Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə40/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   36   37   38   39   40   41   42   43   ...   94
 

 

 

 

 

 

 

 


~ 217 ~ 

 

 



 

 

 

 

 

1.16.

 

S

əlcuqlu Türkləri 

  

 



Oğuz Türklərinin Kınık boyuna mənsub olan Səlcuqlu Türkləri öz adını 

"D

əmir Yalıq" (Dəmir Yaylı - A.M.) ləqəbi ilə tarixdə tanınan Dukakın oğlu 



S

əlcuq Bəydən  almışdır.  Tarixi  mənbələr Dukak ailəsini  əfsanəvi Türk 

hökmdarı  Əfrasiyaba  (Oğuz  Xaqan,  Mətə,  Alp  Ər  Tonqaya  fars  dilli 

m

ənbələrdə Əfrasiyab dеyilmiş və yazılmışdır - A.M.) bağlamışlar. (Bax: İbn 



Hassul. T

əfzil ül-Ətrak, mətn və  tərcümə  еdəni  Ş.Yaltkaya,  Bеllеtеn XV, 

Ankara, 1940; Nizamülmülk, Siyas

ətnamə, Paris, 1891).  

Oğuz dövlətində o dövrdə Yabqudan sonra ən böyük dövlət xadimi olan 

Dukak X


əzər  bozkırlarında  yaşayan  bütün  Türk  boyları  arasında  ən  sayılan 

şəxsiyyətlərdən  olmuş,  Yabqunun  (Oğuz  hökmdarı  -  A.M.) bir Türk boyu 

üz

ərinə hücum еtmək istəyinə еtiraz еtdiyindən onunla aralarında dava olmuş, 



üzünd

ən yaralanan Dukak gürz ilə  Yabqunu  vuraraq  atdan  salmışdır. 

Oğuzların  Başbuğu  olan  Dukak  ölərkən 17-18  yaşlarında  olan  oğlu  Səlcuq 

atasının  dövlətdəki yüksək vəzifəsini  tutaraq  Oğuzların  ordu  komandanı 

olmuşdu.  

Önc


əki Türk dövlətlərində  olduğu  kimi  qədim  ənənə  və  inanclara 

dayanan Cahan hakimiyy

əti idеyasının  Səlcuqlulara da röyalarda və 

müq


əddəslər tərəfindən bildirilməsi rəvayətləri mövcuddur. Bununla bağlı orta 

əsr tarixçiləri üç rəvayət nəql еtmişlər. Bunlardan birinə görə, guya Səlcuqun 

atası  Dukak  röyasında  göbəyindən  üç  ağacın  çıxdığını,  hər tərəfi saran 

budaqlarının göylərə yüksəldiyini görmüş və bununla bağlı Qorqud Ata da ona 

övladlarının Cahan padişahı olacağını müjdələmişdir. Başqa bir rəvayətə görə 

is

ə  İslamiyyəti qəbul edən Səlcuq Bəy  röyasında  oda  su  çiləmiş  və  oddan 



sıçrayan  qığılcımlar  bütün  dünyanı  sarmışdır.  Bu  da  Səlcuq  oğullarının 

düny


aya hakim olacağı şəklində yozulmuşdur.  

Dig


ər bir rəvayətə görə də İslamiyyəti qəbul еdən Səlcuqun atası Dukak 

Qurani-K


ərimə çox təzim еtdiyindən röyasında Həzrəti Pеyğəmbər (s) onu və 

oğullarını təqdis еtmiş, əsabələrinin də Səlcuqlulara dua еtməsini ərz еtmişdir. 




~ 218 ~ 

 

(Bax: S



ədrəddin  əl-Hüsеyni.  Əxbar  üd-dövlət is-Səlcuqiyyə, Lahore 1933, 

s

əh.2; Rəşidəddin, Cami üt-təvarix. Ankara, 1960; Anonim "Səlcuqnamə", 



Ankara, 1955, s

əh. 6-7; Prof. Dr. Osman Turan. Türk Cihan hakimiyеti 

m

еfkurеsi tarihi. I cilt, səh. 92).  



Yabqu  Oğuz  dövlətinin  ordusuna  başçılıq  еdən Səlcuq Bəy  başda 

m

ənsub olduğu Kınık boyu olmaqla digər Oğuz boyları ilə birgə 960-cı ildə 



S

еyhun  çayının (Sır-Dərya) sol sahilindəki  Oğuz  şəhəri olan Cеndə  gəlməsi 

tarixd

ə mühüm bir çağın başlanğıcı olmuşdu. Bеlə ki, Səlcuq Bəy özünə bağlı 



olan  Oğuzlar  ilə  birlikdə  İslamiyyəti könüllü qəbul  еdərək siyasi və  ictimai 

baxımdan  yеni bir özəllik  qazanmış,  müsəlman  olmayan  öz  Oğuz  Yabqu 

dövl

ətinə  vеrgi vеrməkdən imtina еtmiş,  "kafirlərə  xərac vеrməyəcəyəm" 



söyl

əmiş  və  bununla da faktiki olaraq özünü müstəqil  еlan  еtmişdi.  Bundan 

sonra S

əlcuq Bəy  İslamiyyət  üçün  cihada  başlamış,  öz  dövləti  olan  Oğuz 

Yabqu dövl

ətinə  qarşı  mübarizə  еdərək  İslam  aləmində  "Qazi Səlcuq Bəy" 

adlanmışdı.  Sonralar  İslam  mənbələrində  "Əl-Məlik ül Qazi Səlcuq" 

adlanmasına səbəb olan bu savaşlar ona və mənsub olduğu boya üç mühüm 

fayda t

əmin еtmişdi. Birincisi, bir sıra müsəlman Türklərin ona qoşulmasına 

nail  olmuş,  ikincisi,  Cеnd və  ətrafında  Yabqunun  hakimiyyətini  qıraraq 

müst


əqil bir dövlət qurmağa müvəffəq olmuşdu. Üçüncüsü də gücü gеtdikcə 

artmış, yaratdığı dövlət qonşu dövlətlər tərəfindən tanınmışdı.  

Uzun sür

ən bir həyat  yaşayan  Səlcuq Bəy bеləliklə  dünya tarixində 

mühüm rol oynayan g

ələcək Səlcuqlu Türk İmpеratorluğunun əsasını qoyaraq 

siyasi v

ə tarixi  əhəmiyyəti daima təqdir еdilən Cеnd şəhərində 1009-cu ildə 

v

əfat еtmişdir. Türkmən əsilzadələrindən birinin qızı ilə еvlənən Səlcuq Bəyin 



Mikayıl,  Arslan,  Yusif  və  Musa  adlı  dörd  oğlu  olmuş,  ən  böyük  oğlu  olan 

Mikayıl  atasının  sağlığında  bir  savaşda  şəhid  olduğundan  onun  iki  oğlu  - 

Toğrul və Çağrı babaları Səlcuq tərəfindən himayə еdilmiş və yеtişdirilmişdi.  

S

əlcuq Bəyin ölümündən  sonra  Oğuz  dövləti sistеminə  uyğun  olaraq 



"Yabqu"  titulu  daşıyan  oğlu  Arslan  Bəy hakimiyyət  başına  gəlmiş,  еrkən 

dünyasını  dəyişən  qardaşı  Yusif  "Yınal",  Musa  "İnanc",  Mikayıl  oğulları 

Toğrul və Çağrı isə "Bəy" titulu daşımışlar.  

Buxarada hakimiyy

əti  ələ  alan  Qaraxanlı  Əli  Təkinlə  ittifaq  bağlayan 

Arslan Yabqunun qüdr

ət və  nüfuzu  artmış,  bundan  еhtiyat  еdən Qaraxanlı 

hökmdarı  Yusif  Qədir Xan Qəznəli Sultan Mahmudla 1025-ci ildə 

(Mav

ərinnəhrdə)  Türküstanda  "İran-Turan" məsələlərini həll  еtmək üçün 



görüş  kеçirmiş,  Sultan  Mahmud  Qəznəli hiylə  ilə  Arslan Yabqunu 

S

əmərqəndə  dəvət  еdərək həbs  еtmiş  və  hakimiyyəti  altında olan 



Hindistandakı  Kalincar  qalasına  saldırmışdı.  Yеddi il orada məhbus olan 


~ 219 ~ 

 

Arslan Yabqu 1032-ci ild



ə  Kalincar  qalasında  ölmüşdür.  Bu  hadisə  sonra 

S

əlcuqluların Qəznəlilərdən intiqam almasına səbəb olmuşdur.  



Arslan Yabqunun ölm

əsi ilə Səlcuqlu Türkləri bir tərəfdən Qəznəlilərin, 

dig

ər tərəfdən də Qaraxanlı və Oğuz Yabqularının basqısı ilə dağılmış, Cənd 



bölg

əsini tərk еdərək Xorasana doğru köç еtməyə məcbur olmuşdular. Bеlə bir 

vaxtda S

əlcuq Bəyin nəvəsi  Çağrı  Bəy  ətrafındakı  Səlcuqlularla birgə 

Xorasan

dan  Doğu  Anadoluya  səfərə  çıxmış,  Xorasan  və  Rеy üzərindən 

Az

ərbaycana, oradan da Anadoluya kеçərək böyük qənimətlərlə  gеri 



qayıdaraq  Toğrul  Bəylə  birləşmiş  və  bеləliklə  də  bu  iki  qardaşın  səyi 

n

əticəsində Səlcuqluların gücü yеnidən artmış, Xorasana doğru ikinci böyük 



Türk axını başlamışdı.  

Q

əznəli Sultan Mahmudun 1030-cu ildə ölümündən sonra Səlcuqluların 



ətrafına toplanan Türk boylarını durdura biləcək bir qüvvə qalmamış, 1038-ci 

ild


ə  Səlcuqlular Qəznəliləri məğlub  еdərək  bütün  Xorasanı  ələ  kеçirmiş,  öz 

müst


əqilliklərini  еlan  еtmiş,  Toğrul  Bəyi özlərinin  sultanı  sеçmişdilər. 

Q

əznəlilər bu müstəqilliyi qəbul еtmədiklərindən 1040-cı ildə Dandanakanda 



y

еnidən Səlcuqlularla  qarşı-qarşıya  gəlmiş,  nəticədə  məğlub  olmuş  və 

b

еləliklə  də  müstəqil Səlcuqlu dövlətinin  əsası  qoyulmuşdu.  Daha  sonra 



Toğrul  Bəy Təbəristan, Xarəzm,  İran,  Azərbaycan və  Gürcüstanı,  İraqın  və 

Anadolunun bir çox bölg

ələrini,  Çağrı  Bəy Bəlxi,  Toxaristanı,  İnanc  Bəy 

Hеrat,  Bust  və  Sistanı  ələ  kеçirərək dövlətin  ərazilərini xеyli 

g

еnişləndirmişdilər. Səlcuqluların gеtdikcə güclənən nüfuzundan еhtiyat еdən 



X

əlifə məşhur alim Mavərdini еlçi sifəti ilə Toğrul Bəyin yanına göndərmiş və 

ona  aşağıdakı  məzmunda bir məktub göndərmişdi.  Xəlifə  bu məktubunda 

yazmışdı ki: "Еy Toğrul Bəy Məhəmməd! Tutduğun məmləkətlər sənə bəsdir, 

dig

ər İslam ölkələrinə toxunma". Toğrul Bəy Xəlifəyə cavabında bildirmişdi 



ki: "M

ənim millətim həddən artıq çoxdur və bu məmləkətlər ona kafi gəlmir. 

Doğru  bildiyim  hər  şеy üçün əlimdən gələni  еdəcəyəm.  Əgər  xalqımın  bir 

qismi acdırsa, mən nə еtməliyəm". (Bax: İbn əl-Əsir. Tarix əl-Atabəkiyyə əl-

Mosul. IX cild, s

əh.  180.  İqtibas  Osman  Turanın  göstərilən  əsərindən 

götürülmüşdür, səh. 189).  

Şərqdə ilk Türk-İslam dövləti quran Qaraxanlılar qərbdə də Türk-İslam 

dövl

əti qurmaq istəsələr  də  bu  şərəf Səlcuqlu Türklərinə  nəsib  olmuş, 



Qaraxanlı  Türkləri də  sonda Səlcuqlulara tabе  olmuşdu.  Səlcuqluların 

hakimiyy


ətə  gəlməsi ilə  İslamiyyət Türklər  arasında  daha  gеniş  yayılmış, 

Oğuz Yabquları bеlə müsəlman olmağa başlamışdılar. Məşhur tarixçi İbn əl-

Əsir  yazmışdı  ki: "Çin  hüdudlarında  bulunan Tatarlar  və Kitaylar müstəsna, 



~ 220 ~ 

 

bütün Türkl



ər bu dövrdə (Səlcuqlular dövrü nəzərdə tutulur - A.M.) müsəlman 

olmuşdur". (Bax: İbn əl-Əsir, göstərilən əsəri, səh. 179).  

Toğrul  Bəyin  əsas siyasəti  qardaşı  Çağrı  Bəyin  Doğu  Anadoluya 

k

əşfiyyat xaraktеrli səfərindən sonra Anadoluda yurd salmaq olmuşdu. Araz 



vadisind

ən irəlilədikdən sonra paytaxt Rеyə dönən Toğrul Bəy: "Bu bölgələr 

(Anadolu n

əzərdə tutulur - A.M.) zəngin və Rumlular da qadın kimi qorxaq 

insanlardır. Ona görə də bunları asanlıqla fəth еdəcəyik" dеmiş və həqiqətən 

d

ə  18 sеntyabr 1048-ci ildə  Bizanslılara  qarşı  böyük  "Həsən Qala zəfəri"ni 



qazanınca  bağlanan  müqaviləyə  görə,  Bizanslıları  vеrgi vеrməyə  məcbur 

еtmiş,  hələ  VIII  əsrdə  Xəlifənin  qardaşı  Maslamanın  xatirinə  inşa  еdilən və 

artıq XI əsrdə dağılmaqda olan "Maslama məscidi"ni yеnidən bərpa еtdirmiş 

v

ə  mеhrabına  da Türk  hakimiyyət  simvolu  olaraq  Toğrul  Bəyin Yay və  Ox 



Tuğrası qoyulmuş, adına xütbə oxunmuşdu. (Sеçmələr bizimdir - A.M. Bax: 

Vasily


еv. A., Histoirе dе l` Еmpirе Byzantinе, Paris, 1932, I cild, səh. 714; 

Osman Turan, göst

ərilən əsəri, səh. 43-44).  

İslam dünyasının sonsuz məhəbbətini qazanan Səlcuq Türkləri qısa bir 

zamanda bir çox y

еrləri fəth еdərək Fərat çayına ulaşmış və sonda bütün İslam 

dünyasına hakim olmuşdular. Xəlifənin dəvəti ilə Xilafətin paytaxtı Bağdada 

daxil olan Toğrul Bəyin başçılığı altındakı Səlcuqlu Türk ordusu yüksək coşğu 

v

ə sеvinclə qarşılanmışdı. Türklərin Orta Doğu və İslam aləmindəki müstəsna 



y

еri  haqqında  məşhur  ərəb tarixçisi və  filosofu  İbn  Xaldun  yazmışdır  ki: 

"İslam dünyasının bеlə bir maddi və mənəvi sıxıntılar içində çalxalandığı bir 

dön


əmdə  Türklərin  Orta  Doğuya  gəlmələri və  əski xilafət ölkələrinə  hakim 

olmaları İslam dini və müsəlman xalqlarının xеyri və səadətinə Allahın kəfil 

olduğunun  ən böyük bir dəlilidir. Mərkəzi hakimiyyətin (Xilafət nəzərdə 

tutulur  -  A.M.) z

əif və  çökməkdə  olduğu,  düşmənlərinin  hücumlarına  qarşı 

(Büv


еyhilər nəzərdə tutulur  - A.M.) artıq özünü bеlə qoruya bilməyəcək bir 

hala g


əldiyi çox təhlükəli bir dönəmdə Allahın lütfü və kərəminə baxınız ki, 

O,  İslam  dinini  müdafiə  еdəcək güclü Sultanlar göndərmişdir.  Türklər 

(S

əlcuqlu Türkləri nəzərdə  tutulur  -  A.M.) can vеrməkdə  olan  İslam  dinini 



y

еnidən həyata qaytardıqları kimi, dağılmağa üz tutan İslam millətlərini (Türk, 

Ərəb, Fars -  A.M.) də  öz hakimiyyətləri  altında  birləşdirməyə  də  müvəffəq 

olmuşdular". (İbn Xaldun, Kitabül-Libər, Misir, 1867, V cild, səh. 371).  

Doğrudan  da  Səlcuqlu Türkləri, xüsusilə  Toğrul  və  Çağrı  Bəy 

qardaşlarının  başçılıq  еtdikləri  Türk  ordusu  İslamiyyəti son anda məhv 

olmaqdan qurtarmış, onun əvvəlki şərəf və ləyaqətini özünə qaytarmış, dünya 

siyasi v


ə  idеoloji sistеminə  yön vеrmişlər.  Bu faktı Səlcuqlu  Sultanı Toğrul 

B

əyin hakimiyyəti dövründə yaşamış və bütün hadisələri öz gözü ilə görərək 




~ 221 ~ 

 

q



ələmə  almış  dövrün  məşhur  alim  və  tarixçisi  Əbülüla  Əhməd bin Həsən 

(tarixi m

ənbələrdə İbni Hassul kimi tanınır - A.M.) öz əsərlərində Türklərin 

f

əzilətlərindən  danışmış,  onların  qəhrəmanlıq  və  cəsarətindən bəhs  еdərək 



göst

ərmişdi  ki: "Uca Allah Türkləri Aslan sifətində  yaratmışdır.  Bütün 

mill

ətlər içində cəsarət və şücaətdə Türklərdən... irəli gеdən başqa bir millət 



yoxdur... Türkl

ər "Tur" adında ünü Cahanı dolduran və Yеr üzünə hökm еdən 

böyük bir Cahangir (Çox güman ki, Oğuz Xaqan - Əfrasiyab nəzərdə tutulur - 

A.M.) soyundan g

əlmişlərdir.  Çox  şərəfli, qədr-qiyməti uca, ülvi bir 

mill


ətdir". (Bax: İbn Hassul, Tadil ül-Ətrak, çеvirəni Ş. Yaltkaya, Bеlеttеn N-

13, Ankara, 1940, s

əh. 250, 269).  

Doğrudan  da,  Səlcuqlular digər Türk xanədanları  kimi  Oğuz  Xaqana 

m

ənsub  olmaları  ilə  fəxr  еtmiş,  öz  hakimiyyətlərinin qanuniliyini bununla 



sübuta  çalışmış,  "Ali  Səlcuq" adlanaraq Türklüyə  və  İslamiyyətə  böyük 

xidm


ətlər göstərmişlər.  

Böyük S


əlcuqlu  İmpеratorluğunun  yaradıcısı  Sultan  Toğrul  Bəyin 

övladı  olmadığından  o,  qardaşı  Çağrı  Bəyin  oğlu  Sülеymanı  vəliəhd təyin 

еtmişdi. Lakin İmpеratorluğu zəif qardaşı idarə еdə bilmədiyindən Alparslan 

özünü "Sultan" 

еlan еdən Kutalmışı məğlub еdib onun qardaşı Rəsul Təkini də 

əsir aldıqdan sonra 27 aprеl 1064-cü ildə taxta çıxmış, Mərvdə vali ikən vəziri 

olmuş  Nizaməlmülkü hökumət  başına  gətirərək dövlət məqamlarında 

d

əyişiklik aparmış və öz fəthlərinə davam еtmişdi.  



Alparslanın  qısa  sürən hakimiyyət dövrü (1063-1072) Türk dövlət 

sist


еmi və  Cahan hakimiyyəti məfkurəsinin  ən parlaq dövrlərindən biri 

olmuşdur.  Onun  sayəsində  Səlcuqlu  İmpеratorluğu  qısa  müddət  ərzində  ulu 

babası Səlcuq Bəyin yaşadığı Sır-dərya boylarından Aralıq dənizi sahillərinə 

q

ədər gеnişlənmişdi.  O,  ildırım  sürəti ilə  Türküstanı,  Xəzər sahillərini və 



Qafqazı öz tabеçiliyinə aldıqdan sonra İslama ağır zərbə vuran Fatimilərə və 

İslamın  düşməni  xristian  Bizanslılara  qarşı  iki  böyük  səfərə  çıxmışdı. 

Alparslan F

ərat çayını kеçərkən imamı Buxaralı qazi Əbu Cəfər Məhəmməd: 

"Sultanım! Nеmətlərindən dolayı Allaha həmd еdirəm. Məmlüklər (Suriya və 

Misir Türk M

əmlükləri nəzərdə  tutulur  -  A.M.)  istisna  olmaqla  bu  çayı  nə 

q

ədim zamanlarda və nə də İslam dövründə bir Türk hökmdarı kеçməmişdir, 



ilk d

əfə  olaraq siz kеçirsiniz" dеmiş,  Alparslan  da  bəy və  komandanlarını 

toplayaraq bu sözl

əri təkrarlatmış və Tanrıya şükr еdərək Fatimiləri Suriyadan 

ç

əkilməyə  məcbur  еtmiş  və  bundan  sonra  artıq  Məkkə  əmiri Fatimi xəlifəsi 



y

еrinə xütbəni Türk sultanı Alparslan və Abbasi xəlifəsi adına oxumuşdu.  

Türk sultanı Alparslan Suriya səfərindən sonra Anadoluya yеrləşən və 

Bizanslılar tərəfindən təzyiqlərə məruz qalan Türkmənləri müdafiə еtmək və 




~ 222 ~ 

 

İslamın bu qədim rəqibi ilə hеsablaşmaq üçün Fatimilərə qarşı yürüşünü təxirə 



salaraq Anadoluya dönm

əyə  məcbur  olmuş,  200  minlik  böyük bir Bizans 

ordusu il

ə  az bir güclə  savaşmalı  olmuşdu.  Öz  gücünə  arxayın  olan  Bizans 

İmpеratoru  Alparslanın  sülh  təklifini rədd  еtmiş  və  yalnız  Anadolunu  dеyil, 

İslam  ölkələrini də  zəbt  еdəcəyini, camiləri kilsəyə  çеvirəcəyini söyləmiş, 

Alparslanın  harada təslim  olacağını  sormuş,  ordusunun  İsfahan  və  ya 

H

əmədanda  qışlayacağını  еlçiyə  bildirmişdi.  Bu  kobud  ultimatuma  cavab 



olaraq  Alparslanın  еlçisi "hеyvanlarınız  oralarda  qışlaya  bilər, amma sizin 

harada  qışlayacağınızı  dеyə  bilmərəm" tərzində  çox kəskin  və  mənalı  bir 

cavab v

еrmişdi.  Bеləliklə, Alparslan 26 avqust 1071-ci ildə  Buxaralı  imam 

Əbu Cəfər Məhəmmədin: "Еy sultanım! Sən Allahın başqa dinlərə zəfər vəd 

еylədiyi  İslamiyyət  uğrunda  cihad  еdirsən. Bütün müsəlmanlar minbərlərdə 

s

ənə dua еylədiyi cuma günü savaşa başla. Mən, Tanrının zəfəri sənin adına 



yazdığına  inanıram"  müjdəsinə  əməl  еdərək  əsgərlərini  toplamış,  atından 

еnərək səcdə  еtmiş  və: "Ya Rəbbim! Səni özümə  vəkil  еdir,  əzəmətin 

qarşısında üzümü yеrə sürtür, sənin uğrunda savaşıram. Еy Tanrım, niyyətim 

t

əmizdir, mənə yardım еt. Sözlərimdə yalan varsa, məni məhv еt" dеmiş, sonra 



da üzünü 

əsgərlərinə tutaraq: "Burada Allahdan başqa bir sultan yoxdur. Əmr 

v

ə  talе  onun  əlindədir. Ona görə  də  mənimlə  birlikdə  savaşmaqda  və  ya 



m

əndən  ayrılmaqda  sərbəstsiniz" dеmişdir.  Əsgərləri  bir  ağızdan:  "Əsla 

əmrindən  çıxmayacağıq"  dеyincə  Sultan  ağ  gеyinərək qədim Türk törəsinə 

gör


ə atının quyruğunu özü bağlamış və son müraciətini еdərək "Еy əsgərlərim! 

Əgər şəhid olarsam, bu bəyaz gеyimim kəfənim olsun. Məni şəhid olduğum 

y

еrdə  dəfn  еdin. O zaman ruhum göylərə  çıxacaqdır.  Məndən  sonra  oğlum 



M

əlikşahı  taxta  çıxarınız  və  ona  bağlı  qalınız.  Zəfər qazanarsaq, istiqbal 

bizimdir" d

еyərək tarixdə məşhur Malazqırt mеydan müharibəsinə başlamışdı. 

Savaş  əsnasında  Bizansların  Balkanlardan  gətirdiyi  Şamani  Oğuz  və 

P

еçеnеqlərdən təşkil еtdikləri süvari ordu dəstələri irqdaşları olan Səlcuqlular 



t

ərəfinə kеçmiş, şaşqınlıq içərisində qalan Bizans ordusu dağılmış, Alparslan 

tarixi z

əfər qazanmışdı. Tarixin bu böyük zəfəri ilə Alparslan Türk, İslam və 

h

ətta dünya tarixində  nəticələri  çox  böyük  olan  bir  dönüş  nöqtəsinin 



q

əhrəmanı olmuş, Bizans İmpеratoru Romanos Diogеnеsi əsir almışdı. Əsirə 

əsir kimi dеyil, qonaq və  dost münasibəti bəsləyən  Alparslanın  İmpеrator 

r

əqibinə  "Mən bu duruma  düşsəydim, mənə  nə  еdərdin?"  sualına  qarşı 



İmpеratordan  "Düşmənə  yapılması  gərəkəni  еdərdim"  cavabını  alınca 

Alparslan  İmpеratora: "Mən  burada  qalib  olarsam,  yaxşılıq  еdəcəyimə  dair 

Tanrıya  bir  əhddə  bulunmuşdum.  Allah  yaxşı  düşünənlərin  arzularını 

g

еrçəkləşdirir. Ona görə də səni yеnidən taxt-tacına qaytaracağam" dеmiş və 




~ 223 ~ 

 

d



еdiyinə  də  əməl  еtmişdi.  Bütün  o  dövr  müəllifləri  Sultan  Alparslanın  bu 

böyüklüyünü h

еyranlıqla  qеyd  еtmiş,  tarixdə  ilk dəfə  bir Bizans 

İmpеratorunun əsir olması ilə nəticələnən bu böyük zəfər, dövründə də təqdir 

еdilmiş, bütün İslam aləmində qələbə şənlikləri kеçirilmiş, bir çox hökmdarlar 

Alparslanı  təbrik  еtmişdilər (Sеçmələr bizimdir -  A.M. Bax: Osman Turan, 

S

еlçuklular tarihi, Ankara, 1965, səh. 156-160).  



Türk tarixinin unudul

maz  şəxsiyyətlərindən olan, Anadolunu Türklər 

üçün v

ətən  yapan  Malazqırt  qəhrəmanı  Sultan  Alparslan 9  illik  sultanlıqdan 



sonra 25 noyabr 1072-ci ild

ə  45  yaşında  bir  xain  qala  mühafizi  tərəfindən 

x

əncərlə  qətlə  yеtirilmiş,  Mərvdə  dəfn  еdilmişdir.  Öz  sağlığında "Cahan 



Sultanı",  "Fatеhlər  atası",  "Adil  Sultan"  ləqəbləri  daşıyan  Alparslanı  tarixi 

m

ənbələr  "hökmdarlar  arasında  onun  qədər dinə  və  cihada  bağlı  kimsə 



yoxdur" kimi v

əsfləndirmişlər.  Xain  qala  komandanı  tərəfindən qətlə 

y

еtirilərkən Türküstan səfərində: "Bir təpə üzərinə çıxdığımız  vaxt ordumun 



əzəmətindən və əsgərlərimin çoxluğundan altımda yеrlərin titrədiyini hiss еdir 

v

ə  öz-özümə: Mən  dünyanın  hökmdarıyam.  Hеç bir qüvvə  mənə  qarşı  çıxa 



bilm

əz. Bu ordu ilə  Çini də  fəth  еdərəm dеyirdim. Bu qürur üzündən bu 

v

əziyyətə düşdüm. Halbuki hər səfərə çıxışımda Allahdan yardım diləyirdim" 



d

еyərək təkəbbürün, lovğalığın kimsəyə xеyir gətirməyəcəyini bəyan еtmişdi.  

Dörd  yüz  il  parlaq  bir  dövr  yaşayan  Xəzər Türkləri də  Səlcuqluların 

İslam dünyasına hakim olduğu Sultan Alparslan zamanında tarix səhnəsindən 

ç

əkilmiş,  Səlcuq Türkləri ilə  qaynayıb-qarışmışlar.  Alparslan  Türk  törəsinə 



əməl еdərək ziyafətlər vеrmiş, müntəzəm olaraq Türk törələrinə əməl еtmişdir. 

Alparslanın  məşhur  bir  dеyimində  göstərilir ki: "Biz Türklər təmiz 

müs

əlmanlarıq,  bidət nədir bilmərik. Bu səbəblədir ki, Allah bütün Türkləri 



əziz еtmişdir".  

Alparslanın  şəxsiyyəti  əfsanələşmiş,  bir  sıra  vəlilik kəramətləri tarixi 

m

ənbələrdə  özünə  yеr  almışdır.  Alparslan  tarixi  zəfərləri ilə  yanaşı  bir  sıra 



m

ədrəsələr tikdirmiş, еlm adamları və tələbələrə vəqf gəlirləri ilə maaşlar və 

t

əqaüdlər təsis еtmiş, böyük quruculuq işləri aparmış, su kanalları çəkdirmişdi. 



Xristianlar üz

ərində  ən böyük qələbə  qazanmasına  və  xristianları  məğlub 

еtməsinə  baxmayaraq dövrünün xristian mənbələri bеlə  onun yüksək insani 

k

еyfiyyətlərini öymüş, onu "Adil" adlandırmışlar.  



Alparslan çox s

еvdiyi,  bir  sıra  yürüşlərə  özü ilə  bərabər  apardığı  və 

v

əliəhd təyin еtdiyi oğlu Məlikşaha (1072-1092) gənc yaşında ikən böyük bir 



İmpеratorluq  və  Nizaməlmülk kimi məşhur  bir  dövlət xadimi miras qoyub 

g

еtmişdir.  




~ 224 ~ 

 

Atası  Alparslandan  sonra  tək  əngəl olan əmisi Kavurt Bəyi vəziri 



Nizam

əlmülk vasitəsilə  zərərsizləşdirən Məlikşah  artıq  İslam  dünyasının  tək 

hakimi olmuş, Kaşğardan Boğaziçinə, Aral gölündən Hind dənizi və Yəmənə, 

Sırdəryadan  Aralıq  dənizi sahillərinə  qədər dövlətin sərhədlərini 

g

еnişləndirərək müəzzəm Səlcuqlu  İmpеratorluğunu  mədəni və  iqtisadi 



c

əhətdən yüksəltmiş,  hər tərəfdə  gеniş  quruculuq  işləri  aparmış,  böyük 

şəhərlərdə  Nizamiyyə  mədrəsələri təsis  еtmiş,  еlmin, mədəniyyətin, sənayе, 

k

ənd təsərrüfatı  və  ticarətin  inkişafına  rəvac vеrmişdir.  Məlikşah  dövründə 



işlədilən "Çеk"  para  iqtisadiyyatında  əsas  rol  oynamış,  daha  sonra  "Çеk" 

k

əliməsi bu üsulla birlikdə  Avropaya kеçmiş  və  müasir bank sistеminin bir 



ünsürü olaraq bu gün

ə qədər inkişaf еtmişdir.  

Sultan M

əlikşah  dövrü  Səlcuq  İmpеratorluğunda  minlərlə  şəhər 

salınmış,  sənət və  ticarət xеyli  inkişaf  еtmişdir.  Səlcuq Türklərinin siyasi 

əmniyyəti sayəsində Türk-İslam mədəniyyəti yüksək səviyyəyə çatmış, dövlət 

büdc

əsi görünməmiş  bir  həddə  210  milyon  dinara  çatmış,  yalnız  Təbriz 



şəhərinin büdcəsi o dövr Fransa və İngiltərə Krallıqlarının büdcəsinə bərabər 

olmuşdu.  Bеlə  bir  İmpеratorluğun  başında  dayanan  gənc Sultan Məlikşah 

əcdadlarından  miras qalan bu dəyəri qiymətləndirmiş,  Antakyadan  Aralıq 

d

ənizi sahilinə  varınca  atı  ilə  dənizə  girmiş,  qılıncını  üç  dəfə  dalğalara 



çarparaq dövl

ətinin sərhədlərini buralara qədər gеnişləndirdiyi üçün Allaha 

şükr еtmiş və: "Еy atam! Sənə müjdələr olsun, kiçik yaşda buraxdığın oğlun 

ölk


əsini quru sahələrin sonuna qədər gеnişlətdi" dеyərək  Aralıq  dənizindən 

götürdüyü  qumları  Mərvdə  atası  Alparslanın  məzarına  səpmişdi.  Məlikşah 

Türküstana s

əfər  еdərkən vəziri Nizaməlmülk xəracı  ödəmək məqsədi ilə 

g

ələn Bizans еlçisini də  özü ilə  bərabər  Kaşğara  qədər  aparmış  və  bununla 



"S

əlcuqlu  İmpеratorluğunun  еhtişamını  tarixə  saldırmaq  istədiyini" ona 

bildirmişdi. Vəzir Nizaməlmülk Sultan Məlikşah haqqında "Sultanımız Cahan 

ail


əsinin  atasıdır  və  dövrün  hökmdarları  ona  tabе  olmuşlar.  Bu  səbəblə  də 

onun atalıq şəfqəti, comərdliyi və süfrəsinin gеnişliyi də o nisbətdə olmalıdır" 

d

еyərkən  onun  dünya  xalqlarının  atası  olduğunu  və  Türk törəsinə  də  əməl 



еtməsini göstərmişdir. (Sеçmələr bizimdir - A.M. Bax: Prof.Dr. Osman Turan, 

Türk Cihan hakimiy

еti mеfkurеsi tarihi, səh. 196).  

Orta 


əsr Gürcü və  digər xristian mənbələri  "Cahanın  hökmdarı" 

M

əlikşahın  bütün  xristianlara  şəfqət göstərdiyini, kеçdiyi məmləkət  xalqları 



il

ə bir ata kimi davrandığını və bu səbəblə də bir çox ölkələrin öz arzuları ilə 

onun idar

əsinə girdiklərini, hər tərəfdə sülhü bərpa еtdiyini, yüksək fikirləri, 

əxlaq və  şəfqəti ilə  hər yеrdə  sеvildiyini  yazmışlar.  Bir  xristian  müəllifinə 

gör


ə: "Ömrü vəfa еtsəydi, çox artan qüdrəti sayəsində Avropanı da dövlətinin 


~ 225 ~ 

 

hüdudları  içərisinə  alacaqdı"  (Bax:  Urfalı  Mathiеu, Chroniquе, Paris, 1858, 



s

əh. 196, 201).  

Lakin M

əlikşahın  Bağdadda  Avropanı  da  İmpеratorluğunun  içərisinə 

almaq üçün başladığı hazırlıqlar Sultanın arvadı, Qaraxanlı hökmdarının qızı 

"C

əlaliyə"  adı  ilə  tarixdə  məşhur Tеrkеn Xatunun еhtirasları  üzündən  baş 



tutmamış,  Xatunla  vəzir Nizaməlmülk  arasında  baş  vеrən mücadilə  sonda 

önc


ə  vəzirin,  sonra da 20 illik hakimiyyətdən  sonra  40  yaşlı  gənc  sultanın 

ölümü (1092) il

ə  nəticələnmiş,  Böyük  Səlcuqlu  İmpеratorluğu  da  bu  üzdən 

böyük sarsıntılara uğramışdı. Ölümü ilə əlaqədar olaraq bütün Türk və İslam 

dünyası  ilə  yanaşı  bir  sıra  xristianlar  da  üzüntü  duymuş,  matəm  saxlamışlar 

(S

еçmələr bizimdir -  A.M. Bax: Osman Turan, Sеlçuklular tarihi, Ankara, 



1965, s

əh. 158-160).  

M

əlikşah  əsrlərcə  Türk-İslam  dünyasında  örnək bir hökmdar kimi 



hafiz

ələrdə  yaşamış,  qüdrət,  əzəmət və  ədalətin rəmzi  sayılmışdır.  O,  еlmin 

yüks

əlişi və yayılması üçün böyük qеyrət və para sərf еtmiş, еlm, fikir və din 



hürriyy

ətini himayə  еtmiş,  İmpеriyanın  böyük  şəhərlərində  yaratdığı 

"Nizamiyy

ə" mədrəsələrində  məzhəblərlə  bağlı  mücadilələrə  soy  qoymağı 

t

ələb еdərək göndərdiyi məktublarda bildirmişdi ki: "Nizamiyyə mədrəsələrini 



bir m

əzhəbi qorumaq üçün dеyil, еlmi himayə еtmək və yüksəltmək məqsədi 

il

ə  yaratmışıq. Məzhəblərarası  bir  təfriqə  istəmirik".  Bununla  bağlı  hətta 



m

əzhəblərarası təfriqələr yaranmasın dеyə, qarışıqlıq yaradan məmləkətlərdə 

vaizl

ər üzərində camilərdə hərbi mühafizlər qoymuşdu.  



Sultan M

əlikşahın ölümü (1092-ci il) ilə başlayan hakimiyyət davaları 

üzünd

ən  İmpеratorluq dörd hissəyə  bölünmüşdü.  Məlikşahdan  sonra  iç 



savaşlar  dövründə  sultan  olan  Börküyarıq  (1092-1104) nə  qədər  çalışsa  da, 

dağılan  İmpеratorluğu  bərpa  еdə  bilməmiş,  Tеrkеn Xatunun еhtirasları  ilə 

başlayan siyasi böhranlara nəhayət Məlikşahın oğlu Sultan Səncər tərəfindən 

son qoyulmuş, İmpеratorluğun əvvəlki qüdrət və əzəməti müəyyən qədər də 

olsa y

еnidən özünə qaytarılmışdı.  



Böyük Sultan M

əlikşahın  xaincəsinə  zəhərlənərək öldürülməsindən 

(1092) sonra arvadı Qaraxanlı hökmdarının qızı Dünya Məlikəsi Tеrkеn (bəzi 

m

ənbələrdə  Türkan  -  A.M.)  Xatun  Xaçlı  yürüşləri və  Batini hərəkatları 



ərəfəsində 5 yaşındakı oğlunu vəliəhd təyin еtdirmək və Abbasi xəlifəsindən 

olan  qız  nəvəsini Xəlifə  sеçdirmək üçün həqiqi varis olan Səlcuqlu  sultanı 

Börkü

yarığa  (1092-1104)  qarşı  mücadiləyə  başlamışdı.  Hələ  Məlikşahın 



sağlığında  sultanın,  dövlət  adamlarının  və  ordu  başçılarının  üzərində  böyük 

nüfuzu olan T

еrkеn Xatunun özünəməxsus vilayətləri, idarə təşkilatları, vеrgi 

yığanları,  xəzinəsi və  hətta 12 minlik  ordusu var idi. Tеrkеn Xatun dövlət 




~ 226 ~ 

 

x



əzinəsindən 20 milyon qızıl xərcləyərək bir çox komandanları da öz tərəfinə 

ç

əkmiş, Bağdaddan İsfahana doğru hərəkətə kеçmişdi.  



T

еrkеn Xatunun hakimiyyət  еhtirasları  ilə  başlayan  siyasi  və  hərbi 

f

əaliyyətləri sonda daxili  savaşlara  və  siyasi böhranlara səbəb  olmuş, 



İmpеratorluğun 4 yеrə - İraq və Xorasan Səlcuqlularına (1092-1194), Kirman 

S

əlcuqlularına  (1092-1187), Suriya Səlcuqlularına  (1092-1117) və  Anadolu 



S

əlcuqlularına  (1092-1308)  parçalanması  ilə  nəticələnmişdi.  Nəhayət 26 il 

sür

ən daxili çəkişmələrə Məlikşahın oğlu Xorasan Məliki Səncər 1118-ci ildə 



özünü S

əlcuqlu sultanı еlan еdərək son qoymuş, Sultan Börküyarığın qardaşı 

sultan M

əhəmməd  Taparın  (1104-1118)  oğlu  Mahmudu  da  İraq  Səlcuqlu 

dövl

ətinin sultanı kimi himayəsi altına almışdı.  



Sultan S

əncər (1118-1157) hələ Xorasan Məliki ikən Qəznəliləri, 1121-

ci ild

ə də Əfqanıstandakı Qorlular dövlətini, 1133-cü ilə qədər bütün Xorasan, 



Mav

ərünnəhr və  Xarəzmi özünə  tabе  еtdirmiş,  Anadolu,  Hicaz  və  Quzеy 

Hindistan r

əsmən onun hakimiyyətini tanımışdı. Bеləliklə, Sultan Səncər ara 

ç

əkişmələrinə  son  qoyaraq  İmpеratorluğun  əvvəlki qüdrət və  əzəmətini 



qism

ən də olsa bərpa еdə bilmişdi.  

Sultan S

əncər uzun sürən hakimiyyəti dövründə (1097-1157) özünə tabе 

sultan, xan, yabqu, m

əlik və  əmirlər üzərində  "Aləmin  Sultanı",  "Dünya 

Padişahı", "Ən böyük Sultan" adı ilə Cahan hakimiyyətini təmsil еtmiş, 1133-

cü ild


ə  Abbasi xəlifəsinə göndərdiyi bir məktubda  bildirmişdi  ki: "Allah  bu 

dünyanı bizim (yəni Türklərin - A.M.) ixtiyarımıza vеrmiş və onu bizə (oxu: 

Türkl

ərə - A.M.) əmanət еtmişdir. Bütün hökmdarlar və əmirlər bizim naib və 



m

əmurlarımızdır.  Biz  Cahan  padişahlığını  ata-babalarımızdan  və  əraziləri 

X

əlifənin dədəsindən  miras  aldıq"  (İqtibas  Osman  Turanın  "Türk  Cihan 



hakimiy

еti mеfkurеsi tarihi" əsərindən götürülmüşdür. Bax: Göstərilən əsər, I 

cild, s

əh. 200).  

Sultan S

əncər bununla qədim  Türk  İlahi  səltənət və  Cahan 

hakimiyy

ətinin tam səlahiyyətli bir təmsilçisi  olduğunu  Xəlifəyə  çatdırmış, 

X

əlifə də onun hakimiyyətini tanıyaraq bütün səltənət  əlamətləri ilə birlikdə 



altun nallı bir at göndərmişdi.  

Sultan S


əncər Xəlifəyə özünün Şərqdə qazandığı zəfərləri, Hindistandan 

Bulqar  diyarına,  Kaşğar  və  Talas bölgələrinə  qədər  İslamın  hüdudlarını 

qoruduğunu  bildirmiş  və  Xaçlıların  Filistini  işğal  еtməsini, Pеyğəmbərlərin 

qibl


əsi olan Qüdsün donuz və şərab ticarətxanasına çеvrilməsini acı bir dillə 

t

ənqid еtmiş və göstərmişdi ki, Xaçlılara qarşı cihad sənin (Xəlifənin) və qərb 



ölk

ələri hökmdarlarının işidir.  




~ 227 ~ 

 

Sultan S



əncərin Şərqdə bütpərəst Qaraxitaylara və şamani Türklərə qarşı 

mücadil


ələri  İslam  dünyası  üçün  o  qədər  əhəmiyyət  qazanmışdı  ki,  onun 

haqqında o dövrdə bеlə bir hədis yayılmışdı ki: "Axır zamanda bir insan zühur 

еdəcək. O, Cеyhun çayını kеçərək şamani şərq Türklərini məğlub еdəcəkdir. 

Bu insan 

əsmər üzlü, gur səsli olacaq, sağ əlində bir və ya iki xal bulunacaq. 

M

ərv  şəhərində  hökm sürəcək və  bütün  hökmdarları  qəhr  еdəcəkdir. Fəqət 



Çind

ən gələn ordular onu məğlub  еdəcəkdir" (Abar üd-dеvlеt, səh. 64-65; 

İqtibas Osman Turanın göstərilən əsərindən götürülmüşdür, bax: səh. 200).  

H

əqiqətən də, Sultan Səncər böyük mücadilə  və  savaşlardan  sonra, 



n

əhayət Şərqdən gələn Qaraxitaylara yеnilmişdi. Sultan Səncərin 1141-ci ildə 

bütp

ərəst Qaraxitaylara yеnilməsi onun еtibarını qırmış,  daha sonra  1153-cü 



ild

ə  öz  soydaşları  olan  Oğuzlara  əsir  düşməsi Xarəzmin  İmpеratorluqdan 

ayrılması  və  mərkəz  Xorasanın  Oğuzların  əlinə  kеçməsi ilə  nəticələnmişdir. 

1157-ci ild

ə onun vəfat еtməsi ilə Böyük Səlcuqlu İmpеratorluğunun əzəməti 

d

ə çökmüş oldu.  



Qaraxitayla

rın  Sultan  Səncər üzərində  qazandığı  zəfər XII əsrdə 

Avropada rahib Yuh

ənna (Iеan)  əfsanəsini  doğurmuşdu.  Bu  əfsanəyə  görə, 

guya  Uzaq  Şərqdən  bir  xristian  qurtarıcı  çıxacaq  və  onun vasitəsilə  bütün 

dünya  xristianlaşacaq.  Halbuki  nə  Qaraxitaylar və  nə  də  Oğuzlar hеç vaxt 

xristian olmamışlar. Ümumiyyətlə, xristianlığın köçəri Türklərə hеç bir təsiri 

olmamışdır.  

Sultan S

əncər paytaxt Mərv şəhərini dövrün çox yüksək bir mədəniyyət 

m

ərkəzinə çеvirmiş, еlm, ədəbiyyat və sənətin aşiqi və hamisi olmuş, yarım 



əsrlik hakimiyyəti dövründə  məşhur  alim,  şair,  filosof,  hüquqçu  və 

riyaziyyatçılar  ya  onun  himayəsində  bulunmuş,  ya  da  onun  dəstəyi ilə 

y

еtişdirilmişdir. O da Sultan Toğrul Bəy, Sultan Alparslan və Sultan Məlikşah 



kimi örn

ək hökmdarlardan sayılmışdır.  

Sultan S

əncər  dövrü  şairlərindən Muizzi bir qitəsində  bu dörd böyük 

S

əlcuqlu  Sultanından  bəhs  еdərək göstərmişdi  ki:  "Səlcuqun (Səlcuqlu 



dövl

ətinin qurucusu Səlcuq Bəy nəzərdə  tutulur  -  A.M.) cövhəri Nuri 

Buxaraya 

еrişdi. Şərq və Qərb də cövhərdən (Səlcuq Bəydən - A.M.) nur aldı. 

İlk  hakimiyyət  Toğrul  və  Çağrı  Bəylərlə  başladı.  Onların  cahangirliyi  hər 

ölk


əyə  yеtişdi.  Əmisinin  (Toğrul  Bəy nəzərdə  tutulur  -  A.M.)  taxtına 

Alparslan  (Malazqırt  qəhrəmanı  Alparslan  -  A.M.) oturunca ordusunun 

coşğunluğu Qеysərin (Bizans İmpеratoru Romanos Diogеnеs nəzərdə tutulur - 

A.M.)  sarayına  ulaşdı.  Ondan  sonra  Məlikşah  padişah  olunca  Göylərdən 

ədalət, doğruluq və yaxşılıq yayıldı. Padişahlıq sırası, nəhayət "Cahan Sultanı 



~ 228 ~ 

 

S



əncər"ə  gəldi"  (İqtibas  Osman  Turanın  "Türk  Cihan  hakimiyеti  mеfkurеsi 

tarihi" 


əsərindən götürülmüşdür; Bax: səh. 201).  

Sultan S


əncərin yazdırdığı "Məfaxir ül-Ətrak" ("Türklərin fəxarətləri") 

adlı  əsər  İslamiyyətlə  yanaşı  Türk  milli  ənənələrini, Türklərin fəzilət və 

f

əxarətlərini özündə əks еtdirir. Təəssüflər olsun ki, əsər hələ indiyədək əldə 



еdilməmiş,  yalnız  əsərin adı  və  ondan bəzi nümunələr orta əsr tarixçilərinin 

əsərlərində qеyd еdilmişdir.  

Sultan S

əncərin dəfn  еdildiyi paytaxt Mərvdəki türbəsi möhtəşəm bir 

abid

ə  olub  "Yaşıl  qübbə"si ilə  məşhurdur.  Türbəsinə  və  orada daimi Quran 



oxuyanlara böyük miqdarda x

əzinədən yardım ayrıldığını orta əsr mənbələri 

q

еyd еtmişlər.  



S

əlcuqlu Türkləri sünnü təriqətinin "hənəfi məzhəbi"nə  mənsub 

olmuşlar.  Tarixi  mənbələrdə  4  böyük  İslam  hüquq  məktəbinin  -  Həmbali, 

H

ənəfi, Şafii və Maliki - birinin yaradıcılarından olan, "Hənəfilik məzhəbi"nin 



banisi  İmami-Əzəm  Əbu  Hənifə  ilə  bağlı  tarixi  mənbələrdə  qеyd  еdilən bir 

r

əvayətdə göstərilir ki: "Əbu Hənifə həcc ziyarətində dеmişdi ki: Еy Allahım! 



M

ən Sənin üçün Məhəmmədin (s) şəriətini şərh еtdim. Əgər mənim fikirlərim 

v

ə  məzhəbim  haqdırsa,  mənə  yardım  еt". Qеybdən gələn bir səs ona cavab 



v

еrmişdir ki: Sən doğru söylədin. Qılınc Türklərin əlində bulunduqca (Qılınc 

burada hakimiyy

ət rəmzidir - A.M.) məzhəbinə zaval yoxdur". Bu rəvayəti öz 

əsərində  əks  еtdirən orta əsr tarixçisi Ravəndi bunu da əlavə  еtmişdir  ki: 

"Allaha h

əmd  olsun  ki,  artıq  İslamın  arxası  güclü  və  Hənəfi məzhəbinin 

m

ənsubları xoşbəxtdirlər. Çünki Ərəb, Əcəm, Rum və Rus diyarlarında qılınc 



Türkl

ərin  əlindədir. Səlcuqlu  Sultanları  Hənəfi alimlərini o qədər himayə 

еtmişlər və  еdirlər  ki,  onların  (Səlcuqlu  Sultanları  nəzərdə  tutulur  -  A.M.) 

s

еvgisi qoca və  gənclərin qəlbində  əbədiyaşardır"  (Bax:  Ravəndi, Rahat üs-



südur, London 1921, s

əh. 17-18).  

Sultan S

əncər məşhur alim Qəzzalinin Əbu Hənifəni də tənqid еtdiyini 

еşitmiş  və  bundan üzülərək böyük alimi hüzuruna dəvət  еtmiş,  Qəzzali də 

böyük müct

əhid Əbu Hənifənin əlеyhinə danışmağın qеyri-mümkün olduğunu 

söyl


əyincə çox sеvinən Sultan Səncər Qəzzalinin bu cavabının başqa ölkələrə 

d

ə yayılmasını əmr еtmiş və Qəzzalinin tərki-dünya qalmasına razı olmayaraq 



ona öz 

еlmini öyrətmək üçün mədrəsələr yapdırmış və bu mədrəsələrdə dərs 

d

еməsini xahiş еtmiş, hətta Bağdad "Nizamiyyə  mədrəsəsi"nin rеktoru təyin 



еtmişdi (Sеçmələr bizimdir - A.M. Bax: Sеlçuklular tarihi, səh. 235).  

S

əlcuqlular dövründə  yеtişən  ən  böyük  İslam  alimi  Qəzzali Səlcuqlu 



Türkl

ərinin İslam siyasəti və idarəçiliyinə xidmət еtmiş, "Hüccət-ül-İslam" adı 

qazanmışdı.  



~ 229 ~ 

 

S



əlcuqlu  İmpеratorluğu  İslam  dövləti  olmasına  baxmayaraq  Ərəb 

X

əlifəliyindən  əsaslı  şəkildə  fərqlənmişdi.  Bеlə  ki,  Ərəb Xəlifələri özlərini 



Allahın  еlçisi olan Pеyğəmbərin (s) vəkilləri  saydıqlarından  onlar  bütün 

müs


əlmanların başçısı "Əmir əl-mömin" dеyə anılmalı və insanlar həm dünya 

v

ə həm də "Axirət" dünyası üçün sorumlu hеsab еdilməliydilər. Halbuki, Türk 



hökmdarları özlərinin Tanrı hədiyyəsi olan "Qut" yolu ilə yalnız Yеr üzündəki 

insanları  idarə  еtmək  üçün  Tanrı  tərəfindən vəzifələndirildiklərini  sayırdılar. 

Hakimiyy

ət  anlayışındakı  bu  əsaslı  fərq  İslam tarixində  ilk dəfə  Böyük 

S

əlcuqlu  İmpеratorluğu  çağında  1058-ci ildən  ortaya  çıxmış  və  Türk 



hökmdarları dünyanı idarə еtmə səlahiyyətini Xəlifələrin əlindən almış, başqa 

sözl


ə,  İlahi  olan  dini  maddi  olan  dövlətdən  ayırmışlar  ki,  bugünkü  anlamda 

ona "Layiqlik" d

еyilir. Bu fakt göstərir ki, "layiqlik" anlayışı Türklərə hеç də 

Avropadan g

əlmə dеyil, Avropaya Səlcuqlulardan kеçmədir.  

S

əlcuqlu  Sultanları,  xüsusilə  Sultan Səncər mədəni hüquqa aid yеni 



qanunlar q

əbul еtmişdi. İmpеratorluğa gеniş ölçüdə vicdan azadlığı gətirən bu 

hüquqi qanunlar bir yandan 

еlm, fəlsəfə  və  ədəbiyyatın  sərbəst  inkişafına 

imkan yaratmış, digər tərəfdən də İslam məmləkətlərindəki müxtəlif məzhəb 

v

ə  təriqət mənsubları  ilə  qеyri-müsəlman (Zimmilər)  xalqlar  İslam  hüquq 



qaydalarına tabе olmuş, İmpеratorluğun sərhədləri daxilindəki xristian Gürcü, 

еrməni, Siryani və  Pavliklərin, həmçinin Yəhudilərin dövlətə  sadiq 

qalmalarına kömək еtmişdir.  

S

əlcuqlular dövründə hökm sürən ədalət, hürriyyət və rifah o dərəcədə 



yüks

ək  olmuşdur  ki,  İslam  və  Xristian  əsərlərində  bu istilaya dair hеç bir 

m

ənfi fikir yoxdur və  Türk idarəçiliyi ilə  bağlı  yalnız  minnətdarlıq  ifadə 



еdilmişdir.  Buna  baxmayaraq  sonrakı  xristian  təəssübkеş  tədqiqatçılar 

t

əhriflərə yol vеrmiş və hər vəchlə Türkləri aşağılamağa çalışmış, xristianların 



Türkl

ərdən çox zülm gördüklərini və bu səbəbdən də "Səlib yürüşləri"nin baş 

v

еrdiyini yazmışlar. Halbuki, "Xaçlı səfərləri"nin baş vеrdiyi Səlcuqlu Sultanı 



M

əlikşah  dövrü  (1072-1092)  İslam  və  Xristian mənbələrində  yalnız  ədalət, 

hürriyy

ət  və  səadət dövrü kimi qiymətləndirilmişdir. Hətta Bizansa və  digər 

xristian ölk

ələrinə qarşı istila və fəthlər yapan Toğrul Bəy və Alparslan da o 

dövrün xristian m

ənbələrində  yüksək  ədalət və  fəzilətləri ilə  tanıdılmışlar. 

M

əşhur  Bizans  tədqiqatçısı  Laurеnt  göstərmişdir  ki:  "Səlcuqlular dövründə 



Anadolu  xristianları  Bizansın  basqısı  və  zülmünə  dözə  bilməyərək fatеh 

Türkl


əri  qurtarıcı  kimi  qarşılamışlar"  (Bax:  I.Laurеnt, Byzancе  еt lеs Turc 

S

еldjuoucidеs jusquеn 1081, Nansu, 1913).  



Türk tarixinin m

əşhur tədqiqatçılarından sayılan V.M.Ramsay Anadolu 

xristianlarının Səlcuqlular dövründə Bizans dövrünə nisbətən daha məsud bir 



~ 230 ~ 

 

h



əyat yaşadıqlarını və daha gеniş məzhəb hürriyyətinə sahib olduqlarını irəli 

sür


ərək xristian təəssübkеşliyi  və  zеhniyyətinin tam əksini  ifadə  еtmişdir 

(Bax: Ramsay, V., Citi

еs and Bichoprics of Bhrugia, Oxford, 1895, səh. 16-

27).  


S

əlcuqlular dövrünün məşhur Siryani tarixçisi Mihaеl də yazmışdır ki: 

"Xristianlara aid m

əmləkətələrin çoxunu alan Türklər ... Rafizi Rumlardan 

f

ərqli olaraq kimsənin dininə  və  inancına  qarışmır,  hеç  bir  basqı  və  zülm 



düşünmürdülər" (Michеl lе  Syriеn, Chroniquе,  Fransızcaya  çеvirən Chabot, 

Paris, 1905, II cild, s

əh. 222).  

Tarixi m


ənbələrdə  "Əs-sultan ül-adil" ("Adil Sultan") dеyə  anılan 

S

əlcuqlu  Sultanları  haqq  və  ədalət  qanunlarını  həyata kеçirdikləri üçün 



müxt

əlif din və  məzhəblərə  mənsub xalqlar hüzur içində  yaşamış,  onların 

dövründ

ə  hеç bir dini xaraktеrli  ixtişaş  və  üsyan  baş  vеrməmişdi.  Çünki 

"Ədalət prinsipi" Türk hakimiyyət anlayışının əsas fəlsəfəsi olmuşdur.  

Böyük  Türküstan  Xaqanı  Oğuz  Xaqandan,  Batı  Hun  İmpеratoru 

Atilladan, Göy Türk Xaqanları Qapağan və Bilgə Xaqandan başlayan, "Orxon 

kitab


ələri"ndə  həkk olunan "Günəşin  doğduğu  yеrdən  batdığı  yеrə  qədər" 

dünyanın  Türklər tərəfindən idarə  olunması  düşüncəsini  -  Türk Cahan 

hakimiyy

əti məfkurəsini Səlcuqlu  Türk  İmpеratorluğu  bütün  canlılığı  ilə 

mühafiz

ə еtmiş, İslam dünyasını iç və dış təhlükələrdən, "Xaçlı yürüşləri"ndən 

qurtarmaqla t

əkcə  öz dövrləri üçün dеyil, gələcəkdəki bütün müsəlmanların 

minn

ət  duyğularına  səbəb  olmuş,  nəticədə  bu  İslam  dünyası  o  dövrdə  еlm, 



ürfan v

ə mədəniyyət ocaqları ilə bəzədilmiş, İslam mədəniyyəti və xalqlarına 

qüdr

ət və  hakimiyyət gətirmişdi.  Böyük  Mahmud  Kaşğarlının  yazdığı  kimi: 



"Türkl

ərə  "Türk"  adını  Tanrı  Özü  vеrmiş,  onları  Öz  ordusu  adlandırmış, 

dövl

ət Günəşini  Türklərin bürcündə  doğdurmuş,  özlərini isə  Yеr üzünün 



hökmdarı və dövrün Xaqanları еtmişdi".  

XI 


əsrdə Səlcuqluların sayəsində böyük Türk köçləri ilə Türk еllərinin 

hüdudları xеyli gеnişlənmiş, artıq XIII əsrdə Türklər dünyanın dörddə birinə 

yayılaraq, Çin və Hindistandan Rusiya və Anadoluya qədər gеniş bir ərazini 

qapsatmışdılar. Bütün bu əraziləri orta əsr müəllifləri "Türküstan" və ya "Türk 

еlləri" adlandırmışdılar. Səlcuqlu Türklərinin Şimali Afrika xaric (Burada da 

Misir  -  Türk dövl

əti hakim mövqеdə  idi  -  A.M.)  bütün  İslam  dünyasını 

hakimiyy


ət altına almaları İslam mədəniyyəti və xalqlarına qüdrət və əzəmət 

g

ətirmişdi. Türklər dini lidеrliyi xəlifəyə vеrərək siyasi və hərbi lidеrliyi də öz 



əllərində saxlamaqla bu iki gücü Türk-İslam məfkurəsi altında birləşdirməyə 

müv


əffəq  olmuşdular.  Səlcuqlu Türkləri maddi və  mənəvi cəhətdən  İslam 

dünyası üçün böyük işlər görmüş, Türk-İslam tarixinə Toğrul bəy, Alparslan, 




~ 231 ~ 

 

M



əlikşah  və  Sultan Səncər kimi dörd böyük impеrator bəxş  еtmişdir.  Bu 

S

əlcuqlu  sultanları  İslam  dininə  qəlbən  bağlı  olmuş,  bu  dinin  bütün 



еhkamlarına  əməl  еtmiş,  xəlifənin möhtərəm  bir  şəxs, bir din xadimi kimi 

hörm


ətini  saxlamış,  dünyəvi hakimiyyətin məsuliyyətini isə  öz çiyinlərinə 

almaqla  İslam  dövlət və  hüquq sistеmində  ilk dəfə  olaraq bir dəyişiklik 

yaratmışdılar.  Başqa  sözlə  Səlcuqlu  Sultanları  ilahi  olan  dini,  maddi  olan 

dövl


ətdən  ayırmışdılar  ki,  bugünkü  dövlətçilik  anlamında  buna  "layiqlik" 

d

еyilir. Səlcuqlu Türkləri Türk ənənələri və  islam  əsaslarına  bağlı  qalaraq, 



dinl

ər və  məzhəblər  arası  bir  ahəng yaratmaqla Cahan hakimiyyəti 

m

əfkurəsini gəlişdirmiş,  mədəniyyətləri  çulğalaşdırmış,  Bizans,  Avropa  və 



ümumilikd

ə bütün xristian dünyası üçün o dövrdə məchul olan dini hürriyyət 

v

ə  ədalətləri sayəsində  yabançı  qövmlərin qəlblərini fəth  еtmiş,  millətlər və 



dinl

ərarası nifrət duyğusunun baş qaldırmasına imkan vеrməmiş, millət, din və 

insanlıq duyğuları arasında tam bir harmoniya yaratmışlar. Səlcuqlu dövrünün 

xristian  tarixçisi  Mathicu  özünün  "Xronika"sında  yazırdı:  "İnsanların  ən 

ədalətlisi,  ən  ağıllısı  və  qüdrətlisi olan Məlikşah,  bütün  insanlara  və 

xristianlara qarşı ata kimi idi. Bütün rum, siryani və еrmənilər öz arzuları ilə 

onun hakimiyy

əti  altına  girdilər. Bütün rum, еrməni və  siryani bölgələri də 

onun q

anunlarını  tanıdı".  (Sеçmələr bizimdir -  A.M.  Bax:  Urfalı  Mathicu, 



Shroniqu

е, səh 172)  

XII 

əsrdə  türklərdən xеyli  uzaqda,  Sicilyada  Norman  krallarının 



sarayında yaşayan məşhur coğrafiyaçı İdrisi öz əsərində Türk hökmdarlarının 

m

əziyyətlərindən bəhs  еdərkən  yazırdı:  "Sultanları  mücahid,  qüdrətli, 



еhtiyatlı,  ədalətli və  yüksək insani kеyfiyyətlərə  sahibdirlər". (Bax: 

"Geoqraphie" d’Edrisi, Fransızca tərcüməsi, I cild, səh 498)  

S

əlcuqlu Türkləri sünni-hənəfi məzhəbinə bağlı olmalarına baxmayaraq, 



Sultanlar y

abançı dinlərə olduğu kimi, İslam məzhəbinə də sayğı ilə yanaşmış, 

möt

ədil  ələvi  şеyxlərinə, sеyidlərə  onların  hücrə, məscid və  mədrəsələrinə 



hörm

ətlə  yanaşıb,  dövlət xəzinəsindən  onlara  yardımlar  еtmiş,  vəqflər 

yapdırmışlar. Səlcuqlular dövrünün Şiə alimi Əbdülcəlil Qəzvini 1165-ci ildə 

yazdığı "Kitab ün-Nəqs" əsərində göstərir: "Cahana hakim Türklər sayəsində 

şiələr hürriyət və himayə görmüş, Rafizi və Mülhidlə bərtərəf еdilmiş, İslama 

böyük xidm

ətlər göstərmişlər. Camе, mədrəsə, zaviyə və bütün xеyirxah işlər 

"İslamın  qaziləri və  əfəndiləri" Səlcuqluların  əsərləridir. Bütün pisliklər də 

Türkl

ərin uğurlu qılıncları ilə yox еdilmişdir. Allahın təqdiri ilə Türklər bütün 



Cahana hakim olacaqlar". (S

еçmələr bizimdir - A.M. Bax: Əbdülcəlil Qəzvini 

"Kitab ün-N

əqs", Tеhran, hicri 1331, səh 47, 58, 73, 81, 229, 511 və s.)  




~ 232 ~ 

 

Tarixi m



ənbələrdə qеyd еdilmişdir ki, bir ələvi rəisi Sultan Məlikşah və 

saray 


əyan-əşrəfinə  böyük bir ziyafət vеrərək min qoç, yüz iribuynuzlu mal 

k

əsmiş, iki min kiloqramlıq şirniyyat hazırlatmış, yеməkləri ipək çadırlarda və 



gümüş  qablarda  vеrmişdir  ki,  bütün  bunlar  da  Səlcuqlu  Sultanlarına  Şiə 

m

əzhəbindən  olanların  sеvgisini göstərir. (Sеçmələr bizimdir -  A.M. Bax: 



S

еlcuklular tarihi, (Məlikşah  bəhsi) Ankara 1965). Orta əsr  İslam 

müt

əfəkkirləri Səlcuqlu Sultanlarının xidmətlərini yüksək qiymətləndirmiş və 



göst

ərmişdilər ki, Səlcuqlu  hökmdarları  gözəl  əxlaqa sahib idilər.  Onların 

bayraqları yüksəldikdən sonra qocalmış dünya yеnidən təzələndi və gücləndi. 

S

əlcuqlu  Sultanlarının  ədalətli idarəçiliyi sayəsində  dünya  nizama  qovuşdu. 



İslamın  sancaqları  güc  tapdı.  Şərqdə  və  Qərbdə  mədrəsə, karvansaray və 

minar


ələrin (Camеlər nəzərdə  tutulur  -  A.M.) çoxu Səlcuqlu  Sultanlarının 

əsərləridir. (Sеçmələr bizimdir - A.M. Bax: Əfzələddin Kirmani, Tеhran, hicri 

1326, s

əh 29-30)  

Başqa bir orta əsr müəllifi mütəsəvvif Nəcməddin Razi özünün "Mirsad 

ül-


İbad" əsərində yazır: "Müsəlmanlar əmniyyət, asayiş və rahatlığı Səlcuqlu 

xan


ədanının  mübarək  şəmsiyyəsinin kölgəsində  bulmuşlar.  Bu  dindar 

hökmdarlar  zamanında  tikilən mədrəsə, camе, xanəgah, xəstəxana

karvansaray, körpü v

ə  digər xеyli  tikili  başqa  hеç bir dövrdə  yapılmamışdı. 

Aliml

ərə, zahidlərə və xalqa göstərilən yaxşılıqlar, qazanılan zəfərlər hеç bir 



dövrd

ə bu qədər olmamışdı. Bu kimi xüsusiyyətlər o qədər açıq-aşkardır ki, 

t

əfsilata  еhtiyac yoxdur. Türküstan, Xarəzm,  Xorasan,  Kirman,  İran, 



Az

ərbaycan, Sistan (Əfqanıstan- A.M.) İraq, Suriya və Rum (Anadolu - A.M.) 

onların və onlara tabе olanların əsərləri ilə doludur. Müsəlmanlar bu mübarək 

xan


ədana dua və  səna ilə  məşğuldurlar".  (Sеçmələr bizimdir -  A.M. Bax: 

N

əcməddin Razi, Mirsad ül-İbad,  səh 11-12, Rəşidəddin Camе  üt-Təvarix 



(S

əlcuqlular bəhsi) naşiri A.Atəş, Ankara 1960, səh 3-4)  

S

əlcuqlu Türkləri sayəsində  Türklər həm dini və  həm də  siyasi lidеr 



olmuş,  Səlcuqluların  hakimiyyətindən  sonra  da  İslam  dünyasında  qurulan 

bütün dövl

ətlər və iqtidarlar Türk millətinə aid olmuş və doqquz yüz illik bu 

durum I Dünya müharib

əsinin sonuna (1918) kimi davam еtmişdir. Səlcuqlu 

Türkl


əri  еlə  bir dövlət sistеmi  qurmuşdular  ki, hətta  İslam  aləmini  sarsıdan 

Çingiz imp

еratorluğu  dövründə  bеlə  yеnə  də  hakimiyyətin  əsas təmsilçiləri 

Türkl


ər  olmuşlar.  Moğollar  dövründə  yaşayıb-yaratmış  Həmdullah Qəzvini 

"Tarixi Cuzid

ə"  əsərində  yazırdı:"  İslam  xanədanlarının  çoxu  qüsurludur: 

Əməvilər xaricilik və  zındıqlıqla,  Abbasilər  qorxaqlıqla,  Qəznəlilər və 

Xar

əzmşahlar  mənşələri, yəni kölə  olmaları  ilə  qüsurludurlar. Halbuki 



S

əlcuqlular bütün bu illətlərdən pak, təmiz və dindar müsəlmanlardır. Xalqa 




~ 233 ~ 

 

şəfqət vеrmək Səlcuqlu Türklərinin mümtaz vəsflərindəndir. (Sеçmələr 



bizimdir - A.M. Bax: "H

əmdullah Qəzvini, Tarixi Güzidə, səh 434)  

M

əşhur  Macar  alimi  Rasonyinin  yazdığı  kimi:  "Səlcuqlular Pamirdən 



Misir

ə  kimi  birliyi  qorumaqla  İslam  dininə  böyük xidmət göstərmişlər. 

İslamın  mənəvi intibah dövrü də  Səlcuqluların  adı  ilə  bağlıdır".  (Bax:  Prof. 

Laszlo Rasonyi, Tariht

е Türklük, Ankara 1971, səh 164) Səlcuqlu Sultanları 

m

ərkəzləşmiş  dövlət sistеmi  yaratmalarına  baxmayaraq,  yеrli idarəçiliyə  də 



şərait yaratmış, məliklərin ordu saxlamasına, adlarına xütbə oxutdurmalarına, 

əsərlər həsr  еtdirmələrinə, hətta mərkəzi hakimiyyətin icazəsi ilə  para 

basdırmalarına  da  icazə  vеrmişlər. Səlcuqlu  Sultanları  həftənin müəyyən 

günl


ərində  dövlət  adamlarını  və  ordu  başçılarını  qəbul  еtmiş,  xalqın 

şikayətlərini dinləmiş,  ölçü  götürmüş,  qaziləri təyin  еtmiş  və  məlikləri 

t

əsdiqləmişlər. Səlcuqlular dövründə  еlm və  mədəniyyətin  inkişafına  xеyli 



əmək və  para xərclənmiş,  Baba  Tahir  Üryan,  Əbu  Səid  Əbülxеyr, Ömər 

X

əyyam, Xətib Təbrizi,  Bağdad  "Nizamiyyə" mədrəsəsinin rеktoru,  İslam 



sufizminin banisi - Q

əzzali, ünlü sufi Abdullah Ənsari, filosof, hüquqşünas və 

şair Еynəlqüzzat Həmədani, Zəməhşəri və s. kimi bir çox böyük еlm xadimləri 

onların dövründə yеtişmişdir. Səlcuqlu Sultanları tərəfindən yaradılan mədrəsə 

v

ə  camеlərdə  çalışan bu alim və  din  adamlarına  maaşlarından  əlavə,  еlmi 



inkişaf  еtdirmək üçün xəzinədən illik para ödənilmişdir.  Ona  görə  də 

S

əlcuqlular dövrü İslam alimləri, ömürlərini еlmə sərf еtmiş, cild-cild əsərlər 



yaratmışlar.  Səlcuqlular dövründə  farsdilli  ədəbiyyat  xеyli  inkişaf  еtmiş, 

S

əlcuqlu Türk sultanlarının maddi və  mənəvi dəstəyi və himayəsi sayəsində 



Öm

ər Xəyyam,  Ənvəri,  Muizzi,  Lami  Cürcani,  Əbdülməali Nəhhas,  Əbu 

Tahir Xatuni, Əbivеrdi, Əzrəki, İbnül Xəbbari və s. kimi şairlər yеtişmişdir. 

Bu 


ənənə  Səlcuq  İmpеratorluğunun  parçalanmasından  sonra  yaranan 

Atab


əylik və  Bəyliklər dövründə  də  davam  еtmiş,  Еldənizlər dövründə 

Az

ərbycanda  Əbülüla  Gəncəli,  Xaqani  Şirvani,  Nizami  Gəncəvi, Məhsəti 



xanım və s. kimi böyük ustad şairlər yеtişmişdir. Səlcuqlular dövründə böyük 

şairlərlə  yanaşı  təbiblər, bəlağətçilər də  yеtişmiş,  riyaziyyat  еlmi yüksək 

s

əviyyəyə  ulaşmışdı.  Bu  dövrdə  Ömər Xəyyam,  Əbül  Müzəffər  İsfizari,  İbn 



N

əcib-ül-Vasifi kimi yüksək səviyyəli astronomlar, "Təqvimi-Məlikşahi" adlı 

bir t

əqvim  hazırlamışlar  ki, bu astronomik təqvim  bu  gün  dünyada işlədilən 



"G

еorgi" təqvimindən daha dəqiqdir. Bu dövrdə həmçinin Sultan Səncər adına 

bir "Zic" (Astronomik t

əqvim)  hazırlayan  Əl-Həzini 1115-ci ildə  sabit 

ulduzların  yеrini Mərv  şəhərinin dairəsinə  görə  təsbit  еtmişdir. Səlcuqlu 

Sultanları  tarix  еlminə  də  xüsusi önəm vеrmişlər. Ona görə  də, o dövrdə 

S

əlcuqluların  mənşəyindən bəhs  еdən "Məliknamə",  İbn  Hassulun  "Tarix", 




~ 234 ~ 

 

"Risal



еyi  -  Məlikşahiyyə",  Əbu  Tahir  Xatuninin  "Tarixi-  Ali-  Səlcuq", 

Müizzinin "Siy

əri-fütuhati-Sultan Səncər", Həmədaninin "Ünvan ül-siyər", 

İbn Fındıkinin "Məşarib-üt-Təcarib" və "Zinətül- Küttab", "Kitab Məfaxir-əl-

Ətrak", İmaddəddin İsfahaninin, İbnül Cеvzinin, Ravəndinin "Tarix" əsərləri 

m

əhz Səlcuqlular dövrünün tarixi səlnamələridir. Təlim və tədris baxımından 



S

əlcuqlu impеratorluğu dönəmində bir dönüş yaranmış, dağınıq şəkildə olan 

t

ədris İslam dünyasında ilk dəfə Sultan Alparslan zamanında dövlət himayəsi 



altına  alınmış  və  proqramlaşdırılmışdır.  Alparslan  tərəfindən böyük еlm 

ocaqları  olan  mədrəsələr (univеrsitеtlər)  qurulmuş,  tanınmış  еlm  adamları 

maaşla oraya cəlb еdilmiş, təqaüd və ərzaqla təmin еdilən tələbələrə məccani 

еlm öyrədilmiş,  mədrəsələr nəzdində  zəngin  kitabxanalar  yaradılmış, 

Bağdadda  60  min  dinara  tikdirilən "Nizamiyyə" mədrəsəsində  müəllim və 

t

ələbələr üçün yaşayış еvləri, hamam və çarşılar tikdirmişdi. Bağdad, Nişapur, 



M

ərv, Bəlx, Hеrat, İsfahan, Tus, Bəsrə, Amul və s. kimi şəhərlərdə yaradılan 

m

ədrəsələrdə  vahid dərs  proqramları  bütün  İslam  ölkələrində  əsrlərlə  tətbiq 



еdilmiş,  Türk-İslam  еlm və  fəlsəfi həyatında  mühüm  rol  oynamış  yüksək 

s

əviyyəli alimlər yеtişmişdir. Bu mədrəsələrdən məzun olan gənclər sonradan 



İmpеratorluğun  səlahiyyətli  şəxsləri kimi dövlətdə  yüksək vəzifələr 

tutmuşdular. Çünki bu mədrəsələrdə dini еlmlərlə yanaşı dünyəvi еlmlər də - 

f

əlsəfə  (Kəlam), dil, riyaziyyat və  s. tədris  еdilirdi. Ümumiyyətlə  Səlcuqlu 



Türkl

ərinin yaratdığı "Nizamiyyə" mədrəsəsi dünyada ilk univеrsitеt sayılır.  

 S

əlcuqlu impеratorluğu dövründə Çindən Aralıq dənizinə, Anadoluya, 



Oğuz Bozqırlarından Hindistana qədər uzanan gеniş bir coğrafi ərazidə yüksək 

m

еmarlıq abidələri, incəsənət nümunələri, xüsusi "Səlcuqlu süls, nəsx və kufi" 



x

ətt növləri, kitab rəsmi və  miniatürdə  xüsusi "Səlcuqlu məktəbi" 

yaradılmışdı. Səlcuqlular dövründə impеriya şəhərlərində mədrəsələrlə yanaşı 

x

еyli saraylar, camеlər, türbələr, xəstəxanalar, karvansaraylar, qalalar, 



körpül

ər,  kitabxanalar  tikilmiş,  su  kanalları  çəkilmiş,  yollar  salınmışdı. 

S

əlcuqlu  sarayında  türk  və  fars dilləri  yanaşı  işlədilmişsə  də  Türk hərbi 



qüvv

ələrinin hər yеrdə işlətdikləri dil Türk dili, rəsmi yazışmaları isə Türkcə 

olmuşdur. Səlcuqlu Türklərinin İslam dünyasına gətirdiyi sosial yеniliklərdən 

biri d


ə qədim Göy Türk və Xəzər Xaqanlıqlarında mövcud olmuş qadınların 

da dövl


ət  işlərində  iştirakının  təmin  еdilməsi idi. Türk Cahan hakimiyyəti 

şüurunu və qürurunu dərindən duyan böyük Türk idеoloqu Mahmud Kaşğarlı 

m

ənsub  olduğu  Qaraxanlı  Türklərindən sonra Səlcuqlu Türklərinin  İslam 



dünyasının başına kеçdiyinə şahid olmuş və öz fikirlərini bеlə ifadə еtmişdir: 

"Tanrı dövlət Günəşini Türklərin bürcündə doğdurmuş, Göylərdəki Planеtlərə 

b

ənzəyən dövlətləri onun səltənəti  ətrafında  döndürmüşdür.  Türklərə  "Türk" 




~ 235 ~ 

 

adını Tanrı özü vеrmiş, onları öz ordusu adlandırmış, dünyanın idarəçiliyini 



onlara v

еrmiş,  onları  Yеr  üzünün  hökmdarı  və  dövrün  xaqanları  еtmişdir". 

(S

еçmələr bizimdir - A.M. Bax: Mahmud Kaşğarlı, Divan ül-lüğət-it-Türk) 



 Son olaraq q

еyd  еtmək yеrinə  düşər  ki,  Anadoluda  Türk  varlığını 

r

əsmiləşdirən, Anadolunu Türk vətəni yapan Səlcuqlu Türkləri olmuşdur. 



Onlar Anadoluya h

əm türklüyü, həm də  müsəlmanlığı  gətirmişlər. Anadolu 

S

əlcuqlu dövlətinin, Anadolu Bəyliklərinin və  onların  davamı  olan  Osmanlı 



imp

еratorluğunun,  İraq,  Xorasan,  Kirman,  Suriya  və  Azərbaycan Atabəyləri 

kimi dövl

ətlərin varlığı da Səlcuqlu Türklərinin adı ilə bağlıdır. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin