Демо Сонэ Плайбажк



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə28/94
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2527
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

Partatuadan  sonra  oğlu  Madi  də  Assurlarla  ittifaqa  sadiq  qalmış, 

Assuriyanın müttəfiqi kimi Kiçik Asiyada hərbi əməliyyatlarda iştirak etmiş, 

Midiyanın  Assuriyaya  müdaxiləsinə  maneçilik törətmişdi.  Nəhayət, eradan 

əvvəl VII əsrin  ortalarında  Sak  hökmdarı  Tuqdamma  bütün  qohum  etnik 

qövml

əri-Kutiləri,  Subarları, Turukkuları, Kumenləri, Kimmerləri və  Sakları 



da öz hakmiyy

əti  altında  birləşdirərək Kimmer-İskit-Sak  padşahlığını 

yaratmışdı. Munna və Urartunun güneyindəki hər iki mərkəzi birləşdirib Sak 

v

ə  Kuti ölkəsinin  hökmdarı  rütbəsini  qazanan  Tuqdamma  Assur  hökmdarı 



m

əşhur  Aşşurbanipalla  (e.ə. 668-626) müqavilə  bağlamış,  sonralar  Kiçik 

Asiya döyüşlərinin birində həlak olmuşdu. Heredot Tuqdammanı “Liqdames”, 

Dyakonov “Duqdamis”, b

əzi tədqiqatçılar  isə  “Toxtamış”  kimi  göstərmişlər 

(Bax:  Qeredot,  İstoriya,  Moskva  1985;  Dyakonov,  İ.  M.,  İstoriya  Midii  ot 




~ 135 ~ 

 

drevneyşix vremyon do konça IV v. do n.e., M,-L., 1956; Qeybullayev, Q.A., 



K etnoqenezu azerbaydjantsev, Baku 1989 v

ə s.). 


Güney Az

ərbaycanın  qərbində  və  Anadolunun güneyində  yaranan 

Kimmer-

İskit-Sak  padşahlığı  Quzey  Azərbaycanın  da  müəyyən bir hissəsini 

öz hakimiyy

əti altında birləşdirərək hər iki Azərbaycanı özündə əks etdirən bir 

dövl

ət meydana gətirmişdi. Lakin eradan əvvəl VI əsrin əvvəllərində yaranan 



güclü Midiya dövl

əti ilə rəqabət apara bilməyən Kimmer-İskit-Sak padşahlığı 

t

ənəzzülə uğramış və Saklar Azərbaycan və Ön Asiyadan dünyanın müxtəlif 



yerl

ərinə köç edərək ayrı-ayrı yerlərdə müxtəlif dövlət və hətta İmperatorluq 

qurmuşlar. (Kimmer-İskit-Sak padşahlığı haqqında daha geniş məlumat üçün 

bax: Az


ərbaycan  tarixi,  Bakı  1994,  səh. 102-105;  İsmayıl  Məmmədov, 

Az

ərbaycan  tarixi,  Bakı  2005,  səh 30-32;  Yunus  Oğuz,  Qədim Anadolu və 



Az

ərbaycan Türkləri, Bakı 2002, səh. 45-55; Bəxtiyar Tuncay, Sakların tarixi, 

dili v

ə ədəbiyyatı, Bakı 2009 və s.). 



Az

ərbaycan, Ön və Kiçik Asiyadan çıxaraq bir çox bölgələrə yürüşlər 

ed

ən, həyatları  atlı  arabalar  üzərində  keçən, “bütün Asiya üzərində  öz 



hakimiyy

ətlərini bərqərar edən Saklar”  (Aliyev  K.,  Antiçnıye  istoçniki  po 

istorii Azerbaydjana, Baku 1987, s

əh. 14) Avrasiya çöllərinə  və  Altaylara 

q

ədər yayılmışdılar. 



Q

ədim Assur mənbələrində “Aşquzay” (Aşquzlar), Babil mənbələrində 

“İşquzay”  (İşquzlar),  qədim Yəhudi mənbələrində  “Aşquz”, qədim Yunan 

m

ənbələrində  “Skuthoi”  (İskit,  Skuz),  Hind  mənbələrində  “Caka”, fars 



m

ənbələrində “Saka” adlandırılan Sak (İskit, Skif və s.) Türklərin ana yurdunu 

bir çox t

ədqiqatçılar  Batı  Sibir  və  Tanrı  dağları,  bəziləri Dunay və  Volqa 

çayları  ətrafı,  bəziləri Qara dəniz sahilləri, bəziləri də  Orta Asiya və 

Türküstanla bağlayırlar. Onların fikrincə Sakların ilk boyları eradan əvvəl VIII 

əsrdə  Tanrı  dağları,  Fərqanə  və  Kaşğar  bölgəsindən qərbə  doğru  köç  etmiş, 

onların  bir  qolu  Aral  gölü  və  Sayhun  çayı  (Sır-Dərya)  ətrafında  yerləşmiş, 

dig

ər bir qolu Xəzər dənizinin quzeyindən keçərək güney Rusiyaya getmiş, bir 



qismi d

ə  Qara dənizin quzeyinə  gələrək bu bölgədə  öncədən  yaşayan 

Kimmerl

əri  Qafqazın  güneyinə,  oradan  da  Ön  Asiyaya  doğru  köç  etməyə 

m

əcbur etmiş və bu bölgələrdə yerləşmiş, böyük bir İmperatorluq qurmuş və 



müxt

əlif səbəblərdən  bu  İmperatorluq  dağılmış  və  Saklar müxtəlif ölkələrə 

köç etm

əyə məcbur olmuşlar. 

Bu fikri q

əbul etməyən,  Sakların  tarixi,  dili  və  ədəbiyyatı  haqqında 

sanballı  bir  əsər yazan Azərbaycan alimi Bəxtiyar Tuncay özünəqədərki bir 

çox m


ənbə və elmi əsərləri saf-çürük edərək belə bir elmi qənaətə gəlmişdir 

ki: “Bu fikir gerç

əyi o zaman əks etdirmiş olardı ki, “Sak” etnoniminə Aşşur-



~ 136 ~ 

 

Babil  qaynaqlarından  daha  qədim  qaynaqlarda  rastlanmış  olaydı  və  həmin 



qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin 

bel


ə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-

Babil mixi kitab

ələridir və həmin kitabələr Saklardan məhz Azərbaycan və Ön 

Asiya sakinl

əri  kimi  söz  açmaqdadırlar.  Orta  Asiya  Saklarından  bəhs edən 

m

ənbələrə  gəlincə  onlar  haqqında  söz  açdığımız  kitabələrdən (Assur-Babil 



mixi yazılarından-A.M.) çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir 

ki, m


ənbələr  Sakların  Orta  Asiyadan  Ön  Asiya  və  Azərbaycana gəldiklərini 

deyil, 


əksinə  Azərbaycandan Orta Asiya istiqamətinə  köç etdiklərini 

t

əsdiqləyir.. Arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir” (Bax: Bəxtiyar 



Tuncay, göst

ərilən əsəri, səh.19). 

B

əzi tədqiqatçılar  Heredota  istinadən belə  bir  fikir irəli sürürlər ki, 



Sakların  (İskitlərin, Skiflərin) Azərbaycan və  Ön Asiya ərazilərində 

yaşamalarının  başlanğıcı  eradan  əvvəl XV əsrə  aiddir. Eradan əvvəl II 

minilliyin  ortalarında  formalaşan  Saklar  600-700 ildən, Kimmerlərin 

t

ənəzzülü başlayandan sonra özlərinin inkişaf mərhələsinə qədəm qoymuş və 



n

əhayət eradan əvvəl VII əsrdə  Azərbaycan və  Ön Asiyada özlərinin 

dövl

ətlərini  yaratmışlar.  Bu  müəlliflər öz fikirlərini  əsaslandırmaq  üçün 



Heredotun  “İskitlərin  ilk  hökmdarı  Tarqıtay  dövründən  I  Daranın  onların 

ölk


əsinə hücumuna qədər 1000 (min) il keçmişdir” ifadəsini əsas götürmüş və 

Sakların Azərbaycan və Ön Asiyada I Daradan min il öncə məskunlaşdığını 

əsaslandırmağa çalışmışlar. 

İstər eradan əvvəl VII-VI  əsrlərə  aid Assur mənbələrinə, istər eradan 

əvvəl V əsrdə yaşamış Heredota, istər eradan əvvəl I əsrdə yaşamış Sicilyalı 

Diadora v

ə istərsə də bir çox müasir tədqiqatçılara görə Saklar ilk öncə Araz 

çayı sahillərində yaşamış, sonradan Avrasiyanın geniş ərazilərinə yayılmışlar 

(Bax: Qeredot, İstoriya, Moskva 1985; Aliyev İ., İstoriya Midii, Baku 1960; 

İsmayıl  M.,  Azərbaycan  xalqının  yaranması,  Bakı  1955;  Bəxtiyar Tuncay, 

göst

ərilən əsəri və s.)  



Bu gün bel

ə  Azərbaycan  ərazisində  bu qədim  Türk  xalqının  adını 

daşıyan onlarla yer adı mövcuddur (Sakkız, Sak dağı, Sakkarsu, Şəki və s.).  

Az

ərbaycan və  ümumiyyətlə  bütün  Türk  xalqlarının  etnogenezisində 



mühüm rol oynayan Kimmer v

ə  Saklarla  bağlı  toponimik  adlara  həm 

Az

ərbaycan, həm Ön, Orta və Kiçik Asiyada, həm quzey Qafqazda, həm Qara 



v

ə Azov dənizi, həm Dunay, Dnepr və Don çayları sahillərində rast gəlinir ki, 

bu da Sak Türkl

ərinin geniş bir əraziyə yayılmalarını göstərir. 

T

ədqiqatçıların fikrincə həm Kutilər, həm Kimmerlər, həm Saklar, həm 



d

ə  Madaylar  (Midiyalılar)  eyni  dildə  və  ya eyni dilin müxtəlif ləhcə  və 




~ 137 ~ 

 

şivələrində  danışan  eyni  etnosun-Türk etnosunun müxtəlif konkret soy və 



boyları  olmuş,  müxtəlif dövrlərdə  onlardan hər  hansı  biri  üstün  vəziyyətdə 

olduğu  dövrdə  həmin  qövmün  adı  digərləri üçün də  ümumiləşdirici ad  kimi 

çıxış  etmişdir  (Seçmələr bizimdir-A.M. Bax: Bəxtiyar Tuncay, göstərilən 

əsəri, səh. 127, 130). 

Q

ədim mənbələrə görə Sakların bir qolu oturaq, digər bir qolu da köçəri 



h

əyat  sürmüş,  həm  əkinçilik,  bağçılıq,  həm də  maldarlıq  və  heyvandarlıqla 

m

əşğul  olmuşlar.  Oturaq  Saklardan  fərqli olaraq köçəri Saklar əlverişsiz 



yerl

ərdə  uzun müddət  qalmamış,  iqlim  və  mövsümə  görə  özlərinə  yeni-yeni 

yurdlar aramışlar. Ona görə də oturaq Saklardan fərqli olaraq köçəri Saklarla 

bağlı hər hansı bir şəhər adına və onlara aid rəsm, heykəl və qabartma kimi 

s

ənət  əsərlərinə  rast gəlinməmişdir.  Lakin  oturaq  Saklardan  fərqli olaraq 



köç

əri Saklar bəşəri bir mədəniyyət  yaratmışlar.  Saklara  aid  qazıntılar 

n

əticəsində  Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit 



okean sahill

ərinə, Şərqi Avropa və Qara dənizin  qərb və şimal sahillərindən 

Çin s

əddinə  qədər yüzlərlə  kurqan  tapılmışdır  ki,  bu  kurqanlardan  tapılan 



z

əngin mədəniyyət nümunələrinin belə  bir böyük ərazidə  yayılmasına 

baxmayaraq onların hamısı bir-birinə oxşardır. Bu onunla bağlıdır ki, köçəri 

Saklar özl

ərinin  yaratdıqları  sənət  əsərlərinin böyük bir qismini özləri ilə 

b

ərabər getdikləri yerlərə aparmışlar.  




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin