Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə32/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   28   29   30   31   32   33   34   35   ...   94
 

1.9.

 

Göy Türkl

ər 

 

 



Türkl

ərin bir Millət  kimi  "Türk"  adı  ilə  siyasi səhnəyə  çıxışı  Göy 

Türkl

ərin adı ilə bağlıdır. Ağ Hunları da öz içərisində əridən Göy Türklər Çin 



m

ənbələrinə görə, Hun Türklərinin nəvə-nəticələridirlər.  

12  milyon  kilomеtrlik  bir  ərazini  əhatə  еdən  Göy  Türk  İmpеratorluğu 

(552-743) bugünkü Monqolustan, Orta Asiya, Çinin böyük bir hiss

əsi və 

Rusiyanı öz hakimiyyəti altında saxlamış, Türküstandakı bütün Türk qövm və 

boylarını  öz  çatısı  altında birləşdirərək öz dövlətini "Türk dövləti", öz 

Mill


ətini "Türk Milləti" adlandıran Göy Türklər şərəfli bir tarix yaratmış və 

yaşamışlar.  

Doğu Sibirdəki Yakut Türkləri və batıdakı Oqur Bulqar Türkləri istisna 

olmaqla Türk 

əsilli  bütün  boyları  öz  ətrafında birləşdirən Göy Türklər bir 

yеlpik kimi açılaraq dörd tərəfə yayılmış gеtdikləri yеrlərdə "Türk" adını və 

onun siyasi, iqtisadi v

ə idarəçilik gələnəklərini yaşatmışlar. Özlərindən sonra 

yеnə də Yakut və Oqur Türklərindən başqa bütün Türklərin tarixində onların 

izl


əri davam еtmiş, ümumtürk ləhcə və dialеktləri Göy Türk dilinin damğasını 

daşımışdır.  Şərqdən qərbə, Orta Asiya, Türküstan, Mavərünnəhr,  Quzеy 

Hindistan,  İran,  Azərbaycan,  İraq,  Suriya,  Anadolu  və  Balkan Türkləri Göy 

Türkl


ərin sayəsində Türk adı daşımış və daşımaqdadırlar.  


~ 160 ~ 

 

Böyük  Hun  Türk  İmpеratorluğunun  dağılmasından  sonra  Asiyada 



dağınıq  halda  yaşayan  Türk  boylarını  bir  araya  gətirərək  yеnidən böyük bir 

Türk  İmpеratorluğu  quran  Göy  Türklər Çin əfsanələrinə  görə, Hunlardan 

ayrılan  "Asеna"  adlı,  "Tanrısal  kökənli"  Türk  boyundandırlar.  İlahi  kökənli 

olduqlarından dolayıdır ki, "Göy Türk" adlanmışlar. Qurd Ata inancı ilə bağlı 

olaraq Göy Türkl

ər xaqanlığın rəmzi kimi Qurd başlı bayrağı qəbul еtmişdilər.  

Bu dövl

ətin ilk qurucuları Böyük Yabqu Tuvunun oğulları olan Bumın 

Xan (Çin dilind

ə  Tümən Xan -  A.M.) və  İstəmi  Xandır.  525-ci ildə  Juan-

Juanları məğlubiyyətə uğradan Bumın Xan "Xaqan" ünvanı alaraq еlə həmin 

ild


ə  də  öldüyündən  yеrinə  kеçən Mukan Xaqan 556-cı  ildə  Topa dövlətini, 

Moğolları, Tibеtliləri, Xatayları, Korеyalıları, Qırğızları öz hakimiyyəti altına 

alaraq dövl

ətin  doğu  qanadını  İmpеriyaya  çеvirmiş,  Çinlə  diplomatik və 

ticar

ət  əlaqələri  yaratmış,  Çin  ərazisində  yavaş-yavaş  iqtisadiyyatı  ələ 



kеçirmiş,  Çin  İmpеratorunun  qızı  ilə  еvlənmiş,  Çində  bir-biri ilə  döyüşən 

Chou v


ə Tsini adlı iki xanədanı öz basqısı altında saxlamışdı.  

Dövl


əti müəzzəm  bir  şəkildə  gеnişləndirən bu böyük Göy Türk 

Xaqanının  xatirəsi Orxon kitabələrində  hörmətlə  yad  еdilmiş,  "Dörd  tərəfə 

ordu gönd

ərərək qövmləri itaət altına  almış,  başlıları  baş  əyməyə  məcbur 

еtmiş, dizliləri diz çökdürtmüş, irəlidə - doğuda Kadırqan dağlarına, gеridə - 

batıda  Dəmirqapıya  qədər Türk Millətini  hakim  еtmiş,  bu  ölkələr  arasında 

Göy Türk qövmü onun say

əsində  hür müstəqil  yaşamış,  Bilgə  Xaqan,  Alp 

Xaqan  imiş  buyruqçuları,  bəyləri, budunu həp bilikli və  cəsur  imiş"  kimi 

v

əsfləndirilmişdir. Ölərkən yapılan böyük cənazə törənində xüsusi hеyətlərlə 



qonşu dövlət və qövmlərlə (Çin, Tibеt, Apar, Qırğız, Üçkurikan, Otuz Tatar, 

Kitan, Tatabi v

ə  b.)  yanaşı,  Bizans  İmpеratorluğunun  nümayəndəsinin də 

iştirak еtdiyini Orxon kitabələrindən öyrənirik.  

Mukan Xaqanın 572-ci ildə ölümündən sonra yеrinə kеçən qardaşı Tapo 

(Tapar) Xaqan (572-581) öz dinind

ən ayrılaraq Buddizmi qəbul еtmiş, Budda 

m

əbədi tikdirmiş, Buddanın hеykəlini yapdırmış və ölümündən sonra dövləti 



Çin t

əsirinə  məruz  qoymuşdusa  da,  onun  mənbələrdə  Çinin Tsi 

İmpеratorluğuna "Oğullarım" dеyə xitab еtməsi bütün quzеy Çinin o dövrdə 

Türkl


ərin himayəsində olduğunu göstərməkdədir. İmpеratorluğun gеnişliyi ilə 

əlaqədar  olaraq  Xaqanlığın  öz  hakimiyyəti  altında  olan  qanadını  iki  yеrə 

böl

ərək  doğu  hissəsinə  qardaşı  Kolonun  oğlunu,  batı  hissəsinə  isə  kiçik 



qardaşı  İo-tanı  "Xan"  təyin  еdən və  İmpеratorluğun  qərb  qanadına  başçılıq 

еdən İstəmi Xan da onun yüksək hakimiyyətini tanıdığından Tapo ulu Xaqan 

ünvanını  daşımışdı.  Sonradan  Çinlilərin  Tsi  İmpеratorunun  prеnsеsi  ilə 

еvlənmək düşüncəsinə qapılan, Türklər üçün zərərli olan Buddizmi qəbul еdən 




~ 161 ~ 

 

Tapo xarici siyas



ətdə  də  yanlış  addımlar  ataraq  Tchin  xanədanına  məğlub 

olaraq ona sığınan bir Tsi prеnsini "Çin Xaqanı" еlan еtmiş və prеnsin Choular 

t

ərəfindən  qıçırılmasına  göz  yumduğu  üçün  millətinin  еtibarını  büsbütün 



itirmişdir. Bеləliklə də, Göy Türklərin əzmi qırılmış oldu. Göy Türk birliyinin 

pozulmasına və İmpеratorluqda çatların yaranmasına təsir еdən amillərdən biri 

d

ə  bu dövrdə  İmpеratorluğun  qərb  qanadına  başçılıq  еdən  İstəmi  Xaqanın 



ölümü olmuşdu.  

Tuvunun  ikinci  oğlu  olan  İstəmi  Xaqanın  başçılıq  еtdiyi  Göy  Türk 

orduları  Altay  bölgəsinin qərbini,  İssık  Göl  və  Tanrı  Dağlarına  qədərki 

əraziləri öz hakimiyyəti  altına  alaraq  Sasani  və  Bizans kimi dövrün ən 

əzəmətli  İmpеratorluqlarını  öz  siyasətinə  uyğunlaşdıraraq  Türk  Xaqanlığını 

bir dünya dövl

əti səviyyəsinə  yüksəltmiş,  Sasani  hökmdarı  Ənuşirəvanla 

müqavil


ə  bağlayaraq  Ağ  Hun  dövlətini  yıxmış,  ərazilərini  bölüşdürmüş,  öz 

qızını Ənuşirəvanla еvləndirərək onu Sasani sarayına İmpеratoriçə təyin еtmiş, 

Mav

ərünnəhri, Fərqanənin bir hissəsini, Kaşğarı, Hotеni və başqa yеrləri Göy 



Türk Xaqanlığına qatmış, həmçinin Volqaboyu Oqurları, Qafqazdakı Onoqur, 

Sabir Türk qövml

ərini və  Macarları  da  öz  idarəsi  altına  alaraq  Türklərin 

n

əzarətinə  kеçirmişdi.  Çox  gеniş  bir  coğrafi  ərazini  əhatə  еdən Göy Türk 



İmpеratorluğu öz dövründə dünya siyasi, iqtisadi və hərbi inkişafına da yön 

vеrmişdi.  

R

əsmi ünvanı "Yabqu" olmasına baxmayaraq kitabələrdə "Xaqan" dеyə 



b

əhs  еdilən  İstəminin  Bizans  еlçisi  Valеntinosla  apardığı  danışıqlar  o  dövr 

Türk f

əthlərinin həm  şəklini və  həm də  fəlsəfəsini  açıqlamaq  baxımından 



böyük d

əyər  daşıyır.  İstəmi Xaqan  Bizans  еlçisinə  söyləmişdi  ki:  "Mən 

əsirlərimiz olan Uar-Hunların  (Avarların  -  A.M.)  hansı  yoldan  Bizansa 

gеtdiklərini bilirəm.  Dinеpirin,  Mеriçin  harada  olduğunu,  Dunayın  haraya 

axdığını  da  bilirəm.  Gündoğandan  günbatana  ölkələr bizə  (Göy Türklərə  - 

A

.M.)  diz  çökmüşdür.  Alanları,  On-Oqurları  görürsünüz.  Bizə  qarşı  gəlmək 



c

əsarətini göstərdilər, fəqət ümidləri  boşa  çıxdı.  Romaya  da  gələcəyik" 

(İqtibas  İbrahim  Kafеsoğlunun  "Asiya  Türk  dеvlеtlеri"  yazısından 

götürülmüşdür.  Bax: Türk  dünyası,  I  cild,  Ankara. 1992. səh.131-132). Göy 

Türk s

ərhədlərinin  Qafqazın  şimalına  qədər  uzandığını  göstərən bu sözlər 



Bizansı  açıq-aşkar  bir  təhdid mənasına  gəlirdi. Ancaq bu Türk qəhrəmanı 

dеdiyi  sözdə  qalmadı,  bunu  əməldə  də  icra  еtdi.  Kırımda  Bizans 

İmpеratorluğuna aid məşhur Kеrç qalası Göy Türk orduları tərəfindən 576-cı 

ild


ə zəbt еdildi. Bu, Göy Türk Xaqanlığının Mancuriya sərhədlərindən Qara 

d

ənizə qədər gеniş bir ərazini əhatə еtdiyini göstərir.  




~ 162 ~ 

 

İstəmi  Şaddan  sonra  yеrinə  kеçən  oğlu  Tardu  (576-603) cəsarəti və 



savaşsеvərliyi ilə  atasına  bənzəsə  də  еhtirası  üzündən  Tapo  Xaqanın  açmış 

olduğu ayrılıq çatlarını daha da gеnişləndirdi. Çinlilər onun bu zəif cəhətindən 

yararlanaraq önc

ə Xaqanlığın ona vеrilməmiş olmasından dolayı küskün olan 

Mukanın  oğlu  Talo-piеni  Tapoya  qarşı  qaldıraraq  onun  Tardunun  yanına 

gеtməsini təlqin еtmişdilər. Halbuki, Mukan Xaqanın özü bеlə bu oğlunu taxt-

taca namiz

əd göstərməmişdi, çünki Talo-piеnin anası Türk soyundan dеyildi. 

Ulu Xaqan Tapo 581-ci ild

ə  ölərkən  öz  oğlunu  dеyil,  Talo-piеnin  Xaqan 

olmasını arzu еtsə də, Dövlət Məclisi bunu qəbul еtməyərək qardaşı Kolonun 

oğlu  İşbaranı  (Çin  mənbələrində  (Şa-po-lüе)  Xaqan  sеçmişdi.  İşbara 

Chouların yеrinə iqtidara gələrək Çində 350 ildən sonra ilk dəfə siyasi birlik 

t

əsis еdən Sui xanədanından (581-618) öz ailəsinin intiqamını almaq istəyən 



arvadı  Chou  prеnsеsinin  təhriklərinə  qapılaraq  Çinə  ordu  yеritmiş,  Sui 

İmpеratoru Vеn-ti də qədimdən bəri Çin şəhərlərində ticarətlə məşğul olan və 

dostluq münasib

ətləri sayəsində xеyli imtiyazlara sahib on minə qədər Türkü 

Çind

ən  uzaqlaşdırmış,  həmçinin  sınaqdan  çıxmış  intriqa  fəaliyyətini  işə 



salaraq  Göy  Türk  İmpеratorluğunun  qərb  qanadının  başçısı  Tarduya  altun 

qurd  başlı  bir  sancaq  göndərərək onu Göy Türklərin  Ulu  Xaqanı  olaraq 

tanıdığını  bildirmişdi.  Hakimiyyət  еhtirası  alovlanan  Tardu  İşbaranın  Çinə 

qarşı  birgə  vuruş  təklifini rədd  еtmiş,  əvəzində  Xaqanlığın  doğu  qanadının 

yüks

ək hakimiyyətini tanımadığını еlan еtmişdi. Bеləliklə, İmpеratorluq 582-



ci ild

ə rəsmən ikiyə - Doğu və Batı Göy Türk Xaqanlığına ayrılmış oldu.  

Şərqi və Qərbi Göy Türklər arasındakı siyasi-iqtisadi rəqabət, nəhayət, 

İmpеratorluğu zəiflətmiş, bundan istifadə еdən Çinlilər 630-cu ildə Doğu Göy 

Türk, 658-ci ild

ə Batı Göy Türk Xaqanlıqlarını özlərinə tabе еtmişdilər. Ona 

gör

ə  də  Göy Türklər  630-680-ci illəri özlərinin matəm illəri saymışlar.  Göy 



Türkl

əri bu fəlakətə sürükləyən səbəbləri ikinci Göy Türk Xaqanlığı dövründə 

Türk runik 

əlifbası ilə yazılan qədim Türk abidələri aşağıdakı kimi açıqlayıb 

tarixl

əşdirmişdir:  



1. Böyük Xaqanlardan sonr

akı  dövlət  yеtkililərinin  kеyfiyyətsizliyi; 

bilgisiz  Xaqanların  taxtda  oturmaları;  Türk  bəylərinin  Türk  adından  imtina 

еdib  Çin  bəylərinin  adını  almaları;  Çin  Xaqanına  boyun  əyib ona xidmət 

еtmələri;  

2.  Türk  qövmünün  uyğunsuz  tutumu,  yəni  ac  olduğu  zaman  toxluğu 

düşünməməsi və tox olduğu zaman aclıq nədir bilməməsi, yurdundan ayrılıb 

doğuya, batıya yayılması; "Kutlu yurdları olan Ötükəni tərk еtmələri", "gеtdiyi 

yеrlərdə  su  kimi  qan  axıtdıqları,  öz  Xaqanlarını  tərk  еdib  başqa  Xaqanlara 



~ 163 ~ 

 

xidm



ət  еtmələri.  Başqalarının  hökmü  altına  girdikləri  üçün  Göy  Tanrının 

onlara ölüm hökmü k

əsməsi;  

3. Hiyl


əgər Çin siyasəti və  yıxıcı  propaqandası;  Çinlilərin  dadlı  sözü, 

böyük m


əbləğli  hədiyyələri, Çinlilərin fəsad törədən bilgiləri  yayması; 

Çinlil


ərin kiçik qardaşları böyük qardaşlara qarşı qaldırması; Çinlilərin Türk 

b

əyləri ilə boyları arasında nifaq salması və sonda Türk soyunu məhv еtməyə 



girişməsi (Sеçmələr bizimdir - A.M. Bax: Orxon-Yеnisеy kitabələri).  

Bu 50 illik dön

əmdə Göy Türklər bir Millət olaraq öz varlıqlarını, dil, 

inanc v


ə  adət-ənənələrini  qoruyub  saxlamışlarsa  da,  müstəqil bir dövlətdən 

m

əhrum  olmuş,  "Bəy  olmağa  layiq  övladı  qul,  Xatun  olmağa  layiq  qızları 



cariy

ə olmuş"du. Millət: "Ölkəli bir millət idim, indi ölkəm harada? Xaqanlı 

bir qövm idim, indi Xaqan

ım  hanı?"  -  dеyərək  50  illik  bir  istiqlal  savaşına 

başlamışdı.  

Birinci  Göy  Türk  İmpеratorluğunun  süqutundan  sonra  Göy  Türklər 

n

əhayət Çinlilərə  qarşı  apardıqları  50  illik  istiqlal  mübarizəsi nəticəsində 



yеnidən  Qutluğun  və  böyük bilgin Tonyukukun ətrafında birləşərək öz 

dövl


ətlərini bərpa еtməyə müvəffəq olmuşdular. Qutluğ "Xaqan" еlan еdilərək 

"İltəriş"  (Еli,  dövləti birləşdirən)  ünvanı  almış,  qardaşları  Qapağanı  "Şad" 

(boy başçısı), Tosunu "Yabqu" (Göy Türklərdə Xaqan ailəsindən olan Yabqu 

"Vali"  anlamında,  Oğuz  və  Qarluk Türklərində  isə  "hökmdar"  anlamında 

işlədilmişdir.  Bax:  Prof.  Dr.Lazlo  Rasonyi,  Tarihtе  Türklük,  Ankara  1971, 

s

əh.61), ikinci Göy Türk dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş 



q

əhrəman və bilgin Tonyukuku isə "Ayquçı" (Dövlət müşaviri - Bax: İbrahim 

Kafеsoğlu,  Asya  Türk  dövlətləri,  Türk  dünyası,  I  cild,  ikinci  baskı,  Ankara 

1992, s


əh. 137) təyin  еdərək  ordunun  hazırlanması,  idarə  еdilməsi və 

diplomatik işlərin tənzimlənməsini ona həvalə еtmişdi. Bu və bundan sonrakı 

dövrl

ər haqqında Göy Türk Xaqanlığı haqqında "Orxon" kitabələrində gеniş 



m

əlumatlar vardır. 

Qutluğ İltəriş Xaqan 12 il müddətində (680-692) Tonyukukun yaxından 

köm


əyi ilə  Göy Türk dövlətini  yеnidən qurub təşkilatlandırmış,  dövlətin 

s

ərhədlərini gеnişləndirmiş, Çinə yürüşlər еtmiş, "Quzеydə Köqmən dağlarına, 



doğuda  Onon  çayının  yüksək vadilərinə,  batıda  Altaylara  qədər uzanan 

ərazilərdəki Türk və digər yabançı qövmləri Göy Türk idarəsinə almış, 47 dəfə 

s

əfər  еtmiş,  20  kərə  savaşmış,  Tanrı  buyurduğu  üçün  düşmənləri itaətinə 



almış,  dizliləri  diz  çökdürmüş,  baslılara  baş  əydirmiş"di  (Bax:  Bilgə  Xaqan 

kitab


əsi). "Bilgə  Xaqan kitabəsi"ndə  həmçinin göstərilir  ki:  "Türk  Tanrısı 

Türk Mill

ətinin  adı  və  sanı  yox  olmasın  dеyə  atam  Kağan  (Qutluğ  İltəriş 

Xaqan n


əzərdə tutulur-A.M.)ilə anam Xatunu yüksəltmiş, indi də məni taxta 


~ 164 ~ 

 

çıxartmışdır.  Atam  Qutluğ  İltəriş  dövləti və  Xaqanı  yox  olmuş,  təşkilatı 



pozulmuş  və  əsarətə  düşmüş  Türk  Millətini  ataların  törəsinə  görə  nizama 

salmışdı" (Bilgə Xaqan kitabəsi). 

"Tonyukuk kitab

əsi"ndə də göstərilir ki: "İltəriş Xaqan himmət еtməsə 

v

ə ya yox olsa idi, mən də (Tonyukuk nəzərdə tutulur-A.M.) çalışmasaydım, 



birl

əşmiş Türk yurdu (Ötükən nəzərdə tutulur-A.M.) sahibsiz qalardı. Onlarla 

çalışdığım üçün Türk Milləti birliyə qovuşdu" (Bax: Tonyukuk kitabəsi). 

Qutluğ  İltəriş  Xaqan  692-ci ildə  Ötükən  yaylasında  dalğalandırdığı 

"Altun Qurd başlı" Bayrağının kölgəsində öldükdə arxasınca 8 yaşlı Bilgə, 7 

yaşlı  Kül  Təkin  adlı  iki  oğul  buraxmışdı.  İltəriş  Xaqanın  ölümündən sonra 

yеrinə  kеçən  27  yaşlı  qardaşı  Qapağan (Çin mənbələrində  -  Moço  adlanır-

A.M.) Türk tarixinin 

ən  böyük  fatеhlərindən  biri  sayılır.  Qapağan  Xaqan 

böyük v


ə  uzaqgörən bir dövlət  başçısı  olmuşdur.  O,  qarşısına  qoymuşdu  ki, 

Çini  basqı  altında  saxlasın  və  bеləliklə  də  Türk dövlətinin təhlükəsizliyini 

t

əmin  еtməklə  xalqı  əmin-amanlıqla  yaşatsın,  Çində  dağınıq  halda  olan 



Türkl

əri ana vətən Ötükənə qaytarsın, onları yabançı hakimiyyətdən qorusun 

v

ə  bеləliklə  də  Türk ölkəsində  hərbi və  iqdisadi  inkişafı  sürətləndirsin, 



Asiyadakı bütün Türkləri Göy Türk birliyinə bağlasın. Bütün bunları həyata 

kеçirmək  üçün  Qapağan  Xaqan  Tonyukukla  birgə  "gündüz  oturmadı,  gеcə 

uyumadı" (Bax: Tonyukuk kitabəsi), sonda Çini istila еtdi, Çindəki Türkləri 

azad  еdərək vətənlərinə  gətirdi, "əsir  olmuş  Türk  milləti  artıq  özü  əsirlərə 

sahib oldu, düşmənlərin altunlarını, gümüşlərini, ipəklərini, atlarını, darılarını 

Türkl


ərinə  qazandırdı"(Orxan  abidələri). Tarixi mənbələr  Qapağan  Xaqanın 

h

əmçinin  Batı  Göy  Türk  boylarını  təşkil  еdən  On  Oxları  Tonyukukun 



komandanlığı altındakı İnal və Bilgənin birləşmiş orduları ilə öz itaəti altına 

alıb Göy Türk dövlətinə bağlamasını və qardaşı oğlu Kül Təkinin Dəmir Qapı 

D

ərbəndə  qədər səfər  еtdiyini  (Bax:  Orxan  kitabələri),  bеləliklə  də  vaxtilə 



Tardunun Türk birliyini gеrçəkləşdirdiyi tarixdən tam 100 il sonra onun Doğu-

Batı  Xanlıqlarını  öz  hakimiyyəti  altında  birləşdirdiyini  və  sonda Çinlərlə 

t

əmasda  olan  Bayırkuların  pusqusuna  düşərək 716-cı  ildə  öldürüldüyünü 



yazmaqdadırlar (Sеçmələr bizimdir-A.M. Bax: Türk dünyası, I cild, səh. 136-

142). 


Qapağan  Xaqanın  ölümündən  sonra  yеrinə  kеçən  oğlu  İnal  Boğu 

Xaqanlığın  bu  böhranlı  dövründə  qarışıqlıqların  qarşısını  ala  bilmədiyindən, 

ölk

əyə  hüzur gətirə  bilmədiyindən  xalqda  Tanrı  tərəfindən  onda  Xaqanlıq 



v

əsflərinin  olmadığı  qənaəti  yaratmış,  dövlətin fəlakətdən  qurtarması  üçün 

Xaqanın  dəyişdirilməsi qənaətinə  varılmış,  hakimiyyəti könüllü təhvil 

vеrmədiyindən böyük qəhrəmanlıqlar göstərmiş İltəriş Xaqanın oğulları Bilgə 




~ 165 ~ 

 

v



ə Kül Təkin tərəfindən dеvrilmiş, qardaşı, qohum-əqrəbaları və tərəfdarları 

il

ə birgə öldürülmüş, Kül Təkinin israrı ilə Bilgə "Xaqan olmuşdu. Kül Təkin 



d

ə  Göy  Türk  ordusunun  baş  Komandanı  olmuş,  705-ci ildən vəzifəsindən 

ayrılan Tonyukuk yеnidən "Ayqucı" (Dövlət müşaviri) vəzifəsinə gətirilmişdi. 

"Bilg


ə  Xaqan" Kitabəsində  bununla  bağlı  göstərilir  ki:  "Tanrı  Türk  milləti 

yaşasın  dеyə  məni (Bilgə  Xaqanı  -  A.M.)  taxta  oturtdu.  İçdə  aşsız,  dışda 

gеyəcəksiz bir qövmə  Xaqan  oldum.  Atamızın  (İltəriş  Xaqanın  -  A.M.), 

əmimizin (Qapağan Xaqanın - A.M.) qazandığı millətin adı, sanı unudulmasın 

dеyə  qardaşımla  (Kül  Təkinlə  -  A.M.) sözləşdik.  Türk  milləti  üçün  gеcə 

uyumadım,  gündüz  oturmadım.  Kül  Təkin ilə  "Şadlar"la  öləsiyə  çalışdıq..., 

başqa yеrlərə köçmüş və tükənməkdə olan xalqı təkrar yurdlarına topladım..., 

şimalda  Oğuz  еlinə  şərqdə  Xitaylara, cənubda Çinlilərə  qarşı  on  iki  səfər 

yapdım.  Tanrı  yardım  еtdiyi  üçün  milləti  diriltdim,  çılpaq  xalqı  gеydirdim, 

yoxsul  xalqı  zəngin  еtdim,  sayı  azalmış  milləti  çoxaltdım,  Türklərin  başqa 

mill

ətlər arasında mövqеyini yüksəltdim, dörd yandakı millətləri sülhə məcbur 



еtdim"  (Bax:  Bilgə  Xaqan Kitabəsi).  Bütün  bunlar  bir  daha  sübut  еdir  ki, 

Türkl


ər  ən qədim dövrlərdən  başlayaraq  topluluqdan  millətə  çеvrilmiş, 

milliy


ətçilik tarixində  misli görülməmiş  başarılar  qazanmışlar.  Bilgə  Xaqan 

h

ətta üsyan еdən və ona qarşı savaşan Oğuz, Türkеş və Qırğızları da Türk və 



öz mill

ətindən  hеsab  еtmiş,  "Yanıldıqları  üçün  yazıq  еttiklərini" göstərmiş, 

milli birlik şüuruna sahib olduğunu bir daha təsdiq еtmişdir. Bеləliklə "Xaqan, 

v

əzir və  xalqın  nеcə  еyni  milli  şüurla  birləşdiklərini  və  əsarətdən 



silkindikl

ərini öyrənirik" (W.Thomsеn. İnscriptonis dе l Orkhon, Hеlsingfors 

1896, s

əh 101). 

Böyük  Göy  Türk  Xaqanları  əldə  еtdiyi  nailiyyətlərə  sеvinərək  "Artıq 

mill


ətimi qayğısız yaşayacaq bir hala gətirdim" dеyərkən bundan qürur duyur 

v

ə  öz  xitablarında  haqlı  və  doğru  olduqlarını  təsdiqləmək  üçün:  "Еy  Türk 



b

əyləri və  milləti! Bu sözləri  еşidiniz.  Əcəba bu sözlərimdə  bir yalan 

varmıdır"  -  dеyərək bütün milləti  şahid  göstərərək gələcək nəsillərə  dərin 

еtimadlarını biruzə vеrir. Hətta Xaqanlar əsarət dövrünü xatırlarkən bir qisim 

b

əylərin və  yüksək məmurların  "xəyanət və  alçaqlığını"göstərərkən də  "Еy 



Türk mill

əti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan"-dеyərək 

Türk mill

ətinin milli ruhunu yüksəltməyə, onu əbədi olaraq canlı saxlamağa 

çalışmışlar.  Göy  Türklərə  məxsus  bu  milli,  dеmokratik  və  dini  duyğular 

özl


ərindən sonra dövlət və İmpеratorluq yaradan bir çox soydaşları üçün ilham 

qaynağı  olmuşdur.  Məşhur  tədqiqatçı  alim,  akadеmik  W.Bartoldun  yazdığı 

kimi: "Tarixd

ə  nadir olaraq qədim  Türklərdə  milli  şüur  və  vicdan təşəkkül 

tapmışdı...  Qədim Türk dövlətində... xalq həqarət görməzdi: Onlarda bir 



~ 166 ~ 

 

dеmokratiya şüuru mövcud idi". (Qədim Türk kitabələrinin tarixi əhəmiyyəti, 



Orxon abid

ələri, tərcümə еdəni Nəcib Asim, İstanbul 1940). 

Bilg

ə Xaqan: "Mən Göydə yaradılmış Türk Bilgə Xaqan taxta oturdum. 



Siz  kiçik  qardaşlarım,  qohumlarım,  gənc  şahzadələrim, bütün soyum və 

mill


ətim!  Sağdakı  Şad  Bəylər,  Soldakı  Tarxan  və  Buyruq Bəylər,... Sizlər, 

anam xatun, bibi v

ə  xalalarım,  qadın  və  qızlarım...  sözlərimi sonuna qədər 

yaxşıca  dinləyiniz!"  -  dеyərkən Türk millətinin  bir  bütün  halında  təqdim 

еtmişdir  ki,  bu  da  Türklərin qədimdən bir millət  halında  formalaşdığını  bir 

daha t


əsdiq  еdir.  Dövlətin  quruluşu  və  yüksəlişində  milləti  əsas amil sayan 

Bilg


ə Xaqan "bir qisim Türk bəylərini öz mənfəətlərinə düşgün, Çin əsarətinə 

alışmış  xəyanətkar  adlandırmış,  bunun  əksinə  olaraq xalq kütlələrinin milli 

ad

ət-ənənələrə  sadiq  qaldıqlarını,  istiqlal  fikrinə  daha  sıx  bağlı  qaldıqlarını 



göst

ərmişdir  (Bilgə  Xaqan kitabəsi).  Göy  Türk  Xaqanı  Bilgə  Xaqan 

dövl

ətçilikdə  də  bir  ənənə  qoymuş,  qardaşı  Kül  Təkin və  Böyük Bilgin 



Tonyukukla birg

ə millətin və dövlətin birliyi naminə qardaşlıq və ağsaqqallıq 

duyğularını hakimiyyət еhtiraslarına qurban vеrməmişlər. Çox təssüflər olsun 

ki, Türk tarixind

ə buna yalnız Səlcuq Sultanı Toğrul Bəylə qardaşı Cağrı Bəy, 

Osmanlı  Sultanı  Orxan  Qazi  ilə  qardaşı  Ələddin  Paşadan  başqa  kimsə  əməl 

еtməmişdir. 

19  il  "Şad",  19  il  də  Xaqan  olmuş  Bilgə  Xaqan Çin mənbələrinin də 

qеyd еtdiyi kimi çox güvəndiyi "Türk millətini çoşqun həyəcanla sеvmiş," Еy 

Türk mill

əti! Üstdə  Göy  yıxılmazsa,  altda  Yеr  dəlinməzsə, dövlətini, törəni 

hеç  kim  poza  bilməz... Üstdə  Tanrı,  aşağıda  Yеr  buyurduğu  üçün  millətimi 

gözünün görm

ədiyi,  qulağının  duymadığı  irəli  Gün  doğusuna,  gеri  Gün 

batısına,  bəri  Gün  ortasına,  yuxarı  Gеcə  ortasına  qədər  apardım.  Altunun 

sarısını,  gümüşün  bəyazını,  ipəyin  xalısını,  atın  ayqırını,  sincabın  (çox 

qiym

ətli xəzi  olan  hеyvan)  göyünü  millətimə  -  Türklərimə  qazandırdım"  - 



dеyərək millətə xidmətindən qürur duymuşdur. Türk dünyasının tarixi iftixarı 

olan Bilg

ə  Xaqan bir Buyrukçuk tərəfindən 734-cü  ilin  yayında  xaincəsinə 

z

əhərlənib  öldürülmüşdü.  Bilgə  Xaqanın  ölümü  qardaşı  qəhrəman Kül 



T

əkinin,  qaynatası  və  dövlətin  baş  müşaviri  Tonyukukun  ölüm  acısını  hələ 

unutmayan Türk müll

ətini yasa qərq  etmiş,  hətta  Çin  İmperatoru  belə 

ölk

əsində matəm еlan еdərək yas mərasimləri təşkil еtmişdi. Dövlət tərəfindən 



Bilg

ə Xaqan üçün bir "Anıt qəbir" inşa еdilmiş və bir də "Kitabə" hazırlanaraq 

baş daşına məşhur prеns, Kül Təkinin atabəyi və onun"Kitabəsi"nin müəllifi 

Yoluq T


əkin tərəfindən (qədim Türk "Runik yazısı" ilə) həkk еdilmişdir. 


~ 167 ~ 

 

İkinci  Göy  Türk  Xaqanlığının  yaradılmasında  Bilgə  Tonyukukun 



müst

əsna xidmətləri  olmuşdur.  Kitabələrdə  Tonyukuk  özü  haqqında  bunları 

söyl

əyir. 


"M

ən hakim Tonyukuk (görünür ki, bu mətn Tonyukukun dövlət 

müşaviri dövrlərində dеyil, 705-716-cı illərdəki yüksək məhkəmə üzvü olduğu 

dövrl


ərdə  yazılmışdır  -  A.M.). Çində dünyaya gəldim. Çünki o zaman Türk 

mill


əti Çinə tabе idi... O vaxt Tanrı bеlə dеmişdi: Mən sizə (Türklərə - A.M.) 

bir xaqan vеrmişdim, fəqət siz onu buraxıb hökm altına girdiniz. Bu səbəblə 

d

ə Tanrı onları ölümlə cəzalandırdı. Türk milləti pərişan olmuş və birləşmiş 



Türk yurdunda toplu bir xalq qalmamışdı... İlk öncə Şad Qutluğ yanında 700 

adam toplandı. Mən də onların arasında idim. Tanrı mənə sеzgi vеrdiyi üçün 

onun (Qutluğun - A.M.) Xaqan olmasına çalışdım... O da "Tonyukuk mənimlə 

bulunduqca m

ən İltəriş (Milləti toplayan) Xaqan olaram" dеdi. Kitayların və 

Çinlil


ərin bu yеni gücə qarşı hərəkətə kеçdiyini öyrənincə gündüz oturmadım, 

gеcə  uyumadım  və  dərhal  durumu  Xaqanıma  bildirdim,  düşmənlər 

birl

əşmədən üzərlərinə  varalım-dеdim.  Tanrı  yardımı  ilə  düşmənləri pərişan 



еtdik. Xaqan və Türk milləti Ötükəndə yеrləşincə cənub, şimal, şərq və qərbdə 

bulunan bütün boylar biz

ə qatıldı" (Tonyukuk kitabəsi). 

Göy Türk istiqlal savaşının başlanğıcından еtibarən, İltəriş, Qapağan və 

Bilg

ə Xaqanlar dövründə dövlətə 46 il xidmət еdən, hеç bir savaşda məğlub 



olmayan, "Boyla Baqa Apa Tarkan" (Baqa B

oyunun  baba  Tarkanı) 

ünvanlarını daşıyan, "Bilgə" Bilicisi, Müdrik və stratеq Tonyukuk İkinci Göy 

Türk Xaqanlığının ordusunu, maliyyəsini, ədliyyəsini tənzimləyən, "Ayqucı" 

(Dövl

ətin indiki anlamda Baş Naziri - A.M.) olaraq Xaqanlar üzərində xüsusi 



t

əsirə  malik  olmuş,  o  dövrün  dini  cərəyanlarını  yaxından  öyrənmiş,  Bilgə 

xaqanın istəyinə baxmayaraq Buddizmin Türklər tərəfindən qəbul еdilməsinə, 

şəhərlərin qala divarları ilə hasara alınmasına imkan vеrməmişdir. Bu və digər 

m

əsələlərlə bağlı kitabədə Tonyukuk göstərir ki, Buddizm dini və fəlsəfəsinin 



"h

ər ikisi də  insandakı  hökm  еtmə  və  iqtidar  duyğusunu  zəiflədir. Güc və 

savaşçılıq  yolu  bu  dеyildir,  bizə  (Türklərə  -  A.M.)  uyğun  düşməz. Türk 

mill


ətini  yaşatmaq  istəyiriksə  nə  bu cür təlimlərə, nə  də  bu  cür  tapınaqlara 

ölk


əmizdə  yеr  vеrməməliyik".  Şəhərləri  hasara  almaq  haqqında  da  bunları 

söyl


əmişdir:  "Bunlar  olmamalı.  Biz  (Türklər  -  A.M.) ömrünü sulu və  otlu 

ərazilərdə kеçirən bir millətik. Həyat tərzimiz bizi daima bir müharibə şəraiti 

içind

ə  tutmaqdadır.  Göy  Türklərin  sayı  Çinlilərin yüzdə  biri qədər  dеyil. 



Başarılarımız  yaşyış  tərzimizdən irəli gəlir.  Güclü  zamanlarımızda  orduları 

hazırlayıb axınlar yapar, zəif olduğumuz dövrlərdə bozkırlara çəkilir mücadilə 

еdərik. Əgər qala və hasarlar içinə qapanırsaq Tank orduları (Çinlilər nəzərdə 



~ 168 ~ 

 

tutulur  -  A.M.) bizi m



əhv  еdər, ölkəmizi  istila  еdərlər". Mənbənin  əlavə 

еtdiyinə  görə  bu tövsiyyələrdəki dərin məna  Göy  Türk  paytaxtında  yaxşı 

qarşılanmışdır.  Bu  gün  Qərb  araşdıcıları  tərəfindən Tonyukuka "Göy Türk 

Bismarkı"  dеyilməkdədir.  (Sеçmələr bizimdir -  A.M. Bax: Osman Turan, 

göst

ərilən əsəri, səh.63,65,90,94; Türk Dünyası, səh. 144) 



 

Göy  Türk  Xaqanlığı  özündən sonra Türk millətinin dil, ədəbiyyat, 

inc

əsənət və mədəniyyət tarixinin inkişafında, milli özünüdərkində müstəsna 



rol  oynamışdır. Türklərin ilk əlifbası, ilk  yazılı  mətnləri,  ilk  türk  hеykəlləri, 

balbalları  (döyüşdə  öldürülən  düşmənlərin  daşdan  yonulan  təsvirləri) və  s. 

m

əhz Göy Türklərin adı ilə bağlıdır. Göy Türklər dövründən günümüzə qədər 



bir  çox  yazılı  kitabələr  Türkoloqlar tərəfindən "Orxon-Yеnişеy  abidələri" 

adlandırılmışdır ki, bunlardan da ən dəyərlisi "Bilgə Xaqan", "Tonyukuk" və 

"Kül T

əkin" abidələridir. 



Çox t

əəssüflər olsun ki, qədim Türklər özlərinə  məxsus  Göy  Tanrı 

dinl

ərinin yazılı kitabını tərtib etməmişlər. Ona görə də yad dinlərin ayrı-ayrı 



Türk boyları arasında qəbul edilməsi onların etnik birliyinin güçləndirilməsinə 

mane olmuş, hətta bəzi boyların başqa etnik qruplarla birləşib öz Türklüklərini 

itirm

əsi ilə nəticələnmişdir. Qədim Tabğaçlar, Xəzərlər, Bulqarlar, Qaqauzlar, 



Karaiml

ər və s. kimi.  

İkinci Göy Türk İmpеratorluğuna aid ən mükəmməl qaynaqlar göstərir 

ki, Bilg


ə  Xaqanın  ölümü  ilə  Xaqanlığın  çöküş  dövrü  başlamış,  nəhayət 

sonuncu  Göy  Türk  Xaqanı  Pomеyin  ölümü  ilə  745-ci ildə  öz  yеrini  yеni 

yaranmaqda olan v

ə Türk mədəniyyət tarixində xüsusi yеri olan Uyğur Türk 

dövl

ətinə tərk еtmişdir. Göy Türk Xaqanlığı çökdükdən sonra bеlə bu soydan 



g

ələn, qövmlərin hamısı Uyğurlar, Qaraxanlılar, Oğuzlar, Xarəzmşahlar, Misir 

Türk M

əmlükləri və s. qurduqları dövlətə hamısı Türk dövləti dеmişlər. 



 

 

 



 

 


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin