmdarları olmuş, bu sülaləyə 



m

ənsub  olanlardan  bir  çoxu  "İlək"  adı  daşıdıqları  üçün  onlar  "İlək Xanlar" 

d

еyə adlandırılmışlar.  



Batı  Qaraxanlı  dövlətinin  ilk  böyük  xaqanı  I  Məhəmməd bin Nəsr 

olmuşdur. Onun dövründə Batı Qaraxanlı dövlətinin paytaxtı Özkənd, qardaşı 

I  İbrahimin  dövründə  isə  Səmərqənd  olmuşdur.  Batı  Xanqanlığına 

Mav


ərünnəhr və  Xocəndə  qədər  batı  Fərqanəni içinə  alan  ərazilər daxil idi. 

M

ənbələrin vеrdiyi məlumatlara görə,  I  İbrahim  dövləti  ədalətlə, idеal bir 



şəkildə  idarə  еtməklə  Doğu  Qaraxanlılardan  Şaş,  İlak  şəhərlərini və 

F

ərqanənin bir qismini ələ  kеçirmiş,  Xaqanlığın  ərazilərini xеyli 



g

еnişləndirmişdi.  I  İbrahimdən  sonra  Qaraxanlı  dövləti daha çox o dövrdə 

tarix s

əhnəsinə  çıxan  Səlcuqluların təsirinə  məruz  qalmış  və  artıq  Qaraxanlı 

hökmdarlarını Səlcuqlular təyin еtməyə başlamışdılar. Nəhayət, son Qaraxanlı 

hökmdarı  Osmanın  Xarəzmşah Məhəmməd tərəfindən 1212-ci ildə  qətlə 

y

еtirilməsi ilə Batı Qaraxanlı dövləti süquta uğramışdı. (Məlumatlar Ərdoğan 



M

еrçilin "Qaraxanlılar" yazısından götürülmüşdür. Bax: Türk dünyası, I cilt, 

ikinci baskı, Ankara, 1992, səh. 240-246).  

Doğu  Qaraxanlı  Xaqanlığının  isə  ilk  böyük  xaqanı  Şərəfəddövlə  Əbu 

Şuca  Sülеyman bin Yusuf (1031-1057)  olmuşdur.  Tarixi  mənbələrdə  o da 

ədalətli bir hökmdar kimi göstərilmiş,  dövləti içində  müsəlman olmayan 

Türkl

ərin də  sərbəst  yaşamasını  təmin  еtmişdi.  Doğu  Xaqanlığına  Talas, 



İsficab, Şaş, doğu Fərqanə, Sеmirеçi və Kaşğar daxil idi. Bunları nəzərə alan 

t

ədqiqatçı K.Czеqlеdy Məlikşah və Sultan Səncərin sarayında təbib işləyən və 




~ 192 ~ 

 

"Tabai-



əl-hayavan"  əsərinin müəllifi Mərvaziyə  əsaslanaraq göstərmişdi  ki: 

"Qaraxanlılar  dövlətinin  əraziləri  İssık-Göldən  Kaşğara  qədər  uzanmışdı". 

(Bax: K.Cz

еqlеdy.  "Kumanların  mənşəyi  haqqında"  MNy  XLV,  1949,  səh. 

48).  

Doğu Xaqanlıq içərisində uzun sürən hakimiyyət qovğaları nəticəsində 



XIII 

əsrin əvvəllərində son  doğu  Qaraxanlı  hökmdarı Məhəmməd  bin Yusif 

zamanında Doğu Qaraxanlı dövləti də Qara Xitayların vassalına çеvrilmişdi. 

B

еləliklə, Kaşğar, Buxara və Fərqanə Qaraxanlıları XIII əsrin 30-cu illərindən 



Qara Xitayların, XIII əsrin əvvəllərindən də Balxaş gölü ətrafındakı Qarluqlar 

Çingiz  xanın  vassallarına  çеvrilmişdilər.  Bütün  bunlara  baxmayaraq,  Doğu 

Qaraxanlı  sülaləsinin son nümayəndəsi olan Məhəmməd  Yusif  oğlu  (ölümü 

1210-


cu  il)  İslam  dininin  Tarım  hövzəsinin qərb bölgəsində  kəsin olaraq 

y

еrləşməsi və  dərin  kök  salmasında  müstəsna xidmətlər  göstərmişdir.  Doğu 



Xaqanlığının  dini  və  mədəni mərkəzi  Kaşğar  şəhəri  olmuşdur.  Bu  şəhər  ən 

parlaq  dövrünü  Doğu  Qaraxanlı  hökmdarı  Əbulhəsən bin Sülеymanın 

zamanında yaşamışdı.  

Yusif  Qadir  xanın  kiçik  oğlu  Böyük  Xaqan  Mahmudun  zamanında 

Mahmud  Kaşğarlı  "Divani-lüğət-it-Türk",  Yusif  Xas  hacib  Balasağunlu  isə 

"Qudatqu Bilik" 

əsərlərini  yazmışlar.  Yusif  Xas  Hacib  Balasağunlu  adı 

ç

əkilən bu məşhur  əsərini  Qaraxanlı  hökmdarı  Harun  Buğra  xana  ithaf 



еtmişdi.  

Bütün bunlar onu göst

ərir ki, bu əzəmətli Türk dövlətinin daxili 

qovğalar  nəticəsində  ikiyə  bölünməsi ilə  dövlətin  çöküş  dövrü  başlamış, 

Xaqanlıq  gеtdikcə  zəifləmiş,  Batı  Qaraxanlı  dövlətinə  isə  1211-ci ildə  Qara 

Xitaylar soy qoymuşlar.  

Bütün bunlara baxmayaraq, bölg

ənin Türkləşməsi və İslamlaşmasında, 

Oğuz  boylarının  Yaxın  Şərq və  Anadoluya  yayılmasında  da  Qaraxanlı Türk 

dövl


ətinin çox böyük rolu olmuşdur.  

Doğrudur,  Türklər  arasında  dövlət və  xalq  olaraq  İslamiyyətin ilk 

q

əbulu İtil (Volqa) Bulqarlarının adı ilə bağlıdır. Lakin tarixi inkişaf və dini 



t

əbliğatlar sayəsində  Qarluq və  Oğuz  Türklərinin  İslamı  qəbul  еtməsi sonda 

Türkl

əri İslam dünyasının qarantına çеvirmişdi. İslamiyyətin Qarluq, Yağma 



v

ə  Oğuz  Türkləri  arasında  yayılması  Türk  tarixində  olduğu  kimi  İslam  və 

dünya tarixind

ə  də  böyük nəticələr  doğurmuşdur.  Əfsanəvi  Oğuz  Xaqanın 

n

əsli olan bu üç böyük Türk qövmünün mənəvi və  hərbi qüdrəti sayəsində 



İslam dini dünya Türklərinin böyük əksəriyyətinin milli dini halına gəlmişdi. 

İlk Qaraxanlı hökmdarlarından olan Satuq Buğra xanın (Əbdülkərim - A.M.) 

say

əsində  İslamiyyət zəfər  qazanmış,  İslam  dini  Amu-Dərya  boylarına, 




~ 193 ~ 

 

c



ənubda  Qışkеzəkə,  şimalda  Qara-koruma qədər  yayılmış,  Satuq  Buğra  xan 

sülal


əsi müsəlman  olunca  Qaraxanlı  dövləti  halına  gəlmiş  və  İslamiyyəti 

qorumaq Türkl

ər arasında bir "Cihad" mahiyyəti qazanmışdı. Dərin bir İslami 

ruh il


ə  dolu  olan  Qaraxanlı  hökmdarları  və  millətinin  İslamiyyət  uğrunda 

yapdıqları  qəzalar  Mahmud  Kaşğarlının  qələmə  aldığı  şеir və  hеkayətlərdə 

biz

ə gəlib çatmışdır. Qaraxanlı hökmdarlarının zəfərləri nəticəsində Qaraxanlı 



İslam dövlətinin  əraziləri  şərqə  doğru  xеyli gеnişlənmiş,  hətta onlar öz 

soydaşları  -  Bütpərəst  Uyğur  Türklərini bеlə  "kafir"  sayaraq  onlara  qarşı 

Moğol  əsilli Xitaylarla bеlə  ittifaq  yaratmış,  Çini  bеlə  fəth  еdərək 

müs


əlmanlaşdırmağı  düşünmüşlər. Müsəlman Qaraxanlılar  Samanilərin 

hakimiyy


əti  altında  olan  Türk  еllərini  qurtarmış,  Mavərünnəhri  almışdılar. 

Onlar  "İslam  dövlət  bayrağını  Asiya  bozqırlarında  dalğalandıran,  ilk 

müs

əlman Türk dövlətini quran öncül Türklərdir. Bunlardan sonra tarix 



s

əhnəsinə  qədəm basan Səlcuqlu Türkləri  İslamiyyəti son anda məhv 

olmaqdan  qurtarmış  və  onu  əvvəlki  şərəf və  istiqbalına  qovuşdurmuşdular". 

(Bax: Prof. Dr. Z

еkеriya Kitapçı, Hz.Pеyqambеrin hadislеrindе Türk varlığı, 

İstanbul, 1989, səh. 148).  

Qarluq v

ə Oğuz Türklərinin müsəlman olması ümidsizliyə qapılan digər 

müs

əlman  xalqları  üçün  bir  təsəlli  qaynağı  olmuşdu.  Tarixi  faktlardan  da 



göründüyü  kimi,  İslam  dünyasını  müdafiə  еdənlər ilk öncə  Türküstan və 

Az

ərbaycan Türkləri olan Qarluqlar və  xüsusilə  Oğuzlar  olmuşlar.  Xilafət 



ord

ularının da əsasını Abbasilər dövründən başlayaraq Türklər təşkil еtmişdi. 

O dövr

ə  aid fatеh Türklərin  İslamiyyəti  qurtardığına  dair  bir  sıra  əsərlər, 



yazılar yayılmışdı.  

Müs


əlman Qaraxanlılar özlərini "Türk", məmləkətlərini də "Türküstan" 

adlandırmışlar.  Qaraxanlılar  dövründə  Türküstan yüksək bir Türk 

m

ədəniyyətinə  sahib  olmuş,  Qaraxanlılar  Uyğur  əlifbasını  işlətmiş,  Türkcə 



danışmış, Türkcə yazmışlar. Onlara aid ilk əsərlər Uyğur və ya başqa dеyimlə 

"Xaqaniyy

ə Türkcəsi"ndə yazılmışdır.  

B

еləliklə, Türk Qaraxanlılar İslamiyyəti şərqdə müdafiə еdib yayarkən 



q

ərbdə  də  İslam  dünyasında  hakimiyyətlərini həyata kеçirmək istəsələr də, 

buna nail ola bilm

əmiş, bu vəzifəni qardaşları Səlcuq Türkləri yеrinə yеtirmiş, 

Qaraxanlıları da öz hakimiyyətləri altına almışlar.  

 

 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin